Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1683/2020 06.11.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim İlkin Şahin oğlu Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi ilə, İddiaçı nümayəndəsi-vəkili X2, Cavabdeh1 və onun nümayəndəsi-vəkili X3 iştirakları ilə, İddiaçı - cavabehlər Cavabdeh1, X1 (3-cü şəxs qismində Abşeron rayon 2 saylı Notariat ofisi və DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi göstərilməklə) qarşı “müqavilənin və çıxarışın etibarsız hesab edilməsi” barədə iddia tələbinə dair mülki işə Bakı şəhərində Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - cavabehlər Cavabdeh1, X1 (3-cü şəxs qismində Abşeron rayon 2 saylı Notariat ofisi və DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi göstərilməklə) qarşı “müqavilənin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağışlama müqaviləsinin və Cavabdeh1 adına verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Cavabdeh1 iddiaçının aldadaraq öz yoldaşının adına etibarnamə almış və ünvan 1 ünvanında yerləşən qeyri yaşayış sahəsinin iddiaçıya düşən 16,6 kv.m hissəsini öz adına keçirmişdir. Cavabdeh1 etibarnamə alarkən iddiaçıya bu etbarnaməni sadəcə onun əvəzindən sənədləşmə işlərini aparmaq üçün aldığını bildirmiş, lakin əsl niyyəti başqa olmuşdur. İddiaçı sonradan həmin etibarnaməni ləğv etdirsə də, artıq ondan qabaq cavabdeh sözügedən əmlakın iddiaçıya məxsus hissəsini özgəninkiləşdirmişdir. Göstərilənlərə əsasən, iddianın təmin olunması xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. O, eyni zamanda məhkəmədən cavabdehlərin əməlləri barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 iddia tələbini qəbul etməyərək, təmin olunmamasını xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, iddiaçını 30 ildən artıq müddətdir ki tanıyır. İddiaçı ilə birlikdə onlar notariusa getmişdirlər və notariusda iddiaçı digər Cavabdeh2 sözügedən əmlakı Cavabdeh1 satması üçün etibarnamə vermişdir. Alqı-satqı baş tutduqdan sonra o, iddiaçıya avtomobildə 40.000 manat pul ödəmiş və sonra onu evinə kimi ötürmüşdür. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 nümayəndəsi-vəkili iddia tələbini qəbul etməyərək, təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı İddiaçı ünvan 1 ünvanında yerləşən qeyri yaşayış sahəsinin ona məxsus olan 16,6 kv.m hissəsini 40.000 manat müqabilində Cavabdeh1 satmışdır. Müqaviləni iddiaçı tərəfindən nümayəndəsi qismində Cavabdeh2 imzalamışdır. Abşeron rayon 2 saylı Notariat ofisinin “xxxxxxxxxxxx” ASC-nin Abşeron filialına ünvanladığı 268 və 269 nömrəli məktublarda 40.000 manat pulun Cavabdeh2 verilməsi üçün bankda depozit hesabına qəbul olunması xahiş olunmuşdur. xx.xx.2020-ci il tarixli etibarnamənin surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən qeyri yaşayış sahəsinin ona düşən hissəsi barəsində sərəncam verməyi Cavabdeh2 etibar etmişdir. 12-46 və 12-38 nömrəli qəbzlərin surətindən görünür ki, 40.000 manat məbləğində pul vəsaiti bank tərəfindən depozit hesabına qəbul edilmişdir. Məhkəmə iddia tələbləri ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəməhesabedirki, iddiaçınıniddiatələbiaşağıdakıəsaslaragörəəsaslıhesabediləbilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2000-ci il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatın 45-ci maddəsinə əsasən daşınmaz əmlakın özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında müqavilə həmin əmlakın yerləşdiyi yerin notariusu tərəfindən təsdiq edilir. Təlimatın 46-cı maddəsinə əsasən notariuslar daşınmaz əmlakın özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında müqavilələri notariat qaydasında təsdiq edərkən onların özgəninkiləşdirən və ya girov qoyan şəxsə məxsus olmasını yoxlayırlar. Təlimatın 47-ci maddəsinə əsasən qeydiyyatdan keçməli olan əmlakın özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında əqdləri təsdiq edərkən notarius özgəninkiləşdirilən və ya girov qoyulan əmlaka mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında müvafiq reyestrdən çıxarışı tələb edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisəli ünvan 1 ünvanında yerləşən qeyri yaşayış sahəsinin iddiaçıya məxsus hissəsinə dair notariat kontorunda Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi təsdiq edilərkən həmin mənzilin həbsdə və yüklü olması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində hər hansı qeydiyyat mövcud olmamışdır. Bununla bağlı notarius alqı-satqı müqaviləsini təsdiq edərkən mübahisəli ev üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışı “Elektron notariat” informasiya sistemi vasitəsilə real vaxt rejimində əldə etmişdir. Məhkəmə qeyd edir ki, mübahisəli ünvan 1 ünvanında yerləşən qeyri yaşayış sahəsinə dair notariat kontorunda Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi bağlanılarkən notariat orqanı tərəfindən qanunvericiliyin bütün tələblərinə riayət olunmuş, yəni evin yüklülüyünə dair arayış «Elektron notariat» informasiya sistemi vasitəsi ilə real vaxt rejimində əldə edilmiş, lazımı sənədlər tələb edilərək əldə edilmiş, satıcının əmlaka dair olan mülkiyyət hüququ, o cümlədən satıcının nümayəndəsinin əmlaka dair sərəncam vermək hüquqları yoxlanılmış və yalnız bundan sonra alqı-satqı müqaviləsi notariat qaydada təsdiq olunmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi qanunvericiliyin bütün tələbləri gözlənilməklə təsdiq olunduğundan, onun etibarsızlığına heç bir əsas yoxdur. Bundan başqa iddiaçı tərəfindən cavabdehin adına etibarnamə verilərkən həmin etibarnamə məhz ancaq sözügedən əmlakın özgəninkiləşdirilməsi üçün verilmiş və notarius tərəfindən etibarnamə verilməsinin hüquqi nəticələri barədə etibar edən lazımi qaydada məlumatlandırılmışdır. AR Mülki Məcəlləsinin: 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. 362.2-ci maddəsinə əsasən notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Məhkəmə qeyd edir ki, mübahisəli müqavilənin etibarsız hesab edilməsi üçün mülki qanunvericilikdə hallar konkret olaraq müəyyən edilmişdir. Əqdin (müqavilənin) etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlər deyə iki qrupa bölünür. Aldatma dedikdə şəxsdən əsl həqiqəti gizlətməklə, onu hiyləgərcəsinə həqiqətdən uzaq müəyyən hərəkətə həvəsləndirərək təhrik etmək anlaşılır. Bu yolla maraqlı tərəf arzuladığı və öz iradəsinə müvafiq olan, lakin aldadılmış tərəfin mənafeyinə zidd olan bir əqdin bağlanmasına nail olur. Beləliklə, bağlanmış əqddə aldadılmış tərəfin həqiqi iradəsi təhrif edilmiş olur. Bu isə şəxsin iradə sərbəstliyinin və mülki qanunvericiliyin əsas prinsiplərindən birinin kobud surətdə pozulmasıdır. Qanunun tələbinə görə aldatma nəticəsində bağlanmış əqd onun aldatma olmadan bağlana bilməyəcəyi aşkar olduğu halda mübahisələndirilə bilər. Aldatma yolu ilə əqdin bağlanmasına nail olmuş şəxsin bunun nəticəsində fayda götürmək, yaxud digər tərəfə zərər vurmaq məqsədinin güddüyünün əhəmiyyəti yoxdur. Beləliklə məhkəmə qeyd edir ki, qeyd olunan müqavilə qanunda nəzərdə tutulmuş şərtlərə əməl edilməklə bağlanıldığından və onların etibarsızlığı üçün iddiaçı tərəfindən gətirilən dəlillərin heç bir əsası olmadığından, iddia tələbləri əsassızdır, ona görə də təmin olunmamalıdır. Həmçinin Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və hazırki iddia tələbi təmin olunmadığından, hazırkı iş üzrə çəkilmiş xərclər iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Az. Resp. MPM-nin 216-220-ci maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddiaçı - cavabehlər Cavabdeh1, X1 (3-cü şəxs qismində Abşeron rayon 2 saylı Notariat ofisi və DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi göstərilməklə) qarşı “müqavilənin və çıxarışın etibarsız hesab edilməsi” barədə iddia tələbi əsassız olduğundan təmin edilməsin. Ödənilən 10 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədənişdəiştirakedənşəxslərərəsmiqaydadaverildiyigündən 1 (bir) aymüddətindəBakı şəhəri SəbailRayonMəhkəməsivasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ
Məhkəmə qərarları › İş №2(009)-1683/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1683/2020
06.11.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver