Məhkəmə qərarları › İş №2(009)-166/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-166/2022

10.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-166/2022 10.01.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyeva Leyla Mirfazil qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi (maraqlı şəxs ƏMDK yanında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi) hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması barədə mülki işə Səbail Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, xx xxx 1957-ci ildə Şəki rayonu, Orconikidze taxılçılıq sovxozu qəsəbəsində anadan olmuşdur. Bakı şəhəri Qaradağ İcra Hakimiyyəti Başçısının 29.09.2000-ci il tarixli 923 №-li sərəncamına əsasən ona Səngəçal qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır. Qeyd olunan torpaq sahəsininin planı və ölçüsü X7 kibabında 03.11.2011-ci il tarixdə 28962 nömrə ilə uçota alınıb Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinin müdiri Məlikov N.A. tərəfindən imzalanmış və möhürlə təstiq olunmuşdur. Bundan əlavə “Şəki rayonu keçmiş “Turan” sovxozu yerli aqrar islahatı komissiyasının 20 mart 2000-ci il tarixli 39, 20 mart 2001-ci il tarixli 43 və 20 mart 2003-cü il tarixli 43 saylı iclaslarının qərarlarının müzakirəsi haqqında (X.M.Xəlilov)” Şəki rayon Aqrar İslahatı Komissiyasının 27 dekabr 2005-ci il tarixli 09 saylı iclas protokolundan çıxarışa əsasən, Azərbaycan Respublikası Şəki rayon Aqrar İslahatı Komissiyası ona, bacısı X3 və iki övladına Turan bələdiyyəsinin razılığına əsasən (28 may 2005-ci il tarixli. protokol №6) bələdiyyə mülkiyyətində olan əkinə yararlı torpaqlardan orta torpaq payı normasına uyğun olaraq hər birinə 2.5 hektar olmaqla, cəmi 10 hektar torpaq sahəsi verilməsi barədə yerli AİK – nın 20 mart 2003-cü il tarixli 43 saylı iclasının qərarının təsdiq edilməsını qərara almışdır. Qeyd olunan torpaq sahələrinin sənədləşdirilməsi zamanı adı Elbrus Seyfulla oğlu olmuş, həmin vaxt soyadı olmamışdır. Daha sonra o xarici ölkəyə səfərləri zamanı viza almaqda problemlər yaşadığı üçün soyad alınmasına görə Şəki Rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş və ona Ərizəçi kimi soyad, ad və ata adı qeyd edilməklə 30 oktyabr 2013-cü il tarixdə doğum haqqında AZ-İİİ№ 198423 saylı şəhadətnamə verilmişdir. Qeyd olunan torpaq sahələrinin ilkin hüquqmüəyyənedici sənədlər əsasında sənədləşdirilməsi üçün tərəfindən "ASAN xidmət" mərkəzinə müraciət olunmuş, həmin müraciət əsasında “ASAN xidmət mərkəzindən şifahi olaraq sənəddə göstərilən adın (ad, soyad, ata adı) onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı ilə (ad, soyad, ata adı) düz gəlmədiyi izah olunaraq qeydiyyat şöbəsinə müraciət etməyi tövsiyyə edilmişdir. Sonra o bu uyğunsuzluğa aydınlıq gətirilməsi üçün Səbail rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, oradan ona 14 oktyabr 2021-ci il tarixli məktubla məhkəməyə müraciət etməyi bildirilmişdir. Ərizəyə əlavə olunmuş doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətində onun soyadının Seyfullayev, adının Elbrus, ata adının Seyfulla olduğu tam təsdiq olunur. Lakin ona məlum olmayan səbəblərdən yuxarıda qeyd edilmiş təşkilatlar tərəfindən sözügedən sənədlərdə uyğunsuzluğun olması bildirilir. Məhz bu səbəbdən də həmin ilkin hüquq müəyyənedici sənədlər əsasında o gələcəkdə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışını ala bilməyəcək. Yuxarıda göstərilən səbəblərdən mövcud mübahisənin məhkəmədən kənar həlli qaydası (pretenziya) mümkün deyildir. Göstərilənləri nəzərə alaraq ərizəçi Bakı şəhər sakini Elbrus Seyfulla oğluna fərdi yaşayış evinin tikintisi üçün Səngəçal qəsəbəsində 600 kv.m. torpaq sahəsi ayrılmasına dair Bakı şəhəri Qaradağ rayonu İcra Hakimiyyəti Başçısının 29 sentyabr 2000-ci il tarixli 923 nömrəli sərəncamının Qaradağ rayonu, Səngəçal qəsəbəsində fərdi yaşayış evi tikintisi üçün 600 kv.m. torpaq sahəsi ilə bağlı, X7 kitabında 03.11.2011-ci il tarixdə 28962 nömrə ilə uçota alınıb Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinin müdiri Məlikov N.A tərəfindən imzalanmış və möhürlə təsdiq olunmuş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A№377367 nömrəli "torpaq sahəsinin planı və ölçüsü”nə dair "Şəki rayonu keçmiş "Turan'" sovxozu yerli aqrar islahatı komissiyasının 20 mart 2000-ci il tarixli 39, 20 mart 2001-ci il tarixli 43 və 20 mart 2003-cü il tarixli 43 saylı iclaslarının qərarlarının müzakirəsi haqqında (X.M.Xəlilov)” Şəki rayon Aqrar İslahatı Komissiyasının 27 dekabr 2005-ci il tarixli 09 saylı iclas protokolundan çıxarışa əsasən, Azərbaycan Respublikası Şəki rayon Aqrar İslahatı Komissiyasının X3, qardaşı Elbrus Seyfulla oğluna və iki övladına (X1 və X2) Turan bələdiyyəsinin razılığına əsasən (28 may 2005-ci il tarixli, protokol №6) bələdiyyə mülkiyyətində olan əkinə yararlı torpaqlardan orta torpaq payı normasına uyğun olaraq hər birinə 2,5 hektar olmaqla, cəmi 10 hektar torpaq sahəsi verilməsi barədə yerli AİK - nın 20 mart 2003-cü il tarixli 43 saylı iclasının qərarının təsdiq edilməsinə dair qərarının Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış Ərizəçi ərizəni tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə maraqlı şəxs ƏMDK yanında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan İ-ИЕ №392787 doğum haqqında şəhadətnamənin kserosurətindən görünür ki, Elbrus Seyfulla oğlu xx.xx.1957-ci il tarixdə Şəki rayonu, Orconikidze taxılçılıq sovxozu qəsəbəsində anadan olmuşdur, ata qrafasında Seyfulla Keldin oğlu, ana qrafasında Azamməd Fətulla qızı qeyd edilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında 11.07.1957-ci il tarixdə 74 № ilə qeyd edilmişdir. İş materiallarında olan AZ-İİİ №198423 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş kserosurətindən görünür ki, Ərizəçi xx.xx.1957-ci il tarixdə Şəki rayonu, Orconikidze taxılçılıq sovxozu qəsəbəsində anadan olmuşdur, soyad qrafasında Seyfullayev, ata qrafasında Seyfulla Keldin oğlu, ana qrafasında Azamməd Fətulla qızı qeyd edilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında 11.06.1957-ci il tarixdə 74 № ilə qeyd edilmişdir. İş materiallarında olan AA004657 nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1957-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan Qaradağ İcra Hakimiyyəti Başçısının 29.09.2000-ci il tarixli 923 №-li sərəncamına əsasən Elbrus Seyfulla oğluna Səngəçal qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Torpaq sahəsinin plan və ölçüsündən görünür ki, Səngəçal qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsi ilə bağlı tərtib edilmiş, X7 kibabında 03.11.2011-ci il tarixdə 28962 nömrə ilə uçota alinib Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinin müdiri Məlikov N.A. tərəfindən imzalanmış və möhürlə təstiq olunmuşdur. İş materiallarında olan “Şəki rayonu keçmiş “Turan” sovxozu yerli aqrar islahatı komissiyasının 20.03.2000-ci il tarixli 39, 20.03.2001-ci il tarixli 43 və 20.03.2003-cü il tarixli 43 saylı iclaslarının qərarlarının müzakirəsi haqqında (X.M.Xəlilov)” Şəki rayon Aqrar İslahatı Komissiyasının 27.12.2005-ci il tarixli 09 saylı iclas protokolunun çıxarışından görünür ki, X3, qardaşı Elbrus Seyfulla oğluna və iki övladına (X1 və X2) Turan bələdiyyəsinin razılığına əsasən (28 may 2005-ci tarixli. protokol №6) bələdiyyə mülkiyyətində olan əkinə yararlı torpaqlardan orta torpaq normasına uyğun olaraq hər birinə 2.5 hektar olmaqla, cəmi 10 hektar torpaq sahəsi verilməsi barədə yerli AİK–nın 20 mart 2003-cü il tarixli 43 saylı iclasının qərarının təsdiq edilməsi qərara almışdır. İş materiallarında olan DİN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, Ərizəçi Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci Yaşayış massivi, İqor Ağayev küçəsi, ev 3, mənzil 148 ünvanında qeydiyyatdadır. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Qaradağ İcra Hakimiyyəti Başçısının 29.09.2000-ci il tarixli 923 №-li sərəncamı ilə ərizəçiyə fərdi evin tikintisi üçün Səngəçal qəsəbəsində 600 kv.m torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsinin plan və ölçüsündən görünür ki, Səngəçal qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsi ilə bağlı tərtib edilmiş, X7 kibabında 03.11.2011-ci il tarixdə 28962 nömrə ilə uçota alinib Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinin müdiri Məlikov N.A. tərəfindən imzalanmış və möhürlə təstiq olunmuşdur. “Şəki rayonu keçmiş “Turan” sovxozu yerli aqrar islahatı komissiyasının 20.03.2000-ci il tarixli 39, 20.03.2001-ci il tarixli 43 və 20.03.2003-cü il tarixli 43 saylı iclaslarının qərarlarının müzakirəsi haqqında (X.M.Xəlilov)” Şəki rayon Aqrar İslahatı Komissiyasının 27.12.2005-ci il tarixli 09 saylı iclas protokolunun çıxarışından görünür ki, X3, qardaşı Elbrus Seyfulla oğluna və iki övladına (X1 və X2) Turan bələdiyyəsinin razılığına əsasən (28 may 2005-ci tarixli. protokol №6) bələdiyyə mülkiyyətində olan əkinə yararlı torpaqlardan orta torpaq normasına uyğun olaraq hər birinə 2.5 hektar olmaqla, cəmi 10 hektar torpaq sahəsi verilməsi barədə yerli AİK – nın 20 mart 2003-cü il tarixli 43 saylı iclasının qərarının təsdiq edilməsi qərara almışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, ərizəçinin əvəllər verilmiş doğum haqqında şəhadətnamədə və şəxsiyyət vəsiqəsində soyadı qrafasında qeydiyyat aparılmamış, lakin ərizəçiyə sonradan verilən doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin soyadı qrafasında Seyfullayev qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, hüquqmüəyyənedici sənəddə (sərəncamda) ərizəçinin soyadı göstərilmədiyindən, ərizəçi həmin sənədin ona məxsusluğu barədə hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsüməhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin qərarın 6.1-ci bəndində qeyd edilmişdir ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Qeyd olunan Plenum qərarının 6.3-cü maddəsində göstərilmişdir ki, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Bu səbəbdən məhkəmə hesab edir ki, Bakı şəhər sakini Elbrus Seyfulla oğluna fərdi yaşayış evinin tikintisi üçün Səngəçal qəsəbəsində 600.0 kv.m torpaq sahəsi ayrılmasına dair Bakı şəhəri Qaradağ rayonu İcra Hakimiyyəti Başçısının 29 sentyabr 2000-ci il tarixli 923 nömrəli sərəncamın, Qaradağ rayonu, Səngəçal qəsəbəsində fərdi yaşayış evi tikintisi üçün 600 kv.m torpaq sahəsi ilə bağlı tərtib edilmiş, X7 kitabında 03.11.2011-ci il tarixdə 28962 nömrə ilə uçota alınıb Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinin müdiri Məlikov N.A tərəfindən imzalanmış və möhürlə təsdiq olunmuş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A№377367 nömrəli “torpaq sahəsinin planı və ölçüsü”nə dair sənədin, Şəki rayonu keçmiş “Turan” sovxozu yerli aqrar islahatı komissiyasının 20 mart 2000-ci il tarixli 39, 20 mart 2001-ci il tarixli 43 və 20 mart 2003-cü il tarixli 43 saylı iclaslarının qərarlarının müzakirəsi haqqında (X.M.Xəlilov) Şəki rayon Aqrar İslahatı Komissiyasının X3, qardaşı Elbrus Seyfulla oğluna və iki övladına (X1 və X2) Turan bələdiyyəsinin razılığına əsasən (28 may 2005-ci irixli. protokol №6) bələdiyyə mülkiyyətində olan əkinə yararlı torpaqlardan orta torpaq normasına uyğun olaraq hər birinə 2.5 hektar olmaqla, cəmi 10 hektar torpaq sahəsi verilməsi barədə yerli AİK – nın 20 mart 2003-cü il tarixli 43 saylı iclasının qərarının təsdiq edilməsinə dair qərarının Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Bakı şəhər sakini Elbrus Seyfulla oğluna fərdi yaşayış evinin tikintisi üçün Səngəçal qəsəbəsində 600.0 kv.m torpaq sahəsi ayrılmasına dair Bakı şəhəri Qaradağ rayonu İcra Hakimiyyəti Başçısının 29 sentyabr 2000-ci il tarixli 923 nömrəli sərəncamın, Qaradağ rayonu, Səngəçal qəsəbəsində fərdi yaşayış evi tikintisi üçün 600 kv.m torpaq sahəsi ilə bağlı tərtib edilmiş, X7 kitabında 03.11.2011-ci il tarixdə 28962 nömrə ilə uçota alınıb Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinin müdiri Məlikov N.A tərəfindən imzalanmış və möhürlə təsdiq olunmuş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A№377367 nömrəli “torpaq sahəsinin planı və ölçüsü”nə dair sənədin, Şəki rayonu keçmiş “Turan” sovxozu yerli aqrar islahatı komissiyasının 20 mart 2000-ci il tarixli 39, 20 mart 2001-ci il tarixli 43 və 20 mart 2003-cü il tarixli 43 saylı iclaslarının qərarlarının müzakirəsi haqqında (X.M.Xəlilov) Şəki rayon Aqrar İslahatı Komissiyasının X3, qardaşı Elbrus Seyfulla oğluna və iki övladına (X1 və X2) Turan bələdiyyəsinin razılığına əsasən (28 may 2005-ci tarixli protokol №6) bələdiyyə mülkiyyətində olan əkinə yararlı torpaqlardan orta torpaq normasına uyğun olaraq hər birinə 2.5 hektar olmaqla, cəmi 10 hektar torpaq sahəsi verilməsi barədə yerli AİK – nın 20 mart 2003-cü il tarixli 43 saylı iclasının qərarının təsdiq edilməsinə dair qərarının Ərizəçi məxsus olması barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar