Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-17/2023 30.01.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, Cavabdeh1 ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə, Cavabdeh2na, Cavabdeh3 Firudun oğluna və Cavabdeh4 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə, Cavabdeh2na, Cavabdeh3 Firudun oğluna və Cavabdeh4 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh4 ilə Cavabdeh1 ASC arasında Cavabdeh2 bağlanmış 30 dekabr 2014-cü il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iş üzrə Cavabdeh4 ilə xx.xx.2007-ci il tarixində rəsmi nikaha girərək ailə həyatı qurmuşdur. Birgə aparılmış təsərrüfat fəaliyyəti ilə qazanılmış gəlir hesabına 17 dekabr 2009-cu ildə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 67,4 kv. m olan 3 otaqlı mənzili almışlar. Bir müddət həmin mənzildə yaşadıqdan sonra işi ilə əlaqədar olaraq Bakı şəhərində yaşamalı oldular. 2021-ci ilin sentyabr ayında təsadüfən rayondakı evdə olarkən evə poçtalyon məktub gətirdi. Ona məlum oldu ki, birgə nikah dövrü aldıqları mənzil onun xəbəri olmadan 30 dekabr 2014-cü il tarixində Cavabdeh1 ASC-nin xeyrinə ipoteka ilə yüklü olunaraq iş üzrə cavabdeh, həmçinin qaynatası Cavabdeh3 Firidun oğlunun adına elə Cavabdeh1 ASC-dən 46.000 ABŞ dolları məbləğində kredit götürülmüşdür. Həmin kredit borcu ödənilmədiyi üçün məhkəmə qətnaməsi ilə əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş gəlirin kredit borcuna ödənilməsi qət edilmiş, məhkəmə qətnaməsi qanuni qüvvəsin alaraq icraya yönəldiyindən mənzil açıq hərracda satışa çıxarılmışdır. Hesab edir ki, yuxarıda göstərilən ipoteka müqaviləsi qanunvericiliyin tələblərinin pozulması ilə bağlandığından məhkəmə qaydasında etibarsız hesab edilməli, cavabdehlər tərəfindən pozulmuş, qanunla qorunan hüququ bərpa olunmalıdır. Əvvəlki məhkəmə iclaslarında iştirak edən İddiaçı nümayəndəsi iddianı müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 ASC-nin nümayəndəsi Nümayəndə2 iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, hal-hazırda mübahisə predmeti olan xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsi Azərbaycan Respublikasının qanunvericiliyinin şərtlərinə tam əməl etməklə bağlanmışdır. Lakin İddiaçı AR Ali Məhkəməsi MK-nın 15 sentyabr 2019-cu il tarixli 2(102)-3438/2020 nömrəli qərarının icrasından yayınmaq məqsədi ilə məhkəməyə iddia ərizəsi müraciət etmişdir. Aşağıdakı səbəblərə görə İddiaçı ”30 dekabr 2014-cü il tarixli ipoteka müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməməli və bu barədə müvafiq qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər.Cavabdeh4 ilə Cavabdeh1 ASC arasında bağlanılmış xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsi də Mülki Məcəllənin qeyd edilən maddəsinə müvafiq olaraq, müqavilə tərəflərinin iradə ifadəsi olaraq bağlanılmış və əmlakın girova qoyulmasına dair bütün şərtləri özündə əks etdirmişdir. Bundan başqa iddia ərizəsində İddiaçı məhkəməni aldatmağa çalışaraq göstərir ki, guya AR Ali Məhkəməsi MK-nın 15 sentyabr 2019-cu il tarixli 2(102)-3438/2020 nömrəli icra sənədinə əsasən əmlaka tutma yönəldikdən və mənzil hərraca çıxarıldıqdan sonra bilmişdir ki, mənzil borc öhdəliyinin təminatı kimi onun razılığı olmadan Cavabdeh1SC-yə xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən girov qoyulmuşdur. Halbuki İddiaçı Göyçay rayon notariat kontoruna yazdığı xx.xx.2014-cü il tarixli ərizə ilə Cavabdeh4 məxsus olan ünvan 2 ünvanda yerləşən mənzilin ipoteka qoyulmasına etirazının olmadığını qeyd etmiş, ipotekaya qoyulmuş əmlaka ödəniş yönəldiyi halda onu heç bir məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən qeyd-şərtsiz tərk edəcəyinə dair öhdəlik götürdüyünü bildirmişdir. Eyni zamanda bildiririk ki, iddiaçı '‘Bank Respublika”ASC cavabdehlər Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə sonradan Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 və Cavabdeh1SC arasında bağlanmış 30 dekabr 2014-cü il tarixli 020İAMR143640001 saylı kredit müqaviləsinin ləğv edilməsi, X2 Cavabdeh1SC-nin xeyrinə 45153.79 ABŞ dolları əsas, 12775.30 ABŞ dolları faiz, 10674.59 ABŞ dolları məbləğində penya olmaqla, cəmi 68603.66 ABŞ dolları borcun, 30 manat dövlət rüsumunun ödənilməsi, Cavabdeh4 məxsus ünvan 3 ünvanda yerləşən mənzilə tutmanın yönəldilməsi, onun açıq hərracda satılması, satışdan əldə ediləcək vəsait hesabına Cavabdeh3 Cavabdeh1SC-yə olan borcunun, kreditdən istifadəyə görə faizlərin, penyanın və dövlət rüsumunun ödənilməsi, Cavabdeh4 məxsus ünvan 4 ünvanda yerləşən mənzilə tutma yönəldikdən və satıldıqdan sonra onun ən geci bir ay ərzində boşaldılması, ipoteka predmetinin satışından əldə olunan vəsaitin qətnamənin icrasına yetərli olmadığı halda isə, qətnamənin qalan hissədə Cavabdeh4 digər əmlakları hesabına ümumi qaydada icra edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin 20 noyabr 2019-cu il tarixli 2(046)-305/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 45608.67 ABŞ dolları məbləğində əsas, 12775.30 ABŞ dolları məbləğində faiz, 500 ABŞ dolları penya olmaqla, cəmi 58883.97 ABŞ dolları məbləğində borcun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidinin manatla miqdarının Cavabdeh4 tutularaq iddiaçı Cavabdeh1SC-yə ödənilməsi, tutmanın Cavabdeh4 məxsus ünvan 4 ünvanda yerləşən mənzilə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 59000 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılması, satıldıqdan 1 ay ərzində Cavabdeh4 məxsus Çöyçay şəhəri, R.İsayev küçəsi, bina 41, 17 saylı ünvanda yerləşən mənzilin boşaldılması, satışından əldə olunmuş vəsait hesabına borcun iddiaçı Cavabdeh1SC-yə ödənilməsi, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun 5 manatının iddiaçı Cavabdeh1SC-yə aid edilməsi, 25 manatının Cavabdeh4 tutulub iddiaçı Cavabdeh1SC-yə aid edilməsi, 25 manatının Cavabdeh4 tutulub iddiaçı Cavabdeh1SC-yə ödənilməsi, 120 manat ekspertiza xərcinin Cavabdeh3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 11 fevral 2020-ci il tarixli 2(107)- 477/2020 nömrəli qətnaməsi ilə Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Göyçay Rayon Məhkəməsinin 20 noyabr 2019-cu il tarixli 2(046)-305/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh3 kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin 11 fevral 2020-ci il tarixli 2(107)-477/2020 nömrəli qətnaməsinin ləğv edib, iş üzrə yeni qərar qəbul edilməsini və ya işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişlər. AR Ali Məhkəməsi MK-nın 15 sentyabr 2019-cu il tarixli 2(102)-3438/2020 nömrəli qərarı ilə Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 fevral 2020-ci il tarixli qətnaməsinin qismən, yəni əsas kredit borcunun müəyyən edilməsi və borc tutulan cavabdehin şəxsiyyəti hissəsində dəyişdirilməsi, 30 dekabr 2014-cü il tarixli 020İAMR143640001 saylı kredit müqaviləsi üzrə borcun Cavabdeh3 tutulması və tutulmalı olan əsas kredit borcu 45153.79 ABŞ dolları məbləğində icra olunduğu günə olan Azərbaycan Respublikası manatının məzənnəsi ilə müəyyən edilməsi qərara alınmışdır. Göründüyü kimi yuxarıda qeyd olunan mülki iş üzrə cavabdeh tərəf Göyçay Rayon Məhkəməsinin 20 noyabr 2019-cu il tarixli 2(046)-305/2019 nömrəli qətnaməsindən apellyasiya və Şəki Apellyasiya Məhkəməsinin 11 fevral 2020-ci il tarixli 2(107)-477/2020 nömrəli qətnaməsindən kassasiya şikayəti versə də, xx.xx.2010-cu il tarixli 1006-3298/005710/Sİ saylı sonrakı ipoteka müqaviləsinin qanuniliyini mübahisələndirməmişdir. Beləliklə də həmin müqavilənin qanunvericiliyin bütün şərtlərinə əməl edilməklə bağlanılması AR Ali Məhkəməsinin 15 sentyabr 2019-cu il tarixli 2(102)- 3438/2020 nömrəli qərarı ilə təqsdiq olunmuşdur. AR MPM-nin 82.3. maddəsinə əsasən, Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bundan əlavə bildirmək istəyirlər ki, Səbail Rayon Məhkəməsi xx.xx.2022-ci il tarixli sorğu məktubu ilə "xxxx"MMC-yə müraciət edərək, Cavabdeh4 məxsus olan Göyçay şəhəri, R.İsayev küçəsi, 41 saylı evin, 17 saylı mənzilin satılmasına dair hərrac qovluğunun təsdiq olunumuş surətinin məhkəməyə göndərilməsi xahiş etmişdir.Halbuki məhkəmə nəzərə almamışdır ki, İddiaçı iddia ərizəsində hərracın nəticələrinin etibarsızlığı deyil, ipoteka müqaviləsinin etibarsızlığı tələbi qoyulmuşdur. Bundan başqa, məhkəmənin nəzərinə çatdlrırıq ki, İddiaçı ipoteka qoyan olmadığı üçün onun “İpoteka haqqında” AR Qanununa əsasən ümumiyyətlə, hərracın nəticələrini mübahisələndirmək hüququ belə yoxdur. Həmçinin Bakı Şəhəri Səbail Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçı tərəfin vəsatəti əsassız olaraq təmin edilərək, X5 ilə Cavabdeh1SC arasında bağlanmış xx.xx.2004-cü il tarixli ipoteka müqaviləsi üzrə notariat işinin 10 gün müddətində Bakı şəhəri Səbail Məhkəməsinə göndərilməsi vəzifəsi Cavabdeh2 üzərinə qoyulmuşdur. Lakin hesab edirik ki, müvafiq işdə notariat işinin məhkəməyə gətirilməsi zərurəti yoxdur. Belə ki, İddiaçı xx.xx.2014-cü il tarixli razılıq ərizəsindəki və iddiaçı tərəfindən işə əlavə olunan xx.xx.2021-ci il tarixli etibarnamədəki imzaları və “Qaçayeva” sözünə diqqət etsək, onların eyni şəxs tərəfindən yazıldığnı dəqiqliklə görmüş olarıq. Əlavə olaraq, bildirmək istəyirik ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı Göyçay rayon notariat kontoru tərəfindən təsdiq olunan xx.xx.2014-cii il tarixli ərizəsində Cavabdeh4 məxsus olan ünvan 4 ünvanda yerləşən yaşayış mənzilinin Cavabdeh1 ASC-yə ipotekaya qoyulmasına etiraz etmədiyini, ipotekaya qoyulmuş əmlaka ödəniş yönəldiyi halda heç bir məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən qeyd-şərtsiz tərk edəcəyini öhdəsinə götürdüyünü qeyd etməsinə baxmayaraq, yeddi ildən artıq müddət keçdikdən sonra əsassız iddia irəli sürərək öz iddiasını sübut edə bilməməkdədir. Yuxarıda qeyd edilənləri və Mülki Prosessual Məcəllənin 154-cü maddəsini nəzərə alaraq, xahiş edirik, İddiaçı cavabdehlər Cavabdeh1SC-yə, Cavabdeh2na, Cavabdeh3 və Cavabdeh4 qarşı ”Cavabdeh4 ilə Cavabdeh1 ASC arasında Göyçay dövlət notariat kontorunda bağlanmış 30 dekabr 2014-cü il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasında iştirak edə bilməyəcəyindən hazırki iclasın təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 ASC-nin nümayəndəsi Nümayəndə2 ərizəyə etiraz edərək, mülki işin kifayət qədər uzun müddət məhkəmənin icraatında olmasını, tərəflərin dinlənildiyini, iki dəfə ekspertiza təyin edildiyini nəzərə alaraq iddiaçı tərəfin iştirakı olmadan məhkəmə baxışının yekunlaşmasını xahiş etmişdir. Məhkəmə cavabdeh tərəfin mövqeyini, eləcə də tərəflərin məhkəmə iclasında dinlənildiyini nəzərə alaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə digər cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.4-cü maddəsinə əsasən işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Göyçay rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 685945 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh4 ilə X3 arasında xx.xx.2007-ci il tarixdə nikah bağlanmış və həmin nikah 338 №li akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada “Qaçayeva” soyadı verilmişdir. İş materiallarında olan Cavabdeh4 və Cavabdeh1 ASC-nin Göyçay filialı arasında bağlanmış 30 dekabr 2014-cü il tarixli ipoteka müqaviləsindın görünür ki, ipoteka saxlayan adlandırılacaq Cavabdeh1 ASC 18 aprel 2013-cü il tarixli etibarnaməyə əsasən hərəkət edən Göyçay filialının müdiri X6 şəxsində təmsil olunan, bundan sonra “İpoteka qoyan” adlandırılacaq Cavabdeh4 və “borclu” adlandırılacaq Cavabdeh3 digər tərəfdən müqaviləni bağladılar. İş materiallarında olan "xxxx" MMC-nin 10 sentyabr 2021-ci il tarixli hərrac bildirişindən görünür ki, Göyçay rayon icra və probasiya şöbəsinin 181814/20-61-6 saylı, xx.xx.2021-ci il tarixli sifariş məktubuna əsasən, borclu Cavabdeh4 Rafiq oğluna məxsus əmlak "xxxx" MMC tərəfindən təkrar hərraca çıxarılmışdır: Hərraca çıxarılan əmlak: ünvan 1 ; Satış qiyməti: 50150 manat; Hərracın tarixi və vaxtı: 27 sentyabr 2021 il, saat 11:00; Hərrac keçirilən ünvan:- ünvan 5kin satış qiymətinin 3%-i qədər; Hərracda iştirak üçün təqdim olunmalı sənədlər:- Fiziki şəxslər şəxsiyyət vəsiqəsinin, hüquqi şəxslər təsis sənədlərinin surəti Hərracda iştirak etmək üçün behin məbləği, ödənilməsi müddəti və qaydası:- beh ilkin satış qiymətinin 5%-i məbləğində, hərrac tarixinə ən azı 1 gün qalmış, "xxxx" MMC-nin bank hesabına nəğd və ya köçürmə yolu ilə ödənilir. Bank hesabı.- VÖEN: **********, Bank Adı: Kapital Bank ASC-nin 1 saylı Səbail filialı, Filialın kodu: 200059, SWİFT kodu: AİİBAZ2X, Müxbir hesab: AZ37NABZ********************, Benefisiarın hesabı: AZ69AİİB********************, VÖEN: **********. Hərracı udmuş şəxs hərrac qurtardıqdan sonra ən geci 7 təqvim günü ərzində alış qiymətini sifarişçinin bank hesabına ödəməlidir. Hərracın keçirilməsi barədə hərrac təşkilatının rəsmi internet saytında, sosial şəbəkə hesablarında, KİV-də (“Market” qəzeti, “Nedela” qəzeti və s.), müvafiq elanlar dərc edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışından görünür ki, ünvan 1 xx.xx.2021-ci il tarixdən Cavabdeh1 ASC-nin mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 dekabr 2021-ci il tarixli məktubundan görünür ki, icra vərəqəsi aidiyyəti hissədə icra edilərək Cavabdeh1 ASC-nin mülkiyyətində olan, Göyçay şəhəri, R.İsayev küçəsi, ev 41 ünvanında yerləşən 17 nömrəli mənzilin üzərinə qadağa qoyulmuşdur. İş materiallarında ola Vəkillər Kollegiyası Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili Nümayəndə1 "xxxx" MMC-yə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, icraatında Azərbaycan Respubliksının vətəndaşı, Ağdam rayonu, Muğanlı kəndində qeydiyyatda olan İddiaçı “Göyçay rayon dövlət notariat kontoruna, Cavabdeh1 ASC-yə, Cavabdeh3 Firudun oğluna və Cavabdeh4 qarşı “Cavabdeh4 ilə "xxxx" ASC arasında Göyçay dövlət notariat kontorunda bağlanmış 30 dekabr 2014-cü il tarixli ipoteka müaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş vardır. İddianın predmetinı İddiaçı ilə Cavabdeh4 birgə nikah dövrü əldə etdikləri, ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 67,4 kv. m olan 3 otaqlı mənzilin İddiaçı xəbəri olmadan Cavabdeh1 ASC-nin xeyrinə ipoteka ilə yüklü edildiyindən İddiaçı konstitusiya ilə qorunan mülkiyyət hüquqlarının pozulmasının məhkəmə qaydasında bərpa olunması təşkil edir. Bildirir ki, Göyçay rayon Məhkəməsinin 2(046)-305/2019 saylı qətnaməsi ilə Cavabdeh4 mülkiyyətində olan ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 67,4 kv. m olan 3 otaqlı mənzilin açıq hərracdan satılması qət edilmişdir. Göstərilənləri nəzərə alaraq Cavabdeh4 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 67.4 kv. m olan 3 otaqlı mənzilin açıq hərracdan satışının dayandırılmasını xahiş etmişdir. İş materiallarında ola Vəkillər Kollegiyası Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili Nümayəndə1 "xxxx" MMC-yə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, icraatında Azərbaycan Respubliksının vətəndaşı, Ağdam rayonu, Muğanlı kəndində qeydiyyatda olan İddiaçı “Göyçay rayon dövlət notariat kontoruna, Cavabdeh1 ASC-yə, Cavabdeh3 Firudun oğluna və Cavabdeh4 qarşı “Cavabdeh4 ilə "xxxx" ASC arasında Göyçay dövlət notariat kontorunda bağlanmış 30 dekabr 2014-cü il tarixli ipoteka müaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş vardır. İddianın predmetini İddiaçı ilə Cavabdeh4 birgə nikah dövrü əldə etdikləri, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 67,4 kv. m olan 3 otaqlı mənzilin İddiaçı xəbəri olmadan Cavabdeh1 ASC-nin xeyrinə ipoteka ilə yüklü edildiyindən İddiaçı konstitusiya ilə qorunan mülkiyyət hüquqlarının pozulmasının məhkəmə qaydasında bərpa olunması təşkil edir. Hal-hazırda mülki iş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Qafarovanın icraatındadır (İş N° 2(009)- 2631/2021). Bildirir ki, Göyçay rayon Məhkəməsinin 2(046)-305/2019 saylı qətnaməsi ilə Cavabdeh4 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 67.4 kv.m olan 3 otaqlı mənzilin açıq hərracdan satılması qət edilmişdir. Bununla əlaqədar olaraq "xxxx" MMC-yə rəsmi qaydada ərizə ilə müraciət edərək hərracın dayandırılmasını xahiş etmişdik. Lakin müraciətimiz təmin edilməmiş, Cavabdeh4 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 67,4 kv. m olan 3 otaqlı mənzilin açıq hərracdan satılaraq iş üzrə tələbkarın mülkiyətinə verilmişdir. Göstərilənləri nəzərə alaraq yuxarıda göstərilən iş üzrə hərracın yekun nəticələri barədə protokolun surətinin rəsmi qaydada bizə təqdim olunmasını xahiş edilmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Göyçay Rayon Notariat ofisinin 14 fevral 2022ci il tarixdə göndərdiyi məktubuna əsasən "xxxx" MMC-nin 387/21 saylı protokolundan görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3438/2020 saylı,xx.xx.2020ci il tarixli icra sənədinə əsasən Cavabdeh4 Rafiq oğluna ünvan 1 ünvan əmlakın satılmış son qiyməti 37612.50 manat məbləğində təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3438/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Göyçay Rayon Məhkəməsinin 20 noyabr 2019-cu ii tarixli, 2(046)-305/2019 nömrəli qətnaməsi ilə (hakim Z.A.Quliyev) iddia qismən təmin edilmiş, 45608,67 ABŞ dolları məbləğində əsas, 12775,30 ABŞ dolları məbləğində faiz, 500 ABŞ dolları penya olmaqla, cəmi 58883,97 ABŞ dolları məbləğində borcun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidinin manatla miqdarının Cavabdeh4 tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, tutmanın Cavabdeh4 məxsus ünvan 4 ünvanda yerləşən mənzilə yönəldilməsi, həmin əmlakın ilkin satış, qiymətinin 59000 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılması, satıldıqdan 1 ay ərzində Cavabdeh4 məxsus ünvan 4 ünvanda yerləşən mənzilin boşaldılması, satışından əldə olunmuş vəsait hesabına borcun iddiaçı "xxxx" ASC-yə ödənilməsi, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun 5 manatının iddiaçı "xxxx" ASCyə aid edilməsi, 25 manatının Cavabdeh4 tutulub iddiaçı “Bank Respublika" ASC-yə ödənilməsi, 120 manat ekspertiza xərcinin Cavabdeh3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Espertizası Mərkəzinin hesabına ödənilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 fevral 2020-ci i! tarixli, 2(107)-477/2020 nömrəli qətnaməsi ilə (hakimlər A.A.Mahmudov - sədrlik edən və məruzəçi. Ə.T.Məcidov və M.A.Əsədli) Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Göyçay Rayon Məhkəməsinin 20 noyabr 2019-cu il tarixli, 2(046)-305/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3438/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə Cavabdeh3 və vəkili X4 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməməsi, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 fevral 2020-ci il tarixli, 2(107)-477/2020 saylı qətnaməsi qismən, yəni əsas kredit borcunun müəyyən edilməsi və borc tutulan cavabdehin şəxsiyyəti hissəsində dəyişdirilməsi, 30 dekabr 2014-cü il tarixli 020İAMR14364Q001 saylı kredit müqaviləsi üzrə borcun Cavabdeh3 tutulması və tutulmalı olan əsas kredit borcu 45153,79 ABŞ dolları (qırx beş min bir yüz əlli üç ABŞ dolları yetmiş doqquz sent) məbləğində icra olunduğu günə olan Azərbaycan Respublikası manatının məzənnəsi ilə müəyyən edilməsi, qətnamə yoxlanılan qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Ali Məhkəmənin 2(102)-3438/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsindən görünür ki, 30 dekabr 2014-cü il tarixli 020İAMR143640001 saylı kredit müqaviləsi üzrə 45153,79 ABŞ dolları məbləğində əsas (qırx beş min yüz əlli üç ABŞ dolları yetmiş doqquz sent), 12775,30 ABŞ dolları (on iki min yeddi yüz yetmiş beş ABŞ dolları otuz sent) məbləğində faiz, 500 ABŞ dolları (beş yüz ABŞ dolları) penya olmaqla, cəmi 58429,09 ABŞ dolları (əlli səkkiz min dörd yüz iyirmi doqquz ABŞ dolları doqquz sent) məbləğində borcun icra olunduğu günə olan Azərbaycan Respublikası manatın məzənnəsi ilə Cavabdeh3 tutularaq iddiaçı “Bank Respublika" ASC-yə ödənilsin. Tutma Cavabdeh4 məxsus ünvan 4 ünvanda yerləşən mənzilə yönəldilsin, həmin əmlakın ilkin satış qiyməti 59000 (əlli doqquz min) manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılsın, satıldıqdan 1 ay ərzində Cavabdeh4 məxsus ünvan 4 ünvanda yerləşən mənzil boşaldılsın. Satışından əldə olunmuş vəsait hesabına 58429,09 ABŞ dolları (əlli səkkiz min dörd yüz iyirmi doqquz ABŞ dolları doqquz sent) məbləğində borcun və ödənilmiş dövlət rüsumunun cavabdehə aid hissəsi 25 (iyirmi beş) manat iddiaçı Cavabdeh1 ASC-yə ödənilməsi, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 5 (beş) manatı iddiaçı “Bank Respublika" ASC-yə aid edilsin, 25 (iyirmi beş) manatı Cavabdeh3 tutularaq iddiaçı “Bank Respublika" ASC-yə ödənilməsi, 120 (bir yüz iyirmi) manat ekspertiza xərci Cavabdeh3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T Bik: CTREAZ22) ödənilməsi qərara alınmışdır. İş materiallarında olan "xxxx" MMC-nin 13 avqust 2021-ci il tarixli hərrac bildirişindən görünür ki, Bildiririk ki, Göyçay rayon icra və probasiya şöbəsinin 181814/20-61-6 saylı, xx.xx.2021- ci il tarixli sifariş məktubuna əsasən, borclu Cavabdeh4 Rafiq oğluna məxsus əmlak ‘'Bakı Hərrac Mərkəzi” MMC tərəfindən açıq hərraca çıxarılmışdır: Hərraca çıxarılan əmlak: ünvan 1 ; İlkin satış qiyməti: 59000 manat; Hərracın tarixi və vaxtı: 08 sentyabr 2021 il, saat 11:00; Hərrac keçirilən ünvan:- ünvan 5kin satış qiymətinin 3%-i qədər; Hərracda iştirak üçün təqdim olunmalı sənədlər:- Fiziki şəxslər şəxsiyyət vəsiqəsinin, hüquqi şəxslər təsis sənədlərinin surəti Hərracda iştirak etmək üçün behm məbləği ödənilməsi müddəti və qaydası:- beh ilkin satış qiymətinin 5%-i məbləğində, hərrac tarixinə ən azı 1 gün qalmış, “Bakı Hərrac Mərkəzi" MMC-nin bank hesabına nəğd və ya köçürmə yolu ilə ödənilir. Bank hesabr.- VÖEN: **********, Bank Adı: Kapital Bank ASC-nin 1 saylı Səbail filialı, Filialın kodu: 200059, SWİFT kodu: AİİBAZ2X, Müxbir hesab: AZ37NABZ********************, Benefısiarın hesabı: AZ69AİİB********************, VÖEN: **********. Hərracı udmuş şəxs hərrac qurtardıqdan sonra ən geci 7 təqvim günü ərzində alış qiymətini sifarişçinin bank hesabına ödəməlidir. Hərracın keçirilməsi barədə hərrac təşkilatının rəsmi internet saytında, sosial şəbəkə hesablarında, KİV-də (“Market” qəzeti, “Nedela” qəzeti və s.), müvafiq elanlar dərc edilmişdir. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-120/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə, Cavabdeh2na, Cavabdeh3 Firudun oğluna və Cavabdeh4 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi, aparılmış məhkəməxətşünaslıq ekspertizasının dəyəri olan 138 (bir yüz otuz səkkiz) manat İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qərara alınmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6702/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-120/2022 saylı, 09 avqust 2022-ci il tarixli qərardadı ləğv edilərək mülki iş mahiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilməsi qərara alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iş üzrə Cavabdeh4 ilə xx.xx.2007-ci il tarixində rəsmi nikaha girərək ailə həyatı qurmuşdur. Birgə aparılmış təsərrüfat fəaliyyəti ilə qazanılmış gəlir hesabına 17 dekabr 2009-cu ildə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 67,4 kv. m olan 3 otaqlı mənzili almışlar, birgə nikah dövrü aldıqları mənzil 30 dekabr 2014-cü il tarixində Cavabdeh1 ASC-nin xeyrinə ipoteka ilə yüklü olunaraq kredit götürülmüşdür. Həmin kredit borcu ödənilmədiyi üçün məhkəmə qətnaməsi ilə borcun tutulması, borcun ipoteka predmetinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş gəlirin kredit borcuna ödənilməsi qət edilmiş, məhkəmə qətnaməsi qanuni qüvvəsini alaraq icraya yönəldiyindən mənzil açıq hərracda satışa çıxarılmışdır. İddiaçı mübahisələndirdiyi xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbini irəli sürərkən, iddiasının əsası qismində Cavabdeh1 ASC bağlanmış xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsinə dair 3M-345 nömrəli notariat işinin 30-cu vərəqində onun adından olan 30 dekabr 2014-cü il tarixli razılıq ərizəsində imza və əlyazmanın ona aid olmadığı, yəni onun tərəfindən imzalanmamasına istintad etmişdir. Məhkəmə iddiaçının dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2 və 337.4-cü maddələrinin ümumi məzmununa görə bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. - 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqdi) zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdin etbarsız sayılmasını tələb edə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. (MM 339.2) Məhkəmənin 22 fevral 2022-ci il tarixli qərardadına əsasən iş üzrə məhkəməxəttşünaslıq ekspertizası təyin olunaraq, ekspertizanın aparılması Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 4/416 №-li rəyinə əsasən, ekspertizaya təqdim edilmiş Cavabdeh4 Raquf oğlu ilə Cavabdeh1 ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsinə dair 3M-345 nömrəli notariat işinin 30-cu vərəqində İddiaçı adından olan 30 dekabr 2014-cü il tarixli razılıq ərizəsində “İddiaçı” qrafasındakı imza və “Qacayeva” əlyazması – İddiaçı tərəfindən icra olunmuşdur. Məhkəmənin 11 noyabr 2022-ci il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəməxəttşünaslıq ekspertizası təyin olunaraq, ekspertizanın aparılması Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 4/1770 №-li rəyinə əsasən, ekspertizaya təqdim edilmiş Cavabdeh4 Raquf oğlu ilə Cavabdeh1 ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsinə dair 3M-345 nömrəli notariat işinin 30-cu vərəqində İddiaçı adından olan 30 dekabr 2014-cü il tarixli razılıq ərizəsində “İddiaçı” qrafasındakı imza və “Qaçayeva” yazısı – İddiaçı tərəfindən icra olunmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 101.3cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə qeyd edilən ekspert rəyini sübut növü kimi qəbul edir və onunla razılaşır. Belə ki, iddiaçı tərəfindən ekspert rəyini təkzib edəcək hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Mülki prosessual qanunvericiliyə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə xüsusilə vurğulayır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi Cavabdeh4 Raquf oğlu ilə Cavabdeh1 ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsinə dair 3M-345 nömrəli notariat işinin 30-cu vərəqində İddiaçı adından olan 30 dekabr 2014-cü il tarixli razılıq ərizəsində imzanın və “Qacayeva” yazısının İddiaçı aid olması yuxarıda göstərilən ekspertiza rəyləri ilə sübuta yetirilmişdir. Belə olan halda məhkəmə iddiaçının Cavabdeh4 Raquf oğlu ilə Cavabdeh1 ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsinə dair 3M-345 nömrəli notariat işinin 30-cu vərəqində İddiaçı adından olan 30 dekabr 2014-cü il tarixli razılıq ərizəsində Qaçayeva imza və xəttin ona aid olmadığı, onun tərəfindən imzalanmaması barədə dəlillərinin məhkəmə araşdırması zamanı təsdiq olunmadığını, əksinə qeyd olunan ekspert rəyləri ilə təkzib olunduğunu nəzərə alaraq onları əsassız hesab edir. Məhkəmə, Cavabdeh4 Raquf oğlu ilə Cavabdeh1 ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi üçün hər hansı bir əsas müəyyən edilmədiyini nəzərə alaraq belə qənaətə gəlir ki, iddia rədd edilməlidir. İşə əlavə edilmiş Azərbycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci və xx.xx.2023-cü il tarixli ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, məhkəmə xərcinə aid edilən iş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri (138+138) ümumilikdə 276 (iki yüz yetmiş altı) manat məsrəflərdən ibarətdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsinin də əks olunmalı olduğunu nəzərə alaraq hesab edir ki, iddia tələbi rədd edildiyindən Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 276 (iki yüz yetmiş altı) manat iddiaçıdan tutularaq həmin qurumun hesabına köçürülməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 ASCyə, Cavabdeh2na, Cavabdeh3 Firudun oğluna və Cavabdeh4 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilməli, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 276 (iki yüz yetmiş altı) manat iddiaçıdan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə, Cavabdeh2na, Cavabdeh3 Firudun oğluna və Cavabdeh4 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəməxətşünaslıq ekspertizaları tədqiqatının dəyərini təşkil edən 276 (iki yüz yetmiş altı) manat pul vəsaiti İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X1, KOD210005; VÖEN**********; Müxbir hesAz41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-17/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-17/2023
30.01.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver