Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1659/2024 22.08.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə, Maraqlı şəxsin nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi "barışıq sazişin təsdiqi" tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi "barışıq sazişin təsdiqi" tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mediasiya prosesi zamanı bağlanılmış xx.xx.2024-cü il tarixli barışıq sazişini təsdiq edilməsi və mediasiya prosesi zamanı tərəfindən mediasiya təşkilatına ödənmiş 160 manat rüsumun və vəkilə ödənmiş 300 manat pulun Maraqlı şəxs alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Maraqlı şəxs ilə xx.xx.2013-cü ildə rəsmi nigaha daxil olmuşdur. Birgə nikahdan 2 övladı var. xx.xx.2024-cü tarixdə isə məhkəmə qətnaməsinə əsasən boşanmışlar. Onlar rəsmi boşanandan sonra o, birgə nikah dövründə əldə etdikləri Bərdə rayonu, Nəcəfqulubəyli kəndində 0.87 ha, 2.19 ha, 2.36 ha və 0.52 ha torpaq sahələrinin bölünməsi ilə əlaqədar Qəbələ 1 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Həmin vaxt Maraqlı şəxs göstərilən torpaq sahələrinin aralarında bərabər paylara bölünməsinə etiraz etmədiyi üçün o, təşkilata 160 manat pul ödəmiş və onlar xx.xx.2024-cü ildə barışıq sazişi imzalamışlar. Lakin, aradan 2 ay keçməsinə baxmayaraq Maraqlı şəxs müxtəlif bəhanələr gətirərək ona düşən ½ payı ona verməkdən imtina edir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi X3 bildirdi ki, bölgünün aparılmamasında onların təqsiri olmamışdır. Qeydiyyatı aparmalı olan dövlət orqanı qeydiyyatın barışıq sazişinə əsasən aparılmasının mümkün olmadığını, məhkəmə qərarının zəruri olduğunu bildirdikləri üçün müraciət etməmişlər. Barışıq sazişinin təsdiq edilməsinə etiraz etmir, lakin 300 manat və 160 manat hissələrində ərizənin rədd edilməsini xahiş məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, ərizəni və barışıq sazişini nəzərdən keçirib hesab edir ki, ərizə əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli Barışıq sazişindən görünür ki, tərəflər öz aralarında aşağıdakılar barədə razılığa gəldilər: 1. Tərəflər birgə nikah dövründə əldə olunmuş Bərdə rayonu, Nəcəfqulubəyli kəndində yerləşən 0,87 ha torpaq sahəsinin, həmin kənddə yerləşən 2.19 ha, 2.36 ha və 0.52 ha torpaq sahələrinin bərabər paylara (hər birinə 1/2 pay olmaqla) bölünməsi haqqında razılığa gəlirlər. 2. Saziş imzalandığı gündən 20 (iyirmi) gün sonra (xx.xx.2024-cü il) yəni 27 may 2024-cü il tarixindən tərəflər tərəfindən icra edilməyə başlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsinə əsasən, məhkəmə barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı üçüncü şəxslərin hüquqlarına toxunmur. Müəyyən edilmişdir ki, tərəflər Ərizəçi (Birinci tərəf) və Maraqlı şəxs (İkinci tərəf) arasında xx.xx.2024-cü il tarixdə yuxarıda göstərilən şərtlərlə barışıq sazişi bağlanmış və imzalanmışdır. Həmçinin müəyyən edilmişdir ki, Maraqlı şəxs sazişin şərtlərinə əsasən üzərinə götürdüyü öhdəlikləri könüllü icra etmir. Belə olan halda sazişin birinci tərəfi haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş üçüncü şəxslərin hüquqlarına toxunmur. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişi məcburi icrası üçün təsdiq olunmalıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 355-23-355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli Barışıq sazişinin aşağıdakı şərtləri məcburi icrası üçün təsdiq edilsin.
1. Tərəflər birgə nikah dövründə əldə olunmuş Bərdə rayonu, Nəcəfqulubəyli kəndində yerləşən 0,87 ha torpaq sahəsinin, həmin kənddə yerləşən 2.19 ha, 2.36 ha və 0.52 ha torpaq sahələrinin bərabər paylara (hər birinə 1/2 pay olmaqla) bölünməsi haqqında razılığa gəlirlər.
2. Saziş imzalandığı gündən 20 (iyirmi) gün sonra (xx.xx.2024-cü il) yəni 27 may 2024-cü il tarixindən tərəflər tərəfindən icra edilməyə başlayır. Ərizəçi tərəfindən ümumilikdə ödənilmiş 160 (bir yüz altmış) manat mediasiya xərci və vəkil xərcinin 150 (bir yüz əlli) manat hissəsi Maraqlı şəxs tutularaq Ərizəçi ödənilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Rəna Qafarova