Məhkəmə qərarları › İş №2(009)-1685/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1685/2020

11.08.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1685/2020 11.08.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlu İddiaçı firmasının Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı bələdiyyə sərəncamının, torpaqların alqı-satqısına dair aktın və daşınmaz əmlakın reyestr qeydlərinin ləğv edilməsi və müqavilənin etibarsız hesab edilməsi tələblərinə dair iddia ərizəsinin geri qaytarılması barədə iddiaçının nümayəndəsinin ərizəsinə baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı firması Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı bələdiyyə sərəncamının, torpaqların alqı-satqısına dair aktın və daşınmaz əmlakın reyestr qeydlərinin ləğv edilməsi və müqavilənin etibarsız hesab edilməsi tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının etibarnamə əsasında nümayəndəsi və vəkili Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsini və əlavə edilmiş sənədləri geri qaytarılmasını xahiş etmişdir. Hakim ərizəni araşdıraraq hesab edir ki, sənədlər geri qaytarmalıdır. Belə ki, AR MPM-nin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Posessual Məcəlləsinin 152.1.9 və 263-264-cü maddələrini rəhbər tutaraq, hakim… QƏRARA ALDİ: İddiaçı firmasının Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı bələdiyyə sərəncamının, torpaqların alqı-satqısına dair aktın və daşınmaz əmlakın reyestr qeydlərinin ləğv edilməsi və müqavilənin etibarsız hesab edilməsi tələblərinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar