Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1676/2024 31.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, X8 , Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Səbail rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası işə cəlb edilməklə «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Səbail rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası cəlb olunmaqla ərizə ilə məhkəməyə müraciət edərək, 04 iyun 1957-ci il təvəllüdlü həyat yoldaşı X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi və onun üzərində onun qəyyum təyin edilməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, o, X6 ilə 24 oktyabr 1980-cı il tarixdə birgə nikaha daxil olmuş və bu günə kimi bir ailə kimi birlikdə yaşayırlar. Həyat yoldaşı X6 işimik insult və anlaqsızdır. Həyat yoldaşına işimik insult, anlaqsız, qulluq və müalicə tələb edən ciddi nitd davranış pozuntusu diaqnozu qoyulmuşdur. Həyat yoldaşı Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi, ev 31, 16 saylı mənzildə pasport qeydiyyatında olmaqla onunla birlikdə həmin mənzildə yaşayır. Həyat yoldaşı xəstəliyinə görə özünü normal idarə edə bilmir. Buna görə də, ona o, qulluq və nəzarət edir. Həyat yoldaşının fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi olmadığından, onun əməllərinə görə qəyyumu kimi onun adından çıxış edə bilmir. Odur ki, xx.xx.1957-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi və onun üzərində onun qəyyum təyin edilməyi barədə qətnamə qəbul etməlidir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs Səbail rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan AZ-İ seriyalı, 312371 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X11 xx.xx.1980-cı ildə nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1980 ilin 10 ayının 24 günündə 52 No ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Ağcabəyli soyadı verilmişdir. İş materiallarında olan AZE seriyalı 08274765 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1957-ci ildə Xaçmaz rayonu, Manafova kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi, xx.xx.1957-ci ildə Ağcaöədi rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. İş üzrə təyin edilmiş məhkəmə-psixiatrik ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik” Ekspertiza Mərkəzi” X13 qiyabi sənədlər üzrə məhkəmə psixiatrik ekspertizasının 07 oktyabr 2024-cü il tarixli, 2929 saylı rəyindən görünür ki, X2 Damar Mənşəli (Baş Beyinin İnfaktı Nəticəsində) Dərin Demensiya (F01) qeyd olunur. Tibbi sənədlərə əsasən X7 2023-cü ilin dekabrından beyin infaktı keçirmiş, bununla əlaqədar X5 stasionar müalicə olunmuşdur. Qəbul etdiyi müalicələrə baxmayaraq, nevroloji vəziyyətinin yaxşılaşmaması və psixi funksiyalarının bərpa olunmaması yuxarıda göstərilən diaqnozu təsdiq edir. Təqdim olunmuş tibbi sənədlərin təhlili belə güman etməyə əsas verir ki, X2 baş beyinin qan dövranının işemik tipli (beyin infaktı) pozulmasından sonra onda dərin demensiya formalaşmışdır. Yuxarıda göstərilənlərə əsasən belə qənaətə gəlmək olar ki, X2 beyin qan dövranının pozulması nəticəsində yaranmış “demensiya” onu öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək qabiliyyətindən məhrum etmişdir. 04 iyun 1957-ci il təvəllüdlü X3 damar mənşəli (baş beyinin infaktı nəticəsində) dərin demensiya qeyd olunur. Beyin qan dövranının pozulması nəticəsində yaranmış “demensiya” onu öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək qabliyyətindən məhrum etmişdir. X4 psixi vəziyyətinə görə fəaliyyət qabliyyəti olmayan şəxs hesab etməyə əsas vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 04 iyun 1957-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220,360-cı maddələrini rəhbər tutub məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. 04 iyun 1957-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-1676/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1676/2024
31.10.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver