Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1664/2020 23.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əkbərli Leyla Mirfazil qızının katibliyi, İddiaçı və onun vəkili X8, cavabdeh “X6 Mərkəzi”nin nümayəndəsi X9 iştirakları ilə, İddiaçı Cavabdeh3 üçüncü şəxs qismində göstərilməklə cavabdeh “X6 Mərkəzi” MMC-yə və Cavabdeh2nə qarşı “hərracın nəticələri haqqında yekun protokolun, alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh3 üçüncü şəxs qismində göstərilməklə cavabdeh “X6 Mərkəzi” MMC-yə və Cavabdeh2nə qarşı “hərracın yekunları barədə xx xxxxxx 2009-cu il tarixli Y-165 saylı protokolun və həmin protokolun sonrakı hüquqi nəticələrinin yəni xx xxxxxx 2010-cu il tarixli alğı-satqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ə.A.Mürsəlov iddiaçıya və qeyrilərinə qarşı fərdi yaşayış evinə və yanacaq doldurma məntəqəsinə xüsusi mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə Hacıqabul Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin mülki işə Hacıqabul Rayon Məhkəməsi xx xxxxxx 2001 -ci ildə baxmış, Kürdəmir rayon Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən 128/892 saylı xx xxxx 1999-cu il tarixli qeydiyyata əsasən Kürdəmir rayon Xırdapay kəndində yerləşən bir mərtəbəli yeddi otaqlı yaşayış evinə İddiaçı adına verilmiş xüsusi mülkiyyət hüququ üzrə qeydiyyat vəsiqəsi etibarsız hesab edilmiş, Kürdəmir rayon İcra hakimiyyəti başçısına Kürdəmir rayonu Xırdapay kəndində yerləşən bir mərtəbəli yeddi otaqlı yaşayış evinə X3 adına xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaq üçün müvafiq sərəncam verməsi bir vəzifə kimi həvalə edilmiş, İddiaçı X3 xeyrinə Kürdəmir şəhəri, Babək küçəsi, “Atakişili” Birgə təsərrüfatının mərkəzi malikanəsində yerləşən yanacaq doldurma məntəqəsinin yenidənqurulması üzrə işlərin idarə edilməsi ilə əlaqədar ********* manat məbləğində pul tutulmuş və həmin yanacaq doldurma məntəqəsi İddiaçı paylı mülkiyyətçi kimi istifadəsinə və sərəncamına verilmişdir. İddiaçı apelyasiya şikayəti vermiş, Apelyasiya Məhkəməsinin xx xxxxxx 2002-ci il tarixi qətnaməsi ilə Hacıqabul Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. O, Apelyasiya Məhkəməsinin xx xxxxxx 2002-ci il tarixi qətnaməsini 2019-cu ilin avqust ayına kimi əldə edə bilməmişdi. Bununla əlaqədar Hacıqabul Rayon Məhkəməsinə qətnaməninin icraya yönəlib-yönəlməməsi haqda məlumat almaq üçün müraciət etmişdir. Nə Məhkəmə, nə də icra şöbəsindən qətnamə haqda hər hansı bildiriş almamışdı. 2019cu ilin may ayında yenə Hacıqabul Rayon Məhkəmələrinin İcra və Probasiya şöbəsinə müraciət etmiş və orada ona onunla əlaqədar hər hansı icra işinin olmadığını bildirmişlər. Sonra Hacıqabul Rayon Məməsinin sədrinə ərizə ilə müraciət etmiş və onun köməkliyi ilə xx xxxxxxxx 2002-ci il tarixli 737 saylı icra vərəqəsinin icraata qəbul edilib başlanması haqda qərarın surətini əldə edə bilmişdir. Həmin icra işinə xx xxxxxxxx 2002-ci il tarixdə Kürdəmir Rayon Məhkəməsinin icra məmuru X11 tərəfindən başlanılmışdır. Lakin icra ilə əlaqədar ona heç bir məlumat (bildiriş) verilməmişdir. Məhkəmə qətnaməsində də qeyd edildiyi kimi ondan ********* manat pulun tutulaaraq iddiaçıya verilməsi ilə eyni vaxtda Kürdəmir şəhər Babək küçəsi “Atakişi” Birgə təsərrüfatlar mərkəzi malikanəsində yerləşən yanacaq doldurma məntəqəsinin paylı mülkiyyətçisi kimi onun istifadəsinə və sərəncamına verilməsinə dair qətnamənin icra edilməməsi, bu gün ki gün onun maddi vəziyyətini ağırlaşdırmışdır. O dəfələrlə bu işlə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra baş İdarəsində olmuş və onlar ona təkrar Cavabdeh2nə müraciət etməyini məsləhət görmüşdülər. O Hacıqabul Rayon Məhkəməsinin xx xxxxxx 2002-ci il tarixli qətnaməsinin icra edilməsi barədə icra vərəqəsini nəhayət almış və icranın son nəticəsi haqda məlumatlanmaq, eləcədə Qətnamənin yenidən icrasına başlanılmsı üçün Cavabdeh2 rəisinə müraciət etmişdir. xx.xx.2020-ci il tarixdə Cavabdeh2 icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu X10 tərəfindən Hacıqabul Rayon Məhkəməsinin 2-58/2001 saylı, xx.xx.2001-ci il tarixli qətnaməsinin icraatına başlanması haqda qərar qəbul edilərək icraata başlanıldı. İcra məmuru tərəfindən ilkin olaraq, məhkəmə qətnaməsinin könüllü olaraq icrası üçün borclu X4 bildiriş göndərdi, lakin borclu icra işi ilə əlaqədar hər hansı hərəkət etmədiyi üçün icra məmuru sonrakı icra proseslərini həyata keçirməli oldu. Belə ki, icranın predmeti barədə əsaslı məlumat almaq üçün Azərbaycan Rublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X31, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 9 saylı X23, Azərbaycan Respublikası Kürdəmir rayon İcra Hakimiyyəti başçısının Atakişili kənd İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyinə, Kürdəmir rayon Notariat Ofisinə sorğular göndərildi. Sorğulara göndərilən cavab və sənədələrə əsasən müəyyən olundu ki, yanacaq doldurma məntəqəsinin yerləşdiyi 0.12 ha torpaq sahəsinin Azərbaycan Respublikası Kürdəmir rayon X7 xx xxxx 2007-ci il saylı qərarı ilə X2 qərara alınmışdır. Yanacaq doldurma məntəqəsi isə xx xxxxxx 2009-cu il tarixdə X5 tərəfindən keçirilən hərracın yekun protokoluna əasasən Cavabdeh3 aşağıdakı qaydada satılmışdır: Əli-Bayramlı (indiki Şirvan) Yerli İqtisad Məhkəməsinin xx xxxxx 2008-ci il tarixli qətnaməsi ilə (hakim E.Əmirəliyev, iş N 340 2-2005) iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin cavabdehlər “Aqil-20” firmasına, İddiaçı, X13, X14 və 3-cü şəxs Dövlət X19 və Özəlləşdirməsi Departamentinə qarşı 27.550 ABŞ dollar məbləğində əsas və ona hesablanmış faiz borcunun cavabdehlərin əmlakı hesabına ödənilməsi barədə iddia tələbinin iddia müddətinin keçməsi ilə əlqədar rədd edilməsi qət edilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli qətnaməsi ilə (sədrlik edən F.Kərimov, hakimlər V.Ağayev və T.Hüseynova, iş N 2-1(106)-56/2008) “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin apelyasiya şikayətinin təmin edilməsi; iş üzrə X21 İqtisad Məhkəməsinin xx xxxxx 2008-ci il tarixli qətnaməsinin ləğv edilməsi, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin iddia tələbinin təmin edilməsi; “Aqil-20” firmasının 25.150 ABŞ dolları əsas kredit borcunun, 2.400 ABŞ dolları faiz borcunun borc alınan vaxt manata məzənnəsinin cavabdehlərə məxsus aşağıdakı əmlakların aşağıdakı ardıcıllıqla hərracda satılaraq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Kürdəmir rayon filialına ödənilməsi: 1. Kürdəmir rayon Atakişili kəndində yerləşən “Aqil-20” firmasına məxsus 3 ədəd 25 tonluq dəmir çən; 1 ədəd Türkiyə istehsalı olan “Petrason” kolonkası; bir şlanklı 2 ədəd dizel kolonkası-Rusiya istehsalı; 20x09 metr ölçülü mişar daşından tikili; kolonkalar üstə dəmir şiferlər; 2. İddiaçı məxsus Kürdəmir rayon Xırdapay kəndində yerləşən 0,32 ha pay torpaq sahəsi və X13 məxsus Kürdəmir rayon Şahsevən kəndində yerləşən 0,85 ha torpaq sahəsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh X20 və onun vəkili Abbasov Zatı oğlu, habelə 3-cü şəxs Azərbaycan Respublikası Dövlət X24 üzrə Dövlət Komitəsi və onun vəkili Hüseynova Esmira Hüseyn qızı kassasiya şikayətləri vermişlər. Lakin Azərbaycan Respublikası Ali Məhkəməsi xx xxxxxx 2009-cu il tarixli, 2 İ - 06/2009 saylı qərarı ilə verilən kassasiya şikayətlərini təmin etməmiş, Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2-1(106)-56/2008 saylı qətnaməsini qüvvəsində saxlamışdır. Yuxarıda qeyd etdiyi məhkəmə proseslərindən qətiyyən xəbəri olmayıb. O qeydiyyatda olduğum Kürdəmir rayonu, Xırdapay kəndini 2002-ci ildə tərk edərək Bakı şəhərinə gəlmiş və o vaxtdan da faktiki olaraq Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Ə.Verdiyev 18 ünvanında yaşayır. İcra məmuru hansı əsaslarla qanuni qüvvə almış məhkəmə qətnaməsini nəzərə almadan məhkəmə qətnaməsinə əsasən icranın predmeti olan əmlakı başqa məhkəmə qətnaməsinin icrası zamanı qətnamədə nəzərdə tutulmayan əmlakı yəni Kürdəmir rayonu, Atakişili Birgə malikanəsində yerləşən yanacaq doldurma məntəqəsini hərrac yolu ilə satdırmışdır. Əmlakı alan şəxs Cavabdeh3 isə əmlakı mülkiyyətinə keçirdikdən sonra Özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alğı-satqı 2653 saylı müqavilə əsasında yanacaq doldurma məntəqəsinin yerləşdiyi 0,12 ha torpaq sahəsini də almışdır. Müqavilə aşağıdakı kimi bağlanmışdır: Aşağıdakı imza edənlər, bir tərəfdən Azərbaycan Respubilkasının Əmlak Məsələləri Dövlət Komitəsi, sədr müavini cənab X15 şəxsində (bundan sonra satıcı adlandırılacaqdır) digər tərəfdən Cavabdeh3 (şəxsiyyət vəsiqəsi AZE03925459, xx.xx.2005) şəxsində (buyndan sonra “Alıcı” adlandırılacaq) müqaviləni bağladılar. Müqavilənin predmetini xx.xx.2010 tarixli, ********** saylı Hüquqların Dövət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestirindən Çıxarışa əsasən alıcının adına qeydiyyatla alınmış ünvan 2i ünvandakı qeyri-yaşayış binasının istifadəsində olan 1312 m2torpaq sahəsi təşkil edir. Satıcı müqaviləsinin 1.1 bəndində göstərilən torpaq sahəsini 169 manata satır, “Alıcı” isə həmin torpaq sahəsinin tam dəyərini ödəməklə satın alır. Hacıqabul Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş və qüvvəyə minmiş xx xxxxxx 2001-ci il tarixli, 2-58/2001 saylı qətnamə əsasında onun mülkiyyətinə verilən yanacaq doldurma məntəqəsi onun iştirakı olmadan, ona bidiriş göndərilmədən Kürdəmir rayon Mİ Qrupunun xx.xx.2009-cu il tarixi, 2-1209 saylı sifariş məktubu əsasında X6 Mərkəzi MMC tərəfindən 4550 manata satılır, mən isə 2020-ci ilin iyul ayında Cavabdeh2 icra məmuru Hikmət Abbasov tərəfindən sorğulara verilən cavab əsasında məlumatlandırılmışdır. Məhkəmənin xx.xx.2020-ci il tarixli baxış iclasında iştirak edən İddiaçı vəkili X17 izahat verərək bildirmişdir ki, iddia tələbini müdafiə edir. İddiaçının qardaşı X3 iddiaçı və qeyrilərinə qarşı fərdi yaşayış evi və yanacaq doldurma məntəqəsinə mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsinə Hacıqabul Rayon Məhkəməsi xx xxxxxx 2001-ci il tarixdə baxmış və bir mərtəbəli yeddi otaqlı yaşayış evi X4 verilmiş, yanacaq doldurma məntəqəsinin yenidənqurulması üzrə işlərin idarə edilməsi ilə əlaqədar 110 207 697 manat məbləğində pulun İddiaçı tutulub X4 verilməsi və həmin yanacaq doldurma məntəqəsinin İddiaçı paylı mülkiyyətçi kimi istifadəsinə və sərəncamına verilməsi qərara alınmışdır. Bununla bağlı xx xxxxxx 2002-ci il tarixli Apelyasiya Məhkəməsinin, xx xxxxxx 2002-ci il tarixli Ali Məhkəmənin və xx xxxxxx 2002-ci il tarixli Apelyasiya Məhkəməsinin qərarları olmuşdur. Apelyasiya və kassasiya şikayətlərindən sonra xx xxxxxx 2001-ci il tarixli qətnamə qüvvədə qalmışdır. İddiaçı xx xxxxxx 2002-ci il tarixli qətnaməni 2019-cu ilin avqust ayına kimi əldə edə bilməmişdir. Hacıqabul Rayon Məhkəməsinə və Cavabdeh2nə dəfələrlə müraciət etsələr də bu işin nəticəsi, icrası barədə məlumat ala bilmirdilər. Sonunda xx xxxxxxxx 2002-ci il tarixdə icraya başlanma haqqında bildirişi əldə edə bilmişlər. Bildirişdən görünür ki, həmin tarixdə icraya başlanılmış, lakin bu barədə iddiaçıya məlumat verilməmişdir. Həmin icra işinin yekunlaşması barədə məlumat olmadığı üçün Cavabdeh2 icra məmuru Hikmət Abbasov tərəfindən xx.xx.2020-ci il tarixdə icraya başlanıldı. Bu zaman verilən sorğular əsasında öyrənmişlər ki, həmin yanacaq doldurma məntəqəsi xx xxxx 2007-ci il tarixdə X1. xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx ASC-nin cavabdehlər “ Aqil-20” firmasına, İddiaçı, X12, X14 və 3-cü şəxs Dövlət X25 və Özəlləşdirməsi Departamentinə qarşı 27.550 ABŞ dollar məbləğində əsas kredit və ona hesablanmış faiz borcunun cavabdehlərin əmlakı hesabına ödənilməsi barədə iddia tələbi əsasında “Aqil-20” firmasına məxsus olan əmlaka yönəldilmişdir. Onların tələb etdiyi əmlak “Aqil-20” firmasının əmlakı olmadığı və qətnamədə göstərilmədiyi halda hərracda həmin əmlak da satılmışdır. O zaman “Aqil-20” firmasının mülkiyyət münasibətlərinə toxunulub və qətnamədə müəyyən bir hissəsi göstərilib. Hansı ki, həmin hissə ilə bağlı onların mübahisəsi yoxdur. Lakin, xx xxxxxx 2009-cu il tarixdə hərracda Cavabdeh3 müəyyən hissəsi deyil, bütün əmlak satılmışdır. Bütün bunlardan iddiaçının xəbəri olmamışdır. Həmin vaxt pulu ödəmək üçün imkanı olmadığından işləməyə Rusiyaya getmişdir. Bu barədə DSX-dan çıxarış təqdim edir. Göründüyü kimi bir məhkəmə qətnaməsi icra olunmadan başqa qətnamə əsasında hərracda satılmışdır. Göründüyü kimi onlar bütün bunlardan 2020-ci il tarixdə yenidən icraya başlanan zaman göndərilən sorğular əsasında xəbərdar olmuşlar. Eyni zamanda hesab edirlər ki, Cavabdeh3 vicdanlı alıcı deyil. Çünki həmin kənddə hamı bilir ki, qardaşlar arasında problem olduğundan həmin ərazi mübahisəlidir. Məhkəmənin xx.xx.2020-ci il tarixli baxış iclasında iştirak edən İddiaçı izahat verərək bildirmişdir ki, iddia tələbini müdafiə edir. Məhkəmə qətnaməsindən xəbəri olmayıb. Qardaşı ilə düşmən olduqları üçün o sağ olduğu halda ona ölüm kağızı alıb. Əsas olmadan qardaşının adına mülkiyyət sənədi veriblər. İmkanı olmadığı üçün işləməyə Rusiyaya getmişdir. Eyni zamanda onu qatar vurduğu üçün 1 il müalicə almışdır. Təxmini 2003-cü ildən ailəsi ilə birlikdə Bakıya köçmüşdür. Kürdəmirli tanışlarının şifahi olaraq ona bildirməsi əsasında təxmini 2017-2018-ci illərdə həmin yanacaqdoldurma məntəqəsinin Cavabdeh3 satıldığını öyrənmiş və telefonla əlaqə saxlamışdır. 1989-cu ildən həmin obyekti açmışdır, Telman da, onun atası da hər zaman ordan yanacaq doldurublar. Həmin obyektin onun olduğundan xəbərdar idi. Bu səbəbdən iddiamın təmin olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli baxış iclasında iştirak edən cavabdeh “X6 Mərkəzi”nin nümayəndəsi X18 izahat verərək bildirmişdir ki, hərrac tam qanuni əsaslarla keçirilmişdir. Keçən bu qədər müddət ərzində hərrac mərkəzi 3 dəfə ünvanını dəyişmişdir. Sənədlərin saxlanma müddəti 5 il olduğundan məhv olunmuşdur. Eyni zamanda hesab edir ki, iddiaçı tərəfindən iddianın müddəti ötürülmüş, 11 il vaxt keçmişdir. Bu səbəbdən, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli baxış iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh3 izahat verərək bildirmişdir ki, o qəzetdə görüb almışdır. Dedilər hərraca çıxarılıb o da gedib almışdır. Onların kəndində yanacaq doldurma məntəqəsi açmışdı, sonradan şəhərdə də açdı. Qardaşını, onun yoldaşını görmüşdü orada. Sonradan ona zəng edərək, onun olduğu bildiyi halda niyə aldığını soruşdu. O qanuni əsaslarla hərracdan almışdır, qardaşlar arasında olan düşmənçiliyə görə olanlardan xəbəri yoxdur. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh2 icra məmurunun iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə Kürdəmi Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2009cu il tarixli, iş №2-1(102)-06/2009 saylı Qərarından görünür ki, Əli-Bayramlı (indiki Şirvan) Yerli İqtisad Məhkəməsinin xx xxxxx 2008-ci il tarixli qətnaməsi ilə (hakim E.Əmirəliyev, iş N 340 2-2005) iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin cavabdehlər “Aqil-20” firmasına, İddiaçı, X13, X14 və 3-cü şəxs Dövlət X25 və Özəlləşdirilməsi Departamentinə qarşı 27.550 ABŞ dollar məbləğində əsas və ona hesablanmış 2400 ABŞ dolları faiz borcunun cavabdehlərin əmlakı hesabına ödənilməsi barədə iddia tələbi iddia müddətinin keçməsi ilə əlqədar rədd edilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli qətnaməsi ilə (sədrlik edən F.Kərimov, hakimlər V.Ağayev və T.Hüseynova, iş N 2-1(106)- 56/2008) “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin apelyasiya şikayəti təmin edilərək Əli- Bayramlı (indiki Şirvan) Yerli İqtisad Məhkəməsinin xx xxxxx 2008-ci il tarixli qətnaməsi ləğv edilmiş, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin iddia tələbi təmin edilərək “Aqil-20” firmasının 25.150 ABŞ dolları əsas kredit borcunun, 2.400 ABŞ dolları faiz borcunun borc alınan vaxt manata məzənnəsinin cavabdehlərə məxsus aşağıdakı əmlakların aşağıdakı ardıcıllıqla hərracda satılaraq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Kürdəmir rayon filialına ödənilməsi: 1. Kürdəmir rayon Atakişili kəndində yerləşən “Aqil-20” firmasına məxsus 3 ədəd 25 tonluq dəmir çən; 1 ədəd Türkiyə istehsalı olan “Petrason” kolonkası; bir şlanklı 2 ədəd dizel kolonkası-Rusiya istehsalı; 20x09 metr ölçülü mişar daşından tikili; kolonkalar üstə dəmir şiferlər; 2. İddiaçı məxsus Kürdəmir rayon Xırdapay kəndində yerləşən 0,32 ha pay torpaq sahəsi və X13 məxsus Kürdəmir rayon Şahsevən kəndində yerləşən 0,85 ha torpaq sahəsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh X20 və onun vəkili X27, habelə 3-cü şəxs Azərbaycan Respublikası Dövlət X24 üzrə Dövlət Komitəsi və onun vəkili Hüseynova Esmira Hüseyn qızı kassasiya şikayətləri vermişlər. Ali Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli, 2-1(102)-06/2009 saylı Qərarı ilə kassasiya şikayətlərini təmin etməmiş, Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2- 1(106)-56/2008 saylı qətnaməsini qüvvəsində saxlamışdır. İş materiallarında olan “X6 Mərkəzi” MMC-nin hərracın yekunları barədəY-138 saylı protokoldan görünür ki, Şirvan Apelyasi Məhkəməsinin 2-1(106)56/2008; xx.xx.2008-ci il tarixli İcra Vərəqinə əsasən Kürdəmir rayon Mİ Şöbəsinin 108/09 saylı, xx.xx.2009-cu il tarixli sifariş məktubuna əsasən xx xxxxxx 2009-cu il tarixdə keçirilən hərracda 3 ədəd 25 tonluq dəmir çən, 1 ədəd “petrasan” kalonka, 2 ədəd dizel kalonkası Cavabdeh3 almışdır. İş materiallarında olan “X6 Mərkəzi” MMC-nin hərracın yekunları barədəY-165 saylı protokoldan görünür ki, Şirvan Apelyasi Məhkəməsinin 2-1(106)56/2008; xx.xx.2008-ci il tarixli İcra Vərəqinə əsasən Kürdəmir rayon Mİ Şöbəsinin 2-1209 saylı, xx.xx.2009-cu il tarixli sifariş məktubuna əsasən xx xxxxxx 2009-cu il tarixdə keçirilən hərracda “Aqil-20” firmasına məxsus yanacaq doldurma binasını Cavabdeh3 almışdır. İşdə olan, hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə xx xxxxxx 2010-cu il tarixli müqaviləyə əsasən, Kürdəmir rayonu Atakişili kəndində yerləşən “Aqil-20” firmasına məxsus yanacaq doldurma binası alıcı qismində çıxış edən Cavabdeh3 4550 manata satılmışdır. İş materiallarında olan MA seriyalı ******* saylı çıxarışdan görünür ki, Kürdəmir rayonu Atakişili kəndində yerləşən ümumi sahəsi 187.8 kv.m olan, 0.1312 ha torpaq sahəsi olan YDM evi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 71 nömrəli vərəqində qeydiyyata alınmışdır. (**********03-06301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi, xx.xx.2010-cu ildə) “İpoteka haqqında” Qanunun ipoteka predmetinə tutmanın yönəldilməsi əsaslarını müəyyən edən 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Hərrac keçirilən zaman qüvvədə olan “İpoteka haqqında” Qanunun ipoteka predmetinə tutmanın yönəldilməsi əsaslarını müəyyən edən 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Tutma yönəldilən ipoteka predmetinin satış üsullarından biri olan hərracların keçirilmə qaydaları, hərracın baş tutmamış elan edilməsi, bu halda təkrar hərracın keçirilməsi qaydaları və nəticələri “İpoteka haqqında” Qanunun 42 və 43-cü maddələri ilə tənzimlənir. Həmin Qanunun 43.1-ci maddəsinə görə hərraca iki nəfərdən az alıcı gəldikdə; hərracın iştirakçısı olmadıqda; hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə (bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın) hərracın təşkilatçısı hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir. “İpoteka haqqında” Qanunun 43.3-43.5-ci maddələrinə əsasən hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. “İpoteka haqqında” Qanunun 43.7 və 43.8-ci maddələrinə müvafiq olaraq bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Məhkəmə qeyd edir ki, qanunun yuxarıda vurğulanan şərtlərinə əməl edilməməsi hərracın keçirilmə qaydasına zidd olmaqla yanaşı, eyni zamanda ipoteka predmetinin mülkiyyətçisi olan ipoteka qoyanın əmlak mənafeyinin pozulması ilə də nəticələnə bilər. Mülki Məcəllənin 416-cı maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Mülki Məcəllənin 354.2-ci maddəsinə görə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Qeyd edilən normadakı müddət kəsicidir, iddia müddəti deyil, kəsici müddət keçdikdən sonra da maraqlı şəxs əqdi mübahisələndirmək hüququnu itirir. Bu halda müddətin tətbiqi barədə ərizənin verilməsi də tələb edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2020-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumunun hüququ mövqeyi belə olmuşdur ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Beləliklə, göstərilənlərə əsasən məhkəmə bu nəticəyə gəlir ki, hərrac məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında Kürdəmir rayon Mİ Şöbəsinin sifariş məktubu ilə 2009-cu il tarixdə keçirildiyindən və məhkəmənin xx xxxxxxx 2020-ci il tarixli iclasında iddiaçının özünün izahatında qeyd etdiyi kimi hərracı udmuş şəxslə 2017-2018-ci ildə telefonla danışdığını nəzərə alsaq iddiaçının məlumatlı olduğundan müddət ötdüyü üçün İddiaçıCavabdeh3 üçüncü şəxs qismində göstərilməklə cavabdeh “X6 Mərkəzi” MMC-yə və Cavabdeh2nə qarşı “hərracın yekunları barədə xx xxxxxx 2009-cu il tarixli Y-165 saylı protokolun və həmin protokolun sonrakı hüquqi nəticələrinin yəni xx xxxxxx 2010-cu il tarixli alğı-satqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd olunmalıdır. MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin olunmadığı üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin olunmadığı üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh3 üçüncü şəxs qismində göstərilməklə cavabdeh “X6 Mərkəzi” MMC-yə və Cavabdeh2nə qarşı “hərracın yekunları barədə xx xxxxxx 2009-cu il tarixli Y- 165 saylı protokolun və həmin protokolun sonrakı hüquqi nəticələrinin yəni xx xxxxxx 2010-cu il tarixli alğı-satqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-1664/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1664/2020
23.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver