Məhkəmə qərarları › İş №2(009)-168/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-168/2025

10.01.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-168/2025 10.01.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 nümayəndəsi və vəkili A.G.Əliyevin iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Cavabdeh1 onun atasıdır. Atası anası X6 ilə xx.xx.1965-ci il tarixdə nikaha daxil olmuşdur. Anasının mülkiyyətində xx.xx.2000-ci il tarixli qeydiyyat vəsiqəsi əsasında Bakı şəhəri, Mərdəkan qəsəbəsi, 14188 sahə 1254A saylı bağ sahəsi fərdi yaşayış evi ilə birlikdə mülkiyyətində olmuşdur. O, sözü gedən bağ sahəsindəki köhnə evi əsaslı təmir edərək 2010-cu il tarixdən 2024-cü ilin avqust avqust ayınadək daimi olaraq yaşamışdır. 2024-cü ilin avqust ayında atasının təkidi ilə o, həmin bağ sahəsini tərk etməli olmuşdur. Daha sonra ona məlum olmuşdur ki, anası xx.xx.2018-ci il tarixdə Bakı şəhəri, Mərdəkan qəsəbəsi, 14188 sahə 1254A saylı bağ sahəsini atası Cavabdeh1 bağışlamış, o, isə öz növbəsində xx.xx.2021-ci il tarixdə ********** saylı qeydiyyat nömrəsi ilə hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir.Təqdim edilən sənədlərdən göründüyü kimi atası xx.xx.2021-ci il tarixdə qəyyumluğun təyin olunması barədə ərizə ilə müraciət etmiş, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə anası fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmuşdur. Əslində anası 2018-ci ilin əvvəllərində beyin infarktı keçirmiş, ayaqları tutulmuş, nə istədiyi başa düşülməmiş, yazı yaza və imza edə bilməmişdir. Həmçinin anası ona 2010-cu ildə etibarnamə vermişdir. Göründüyü kimi xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsi anasının xəstəliyi dövründə atasının anasının xəstəliyindən istifadə edərək əmlakı öz adına keçirmişdir. Əlavə olaraq bildirir ki, bağ sahəsinə dair kommunal ödənişlər onun adınadır və bütün ödənişləri də o, edir. Göstərilənləri nəzərə alaraq iddiaçı, X6 ilə Cavabdeh1 arasında xx.xx.2018-ci il tarixdə 03 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisində bağlanılmış bağışlama müqaviləsinin etibarsız sayılması və Bakı şəhəri, Mərdəkan qəsəbəsi, 14188 sahə 1254A saylı bağ sahəsinə dair Cavabdeh1 adına olan xx.xx.2021-ci il tarixli qeydiyyat üzrə çıxarış qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin göstərmişdir ki, onun özündən başqa 1 bacısı və 1 qardaşı var. Qardaşı ondan böyükdür. 16 yaşına qədər qardaşını nənəsi saxlamışdır. 6 yaşında özü məktəbə getmiş, 16 yaşında olarkən xırda işlər görməklə qazandığı pula tozsoran almışdır. Atasına həmişə dəstək olmuşdur. O, Rusiya Federasiyasında təhsil almış, orada yaşamışdır, yaşadığı müddətdə atasının xahişi ilə zavodun direktoru ilə danışıb müəyyən əməliyyat həyata keçirmiş və ordan pul qazanmışdır, həmin puldan 130.000 ABŞ dollarını atasına vermişdir. 1998-ci ildə valideynlərinin təkidi ilə Bakıya köçmüşdür. Mübahisəli bağ evini 2000-ci ildə anasının adına almışlar, alqı-satqıda o, da iştirak etmişdir. X13 yanında evi olmuşdur. Ev söküldükdən sonra ona ev versələr də, o, həmin evdə yaşamamış, 2010-cu ildə mübahisəli bağa köçmüş və 2024-cü ilin avqust ayınadək orada yaşamışdır. Bağ sahəsində müəyyən təmir-tikinti işlərini yerinə yetirmiş, kommunal xərcləri ödəmişdir. 2024-cü ilin avqust ayında atasının onun həmin bağdan çıxarılmasını bildikdə, o, könüllü bağı tərk etmişdir, həmin vaxt bilmişdir ki, bağı atası adına keçirmişdir. Anası 2016-cı ildə mikroinsult keçirmiş, o, atasından xəbərsiz anasını həkimə aparmış, müalicə yazdırmış, 2018-ci ildə təkrar mikroinsult keçirmiş, yenə də həkim müayinəsinə aparmışdır. 2018-ci ildə anası ona demişdir ki, atası ilə notariusa getmiş, o, atasına “Əliyev” deyə müraciət edirdi, lakin nəyə imza atmasını bilməmişdir. Atası mülkiyyətində olan başqa əmlakları satır. 2018-ci ildə anası bağı atasına bağışlayarkən anlaqsız olmuşdur. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin göstərmişdir ki, iddiaçının bağışlamadan atası onu bağdan çıxarmaq istəyərkən, yəni 2024-cü ilin avqust ayında məlumatı olmuşdur. İddiaçı bu tələblə məhkəməyə ona görə müraciət edir ki, müqavilə etibarsız hesab ediləcəyi təqdirdə iddiaçının vərəsəlik qaydasında əmlak hüquqları yaranadaq, yəni bu tələblə çıxış etməyə subyektiv hüququ mövcuddur və məhkəməyə müraciət etmək üçün müddət ötürməmişdir. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, mərhum X6 anlaqlı olub, onun yalnız hərəkətində məhdudiyyət olub. Vasif müəllim savadlı, vəzifəli şəxs olub. Bağ sahəsinə aid müqavilə bağlananda Validə xanım anlaqlı olub. Notariat orqanına gedərək bağ sahəsini Vasif müəllimə bağışlayıb, həmin vaxt xəstə olmayıb. Mülkiyyətçinin öz əmlakı barəsində sərbəst sərəncam vermək hüququ var. Cavabdehin nümayəndəsi qaldırılan iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi və məhkəmə tərəfindən 3-cü şəxs qismində işə cəlb edilmiş 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğu üçün təmin edilməməlidir. İş üzrə Bakı şəhəri Səadət Sarayı tərəfindən verilmiş xx.xx.1965-ci il tarixli evlənmək haqqında şəhadətnaməsinin surətinə əsasən Cavabdeh1 ilə X7 arasında xx.xx.1965-ci il tarixdə nikah bağlanılmış və bu barədə akt qeydləri kitabında 3697 №-li akt qeydi icra edilmişdir. Nikahdan sonra ərə Əliyev, arvada Əliyeva soyadı verilmişdir. İş üzrə Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş xx.xx.2000-ci il tarixli, 097240 nömrəli alqı-satqı müqaviləsinin surətinə əsasən X8 mülkiyyətində olan Bakı şəhəri, Mərdəkan qəsəbəsində yerləşən, yaşayış sahəsi 47 kv.m. olan 3 otaqlı, köməkçi sahəsi 20 kv.m. olan 1 otaqlı 1254A bağ evini X4 50.000.000 manata satmışdır. İş üzrə Bakı şəhəri 2 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2010-cu il tarixli etibarnamənin surətinə əsasən X6 tərəfindən həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq, həddiyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, mirası qəbul etməyi və yaxud ondan imtina etməyi, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən bank orqanlarından, poçtdan və teleqrafdan bütün əsaslar üzrə ona çatası əmlakı, pulu, əmanəti, qiymətli kağızları, eləcə də sənədləri almağı, bank orqanlarında olan hesablar üzərində sərəncam verməyi, poçt, teleqraf, qiymətli və digər hər cür məktubları və baratları almağı, bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda onun adından ərizə verməyi, işləri aparmağı, qanunla iddiaçıya, cavabdehə, üçüncü şəxsə, zərərçəkmişə verilmiş bütün hüquqlarla, o cümlədən işi sülh yolu ilə qurtarmaq, iddia tələblərini bütünlüklə və ya qismən etiraf etmək, yaxud onlardan imtina etmək, iddia predmetinin dəyişdirilməsi, məhkəmənin qərarından şikayət edilməsi, əmlakı və ya pulu almaq hüququ ilə icra vərəqəsini təqdim etmək hüquqlarına malik olmaqla bütün məhkəmə orqanlarda ona aid olan mülki işləri aparmağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olaraq lazım gələn hərəkətləri etmək səlahiyyəti 10 il müddətinə - xx.xx.2020-ci il tarixədək İddiaçı etibarnamə verilmişdir. Məhkəmənin sorğusuna əsasən 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisinin xüsusi notariusu X2 tərəfindən verilmiş sənədlərdən görünür ki: - Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş BM seriyalı 000096 nömrəli, xx.xx.2000-ci il tarixli qeydiyyat vəsiqəsinin surətinə əsasən Bakı şəhəri, Mərdəkan qəsəbəsi, 14188 sahədə yerləşən ümumi sahəsi 47,0 kv.m. olan 1+2 otaqdan idarət olan 1254A saylı bağ evi xüsusi mülkiyyət kimi X3 adına qeydiyyatdan keçmişdir; - 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisinin xüsusi notariusu X2 tərəfindən təsdiq edilmiş və X6 ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətinə əsasən X6 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 14188 sahə ünvanında yerləşən ümumi sahəsi 189,7 kv.m., yaşayış sahəsi 47 kv.m. olan 3 otaqlı 1254A saylı bağ evini həyat yoldaşı Cavabdeh1 bağışlamışdır. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli çıxarışın notarial qaydada təsdiq edilmiş surətinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ünvanında, 0.12 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 451,40 kv.m. olan 1254A saylı bağ evi xüsusi mülkiyyət kimi Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. İş üzrə Azərbaycan Respublikası DİN tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışın notarial qaydada təsdiq edilmiş surətinə əsasən Cavabdeh1 Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 1254A saylı bağ evində yaşayış yeri üzrə qeydiyyatdadır. İş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-2079/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, ərizəçi Cavabdeh1 ərizəsi təmin edilməsi, xx.xx.1941-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi, xx.xx.1941-ci il təvəllüdlü X3 üzərində qəyyum təyin edilməsi Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına həvalə olunması qət edilmişdir. İş üzrə Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs “M.Ə.Əfəndiyev adına X15” publik hüquqi şəxsi tərəfindən Cavabdeh1 ünvanlanmış xx.xx.2024-cü il tarixli məlumatdan görünür ki, xx.xx.1941-ci il təvəllüdlü vətəndaş X6 xx.xx.2019-cu il tarixdə M.Ə.Əfəndiyev adına X15 publik hüquqi şəxsin X5 Yardım şöbəsinə “Dəqiqləşdirilməmiş beyin infarktı” diaqnozu ilə daxil olub. X1 Reanimasiya və İntensiv Terapiya şöbəsində davam edib. Vəziyyəti yaxşıllaşdıqdan sonra xx.xx.2019-cu il tarixdə evə buraxılmışdır. İş üzrə 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022ci il tarixli ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, X6 xx.xx.2022-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 438 No ilə qeyd edilmişdir. Ölümün səbəbi kimi beyinönü arteriyaların trombozu nəticəsində yaranan beyin infarktı göstərilmişdir. İş üzrə 33 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışından görünür ki, X6 1941-ci ildə anadan olmuş, 1994-cü ildən poliklinikada qeydiyyatda olmuş. xx.xx.2019-cu il tarixdə vəziyyəti ilə əlaqədar nevropatoloq evə çağırılmış, xəstəyə “serebral ateroskleroz, beyin qan dövranı pozulması, Hipertoniya xəstəliyi” diaqnozu qoyulmuş. Xəstə 16.07.-xx.xx.2019-cu il tarixdə Əfəndiyev adına Xəstəxanada müalicə almış, nevropotoloqla yanaşı terapevtin evdə baxışı həyata keçirilib. X6 xx.xx.2022-ci il tarixdə saat 11.30da evdə vəfat etmişdir. Ölümün səbəbi: “Beyinönü arteriyaların trombozu nəticəsində yaranan beyin infarktı”. Məhkəmə verilmiş iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli qərarına (bundan sonra KM-in qərarı) əsasən, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Müqavilə əqdlərin bir növü kimi mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir (Mülki Məcəllənin 389.1-ci maddəsi). Arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 668.1.1-ci maddəsinə əsasən bağışlama daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə, etibarlıdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 1254A saylı bağ evi mülkiyyət hüququ əsasında iddiaçının anası X4 məxsus olmuş və o, həmin mənzili 26 iyul 2018-ci il tarixdə 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisində bağlanmış bağışlama müqaviləsinə əsasən həyat yoldaşı hazırkı iş üzrə Cavabdeh1 bağışlamışdır. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixdə X6 “M.Ə.Əfəndiyev adına X15” publik hüquqi şəxsin X14 Şöbəsinə “Dəqiqləşdirilməmiş beyin infarktı” diaqnozu ilə daxil olmuş, həmin tibb mərkəzində müalicə almış, vəziyyəti yaxşılaşdıqdan sonra xx.xx.2019-cu il tarixdə evə yazılmışdır. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, X3 2019-cu ildə beyin infarktı keçirməsi səbəbi ilə hər iki ayaqlarının tutulması nəticəsində hərəkət edə bilməməsi, nitqinin tutulması, yaddaş pozğunluğu yarandığı üçün cavabdeh onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və qəyyum təyin edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş və Səbail rayon Məhkəməsinin 2(009)-2079/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh1 ərizəsi təmin edilməsi, xx.xx.1941-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi, xx.xx.1941-ci il təvəllüdlü X3 üzərində qəyyum təyin edilməsi Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına həvalə olunması qət edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X6 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, Cavabdeh1 onun atasıdır. Atası anası X6 ilə xx.xx.1965-ci il tarixdə nikaha daxil olmuşdur. Anasının mülkiyyətində xx.xx.2000-ci il tarixli qeydiyyat vəsiqəsi əsasında Bakı şəhəri, Mərdəkan qəsəbəsi, 14188 sahə 1254A saylı bağ sahəsi fərdi yaşayış evi ilə birlikdə mülkiyyətində olmuşdur. O, sözü gedən bağ sahəsindəki köhnə evi əsaslı təmir edərək 2010-cu il tarixdən 2024-cü ilin avqust avqust ayınadək daimi olaraq yaşamışdır. 2024-cü ilin avqust ayında atasının təkidi ilə o, həmin bağ sahəsini tərk etməli olmuşdur. Daha sonra ona məlum olmuşdur ki, anası xx.xx.2018-ci il tarixdə Bakı şəhəri, Mərdəkan qəsəbəsi, 14188 sahə 1254A saylı bağ sahəsini atası Cavabdeh1 bağışlamış, o, isə öz növbəsində xx.xx.2021-ci il tarixdə ********** saylı qeydiyyat nömrəsi ilə hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış alınmışdır.Təqdim edilən sənədlərdən göründüyü kimi atası xx.xx.2021-ci il tarixdə qəyyumluğun təyin olunması barədə ərizə ilə müraciət etmiş, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə anası fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmuşdur. Əslində anası 2018-ci ilin əvvəllərində beyin infarktı keçirmiş, ayaqları tutulmuş, nə istədiyi başa düşülməmiş, yazı yaza və imza edə bilməmişdir. Həmçinin anası ona 2010-cu ildə etibarnamə vermişdir. Göründüyü kimi xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsi anasının xəstəliyi dövründə atasının anasının xəstəliyindən istifadə edərək əmlakı öz adına keçirmişdir. Bağ sahəsinə dair kommunal ödənişlər onun adınadır və bütün ödənişləri də o, edir. Bu səbəbdən iddiaçı, X6 ilə Cavabdeh1 arasında xx.xx.2018-ci il tarixdə 03 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisində bağlanılmış bağışlama müqaviləsinin etibarsız sayılması və Bakı şəhəri, Mərdəkan qəsəbəsi, 14188 sahə 1254A saylı bağ sahəsinə dair Cavabdeh1 adına olan xx.xx.2021-ci il tarixli qeydiyyat üzrə çıxarış qeydinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının gətirdiyi dəlillər bağışlama müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 169.1-ci maddəsinə əsasən bu məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər. Məhkəmə ilk növbədə qeyd edir ki, bağışlama müqaviləsi əvəzsiz əqd olmaqla daşınmaz əmlaklar barəsində notariat qaydasında təsdiq edildiyi andan etibarlı olur və daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı andan əldə edənə keçir. Bağışlama müqaviləsinə əsasən hədiyyə verən sağ ikən öz əmlakının bir hissəsinin heç bir cavab xidmətçi ilə şərtləndirilmədən hədiyyə alana bağışlayaraq onu zənginləşdirir. Bağışlama müqaviləsi şəxsin təmənnasız xeyirxah iradəsinin ifadəsinə əsaslanır. Lakin bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Məhkəmə digər tərəfdən qeyd edir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Göründüyü kimi müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. Yəni müqaviləni bağlayıbbağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur. Mülki qanunvericiliyin prinsiplərini müəyyən edən Mülki Məcəllənin 6-cı maddəsində nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirdirlər. Qanunun bu müddəasından çıxış edən şəxs hər şeydən əvvəl öz iradəsinə müvafiq olaraq bağlayacağı müqavilədə özü üçün münasib tərəfdaş seçir, sonra şəxs öz iradəsinə müvafiq olaraq hazırladığı bağlanacaq müqavilənin mühüm şərtlərini nəzərdə tutan təklifini verir və tərəflər sərbəst olaraq müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Yəni şəxsin müqavilə bağlamaq haqqında iradəsi yarandığı andan gerçəkləşənədək ancaq onun sərbəst iradəsinə əsasən həyata keçirilir və öz seçdiyi tərəflə məzmununu sərbəst olaraq müəyyənləşdirdikləri qanuna zidd olmayan istənilən müqaviləni azad surətdə bağlaya bilər ki, bu da müqavilə azadlığıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Qanunvericiliyin yuxarıda göstərilən tələbləri baxımından da göründüyü kimi mülkiyyətçinin mülkiyyəti üzərində sərəncam vermək hüququ, mülkiyyət hüququnun əsasını təşkil edən aspektidir. Belə olan halda Validə Əliyevanın mülkiyyətində olan bağ evi üzərində istədiyi kimi sərəncam verməsi ona qanunla (Azərbaycan Respublikası Konstitusiyası və Azərbaycan Respublikası Mülki Məcəlləsi) verilən hüquqdur və həmin hüququn məhdudlaşdırılması, mülkiyyətə maneə kimi qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, X6 ilə cavabdeh arasında bağışlama müqaviləsi bağlanarkən həmin müqavilə onların iradə ifadəsinə uyğun olmuşdur. Yəni iddiaçı bağışlama müqaviləsinin bağladığını anası X3 2018-ci ilin əvvəllərində beyin infarktı keçirməsini, ayaqları tutulmasını, nə istədiyi başa düşülməməsini, yazı yaza və imza edə bilməməsini, cavabdehin də bundan sui-istifadə etməsini və anasının xəstəliyindən istifadə edərək əmlakı öz adına keçirməsini iddia etsə də, bu halları təsdiq edən sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilə bilməmişdir. Əksinə məhkəmə iclasında bağışlama müqaviləsi bağlayarkən Validə Əliyevanın anlaqlı olması, mülkiyyətində olan əmlakla bağlı bağışlama müqaviləsi bağlanarkən iradəsinin zədələnməməsi, yalnız 2019-cu ildə beyin infarktının keçirilməsi səbəbi ilə səhhətində qüsurların yaranması və bunun nəticəsində fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi ilə bağlı məhkəməyə müraciət olunması, məhkəmənin 2021-ci il tarixli qətnaməsi ilə onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi müəyyən edilmişdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, bağışlama müqaviləsi qanuni əsaslarla həyata keçirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Həmin Məhkəmənin Van de Huk Niderlanda qarşı işi üzrə 19 aprel 1994-cü il tarixli qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). Göründüyü kimi həm mülki-prosessual qanunvericiliyin tələblərində, həm də insan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında işə baxılarkən tərəfin istinad etdiyi halların və faktların sübut edilməsi olduqca mühüm əhəmiyyətə malikdir. Eyni zamanda qanunvericilik məhkəmənin üzərinə təqdim edilmiş sübutları düzgün araşdırmaq və irəli sürülmüş dəlillərə təqdim edilmiş sübutlar əsasında hüquqi qiymət öhdəliyi qoyur ki, bu da təqdim edilmiş sübutların mötəbər, kifayət qədər güclü və aydın olmasını tələb edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə hesab edir ki, mübahisəli bağ sahəsi bağışlanarkən qanun pozuntusuna yol verilmədiyindən, həmçinin bağışlama müqaviləsinin hədiyyə verənin anlaqsız vəziyyətdə, psixi vəziyyətinin sabit olmaması və öz hərəkətlərini dərk etməməsi hallarında bağlanılması öz təsdiqini tapmadığından, irəli sürülmüş iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. Məhkəmə həmçinin iddiaçının bağ sahəsinin atasına bağışlanması barədə məlumatı atasının onu həmin bağdan çıxaran zaman, yəni 2024-cü ilin avqust ayında məlumatlı olması barədə izahatını əsaslı hesab edir və qeyd edir ki, belə olan halda iddiaçı məhkəməyə müraciət etmək üçün qanunda nəzərdə tutulmuş müddəti ötürməmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi təmin olunmadığından, məhkəmə xərcləri iddaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və AR Mülki-Prosessual Məcəllənin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X6 ilə Cavabdeh1 arasında xx.xx.2018-ci il tarixdə 03 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisində bağlanılmış bağışlama müqaviləsinin etibarsız hesab eilməsi və həmin müqavilə əsasında Bakı şəhəri, Mərdəkan qəsəbəsi, 14188 sahə 1254A saylı bağ sahəsinə dair Cavabdeh1 adına verilmiş xx.xx.2021-ci il tarixli çıxarışın ləğv edilməsi barədə iddia tələbləri əsassız olduğundan təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar