Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1697/2020 14.08.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Mən, Səbail rayon Məhkəməsinin hakimi Bağırova Mədinə Ağacavad qızı, İddiaçı cavabdehlər “X1 Mərkəzi” MMC-yə və Bakı şəhəri Səbail rayon İcra və Probasiya şöbəsinə qarşı “satış hərracının nəticələrinin, yekun protokolun etibarsız hesab edilməsi və aktın ləğv edilməsi” tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər “X1 Mərkəzi” X2 və Bakı şəhəri Səbail rayon İcra və Probasiya şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Səbail rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli sifarişi əsasında X3 Mərkəzi MMC-nin keçirdiyi hərracın, onun yekunlarına dair protokolun etibarsız hesab edilməsi aə xx xxx 2020-ci il tarixli aktın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinə əsasən iddia ərizəsində əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. İddia ərizəsindən görünür ki, iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər (hərracın nəticələri haqqında protokolun surəti) iddia ərizəsinə əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə görə, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Adı çəkilən Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər “X1 Mərkəzi” MMC-yə və Bakı şəhəri Səbail rayon İcra və Probasiya şöbəsinə qarşı “satış hərracının nəticələrinin, yekun protokolun etibarsız hesab edilməsi və aktın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddiasına mahiyyəti üzrə baxılması üçün zəruri olan sənədləri, yaxud bu sənədləri əldə etmək imkanından məhrum olduğunu təsdiq edən sübut əlavə etməklə ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan 10 (on) gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-1697/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1697/2020
14.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver