Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-170/2022 16.02.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X1 Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi ilə, İddiaçı – cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 və Cavabdeh3 Şöbəsinə (DƏDRX-nin 7 saylı Ərazi İdarəsi 3-cü şəxs qismində) qarşı «əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın və hərrac protokolunun etibarszılığı» tələbinə dair iddiası üzrə mülki işə 16 fevral 2022ci il tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 və Cavabdeh3 Şöbəsinə (DƏDRX-nin 7 saylı Ərazi İdarəsi 3-cü şəxs qismində) qarşı «əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın və hərrac protokolunun etibarszılığı» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Nərimanov rayon Məhkəməsinin 30.01.2018-ci il tarixli qətnaməsinə əsasən İddiaçı 22.000 manat məbləğində pulun tutularaq Cavabdeh2 ödənilməlidir. Bərdə rayonu, Dəymədağıldı kəndində 15 ha torpaq sahəsinin üzərində yerləşən 283,58 kv.m yaşayış evinə də həbs qoyulmuş və Cavabdeh1 MMC tərəfindən 21.000 manat dəyərində qiymətləndirilmişdir. 31 iyul 2019-cu il tarixdə iddiaçının iştirakı və məlumatı olmadan tələbkara satılmışdır. İddiaçı hərracdan razı deyildir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi xahiş olunur. İddiaçı məhkəmə tərəfindən məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişdir. Cavabdeh məhkəməyə teleqram ünvanlayaraq, məhkəmə iclasının iddiaçının və onun iştirakı olmadan keçirilməsi və məhkəmə qətnaməsi qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4 və 185.5-ci maddəsinə əsaslanaraq, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, Nərimanov rayon Məhkəməsinin 30.01.2018-ci il tarixli qətnaməsinə əsasən, İddiaçı 22.000 manat məbləğində pulun tutularaq Cavabdeh2 ödənilməsi qət edilmişdir. Cavabdeh3 Şöbəsinin sifariş məktubu əsasında Cavabdeh1 MMC tərəfindən qiymətləndirmə işi həyata keçirilmiş, İddiaçı məxsus olan Bərdə rayonu, Dəymədağıldı kəndində 15 ha torpaq sahəsinin üzərində yerləşən 283,58 kv.m yaşayış evi 21.000 manata qiymətləndirilmişdir və bu barədə Cavabdeh1 MMC tərəfindən 23.04.2019-cu il tarixli “Qiymətləndirmə rəyi” tərtib edilmişdir. «Qiymətləndirmə fəaliyyəti haqqında» Qanunun 7-ci maddəsinin 1-ci hissəsinə əsasən, qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə həqiqi sayılır. Həmin Qanunun 7-ci maddəsinin 2-ci hissəsinə əsasən, qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. İddiaçı məxsus olan Bərdə rayonu, Dəymədağıldı kəndində 15 ha torpaq sahəsinin üzərində yerləşən 283,58 kv.m yaşayış evinə dair Cavabdeh1 MMC tərəfindən qəbul edilmiş qiymətləndirilmənin nəticələri haqqında hesabat ona görə ləğv edilməməlidir ki, göstərilən əmlakın 2019-cu il tarixdə 21.000 manat məbləğində qiymətləndirilməsi real bazar qiymətini əks etdirir. Belə ki, Səbail Rayon Məhkəməsinin qərardadı ilə İddiaçı məxsus olan Bərdə rayonu, Dəymədağıldı kəndində 15 ha torpaq sahəsinin üzərində yerləşən 283,58 kv.m yaşayış evinin qiymətləndirilməsi məqsədilə iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması "xxxx" MMC-yə həvalə edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 25 yanvar 2022-ci il tarixli ekspert İddiaçı məxsus olan Bərdə rayonu, Dəymədağıldı kəndində 15 ha torpaq sahəsinin üzərində yerləşən 283,58 kv.m yaşayış evinin 2019-cu il üçün orta bazar dəyərinin 20,300 manat olduğu göstərilmişdir. Göründüyü kimi mübahisəli Cavabdeh1 MMC tərəfindən qəbul olunmuş 23.04.2019-cu il tarixli «Qiymətləndirmə rəyin»də Bərdə rayonu, Dəymədağıldı kəndində 15 ha torpaq sahəsinin üzərində yerləşən 283,58 kv.m yaşayış evinin 2019-cu il tarix üçün ilkin qiyməti real bazar qiymətinə uyğun olaraq düzgün müəyyənləşdirilmişdir. «Qiymətləndirmə fəaliyyəti haqqında» Qanunun 8-ci maddəsinin 1-ci hissəsinə əsasən, qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Həmin Qanunun 8-ci maddəsinin 2-ci hissəsinə əsasən, bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Məhkəmə eyni zamanda iddiaçının iddia tələbinin hərracın keçirilməsindən məlumatsız olması hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə də əsassızdır. Belə ki, iş materiallarında olan 21 iyun 2019-cu il və 19 iyul 2019-cu il tarixli bildirişlərin surətindən görünür ki, "xxxx" MMC tərəfindən mənzilin ilkin satış qiyməti və hərracın keçirilmə yeri və vaxtı göstərməklə müvafiq bildirişlər İddiaçı ünvanına göndərilmişdir. Burdan belə bir nəticəyə gəlinir ki, iddiaçı hərracın keçirilməsi, onun vaxtı və yeri barədə məlumatlı olmuşdur. “İpoteka haqqında” Qanunun 42.3-cü maddəsinə əsasən, hərracın təşkilatçı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. Həmin Qanunun 43.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın; 43.4-cü maddəsinə əsasən, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayanla ipoteka qoyan arasında müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. MPM-nin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlarla yanaşı məhkəmə hesab edir ki, MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan, bu məsələ də öz həllini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə əlavə edilmiş "xxxx" MMC-nin 25.01.2022-ci il tarixli məktubundan görünür ki, məhkəmə xərcinə aid edilən iş üzrə təyin edilmiş ekspertiza tədqiqatının dəyəri 300 manat məsrəfdən ibarətdir. Göstərilənlərə müvafiq olaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı – cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 və Cavabdeh3 Şöbəsinə (DƏDRX-nin 7 saylı Ərazi İdarəsi 3-cü şəxs qismində) qarşı «əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın və hərrac protokolunun etibarszılığı» tələbinə dair iddiası təmin edilməsin. Ödənilən dövlət rüsumu iddiaçının özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 300 manat məbləğində pul vəsaiti İddiaçı tutulub "xxxx" MMC-yə (VÖEN:**********, Hesab N AZN: AZ30GUNA********************47944, KOD: 505594; SWİFT: GUNAAZ22) ödənilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №2(009)-170/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-170/2022
16.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver