Məhkəmə qərarları › İş №2(009)-1663/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1663/2021

29.06.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1663/2021 29.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə İddiaçının nümayəndəsi və və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı vərəsəlik hüququndan məhrum edilməsi barədə iddia tələbi üzrə mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı vərəsəlik hüququndan məhrum edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, onun mərhumə birinci həyat yoldaşı X2 qardaşı oğlu xx.xx.1981-ci il təvəllüdlü X10 12.02.1993-cü ildə tərəflərdən övladlığa götürülmüşdür. Buna dair Səbail rayon qeydiyyat şöbəsi tərəfindən 12.02.1993-cü il tarixli, 04 saylı övladlığa götürülmə haqqında şəhadətnamə verilmişdir. Ona Cavabdeh adı verilmişdir. Cavabdeh dogma valideynlərinin yanında yaşayıb. Ona nə maddi, nə də ki mənəvi köməyi olmayıb. Onun ikinci nikahından X3 və X4 dünyaya gəlmişdir. Qeyd etdiyi faktlardan da məlumdur ki, iş üzrə cavabdeh onun qanun üzrə vərəsə sayılsa da, onun dogma övladı deyil, ona qarşı münasibəti qeyrisəmimidir. Buna görə də cavabdeh gələcəkdə ondan qalacaq miras əmlakdan məcburi pay almaq hüququndan məhrum edilməlidir. Bu səbəbdən də cavabdehin mirasdan məcburi pay almaq hüququndan məhrum edilməsi üçün “vərəsəlik hüququndan məhrum etmə“ tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh gələcəkdə iddiaçıdan qalacaq miras əmlakın hamısından məcburi pay palmaq hüququndan məhrum edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, cavabdeh 1993-cü il övladlığa götürüldüyü vaxtdan 2000-ci ilədək iddiaçının həyat yoldaşı Qənirə rəhmətə gedənədək iddiaçının ailəsində yaşamış, Qənirə Quliyeva rəhmətə gedəndən sonra o öz doğma ata-anasının yanında yaşamışdır. Cavabdehin ailəsi iddiaçının ikinci dəfə ailə qurmasını istəməmişlər. İddiaçının ikinci ailəsindən iki övladı var. Cavabdeh dəfələrlə iddiaçının yanına gəlib bütün miras əmlakın ona verilməsini tələb etmiş, digər vərəsələrə heç nə verməli olmadığını bildirməklə ləyaqətsiz davranmışdır. Ona görə də iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia əsassız olduğu üçün təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 24.04.2015-ci il tarixli övladlığa götürmə haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş kserosurətindən görünür ki, Ağdam rayonu Gülablı kəndində anadan olmuş xx.xx.1981-ci il təvəllüdlü X1 Bəxtiyar Yusif oğlu və X6 tərəfindən övladlığa götürülmüş və ona Cavabdeh adı verilmişdir. Bu barədə övladlığa götürmə haqqında akt qeydləri kitabında 12.04.1993-cü il tarixdə 04 No ilə qeyd edilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı cavabdehi 12.02.1993-cü ildə övladlığa götürmüşdür. İddiaçı tərəfindən irəli sürülmüş tələbə əsasən cavabdeh öz doğma validenlərinin yanında yaşayır, ona nə maddi nə mənəvi kömək göstərmir. Cavabdeh onun qanun üzrə vərəsəsi sayılsa da, onun doğma övladı deyil, cavabdehin ona qarşı münasibəti qeyri-səmimidir, ləyaqətsiz davranır. Bu səbəbdən cavabdeh gələcəkdə ondan qalacaq miras əmlakdan məcburi pay almaq hüququndan məhrum edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsini şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 13.12.2011-ci tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin “vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar” müddəası həmin Məcəllənin 1137 və 1138-ci maddələrində göstərilən halları əhatə edərək nəinki miras qoyanın son iradəsinə, həmçinin miras qoyana qarşı yönələn halları da ehtiva edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1137-ci maddəsinə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Həmin Məcəllənin 1139-cu maddəsinə əsasən ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir. Məhkəmə qeyd edir ki, ləyaqətsiz adam mənəvi keyfiyyətlərdən məhrum və əxlaqi davranış qaydalarına yad bir fərd kimi, öz qanunla uzlaşmayan şəxsi marağı naminə istənilən hüquq pozuntusunu, o cümlədən ən ağır cinayət əməlini törətəmyə hazır olan bir subyektdir. Ləyaqətsiz vərəsənin qanunsuz hərəkəti bir halda miras qoyanın hələ vəsiyyətnamədə ifadə edilməmiş, son iradəsini həyata keçirməsinin əleyhinə, digər halda isə miras qoyanın artıq vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı yönəlir. Ləyaqətsiz vərəsənin miras qoyanın, ümumiyyətlə, son iradəsinin həyata keçirilməsinə qarşı hərəkəti, onun qəsdən törətdiyi maneə şəklində özünü göstərir. Ləyaqətsiz vərəsənin miras qoyanın vəsiyyətnamədə göstərilmiş son iradəsinin həyata keçirilməsinə qarşı yönəlmiş hərəkətləri onun qəsdən cinayət və ya digər əxlaqsız hərəkətlər törətməsində özünü göstərir. Şəxs o zaman ləyaqətsiz vərəsə sayılır ki, onun miras qoyana qarşı törətdiyi qanunsuz hərəkətləri qəsdən törədilmiş olsun. Bu onunla izah olunur ki, ləyaqətsiz vərəsə öz qanunsuz hərəkətlərini törətməklə müəyyən məqsəd güdür, o, miras qoyanın son iradəsinin həyata keçirilməsinə mane olmaq, özünün və ya öz yaxın adamlarının vərəsəliyə çağırılmasına və ya miras payının artırılmasına nail olmaq kimi konkret məqsədlər güdür. Müəyyən məqsədə nail olmaq üçün edilən hərəkətlər isə ancaq qəsdən edilir. Şəxsin ləyaqətsiz vərəsə kimi tanınması və onun hərəkətinin məhz miras qoyanın son iradəsinin həyata keçirilməsinə qarşı yönəlməsi ancaq məhkəmə qaydasında müəyyən edilməlidir. Belə şəxslər nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməzlər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən vərəsəlik hüququndan məhrum edilmənin konkret şərtləri müəyyən edilmişdir. Lakin iddiaçı tərəfindən cavabdehin ona qarşı ləyaqətsiz davranması və vərəsəlik hüququndan məhrum edilməsinə əsas olan qanunda nəzərdə tutulan hallarla bağlı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh atası İddiaçı qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1137 və 1138-ci maddələrində nəzərdə tutulan hallara yol verdiyi müəyyən edilmədiyindən iddia əsaslı hesab edilə bilməz. Həmçinin iddiaçının övladlığa götürdüyü cavabdehi vərəsəlikdən məhrumetmə ilə əlaqədar gətirdiyi dəlillər iddianın təmin edilməsi üçün əsas ola bilməz. Məhkəmə cavabdehi vərəsəlikdən məhrumetmə ilə əlaqədar hüquqi əsasların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur.Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətanətlərin həm mövcudluğunadn, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə… QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı gələcəkdə ondan qalacaq miras əmlakın hamısından məcburi pay almaq hüququndan məhrum edilməsi barədə iddia tələbi əassız olduğu üçün təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar