Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1680/2022 25.10.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı1 nümayəndəsi X8, Cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin nümayəndəsi X9 iştirakları ilə, İddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 cavabdehlər Bakı şəhər İcra Hakimiyyəti və Cavabdeh2 qarşı “icra müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 cavabdehlər Baki şəhər İcra Hakimiyyəti və Cavabdeh2 qarşı “icarə müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Nardaran qəsəbəsi, Ləhiş bağlar massivində yerləşən sahəsi 0,05ha olan 21 saylı bağ sahəsinə dair X7 və İstismarı idarəsi ilə Cavabdeh2 aralarında xx.xx.2005-ci il tarixdə bağlanmış icarə müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, iddia ərizəsinə əlavə edilmiş DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsinin xx.xx.2022 saylı,**********17 saylı məktubu ilə Bakı şəhəri, Nardaran qəsəbəsi, Ləhiş bağlar massivində yerləşən sahəsi 0,05ha olan 21 saylı bağ sahəsinə dair X12 və İstisları idarəsi ilə Cavabdeh2Əli oğlunun aralarında xx.xx.2005-ci il tarixdə bağlanmış icarə müqaviləsinin və həmin müqavilə əsasında axırıncının adına verilmiş RX seriyalı ******* saylı reystrdən çıxarışın etibarsız hesab edilməsinə dair müraciətlərini heç bir əsas göstərilmədən, dövlət reyestrində qeydiyyata alınmış mübahisələr məhkəmə qaydasında həll edilməli olduğu əsas göstərilməklə təmin edilməmişdir. Hesab edirlər ki, mübahisə edilən bağa dair X7 və İstismarı idarəsi ilə Cavabdeh2 aralarında xx.xx.2005-ci il tarixdə bağlanmış icarə müqavilə etibarsız hesab edilməlidir. Belə ki, iddiaya əlavə edilmiş rəsmi sənədlərdən göründüyü kimi iddiaçılardan İddiaçı3 ilə X16 xx.xx.1970-ci ildə rəsmi nikaha girməklə ailə həyatı qurmuş, onların birgə nikah münasibətlərindən 5 övladları anadan olmuşdur. Bu müddət ərzində X11 əməkdaşı olduğu Azərbaycan Mühəndis-İnşaat İnstitutunun (hazırda Azərbaycan Memarlıq və İnşaat Universitetinin) "Coşqun" bağçılıq yoldaşlığının ümümi yığıncağının xx.xx.1989-cu il tarixli 2 saylı protokolu və Bakı şəhər Sovetinin xx.xx.1989-cu il tarixli, 6/255 saylı qərarı əsasında Bakı şəhəri, Nardaran qəsəbəsində yerləşən Ləhiş bağlar massivində sahəsi 0,05ha olan 21 saylı bağ sahəsi ayrılmış, və həmin protokol əsasında da axırıncının adına 0590/21 saylı müddətsiz order verilmişdir. xx.xx.2003-cü il tarixdə X16 vəfat etmiş, axırıncı vəfat edən günədək onun ailə üzvləri həmin bağ sahəsindən istifadə etmişdirlər və müvafiq notariat kontoru tərəfindən adlarına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. X10 vəfatından sonra onlar bir müddət üzrlü səbəbdən bağ sahəsindən istifadə edə bilmədilər. Bağlarına gəldikləri zaman isə bağdan Cavabdeh2 adında bir şəxsin istifadə etdiyinin şahidi olduqlarını, axırıncı onlara ilkin həmin bağa dair X15 və İstismarı Birliyi ilə aralarında xx.xx.2005-ci il tarixli 35741 saylı icarə müqaviləsi bağladığını, daha sonra isə bağ sahəsini özəlləşdirərək öz adına DƏDRX-ti idarəsindən RX seriyalı ******* saylı reystrdən çıxarış aldığını bildirmişdir. İddia üzrə iddiaçılardan biri olan İddiaçı3 Bakı şəhəri, Sabunçu rayon məhkəməsində Cavabdeh2Əli oğluna qarşı bağ sahəsindən çıxarılma, bağın özgənin qeyri-qanuni sahibliyindən götürülməsi və qanunsuz tikilinin sökülməsinə dair iddia qaldırmış, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(008)- 6227/2017 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh2 adına Bakı şəhəri Sabunçu rayonu, Nardaran qəsəbəsində Azərbaycan Memarlıq və İnşaat Universitetinin "Coşqun"bağçılıq yoldaşlığında yerləşən sahəsi 0,05ha olan 21 saylı bağ sahəsinin özəlləşdirilməsi etibarsız hesab edilmiş, həmin özəlləşdirmə əsasında axırıncının adına DƏDRX-nın idarəsi tərəfindən verilmiş RX seriyalı ******* saylı reystrdən çıxarış 21 saylı bağa münasibətdə ləğv edilmiş, Cavabdeh2Əli oğlunun həmin ərazidən çıxarılması, bağın sahəsinin axırıncının qeyri-qanuni sahibliyindən götürülməsi və həmin sahədə inşa edilmiş tikililərin onun hesabına sökülməsi qət edilmişdir. İstinad edilmiş qətnamədən Cavabdeh2Əli oğlunun verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2017-ci il tarixli 2(103)-9936/2017 saylı qətnaməsi ilə təmin edilmiş, iş üzrə çıxarılmış Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(008)-6227/2017 saylı qətnaməsi ləğv edilmiş, İddiaçı3 Cavabdeh2Əli oğluna qarşı qaldırdığı axırıncının adına Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsində yerləşən sahəsi 0,05ha olan 21 saylı bağ sahəsinin özəlləşdirilməsinin etibarsız hesab edilməsi, həmin özəlləşdirmə əsasında axırıncının adına DƏDRX-nın idarəsi tərəfindən verilmiş RX seriyalı ******* saylı reystrdən çıxarış 21 saylı bağa münasibətdə ləğv edilməsi, Cavabdeh2Əli oğlunun həmin ərazidən çıxarılması, bağın sahəsinin axırıncının qeyriqanuni sahibliyindən götürlməsi və həmin sahədə inşa edilmiş tikililərin onun hesabına sökülməsinə dair tələb təmin edilməmişdir. Qeyd edilmiş qətnamədən iddiaçının verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(102)- 2345/2018 saylı qərarı ilə təmin edilməmiş, iş üzrə qəbul edilmiş şikayəti Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2017-ci il tarixli, 2(103)-9936/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ərizəyə əlavə edilmiş apellyasiya və kassasiya instansiya məhkəmələrin qətnamə və qərarından göründüyü kimi hər iki instansiya məhkəmələri birinci instansiya məhkəməsi tərəfindən çıxarmış qətnamənin ləğv edilməsinə dair nəticəyə gələrkən mübahisə edilən bağ sahəsinin özəlləşdirilməsi DƏDRX-nın Bakı ərazi idarəsi tərəfindən aparıldığını, torpaq sahəsinin özəlləşdirilməsinin etibarsız hesab edilməsi tələbləri buna cavab verməli olmayan şəxsə qarşı qaldırıldığını, lakin həmin orqan iş üzrə cavabdeh qismində cəlb edilmədiyini, Cavabdeh2Əli oğlu həmin tələb üzrə cavabdeh şəxs olmadığını, eyni zamanda həmin mübahisə ilə bağlı DƏDRX-nın xx.xx.2016-cı il tarixli, xx.xx.2016-cı il tarixli məktublarında bağ sahəsinə ilkin hüquq müəyyənedici sənədlərdə X17 adı göstərildiyini, axırıncının və onun ailə üzvülərinin razılığı ilə həmin bağa dair xx.xx.2005-ci ildə X12 və İstisları idarəsi ilə Cavabdeh2Əli oğlunun aralarında icarə müqaviləsi bağlanıldığını, Cavabdeh2 əvvəl isə 21 saylı bağ sahəsinə X5 etdiyi müəyyən edildiyini, lakin onun adına olan sənədləri mübahisələndirilmədiyini, birbaşa Cavabdeh2Əli oğlunun adına olan özəlləşdirilmənin etibarsız hesab edilməsi tələb edildiyini, arxiv qovluğunda X10 adına 0,05ha olan 21 saylı bağ sahəsinin ayrılması barədə 0590/21 saylı order verilməsinə əsas olmuş qərar aşkar edilmədiyi əsas olaraq göstərilmişdir. "Torpaq icarəsi haqqında" qanunun tələblərinə görə torpaq sahələri vətəndaşlara icarə müqavilələri bağlanılmaqla və ya xx.xx.2007-ci il tarixədək rəsmi orderlər verilməklə həyata keçirilir. Yeni qanunun tələbinə əsasən hər hansı bir bağ sahəsinə vətəndaşın hüquqverici sənədi onun adına verilmiş orderin və ya onunla bağlanmış müqavilənin olması göstərilir. DƏDRX-nın orqanı tərəfindən təqdim edilmiş rəsmi məktublardan görünür ki, X17 adına "Coşqun"X22 tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən sahəsi 0,05ha olan 21 saylı bağ sahəsinin verilməsinə əsas olan order mövcud olmamışdır. Ərizəyə əlavə edilmiş Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Nərminə Məmmədovanın sorğusuna cavab olaraq verilmiş DƏDRX-nın 1 saylı Bakı ərazi idarəsinin xx.xx.2021-ci il tarixli **********20 saylı məktubu ilə təstiq olunur. Həmin məktubdan görünür ki, Azərbaycan Memarlıq və İnşaat Üniversitetinin "Coşqun"X22 üzvülərinin arxiv qovluğunda mövcud olan xx.xx.2000-ci il tarixinə dəqiqləşdirilmiş siyahısında X17 adı göstərilmiş, bağ sahəsinin nömrəsi və ölçüsü qeyd edilməmiş, həmçini bildirilmişdir ki, Bakı şəhəri, Nardaran qəsəbəsində yerləşən 21 saylı bağ sahəsinin ayrılmasına dair nə X17, nə də ki, X18 adına order arxiv qovluğunda aşkar edilməmiş, yalnız X17 adına "Coşqun”X22 üzvlərinin xx.xx.1997-ci il tarixli 2 saylı protokola əsasən verilmiş üzvlük kitabçası aşkar edilmişdir. İddia ərizəsinə əlavə edilmiş vəkilin sorğusuna cavab olaraq Azərbaycan Mühəndis İnşaat Unversitetin Həmkarlar Komitəsi sədri S.Əliyevin xx.xx.2021-ci il tarixli, 09 saylı məktubu ilə müəyyən olunur ki, "Coşgun" X22 Azərbaycan Mühəndis İnşaat Unversitetində 1989-cu ildə müəllim və işçilərin təşəbbüsü ilə içtimai təşkilat kimi onların istirahətini təşkil etmək məqsədi ilə yaradılmış, aparılmış araşdırma nəticəsində "Coşqun"bağçılıq yoldaşlığının ümümi yığıncağının xx.xx.1989-cu il tarixli ümümi iclasın qərarı ilə Bakı şəhəri, Nardaran qəsəbəsində yerləşən Ləhiş bağlar massivində sahəsi 0,05ha olan 21 saylı bağ sahəsi X11 ayrıldığını, həmin torpaq sahəsinin digər şəxsə verilməsi barədə onun razılıq ərizəsi aşkar edilmədiyi göstərilmişdir. Belə olduğu halda hesab edirlər ki, "Coşqun" X22 üzvülərinin arxiv qovluğunda olan xx.xx.2000-ci il tarixinə dəqiqləşdirilmiş siyahısında X17 adı göstərilməsi və onun adına "Coşqun" X22 üzvlərinin xx.xx.1997-ci tarixli protokola əsasən üzvlük kitabçasının aşkar edilməsi onun 21 saylı bağ sahəsinə hüquq müəyyənedici sənədin olması kimi qəbul edilməməlidir. Həmin sənədlərin saxta olması AR Azərbaycan Mühəndis İnşaat Unversitetinin Tədris işləri üzrə prorektoru A.Qasımovun xx.xx.2022-ci il tarixli, 31/148 saylı məktubu ilə təsdiq olunur. Həmin məktubla da müəyyən olunur ki, X26 xx.xx.1998-ci ildən xx.xx.2003-cü ilədək Universitetin əcnəbi dillər kafedrasında hər il müqavilə əsasında bir tədris ili müddətinə müəllim vəzifəsində işləmiş, xx.xx.2003-cü ildən xx.xx.2008-ci ilədək olan müddət ərzində 5 il müddətində bağlanmış müqavilə əsasında inglis dili müəlliməsi vəzifəsində çalışmışdır. xx.xx.1998-ci ildən xx.xx.2003-cü ilədək olan müddət ərzində hər il müqavilə əsasında müəllimə işləmiş X17 adına "Coşqun"X22 üzvlərinin xx.xx.1997-ci il tarixli 2 saylı protokola əsasən ona üzvlük kitabçasının verilməsi mümkün ola bilməzdi. Eyni zamanda iddia ərizəsinə əlavə edilmiş Bakı şəhər İcra Hakimiyyətinin Başçısının Aparatının xx.xx.2022-ci il tarixli, 7-2516/17 saylı məktubu və həmin məktuba əlavə edilmiş xx.xx.1996-cı il tarixli, 1342 saylı sərəncamından görünür ki, BŞİHB"X6 və İstismarı Birliyinin protokolun təsdiq edilməsi haqqında" olan xx.xx.2005-ci il tarixli, 222 nömrəli sərəncamı böyük həcmlidir və həmin sərəncamda Cavabdeh2 bağ sahəsinin ayrılması aşkar edilməmişdir. Bu halda Samirə Orucovanın 21 saylı bağ sahəsinə heç bir hüquqmüəyyənedici sənəd olmadan verdiyi razılıq əsasında X7 və İstismarı idarəsi ilə Cavabdeh2 aralarında xx.xx.2005-ci il tarixdə bağlanmış icarə müqaviləsi qanuni sayılmamalıdır. Hesab edirlər ki, mübahisə edilən Bakı şəhəri, Nardaran qəsəbəsində yerləşən Ləhiş bağlar massivində yerləşən sahəsi 0,05ha olan 21 saylı bağ sahəsi 0590/21 saylı order əsasında mərhum X11 verilməsi faktı məhkəməyə təqdim edilmiş rəsmi sənədlərlə təsdiq edilməsi və həmin torpaq sahəsinə dair Samirə Orucovaya münasibətdə heç bir hüquqmüəyyənedici sənəd mövcud olmaması səbəbi ilə axırıncının əsassız ərizəsi əsasında həmin bağa dair X7 və İstismarı idarəsi ilə Cavabdeh2 aralarında xx.xx.2005-ci il tarixdə bağlanmış icarə müqavilə etibarsız hesab edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin nümayəndəsi izahatında göstərmişdir ki, Bakı çəhər İH hazırki iddia üzrə cavabdeh qismində cəlb edilməli deyil, belə ki, Cavabdeh2 ilə icarə müqaviləsini bağlayan X7 və İstismarı idarəsi ləğv edilmiş, onun hüquqi varisi müəyyən edilməmişdir. Buna görə də iddiaya mahiyyəti üzrə münasibət bildirməsini düzgün hesab etmir. Cavabdeh2 məhkəməyə təqdim etdiyi etirazda göstərmişdir ki, iş materiallarından göründüyü kimi 24 avqust 2005-ci ildə Bakı şəhəri, Nardaran qəsəbəsi, Ləhiş bağlar massivində yerləşən sahəsi 0.5 ha olan 21 saylı bağ sahəsinə dair X15 və İstismarı idarəsi ilə aralarında qanunvericiliyin tələblərinə uyğun olaraq 35741 saylı icarə müqaviləsi bağlanmışdır və daha sonra tərəfindən qanuni əsaslarla həmin bağ sahəsi özəlləşdirilmiş və adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı ******* saylı reystrdən çıxarış verilmişdir. Göründüyü kimi, göstərilən daşınmaz əmlakı və yerləşdiyi torpaq sahəsini qanuni əsaslarla icarə müqaviləsi bağlayaraq icarəyə götürmüş, bir müddət icarəsində qalmış daha sonra, oradakı bağ sahəsi alqı-satqı edərək almış, sonralar uzun müddət mülkiyyətində olan bu torpaq sahəsində qanuni əsaslarla mülkiyyətində torpaq sahəsi olan hər bir vətəndaş kimi o da, imkanı olduqca burada abadlaşdırma işləri aparmış, əlavə tikili tikmişdir. Nəhayət, 31 may 2021-ci il tarixində X25 ilə aralarında AN - İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsi bağlanmış və notarial qaydada təsdiq edilmişdir. Həmin alqı-satqı müqaviləsinə əsasən qanuni əsaslarla mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu Nardaran qəsəbəsi, Ləhiş bağ sahəsi 20/21 ünvanında yerləşən 0.1 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 100.2 kv/m olan bağ evini X4 və hazırda qeyd olunan daşınmaz əmlak və onun yerləşdiyi torpaq sahəsi onun mülkiyyətində deyildir. Əlavə olaraq qeyd edir ki, hələ 2017-ci ildə hazırki iddia üzrə iddiaçılardan biri İddiaçı3 hazırki mübahisə ilə əlaqəli olan iddia qaldırmış və Sabunçu Rayon Məhkəməsinin 2(008)-6227/2017 nömrəli iş üzrə 29 iyun 2017-ci il tarixli qətnaməsi ilə onun iddiasının təmin edilməsi, Cavabdeh2 adına Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində Azərbaycan Mühəndis-İnşaat institutunun "Coşqun" bağçılıq yoldaşlığında yerləşən sahəsi 0.05 ha olan 21 saylı bağ sahəsinin özəlləşməsinin etibarsız hesab edilməsi və bunun əsasında sonuncunun adına Azərbaycan Respublikasının Daşınmaz emlakm Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş RX seriyali ******* saylı çıxarışın 21 saylı bağa münasibətdə ləğv edilməsi, Cavabdeh2 həmin ərazidən çıxarılması, bağ sahəsinin onun qeyri-qanuni sahibliyindən götürülməsi və onun tərəfindən orada inşa edilmiş tikilinin onun hesabına sökülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9936/2017 nömrəli iş üzrə 28 noyabr 2017-ci il tarixli qətnaməsi ilə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş və Sabunçu Rayon Məhkəməsinin 2(008)- 6227/2017 saylı mülki iş üzrə qəbul etdiyi 29 iyun 2017-ci il tarixli qətnaməsi ləğv edilmişdir. Daha sonra qeyd edilən qətnamədən iddiaçının verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(102) -2345/2018 saylı qərarı ilə iddia təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9936/2017 nömrəli iş üzrə 28 noyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır və bununla da qeyd edilən məsələ sonuç olaraq Ali Məhkəmənin qərarı ilə öz hüquqi həllini tapmışdır. Qeyd etmək lazımdır ki, iddia ərizəsində Bakı şəhəri, Nardaran qəsəbəsi, Ləhiş bağlar massivində yerləşən sahəsi 0.5 ha olan 21 saylı bağ sahəsinə dair X12 və İstismarı idarəsi ilə arasında bağlanan xx.xx.2005-ci il il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi haqqında faktlar əsassızdır, belə ki, qeyd olunan faktlar bir dəfə məhkəmədə əlaqəli şəkildə mübahisələndirilmiş və məhkəmənin bu barədə mövqeyi yuxarıda göstərilən kimi olmuşdur, yəni göstərilən faktlar qəbul edilməmişdir. Yenidən hazırki iddia ərizəsində həmin faktların digər qeyri-mötəbər hallarla və qeyri-dəqiq informasiyayla əlaqələnirdib icarə müqaviləsinin etirbarsızlığını tələb etməyin hüquqi əsası yoxdur, hansı ki, hələ yuxarıda göstərilən qətnamədə iddiaçı bu icarə müqaviləsindən xəbərdar olmuş, onun əsaslılığı mübahisələndirməmiş, sadəcə orada tərəfindən özəlləşdirilən bağ sahəsi mübahisə predmeti olmuşdur. Eyni zamanda, iddia ərizəsində göstərilmişdir ki, DƏDRX-in xx.xx.2016 və xx.xx.2016-cı il tarixli məktublarında bağ sahəsinə ilkin hüquq müəyyənedici sənədlərdə X17 adı göstərilmiş, onun və ailə üzvlərinin razılığı ilə həmin bağa dair xx.xx.2005-ci ildə X12 və İstismarı idarəsi ilə onun arasında icarə müqaviləsi bağlanılmışdır, yəni buradan da göründüyü kimi, mübahisələndirilən torpaq sahəsinə ilkin hüquq müəyyənedici sənədlərdə onun sahibinin X26 olduğu Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq məktubları ilə də təsdiqini tapır və buna uyğun olaraq da, X17 qeyd edilən torpaq sahəsinə subyetkiv hüququ qanuni olaraq mövcud olduğu üçün, onun tam hüquqlu səlahiyyəti olmuşdur ki, X12 və İstismarı idarəsi onun göstərilən torpaq sahəsinin icarəsi müqaviləsi bağlamaq üçün icazə versin. Odur ki, göstərilən fakt Samirə Orucovanm 21 saylı bağ sahəsinə X12 və İstismarı idarəsinə icazə verməsi üçün tam səlahiyyətinin olmasını sübut edir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, iddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş iddia ərizəsinin məhkəmə tərəfindən rədd edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddia müddətinin tətbiqinə dair ərizəsində göstərmişdir ki, iş materiallarından göründüyü kimi 24 avqust 2005-ci ildə Bakı şəhəri, Nardaran qəsəbəsi, Ləhiş bağlar massivində yerləşən sahəsi 0.5ha olan 21 saylı bağ sahəsinə dair X12 və İstismarı idarəsi ilə arasında qanunvericiliyin tələblərinə uyğun olaraq 35741 saylı icarə müqaviləsi bağlanmışdır və daha sonra tərəfindən qanuni əsaslarla həmin bağ sahəsi özəlləşdirilmiş və adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı ******* saylı reystrdən çıxarış verilmişdir. Göründüyü kimi artıq qeyd edilən bu icarə müqaviləsinin bağlanmasından 17 il keçmişdir. Eyni zamanda qeyd etmək vacibdir ki, hazırkı iddia üzrə iddiaçılardan biri İddiaçı3 göstərilən icarə müqaviləsi ilə bilavasitə əlaqəli iddia qaldırmış və Sabunçu Rayon Məhkəməsinin 2(008)-6227/2017 nömrəli iş üzrə 29 iyun 2017-ci il tarixli qətnaməsi qəbul olunmuşdur, göründüyü kimi, iddiaçıların bu müqavilədən məlumatları olmuşdur, hətta iddia müddətinin axımının 2017-ci il tarixindən də hesablasaq, artıq bu müddətdən də 5 il keçmişdir və beləliklə, iddia müddəti üzrsüz səbəbdən çoxdan ötürülmüşdür. Belə ki, Azərbaycan Respublikasının Mülk Məcəlləsinin 354-cü maddəsinin birinci bəndinə əsasən əhəmiyyətsiz əqdir etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Odur ki, Mülki Məcəllənin 375.2-ci maddəsini rəhbər tutaraq, iddia müddətinin keçməsi ilə əlaqədar iddiadan imtina barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia əsasız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 1040 nömrəli məktubdan görünür ki Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 21 saylı bağ sahəsinin ayrılmasına dair X17 adına və X18 adına order arxiv qovluğunda aşkar edilməmişdir. - DƏDRX-nın 1 saylı Bakı ərazi idarəsinin xx.xx.2021-ci il tarixli **********20 saylı məktubundan görünür ki, Azərbaycan Memarlıq və İnşaat Üniversitetinin "Coşqun"X22 üzvlərinin arxiv qovluğunda mövcud olan xx.xx.2000-ci il tarixinə dəqiqləşdirilmiş siyahısında X17 adı göstərilmiş, bağ sahəsinin nömrəsi və ölçüsü qeyd edilməmiş, həmçinin bildirilmişdir ki, Bakı şəhəri, Nardaran qəsəbəsində yerləşən 21 saylı bağ sahəsinin ayrılmasına dair nə X17, nə də ki, X18 adına order arxiv qovluğunda aşkar edilməmiş, yalnız X17 adına "Coşqun”X22 üzvlərinin xx.xx.1997-ci il tarixli 2 saylı protokola əsasən verilmiş üzvlük kitabçası arxiv qovluğunda mövcuddur. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 456208 nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli Elektron Çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi, ümumi sahəsi 100.2 kv.m olan 20/21 saylı bağ evi və mülkiyyətində olan 0.10 hektar torpaq sahəsi Cavabdeh2 mülkiyyətindədir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, arxiv qovluğunda saxlanılan sənədlərə əsasən "Coşqun" bağçılıq yoldaşlığının Ləhiş bağlar massivində sahəsində yerləşən 21 saylı bağ sahəsi X23, 20 saylı bağ sahəsi isə bağçılıq yoldaşlığının digər üzvü X24 ayrılmış, sonradan sonuncunun razılığı ilə 20 saylı bağ sahəsi də X17 adına keçirilmişdir. Belə ki, "Coşqun” bağçılıq yoldaşlığının Ləhiş bağ massivində yerləşən 20/21 (1000kv.m) saylı bağ sahəsinin ayrılmasına dair X17 adına üzvlük kitabçası verilmişdir. Daha sonra X17 və ailə üzvlərinin razılıq ərizələri əsasında 20/21 saylı bağ sahəsi Cavabdeh2 adına keçirilmişdir və onunla xx.xx.2005-ci il tarixli 35741 nömrəli bağın istifadəyə verilməsi haqqında müqavilə bağlanmışdır. Həmin müqavilə ilə ləğv edilmiş DTXK tərəfindən tərtib edilmiş xx.xx.2014-cü il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında 20/21 saylı 0,10 ha bağ sahəsi xx.xx.2014-cü il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmışdır. xx.xx.2020-ci il il tarixdə isə təqdim edilmiş layihə əsasında torpaq sahəsi üzərində inşa edilmiş ümumi sahəsi 100.2 kv.m olan bağ evi ilə birlikdə vahid əmlak olaraq 20/21 saylı bağ evi kimi onun adına qeydiyyata alınmışdır. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi, ümumi sahəsi 100.2 kv.m olan 20/21 saylı bağ evi və mülkiyyətində olan 0.10 hektar torpaq sahəsi 2 saylı Bakı “ASAN xidmət” mərkəzi notariat ofisində xx.xx.2020-ci il tarixdə təsdiq edilmiş 4Ə-731 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında xx.xx.2020-ci il tarixdə X13 adına qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir. - Bakı şəhəri, 12 saylı Notariat Kontorunda rəsmiləşdirilmiş xx.xx.2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsindən görünür ki xx.xx.2003-cü ildə vəfat etmiş X10 vərəsəsi - Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi ev 1, mənzil 164-də yaşayan yoldaşı İddiaçı3, övladları İddiaçı1, İddiaçı2dur və onlar miras əmlakdan bərabər payda irs almalıdır. - Azərbaycan Mühəndis İnşaat Unversitetinin Həmkarlar Komitəsi sədri S.Əliyevin xx.xx.2021-ci il tarixli, 09 saylı məktubundan görünür ki, "Coşgun" X22 Azərbaycan Mühəndis İnşaat Unversitetində 1989-cu ildə müəllim və işçilərin təşəbbüsü ilə ictimai təşkilat kimi onların iştirahətini təşkil etmək məqsədi ilə yaradılmış, aparılmış araşdırma nəticəsində "Coşqun"bağçılıq yoldaşlığınnın ümümi yığıncağının xx.xx.1989-cu il tarixli ümümi iclasın qərarı ilə Bakı şəhəri, Nardaran qəsəbəsində yerləşən Ləhiş bağlar massivində sahəsi 0,05ha olan 21 saylı bağ sahəsi X11 ayrıldığını, həmin torpaq sahəsinin digər şəxsə verilməsi barədə onun razılıq ərizəsi aşkar edilməmişdir. "Coşgun" Bağçılıq öz fəaliyyətini dayandırmışdır. - Azərbaycan Memarlıq və İnşaat Universiteti tərəfindən xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, X26 xx.xx.2003-cü ildə seçki yolu ilə müsabiqədən keçərək xx.xx.2003-cü il tarixli 369 saylı əmrlə bağlanmış əmək müqaviləsinə əsasən 5 il müddətinə Əcnəbi dillər kafedrasına ingilis dili müəllimi vəzifəsində işləmişdir. xx.xx.2008ci il tarixdə AR ƏM-nin 68-ci maddəsinin a bəndinə əsasən öz xahişi ilə bağlanmış əmək müqaviləsinə xitam verilərək tutduğu vəzifədən azad edilmişdir. - Sabunçu Rayon Məhkəməsinin 2(008)-6227/2017 nömrəli iş üzrə 29 iyun 2017 ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı3 iddiasının təmin edilməsi, Cavabdeh2 adına Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsindı Azərbaycan Mühəndis-İnşaat İnstitutunun "Coşqun" bağçılıq yoldaşlığında yerləşən sahəsi 0.05 ha olan 21 saylı bağ sahəsinin özəlləşməsinin etibarsız hesab edilməsi və bunun əsasında sonuncunun adına Azərbaycan Respublikasının Daşınmaz əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş RX seriyali ******* saylı çıxarışın 21 saylı bağa münasibətdə ləğv edilməsi, Cavabdeh2 həmin ərazidən çıxarılması, bağ sahəsinin onun qeyri-qanuni sahibliyindən götürülməsi və onun tərəfindən orada inşa edilmiş tikilinin onun hesabına sökülməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9936/2017 nömrəli iş üzrə 28 noyabr 2017ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh2 apellyasiya şikayəti təmin edilərək Sabunçu Rayon Məhkəməsinin 2(008)-6227/2017 saylı mülki iş üzrə qəbul etdiyi 29 iyun 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi qət edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(102) - 2345/2018 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin 2( 103)-9936/2017 nömrəli iş üzrə 28 noyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - 2 saylı Bakı “ASAN xidmət” mərkəzi notariat ofisində xx.xx.2020-ci il tarixdə təsdiq edilmiş 4Ə-731 reyestr nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi, ümumi sahəsi 100.2 kv.m olan 20/21 saylı bağ evi və mülkiyyətində olan 0.10 hektar torpaq sahəsi Cavabdeh2 tərəfindən X1. İşin materiallarından görünür ki, "Coşqun" bağçılıq yoldaşlığının Ləhiş bağlar massivində sahəsində yerləşən 21 saylı bağ sahəsi X23, 20 saylı bağ sahəsi isə bağçılıq yoldaşlığının digər üzvü X24 ayrılmışdır. Cavabdeh2Əli oğlunun mülkiyyətində olmuş 20/21 saylı bağ evinin və 0,10 ha torpaq sahəsi əvvəl iki nəfərin, yəni, 21 saylı bağ sahəsi X17, 20 saylı bağ sahəsi isə X21 adına olmuş, sonuncunun razılıq ərizələri əsasında 20 saylı bağ sahəsi də X17 adına keçirilmiş, "Coşqun” bağçılıq yoldaşlığının Ləhiş bağ massivində yerləşən 20/21 (1000kv.m) saylı bağ sahəsinin ayrılmasına dair X17 adına üzvlük kitabçası verilmişdir. Həmçinin işin materiallarından məlum olur ki, X17 və ailə üzvlərinin razılıq ərizələri əsasında 20/21 saylı bağ sahəsi Cavabdeh2 adına keçirilmişdir və onunla xx.xx.2005-ci il tarixli 35741 nömrəli bağın istifadəyə verilməsi haqqında X12 və İstismarı İdarəsi arasında müqavilə bağlanmışdır. Həmin müqavilə ilə ləğv edilmiş DTXK tərəfindən tərtib edilmiş xx.xx.2014-cüil tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında 20/21 saylı 0,10 ha bağ sahəsi xx.xx.2014-cü il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmışdır. xx.xx.2020-ci il il tarixdə isə təqdim edilmiş layihə əsasında torpaq sahəsi üzərində inşa edilmiş ümumi sahəsi 100.2 kv.m olan bağ evi ilə birlikdə vahid əmlak olaraq 20/21 saylı bağ evi kimi Cavabdeh2 adına qeydiyyata alımış və o həmin əmlakları 2 saylı Bakı “ASAN xidmət” mərkəzi notariat ofisində xx.xx.2020-ci il tarixdə təsdiq edilmiş 4Ə-731 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında xx.xx.2020-ci il tarixdə X2. Hazırda Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi, ümumi sahəsi 100.2 kv.m olan 20/21 saylı bağ evi və 0.10 hektar torpaq sahəsi X14 mülkiyyətindədir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəf Orucova Samirənin adına verilən üzvlük kitabçasının və onun verilməsinə əsas olmuş «Coşqun» X22 üzvlərinin xx.xx.1997-ci il tarixli 2 saylı protokolunun, onun və ailə üzvlərinin Cavabdeh2 ilə icarə müqaviləsinin bağlanmasına dair verdiyi razılıq ərizəsinin mövcudluğunu göstərərək, Bakı şəhəri, Naradaran qəs. Ləhiş bağ massivində yerləşən sahəsi 0,05 ha olan 21 saylı bağ sahəsinə dair Samirə Orucovanın adına hüquqmüəyyənedici sənəd olmadan verdiyi razılıq əsasında X7 və İstismarı İdarəsi ilə Cavabdeh2 aralarında xx.xx.2005-ci il tarixdə bağlanmış icarə müqaviləsinin qanuniliyini mübahisələndirir. Başqa sözlə, Cavabdeh2 mülkiyyətində olmuş 20/21 saylı bağ evinin və 0,10 ha torpaq sahəsinin 20 saylı bağ sahəsi və ona aid 0,5 ha torpaq sahəsi mübahisə predmeti deyildir və olmamışdır. İddiaçı tərəf Cavabdeh2 ilə müqavilənin bağlanmasının qanuni və əsaslı sayıla bilməməsini Orucova Samirənin xx.xx.1998-ci ildən xx.xx.2003-cü ilədək Universitetdə 1 il müddətinə, xx.xx.2003-xx.xx.2008-ci ilədək olan müddət ərzində 5 il müəllim işlədiyi halda onun adına «Coşqun» X22 üzvlərinin xx.xx.1997-ci il tarixli 2 saylı protokola əsasən ona üzvlük kitabçasının verilməsinin mümkün ola bilməməsi, Bakı şəhəri, İcra Hakimiyyəti Başçısı Aparatının xx.xx.2022-ci il tarixli 7-2516/17 saylı məktubu və həmin məktuba əlavə edilmiş xx.xx.1996-cı il tarixli 1342 saylı sərəncamında Cavabdeh2 bağ sahəsinın ayrılmasının aşkar edilməməsi və mübahisəli bağ sahəsinin 0590/21 saylı order əsasında mərhum X11 verilməsi faktının məhkəməyə təqdim edilmiş rəsmi sənədlərlə təsdiq edilməsi ilə əsaslandırmışdır. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının MPM-nin: - 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. - 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İş materiallarında olan hazırki iş üzrə iddiaçılarında biri İddiaçı3 Cavabdeh2 qarşı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində qaldırdığı iddiası üzrə qəbul edilmiş və qanuni qüvvəsini almış yuxarı instansiya məhkəməsi aktları ilə müəyyən edilir ki, iddia tələbləri mübahisəli torpaq sahəsinin cavabdehin adına özəlləşdirilməsinin etibarsız hesab edilməsi, bağ sahəsindən çıxarılma, bağın özgənin qeyri-qanuni sahibliyindən götürülməsi və qanunsuz tikilinin sökülməsi ilə bağlı olmuşdur. Yuxarı instansiyası məhkəmələri tələbin ilk hissəsi olan mübahisəli torpaq sahəsinin cavabdehin adına özəlləşdirilməsi ilə bağlı qeyd etmişlər ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 19-cu maddəsinin hazırki işdə tətbiq edilməsi və mübahisəli torpaq sahəsinin özəlləşdirilməsinin etibarsız hesab edilməsi üçün əsaslar mövcud deyildir. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, mübahisəli torpaq sahəsinin özəlləşdirilməsi “Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən aparılmışdır. Lakin iddia ərizəsində həmin təşkilat cavabdeh kimi göstərilməmiş və birinci instansiya məhkəməsi də həmin təşkilatın əlavə cavabdeh kimi cəlb edilməsi məsələsini həll etməmişdir. Bu baxımdan hesab etmişlər ki, mübahisəli torpaq sahəsinin özəlləşdirilməsinin etibarsız hesab edilməsi tələbləri buna cavab verməli olmayan şəxsə qarşı irəli sürülmüşdür. Buna görə də iddia ərizəsində cavabdeh kimi göstərilmiş Cavabdeh2 mübahisəli torpaq sahəsinin özəlləşdirilməsinin etibarsız hesab edilməsi tələbləri üzrə cavabdeh (borclu) hesab edilmədiyinə görə həmin iddia tələbləri rədd edilməlidir. Yuxarı instansiya məhkəmələri həmçinin müəyyən etmişdir ki, mübahisəli bağ sahəsinə ilkin hüquq müəyyənedici sənədlərdə X17 adı göstərilir, axırıncının və onun ailə üzvülərinin razılığı ilə həmin bağa dair xx.xx.2005-ci ildə X12 və İstismarı idarəsi ilə Cavabdeh2 aralarında icarə müqaviləsi bağlanılmış, sonra isə onun xüsusi mülkiyyətinə keçmişdir. İddiaçı isə Cavabdeh2 əvvəl mübahisəli 21 saylı bağ sahəsinə sahiblik etmiş X17 adına olan sənədləri və cavabdehlə bağlanmış müqaviləni mübahisələndirmədən birbaşa olaraq Cavabdeh2 adına olan özəlləşdirmənin etibarsız hesab edilməsi tələbini irəli sürmüşdür. Məhkəmələr həmçinin Cavabdeh2 adına olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın 21 saylı bağa münasibətdə ləğv edilməsi hissəsi ilə bağlı qeyd etmişlər ki, həmin tələblər mübahisəli bağ sahəsinin özəlləşməsinin etibarsız hesab edilməsi barədə tələbdən irəli gələn tələblər olduğundan və iddianın ilk hissəsi təmin edilməli olmadığından həmin tələblər də təmin edilməməlidir. Məhkəmələr daha sonra iddia tələbinin cavabdehin həmin ərazidən çıxarılması və bağ sahəsinin onun qeyri-qanuni sahibliyindən götürülməsi hissəsi üzrə də hesab etmişlər ki, sözügedən torpaq sahəsi cavabdehin mülkiyyətindədir və iddiaçının həmin torpaq sahəsində inşa edilmiş tikililərin sökülməsi tələblərini irəli sürməyə subyektiv hüququ yoxdur. İşin materiallarından görünür ki, iddiaçı tərəf xx.xx.2005-ci il tarixdə bağlanmış icarə müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia tələbini qanuni qüvvəsini almış məhkəmə aktlarında Cavabdeh2 əvvəl mübahisəli 21 saylı bağ sahəsinə sahiblik etmiş X17 adına olan sənədləri və cavabdehlə bağlanmış müqaviləni mübahisələndirmədən birbaşa olaraq Cavabdeh2 adına olan özəlləşdirilmənin etibarsız hesab edilməsi tələbini irəli sürməsinin göstərilməsi ilə əsaslandırmışlar. Lakin məhkəmə hesab edir ki, qanuni qüvvəsini almış məhkəmə aktları iddiaçı tərəfə xx.xx.2005-ci il tarixdə bağlanmış icarə müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia tələbini irəli sürmək hüququ yaratsa da, (məhkəmə aktlarında göstərilən X17 adına olan sənədlər mübahisələndirilməmişdir) qaldırılmış iddianın dəlilləri və iddiaçı tərəfin bu iddia ilə bağlı izahatları sözügedən icarə müqaviləsinin etibarsızlığı üçün əsas yaratmır. Belə ki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göstərilən prosessual normanın tələbləri baxımından məhkəmə qeyd edir ki, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar da sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Məcburiliyi baxımından bütün digər orqanlar, vəzifəli şəxslər, təşkilatlar, vətəndaşlar bu aktın məzmunu ilə razılaşmalıdırlar. Artıq qüvvəyə minmiş qətnamənin faktiki əsasını təşkil edən hallar yeni mübahisə üçün də hüquqi əhəmiyyət kəsb etdikdə preyudisiya əlaqəsi yaranmış olur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun C.İsmayılzadənin şikayətinə dair xx.xx.2007-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Həmçinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Göründüyü kimi, prosessual qanunvericilik yalnız qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən edilmiş hər hansı faktların preyudisiallığını mümkün hesab edir. Belə mövqe İnsan hüquqları üzrə Avropa Məhkəməsinin praktikasında da öz əksini tapmışdır. Avropa Məhkəməsinin «Brumareski Rumıniyaya qarşı» xx.xx.1999-cu il tarixli qərarında göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Məhkəmə hazırki iş üzrə hesab edir ki, qanuni qüvvəsini almış qeyd edilən məhkəmə aktları hazırki iş üzrə preyudisial əhəmiyyət daşıyırlar və bu aktlarda iddiaçının Cavabdeh2Əli oğlundan əvvəl mübahisəli 21 saylı bağ sahəsinə sahiblik etmiş X17 adına olan sənədlər və cavabdehlə bağlanmış müqaviləni mübahisələndirməməsinə baxmayaraq 21 saylı bağ sahəsinin Cavabdeh2 istifadəsinə, daha sonra mülkiyyətinə verilməsinin qanuna uyğun olması öz təsdiqini tapmışdır. Həmçinin, məhkəmə qeyd edir ki, artıq 21 saylı bağ sahəsi 20 saylı bağ sahəsi ilə birlikdə sahəsi 0,10 ha torpaq sahəsi olan 20/21 saylı bağ kimi Cavabdeh2 tərəfindən X3 hazırda sonuncunun mülkiyyətindədir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddiaçı tərəf X25 ilə bağlanmış alqı-satqı müqaviləsini və adına olan qeydiyyat sənədini (çıxarışı) mübahisələndirmədiyindən onun 3-cü şəxs kimi də işə cəlb edilməsinin zəruriliyini aradan qaldırmışdır. Məhkəmə cavabdeh tərəfin hazırki mübahisəyə iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə qiymət verərək qeyd edir ki, əqdin etibarsızlığı mübahisələndirilən zaman tətbiq edilməli olan müddət iddia müddəti deyil, kəsici müddət olduğundan məhkəmə cavabdeh tərəfin bununla bağlı ərizəsi olmadığı halda belə müddət tətbiq edə bilir. Lakin, hazırki işdə iddia əsassız olduğu üçün məhkəmə müddətlə bağlı məsələyə münasibət bildirməyə zərurət görmür. Beləliklə, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, idiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 cavabdehlər Bakı şəhər İcra Hakimiyyəti və Cavabdeh2 qarşı “icarə müqaviləsinin etibarsız hesab edilməsi” barədə iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 cavabdehlər Bakı şəhər İcra Hakimiyyəti və Cavabdeh2 qarşı “icarə müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-1680/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1680/2022
25.10.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver