Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-168/2021 03.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əliyeva Aygün Həsən qızının katibliyi, Tərcüməçi X11 İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2, onun nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı cavabdehlər 28 saylı Notariat Kontoru və Cavabdeh2 qarşı qohumluq faktının müəyyən edilməsi, miras qalmış əmlakın faktiki qəbulu və vəsiyyətnamənin etibarsızlığı tələbinə dair iddiası, Cavabdeh2 İddiaçı qarşı mənzildən çıxarılma, həmin mənzildən istifadəyə maneələrin qadağan edilməsi, mənzilə köçürülmə və mənzilə dair sənədlərin və açarlarının surətinin qaytarılması, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair qarılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər 28 saylı notariat kontoruna və Cavabdeh2 qarşı iddia ərizəsi ilə müracəit edərək, xx xxx 2018-ci il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi, X13 ilə onun qohumluq münasibətlərinin müəyyən edilməsi, Səbail rayon Badamdar qəsəbəsi, Seymur Məmmədov küçəsi 16 saylı evin 1 otaqlı 10 saylı mənzilinin miras əmlak olaraq onun tərəfindən qəbul edilməsi və 28 saylı notariat ofisi tərəfindən Səbail rayonu, Badamdar qəsəbəsi, 16 saylı evin 10 saylı mənzili ilə bağlı vərəsəlik şəhadətnaməsi onun adına verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, S.Məmmədov küçəsi 16 saylı evin bir otaqlı 10 saylı mənzilinin mərhum mülkiyyətçisi X14 ilə aşağıdakı qaydada ana xətti ilə qohumluq münasibətləri mövcuddur:1.İddiaçı, 2.X18 vəfat edib xx.xx.2014-cü il tarixdə Bakı şəhərində-anasıdır: 3.X5 vəfat edib Krasnodar vilayəti-ana xəttilə nənəsidi. 1.X15 vəfat edib xx.xx.2019-cu il tarixdə Bakı şəhərində-xalası qızıdır; 2.X3 vəfat edib xx xxxxxxx 1957-ci ildə Çuvaşya vilayəti-xalasıdır; 3.X10 vəfat edib Krasnodar vilayəti-ana xəttilə nənəsinin bacısıdır. Müxtəlif aidiyyatı qurumlara müraciət etsə də, mərhum L.Parpura ilə qohumluq faktını təsdiq edən sənədləri əldə edə bilməmişdir. Mərhum xalası qızı L.Parpuranın Bakı şəhərində yeganə qohumu o olmaqla, onun qayğısına qalmışdır. RF ərazisində yaşayan qohumlarla hər ikisinin əlaqəsi 90-cı illərdən sonra olmamışdır. Yaşlı insan olaraq o, L.Parpuraya qayğı göstərmiş, daimi olaraq bir-birlərinə gəliş-gedişləri olmuşdur. 2019-cu ilin dekabr ayında o, L.Parpuranı xəstəxanaya yerləşdirmiş, xx.xx.2019-cu ildə L.Parpura vəfat etmiş, o onu ailələrinə məxsus qəbirstanlıqda yerləşən torpaq sahəsində dəfn etmişdir. L.Parpuradan qalan əmlak faktiki tərəfindən qəbul edilmiş, bütün rəsmi sənədlər ondadır, yəni çıxarışın əsli, vəsiyyətnamənin əsli, hazırda mənzil onun sahibliyində və istifadəsindədir. L.Parpura və Cavabdeh2 ömürlük saxlamaq şərti ilə renta müqaviləsi bağlamaq məqsədi ilə razılaşmış, lakin hüquqi savadsızlığı baxımından və Cavabdeh2 aldatmasının nəticəsi olaraq xx xxx 2018-ci il tarixli vəsiyyətnamə qeydə alınmışdır. Cavabdeh2 öhdəçiliyini yerinə yetirməmiş, daha doğrusu, maddi imkansızlığı, vaxtının olmamasını əsas gətirərək vəsiyyətnamənin surətində öz dəsti xəttilə xx.xx.2018-ci il tarixdə yazmış və bir daha vəsiyyətnamənin əsil mahiyyətin məlum etmişdir ki, həqiqətdə vəsiyyətnamə deyil, ömürlük saxlamaq şərti ilə renta müqaviləsi bağlanması tərəflər arasında razılaşdırılmışdır. Yenə Cavabdeh2 L.Parpuraya yalnış məlumat vermiş, yəni öz imzası ilə renta müqaviləsindən imtina etməyi ilə vəsiyyətnamənin ləğv edildiyini məlum etmiş, L.Parpura isə buna inanmışdır. Bu səbəbdən L.Parpura notariat ofisinə müraciət etməmişdir. Bu barədə L.Parpura sağlığında ona danışmış, lakin onun da bu sahədə təcrübəsi olmadığı üçün L.Parpuraya məsləhət verə bilməmişdir. L.Parpuranın ölümündən sonra miras əmlakın faktiki onun tərəfindən qəbul olunması məqsədi ilə 8 saylı notariat kontoruna müraciət etmiş və bu zaman ona məlum olmuşdur ki, 28 saylı notariat ofisində bu daşınmaz əmlakla bağlı vəsiyyətnamə mövcuddur. Bu səbəbdən o, inzibati orqanlara müracəit etmiş, lakin sualın məhkəmə orqanlarında müzakirə olunması ona tövsiyyə edilmişdir. Cavabdeh2 ilə L.Parpura arasında renta müqaviləsinin şərtləri dairəsində razılaşma olduğu üçün məlum halda ömürlük saxlamaq şərti ilə renta müqaviləsinin prinsipləri tətbiq edilməlidir. Ona görə də, xx xxx 2018-ci il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi, X13 ilə onun qohumluq münasibətlərinin müəyyən edilməsi, Səbail rayon Badamdar qəsəbəsi, Seymur Məmmədov küçəsi 16 saylı evin 1 otaqlı 10 saylı mənzilinin miras əmlak olaraq onun tərəfindən qəbul edilməsi və 28 saylı notariat ofisi tərəfindən Səbail rayonu, Badamdar qəsəbəsi, 16 saylı evin 10 saylı mənzili ilə bağlı vərəsəlik şəhadətnaməsi onun adına verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə Cavabdeh2 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ünvan 1 ünvanından çıxarılması, həmin mənzildən onun tərəfindən istifadəyə maneələrin cavabdehə qadağan edilməsi, onun ünvan 1 ünvanına köçürülməsi və mənzilə dair sənədlərin və mənzilin cavabdehdə qalan açarlarının surətinin ona qaytarması, 3000 manat kirayə haqqının və mənəvi ziyana görə 3000 manat pulun cavabdehdən ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, X16 öz istəyinə əsasən xx.xx.5018-ci il tarixdə Cavabdeh2 vəsiyyətnamə vermişdir. xx.xx.2020-ci il tarixdə X16 rəhmətə getmişdir. Bundan xəbər tutan cavadeh yaranmış şəraitdən istifadə edərək vasitəçilər vasitəsi ilə mənzili ələ keçirmək üçün hərəkətə keçmiş, mənzildə olan sənədləri və X6 məxsus əmlakları mənimsəmiş, təcili sənədlər toplayaraq mənizili ələ keçirmək istəmişdir. Xəbər tutanda ki, vərəsə var, Cavabdeh2 polisə əsassız olaraq şikayət edərək sübut toplamağa cəhd etmişdir. Sual olunur əgər həqiqətən də qohumsan və mirası qəbul etmisənsə, Cavabdeh2 barədə notariusdan nə üçün məlumat almır, nə üçün polisin əli ilə məlumat toplanır, hətta polisdə olan izahatla da tanış olunur, halbuki ona cavabdehin kimliyi barədə belə məlumat verilmir, təsadüf deyil ki, məhkəmədə də tələm-tələsik polisdə olan materialların alınması üçün vəsatət təqdim edilir. Bu isə təsadüfi adamların mənzilə sahib çıxmaq niyyətini bir daha təsiq edir. İddiaçı və himayədarlarının əməlləri nəticəsində Cavabdeh2 ona miras qalan əmlaka sahib çıxa bilmir. İlkin iddia ərizəsindən də görünür ki, əmlak İddiaçı hazırda sahibliyi və istifadəsindədir. Vərəsə olaraq iddiaçı əsassız iddialarla Cavabdeh2 vərəsə olaraq verilən əmlakdan istifadə etməyə mane olmaqla bərabər miras qoyulan əmlaka özalərini qaçqın kimi təqdim edən şəxsləri yerləşdirmişlər. Cavabdeh2 isə məcburən kirayədə qalmaqla onsuz da ağır olan vəziyyəti daha da ağırlaşdırır. İddiaçı edilən xəbərdarlıqldara baxmayaraq artıq üçüncü dəfədir ki məhkəmədə əsassız iddialar təqdim edir. Nəticədə Cavabdeh2 2020 yanvar ayından kirayədə qalmaq məcburiyyətindədir. Ona görə də, İddiaçı ünvan 2 ünvanından çıxarılması, həmin mənzildən Cavabdeh2 tərəfindən istifadəyə maneələrin İddiaçı tərəfindən qadağan edilməsi, Cavabdeh2 ünvan 2 ünvanına köçürülməsi və mənzilə dair sənədlərin və mənzilin İddiaçı qalan açarlarının surətinin Cavabdeh2 qaytarılması, 3000 (üç min manat) manat kirayə haqqının və mənəvi ziyana görə 3000 (üç min) manat manat pulun İddiaçı tutularaq cavabdehə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia tələbini müdafiə edərək, qarşılıqlı iddianı qəbul etməyərək həmçinin bildirdi ki, iddia ərizəsində səhvən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, S.Məmmədov küçəsi 16 saylı evin bir otaqlı 10 saylı mənzilinin mərhum mülkiyyətçisi X2 xalası qızı olduğu göstərilmişdir. Onun mərhum X19 ilə ana xətti ilə qohumluq münasibətiləri mövcuddur. Belə ki, L.S.Parpura ilə onun ana nənələri bacıdır. Müxtəlif aidiyyatı qurumlara müraciət etsə də, mərhum L.S.Parpura ilə qohumluq faktını təsdiq edən sənədləri əldə edə bilməmişdir. L.Parpuranın Bakı şəhərində yeganə qohumu o olmaqla, onun qayğısına qalmışdır, daim bir-birləri ilə gəliş-gedişləri olmuşdur. RF ərazisində yaşayan qohumlarla onların hər ikisinin əlaqəsi 90-cı illərdən sonra olmamışdır. 2019-cu ilin dekabr ayında o, L.Parpuranı xəstəxanaya yerləşdirmiş, xx.xx.2019-cu ildə L.Parpura vəfat etmişdir O, L.Parpuranı öz ailəsinə məxsus qəbirstanlıqda yerləşən torpaq sahəsində dəfn etmişdir. L.Parpuradan qalan əmlak faktiki onun tərəfindən qəbul edilmişdir, bütün rəsmi sənədlər, mənzilin çıxarışının və vəsiyyətnamənin əsli ondadır. Hazırda mənzil onun sahibliyində və istifadəsindədir. L.Parpura və Cavabdeh2 ömürlük saxlamaq şərti ilə renta müqaviləsi bağlamaq məqsədi ilə razılaşmış, lakin hüquqi savadsızlığı baxımından və Cavabdeh2 aldatmasının nəticəsi olaraq xx xxx 2018-ci il tarixli vəsiyyətnamə qeydə alınmışdır. Cavabdeh2 öhdəçiliyini yerinə yetirməmiş, daha doğrusu, maddi imkansızlığı, vaxtının olmamasını əsas gətirərək vəsiyyətnamənin surətində öz xəttilə xx.xx.2018-ci il tarixdə “İmtina edirəm, vaxtım yoxdur baxmağa, işləyirəm” yazmış və bir daha vəsiyyətnamənin əsil mahiyyətin məlum etmişdir ki, həqiqətdə vəsiyyətnamə deyil ömürlük saxlamaq şərti ilə renta müqaviləsi bağlanması tərəflər arasında razılaşdırılmışdır. Yenə Cavabdeh2 L.Parpuraya yanlış məlumat vermiş, yəni öz imzası ilə renta müqaviləsindən imtina etməyi ilə vəsiyyətnamənin ləğv edildiyini məlum etmiş, L.Parpura isə buna inanmışdır. Bu səbəbdən L.Parpura notariat ofisinə müraciət etməmişdir. Bu barədə L.Parpura sağlığında ona danışmış, lakin onun bu sahədə təcrübəsi olmadığı üçün L.Parpuyara məsləhət verə bilməmişdir. O, L.Parpuranın sağlığında onun mənzilinə gedib-gələrkən orada Cavabdeh2 heç vaxt görməmişdir. L.Parpuranın ölümündən sonra miras əmlakın faktiki onun tərəfindən qəbul olunması məqsədi ilə 8 saylı notariat kontoruna müraciət etmiş və bu zaman ona məlum olmuşdur ki, 28 saylı notariat ofisində bu daşınmaz əmlakla bağlı vəsiyyətnamə mövcuddur. Ona görə də, iddia tələbinin təmin olunmasını, qarşılıqlı iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia qəbul etməyərək bildirdi ki, iddia ərizəsində səhvən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, S.Məmmədov küçəsi 16 saylı evin bir otaqlı 10 saylı mənzilinin mərhum mülkiyyətçisi L.S.Parpuranın İddiaçı xalası qızı olduğu göstərilmişdir. İddiaçı mərhum L.S.Parpura ilə ana xətti ilə qohumluq münasibətiləri mövcuddur. Mərhum L.Parpura ilə iddiaçı M.Xaritonovanın ana nənələri bacı olublar, beləliklə, İddiaçı mərhum L.Parpuranın beşinci növbə vərəsəsidir. İddiaçı L.Parpuranın Bakı şəhərində yeganə qohumu olmaqla, onun qayğısına qalmışdır. RF ərazisində yaşayan qohumlarla hər ikisinin əlaqəsi 90-cı illərdən sonra olmamışdır. İddiaçı 2019-cu ilin dekabr ayında L.Parpuranı xəstəxanaya yerləşdirmiş, xx.xx.2019-cu ildə L.Parpura vəfat etmiş və onu İddiaçı dəfn etmişdir. L.Parpuradan qalan əmlak faktiki İddiaçı tərəfindən qəbul edilmiş, bütün rəsmi sənədlər ondadır, yəni çıxarışın əsli, vəsiyyətnamənin əsli, hazırda mənzil onun sahibliyində və istifadəsindədir. L.Parpura və Cavabdeh2 ömürlük saxlamaq şərti ilə renta müqaviləsi bağlamaq məqsədi ilə razılaşmış, lakin hüquqi savadsızlığı baxımından və Cavabdeh2 aldatmasının nəticəsi olaraq xx xxx 2018-ci il tarixli vəsiyyətnamə qeydə alınmışdır. L.Parpura və Cavabdeh2 ömürlük saxlamaq şərti ilə renta müqaviləsi bağlamaq məqsədi ilə razılaşmış, lakin hüquqi savadsızlığı baxımından və Cavabdeh2 aldatmasının nəticəsi olaraq xx xxx 2018-ci il tarixli vəsiyyətnamə qeydə alınmışdır. Cavabdeh2 öz öhdəliklərini yerinə yetirməmiş, xx.xx.2018-ci il tarixdə vaxtının olmamasını əsas gətirərək vəsiyyətnamənin surətində öz dəsti xəttilə ilə imtinasını bildirmişdir. Yenə Cavabdeh2 L.Parpuraya yalnış məlumat vermiş, yəni öz imzası ilə renta müqaviləsindən imtina etməyi ilə vəsiyyətnamənin ləğv edildiyini məlum etmiş, L.Parpura isə buna inanmışdır. Bu səbəbdən L.Parpura notariat ofisinə müraciət etməmişdir. Cavabdeh2 ilə L.Parpura arasında renta müqaviləsinin şərtləri dairəsində razılaşma olduğu üçün məlum halda ömürlük saxlamaq şərti ilə renta müqaviləsinin prinsipləri tətbiq edilməlidir. Ona görə də, iddia tələbinin təmin olunmasını, qarşılıqlı iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 iddia tələbini qəbul etməyərək, qarşılıqlı iddianı müdafəi edərək izah etdi ki, Lyudmila Parpura onun inzibatçı işlədiyi mağazaya müştəri kimi gəlirdi, həmin mağazada onunla tanış olmuşdu və aralarında mehriban münasibət yaranmışdı. L.Parpura ona deyirdi ki, onun Bakı şəhərində heç bir qohumu yoxdur, təkdir, bir qızı və 1 oğlu olmuş, oğlu şəhid olmuş, qızı isə iki uşağı ilə qəzaya düşüb ölmüşdür, ona görə də, onu qızlığa götürmək istəyir. O, L.Parpuraya gəlib onunla birlikdə yaşamağı təklif etmiş, lakin o razı olmamışdır. Onun işlədiyi mağaza L.Parpuranın evinin 100 metrliyində yerləşirdi və o teztez müdirindən icazə alaraq L.Parpuranın evinə ərzaq, dərmanlarını alıb aparır, imkanı çatan məbləğdə, yəni 100-150 manatadək məbləğdə ona pul verirdi. Elə vaxtlar olurdu, gündə üç dəfə L.Parpuranın evinə gedirdi. Onun özünün ailəsi yoxdur və həmin vaxtlar Səbail rayonu 20-ci sahədə kirayədə yaşayırdı. L.Parpura yaşlı və xəstə olduğu üçün ona gəlib onunla birlikdə yaşamasını da təklif edirdi. Lakin L.Parpuranın mənzili baxımsız, səliqəsiz olduğundan, o həmin təklifdən imtina etmişdi. L.Parpura öz istəyinə əsasən xx.xx.2018-ci il tarixdə onu notariat kontoruna apararaq, öz mənzilinə dair ona vəsiyyətnamə vermişdir. Həmin vəsiyyətnamə verilərkən şahidlərdən biri kimi o öz işlədiyi mağazanın müdiri Rüfəti dəvət etmiş, digər şahid Dilavər isə notarius tərəfindən dəvət olunmuşdur. Bir neçə aydan sonra L.Parpura onu sınamaqdan ötrü özü ilə birlikdə notariat kontoruna apararaq, vəsiyyətnamənin üzərində öz diktəsi ilə ona yazdırmışdır ki, o işlədiyi üçün və ona baxmağa vaxtı olmadığı üçün imtina edir. Həmin sözləri o öz xətti ilə yazmışdır. L.Parpura ona bildirmişdir ki, bu ona görə lazımdır ki, istədiyi vaxt vəsiyyətnaməni ləğv etdirə bilsin. Buna baxmayaraq, o yenə də, L.Parpuranın evinə gedib, ona lazımi ərzaqları aparmış, ona pul vermiş, qulluq göstərmişdir. O, L.Parpuranın evinə gedib-gələrkən heç vaxt orada hazırki iş üzrə İddiaçı və ya hər hansı bir başqa şəxsi görməmişdir. 2019-cu ilin dekabr ayında onun işlədiyi mağaza bağlandığı və o, yaşadığı yeri dəyişərək, Nərimanov rayonuna köçdüyü üçün təxminən 10 gün L.Parpuradan məlumatı olmamış, onunla əlaqə saxlaya bilməmişdir. Sonradan öyrənmişdir ki, L.Parpura xx.xx.2020-ci il tarixdə rəhmətə getmişdir. L.Parpura mənzilə dair ona vəsiyyətnamə verdiyi üçün hesab edir ki, o, həmin mənzilin sahibidir, lakin İddiaçı ona məxsus mənzili özbaşına tutduğu üçün o öz mülkündən istifadə edə bilmir. Ona görə də, iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini qəbul etməyərək, qarşılıqlı iddianı müdafiə edərək həmçinin bildirmişdir ki, X16 öz istəyinə əsasən xx.xx.5018-ci il tarixdə Cavabdeh2 vəsiyyətnamə vermişdir. xx.xx.2020-ci il tarixdə X16 rəhmətə getmişdir. Bundan xəbər tutan cavadeh İddiaçı yaranmış şəraitdən istifadə edərək vasitəçilər vasitəsi ilə mənzili ələ keçirmək üçün hərəkətə keçmiş, mənzildə olan sənədləri və X6 məxsus əmlakları mənimsəmiş, təcili sənədlər toplayaraq mənizili ələ keçirmək istəmişdir. Xəbər tutanda ki, vərəsə var, Cavabdeh2 polisə əsassız olaraq şikayət edərək sübut toplamağa cəhd etmişdir. İddiaçı və himayədarlarının əməlləri məticəsində Cavabdeh2 ona miras qalan əmlaka sahib çıxa bilmir. İlkin iddia ərizəsindən də görünür ki, əmlak İddiaçı hazırda sahibliyi və istifadəsindədir. İddiaçı əsassız iddialarla Cavabdeh2 vərəsə olaraq verilən əmlakdan istifadə etməyə mane olmaqla bərabər miras qoyulan əmlaka özlərini qaçqın kimi təqdim edən şəxsləri yerləşdirmişdir. Cavabdeh2 isə 2020 yanvar ayından kirayədə qalmaq məcburiyyətindədir. Ona görə də, iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, 5 ildir 144 saylı MİS-də sahə nəzarətçisi vəzifəsində işləyir. X8 4-5 ildir ki, tanıyır. İddiaçı da onunla birikdə görmüşdür. Dəfələrlə birlikdə arayış və ödənişlər üçün 144 saylı MİS-ə gəldiklərini görmüşdür. Bundan əlavə işlədiyi yerin pəncərəsi X4 yaşadığı binaya açıldığından dəfələrlə onları birlikdə bazarlığa gedərkən, evə gedib-gələrkən görmüşdür. İddiaçı başqa həmin evə kiminsə gəlib-getdiyini, yaxud ödənişlər üçün MİS-ə müraciət etməsinin şahidi olmamışdır. Hətta əvvəllər o, onların ana-qız olduğunu güman edirdi. X16 dünyasını dəyişdikdən sonra İddiaçı ölüm xərci üçün arayış almağa gəldikdə onların anaqız yox, uzaq qohum olduqlarını öyrənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, İddiaçı anası X18 ilə uzun illər rəfiqə olmuşdur. X8 isə X18 ilə birlikdə uzun müddət əvvəl görmüşdür. Lyuba ona onu bacısı kimi təqdim etmişdir. O, onların bir-birinə oxşadığınıbildirmişdir. Ancaq X16 ilə aralarında hər hansı söhbət olmamışdır. Ondan sonrakı illərdə də dəfələrlə onları birlikdə görmüşdür və Lyubanın sözünə görə onları bacı hesab edirdi. Lyuba dünyasını dəyişdikdən sonra da İddiaçı X16 ilə birlikdə görmüşdür. Bir müddət əvvəl İddiaçı gördükdə ondan xalasını soruşduqda dedi ki, xəstədir, ona görə də, xəstəxanaya yerləşdirilibdir. Daha sonra isə L.Parpuranın vəfat etdiyini eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, “Toğrul” hüquq firmasında hüquqşünas vəzifəsində işləyir. İddiaçı qaynanası Şahid4 Anatolyevnanı 25 ilə yaxındır tanıyır. İddiaçı isə aonuncunun Şahid4 oğlu ilə evləndikdən sonra təqribən 10 il olar tanıyır. 2018-ci ilin birinci yarısı Xritonovanın qaynanası Nataliya Anatoliyevna zəng edərək dedi ki, gəlini Marina bacısı ilə gələcək onlara bir məsələdə hüquqi yardım lazımdır. O, X8 İddiaçı iştirakı ilə qəbul etdi. Sonra öyrəndi ki, onların ana xətti ilə nənələri bacı olubdur. Onlar dedi ki, X4 gündəlik ehtiyaclarının ödənilməsi və müalicə xərclərini ödəmək üçün adam axtarırlar. Əvvəlcə onlar Həsənova Reyhan adlı bir qadınla razılaşmışdılar. Əvvəlcə onun adına vəsiyyətnamə verilsə də, daha sonra həmin vəsiyyətnamə ləğv edilmiş və daha sonra Mehriban adlı bir qadınla razılaşmışdılar. Onun adına vəsiyyətnamə verilsə də, sonradan dedilər ki, həmin qadın öhdəliklərini yerinə yetirmir və vəsiyyətnaməni ləğv etdirmək istəyirdilər. Bir müddət sonra ona dedilər ki, Mehriban özü vəsiyyətnamənin üzərində imtina barədə qeyd yazıbdır. O, onlara həmin qeydin kifayət etmədiyini və vəsiyyətnamənin notariusa gedib ləğv etmək lazım olduğunu desə də, daha sonra onların vəsiyyətnaməni ləğv edib-etmədikləri barədə məlumatı olmamışdır. Bildiyi qədər İddiaçı və L.Parpuranın ana nənələri bacı olublar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Anatolyevna ifadəsində göstərdi ki, İddiaçı onun gəlinidir. X8 o, İddiaçı anasının bacısı kimi tanıyırdı. Belə ki, Marinanın anası demişdi ki, L.Parpura onun bacısıdır. X16 xəstə olduğundan ona baxmaq və gündəlik ərzaq və dərmanlarını almağa bir nəfər axtarırdılar. Sonra bildi ki, onlar Reyhan adlı bir xanım tapıblar. Reyhan gəlib ona baxmadığı üçün gedib vəsiyyətnaməni ləğv elətdirmişdi. Daha sonra isə, may ayında Mehriban adlı qadını tapdılar. X16 narazılıq edirdi ki, Mehriban gəlib ona baxmır, ona görə də, düz 3 ay sonra avqust ayında, o, vəsiyyətnaməni ləğv etdirmək istəyirdi. Həmin vaxt Mehriban özü vəsiyyətnamədə imtina barədə qeyd yazdı, ona görə də, onlar gedib əlavə olaraq vəsiyyətnaməni ləğv etdirməyə ehtiyac görmədilər. O özü nə Reyhanı, nə də, Mehribanı görməmişdir. X16 xəstələndikdə onu xəstəxanaya Marina apardı. O, bir müddət xəstəxanada müalicə aldı. Həmin vaxt Mehriban bir dəfə də olsun L.Parpura ilə maraqlanmadı. Lyudmila Serqeyevna ondan narazılıq edirdi, adını belə eşitmək istəmirdi ki, məni aldadıbdır. Hətta öldükdə belə Mehriban onunla maraqlanmadı, dəfnində iştirak etmədi. Mehribanla bağlı məsələdə onlar vəkilə müraciət etmədilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh Bakı şəhəri 28 saylı Notarit Ofisinin nümayəndəsi məhkəməyə gəlməmiş, lakin məhkəməyə ünvanladığı məktubda işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə baxıb, tərəfləri və şahid ifadələrini dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələblərin dəlillərini müzakirə edərək, hesab edir ki, aşağıdakılara görə iddia və qarşılıqlı iddia təmin olunmamalıdır. İş materiallarında olan xx xxx 2018-ci il tarixli vəsiyyətnamədən görünür ki, ünvan 4 ünvanında yaşayan X15 ölən günədək ona məxsus olan bütün daşınar və laşınmaz əmlakını ünvan 5 ünvanında qeydiyyatda olan Cavabdeh2 vəsiyyət etmişdir. Göstərilən vəsiyyətnamənin arxa hissəsində “İmtina edirəm, vaxtım yoxdu baxmağa işləyirəm. xx.xx.2018” qeydi yazılmışdır. İş materiallarında olan AZ-İİ seriyalı 073658 nömrəli, xx.xx.2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx xxxxxx 2019-cu ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2020 ilin 01 ayının 28 günündə 217 № ilə qeyd edilmişdir. İş materiallarında olan AZE 0******* №-li şəxsiyyət vəstqəsinin surətindən görünür ki, İddiaçı, xx.xx.1971-ci ildə ünvan 6 ünvanında qeydiyyatdadır. İş materiallarında olan 144 saylı MKİS-nin xx.xx.2020-ci il tarixli, 008 saylı arayışından görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdə vəfat etmiş 1947-ci il təvəllüdlü X9 dəfn etmiş və dəfn xərclərin o çəkmişdir. İş materiallarında olan X15 tərəfindən notariat kontoruna ünvanlanmış xx.xx.2018-ci il tarixli ərizədən görünür ki, xx xxxx 2013-cü il tarixli, Bakı şəhəri 28 saylı NK-da 2V/1-06 nömrəli reyestrlə təsdiq edilmiş, X12 verilmiş vəsiyyətnamənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iikin iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Qanunun qeyd olunan normasından görünür ki, məhkəmə qaydasında istənilən faktlar deyil, yalnız qanuna əsasən müəyyən hüquqi nəticələr doğuran faktlar müəyyən oluna bilər. Həmin Məcəllənin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İlkin iddia üzrə İddiaçı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, S.Məmmədov küçəsi, 16 saylı evin bir otaqlı 10 saylı mənzilinin mərhum mülkiyyətçisi X14 ilə qohumluq münasibətlərinin müəyyən olunması barədə iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum X19 ilə onun ana nənələri bacı olmuşlar, yəni L.S.Parpura onun anasının xalası qızıdır. Mərhum L.S.Parpuranın Bakı şəhərində yeganə qohumu odur. Hesab edir ki, o, mərhum L.S.Parpuranın dördüncü növbədə vərəsəsidir. Müxtəlif aidiyyatı qurumlara müraciət etsə də mərhum L.S.Parpura ilə onun qohumluq faktını təsdiq edən sənədləri əldə edə bilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu Hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarında izah etmişdir ki, qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları rəhbər tutulmalıdır. Qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqlnda işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər hüquqlu vərəsələr sayılırlar: 1159.4. Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər; 1159.5. Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları. Beləliklə, qanunverici tərəfindən vərəsəliyə çağırılanların siyahısı dəqiq müəyyən olunmuşdur və onun geniş şərhə ehtiyacı yoxdur. İlkin iddia üzrə İddiaçı qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi hissəsində iddia tələbini onunla əsaslandırmışdır ki, L.S.Parpura ilə onun ana nənələri bacı olduqları üçün o, L.S.Parpuranın beşinci növbədə vərəsəsidir. Qanunun yuxarıda göstərilən normalarına əsasən ana xətti ilə nənənin bacısı qızı qanun üzrə vərəsələrin siyahısına daxil edilməmişdir. Müvafiq olaraq, mərhum L.S.Parpuranın mirasına vərəsəlik hüququ ilkin iddia üzrə iddiaçıya məxsus deyildir. İlkin iddia üzrə iddiaçının mərhum L.S.Parpuraya məxsus mübahisəli ünvanda yaşaması faktı vərəsəlik hüququnu yaratmır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi hissəsində əsassızdır və təmin edilməməlidir. Məhkəmə iddia tələbinin miras qalmış əmlakın faktiki qəbulu və vəsiyyətnamənin etibarsız hesab edilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqları məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada hər kəs özünün subyektiv hüququnu həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərini məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsini mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüququa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İlkin iddia tələbi üzrə İddiaçı mərhum L.S.Parpura ilə qohumluq münasibətlərində olması faktı müəyyən edilmədiyindən, məhkəmə hesab edir ki, o, cavabdehə qarşı miras qalmış əmlakın faktiki qəbulu və vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbini irəli sürmək üçün subyektiv hüququ yoxdur. Bu hal isə qeyd olunan hissədə iddia tələbinin rədd edilməsi üçün şərtsiz əsasdır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə bu nəticəyə gəlir ki, ilkin iddia tələbi üzrə İddiaçı cavabdehlər 28 saylı Notariat Kontoru və Cavabdeh2 qarşı qohumluq faktının müəyyən edilməsi, miras qalmış əmlakın faktiki qəbulu və vəsiyyətnamənin etibarsızlığı tələbinə dair iddiası təmin olunmamalıdır. Məhkəmə qarşılıqlı iddia tələbi üzrə aşağıdakıları qeyd edir. İlkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 ilkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı ünvan 1 ünvanından cavabdehin çıxarılması, həmin mənzildən onun tərəfindən istifadəyə maneələrin cavabdehə qadağan edilməsi, özünün ünvan 1 ünvanına köçürülməsi və mənzilə dair sənədlərin və mənzilin cavabdehdə qalan açarlarının surətinin ona qaytarılması, 3000 manat kirayə haqqının və mənəvi ziyana görə 3000 manat pulun cavabdehdən ona ödənilməsi tələbinə dair qarılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, X16 öz istəyinə əsasən xx.xx.5018-ci il tarixdə ona özünə məxsus daşınar və daşınmaz əmlaka dair vəsiyyətnamə vermişdir. xx.xx.2020-ci il tarixdə X16 vəfat etmişdir. Bundan xəbər tutan cavadeh İddiaçı yaranmış şəraitdən istifadə edərək vasitəçilər vasitəsi ilə mənzili ələ keçirmək üçün hərəkətə keçmiş, mənzildə olan sənədləri və X6 məxsus əmlakları mənimsəmiş, təcili sənədlər toplayaraq mənizili ələ keçirmək istəmişdir. İddiaçı və himayədarlarının əməlləri nəticəsində o, ona miras qalan əmlaka sahib çıxa bilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Qanunun yuxarıda qeyd olunan normalarının tələblərinə zidd olaraq ilkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 miras əmlakı qəbul etməsi ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İlkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 miras əmlakı nə rəsmi, notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə təqdim etməklə, nə də, faktiki, yəni əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla qəbul etmədiyi üçün məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh2 miras əmlakı öz əmlakı kimi qəbul etmir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, qarşılıqlı iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia və qarşılıqlı iddia təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-168/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-168/2021
03.02.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver