Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1702/2024 26.11.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə, İddiaçı4, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil, Cavabdeh4 nümayəndəsi X30 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, X25, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Sumqayıt şəhər 4 saylı Notariat Ofisinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və hüquqi nəticələrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçılar İddiaçı1, İddiaçı2, X37, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Sumqayıt şəhər 4 saylı Notariat Ofisinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və hüquqi nəticələrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Sumqayıt şəhər 4 saylı notariat ofisinin xüsusi notariusu X11 tərəfindən 02 iyul 2022-ci il tarixdə təsdiq edilmiş Cavabdeh2 ilə Cavabdeh1 arasında imzalanmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 46.2 kv.m, yaşayış sahəsi 39.36 kv.m olan 2 otaqlı mənzilə dair daşınmaz Əmlakın AN-İ № 1059118, 02 iyul 2022-ci il tarixli alqı-satqı müqaviləsinin və cavabdeh Sumqayıt şəhər 4 saylı notariat ofisinin xüsusi notariusu X11 tərəfindən 02 iyul 2022-ci il tarixdə təsdiq edilmiş Cavabdeh2 ilə Cavabdeh1 arasında imzalanmış ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 40 kv.m, yaşayış sahəsi 2 otaqlı mənzilə dair daşınmaz əmlakın AN-İ № 1059119, 02 iyul 2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və bu müqavilələr əsasında mənzillərə dair verilmiş mülkiyyət hüququna dair çıxarışların ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddianın dəlilləri: Cavabdeh2 həyat yoldaşı X38 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 sentyabr 2016-cı il (iş № 1(101)-334/16) tarixli hökmünə görə "xxxx" MTK-nın sədri vəzifəsini icra etmiş X50 07 avqust 2013-cü ildə bağlanılmış alqı-satqı müqaviləsinə əsasən mənzil satmaq adı ilə İddiaçı1 119.500 manat, 2014-cü ilin may ayında bağlanılmış alqı-satqı müqaviləsinə əsasən mənzil satmaq adı ilə X2 180.000 manat, 2013-cü ildə bağlanılmış alqı-satqı müqaviləsinə əsasən mənzil satmaq adı ilə X7 55.000 manat, 05 fevral 2014-cü il tarixdə bağlanılmış alqı-satqı müqaviləsinə əsasən mənzil satmaq adı ilə X17 58.800 manat, 26 fevral 2014-cü ildə bağlanılmış alqı-satqı müqaviləsinə əsasən mənzil satmaq adı ilə X1 32.000 manat, 12 mart 2014-cü ildə bağlanılmış alqı-satqı müqaviləsinə əsasən mənzil satmaq adı ilə X3 70.000 manat və 31 mart 2014-cü il tarixdə bağlanılmış alqı-satqı müqaviləsinə əsasən 20.000 manat, 01 aprel 2014-cü ildə bağlanılmış alqı-satqı müqaviləsinə əsasən mənzil satmaq adı ilə X18 73.000 manat, 05 aprel 2014-cü ildə bağlanılmış alqı-satqı müqaviləsinə əsasən mənzil satmaq adı ilə X8 87.000 manat, 17 may 2014-cü ildə bağlanılmış alqı-satqı müqaviləsinə əsasən mənzil satmaq adı ilə X5 88.000 manat, 19 may 2014-cü il tarixdə bağlanılmış alqı-satqı müqaviləsinə əsasən mənzil satmaq adı ilə İddiaçı5 94.000 manat, 23 aprel 2014-cü il tarixdə bağlanılmış alqı-satqı müqaviləsinə əsasən mənzil satmaq adı ilə Əli-zadə İsmayıl Nağı oğlundan 128.000 manat, 27 iyul 2014-cü il tarixdə bağlanılmış alqı-satqı müqaviləsinə əsasən mənzil satmaq adı ilə İddiaçı2 100.000 manat, 31 iyul 2014-cü il tarixdə bağlanılmış alqı-satqı müqaviləsinə əsasən mənzil satmaq adı ilə X19 114.000 manat, 02 avqust 2014-cü ildə bağlanılmış alqı-satqı müqaviləsinə əsasən mənzil satmaq adı ilə İddiaçı4 100.000 manat, 07 avqust 2014-cü ildə bağlanılmış alqı-satqı müqaviləsinə əsasən mənzil satmaq adı ilə X26 100.000 manat, mənzil satmaq adı ilə X12 40.500 manat məbləğində pulu dələduzluq yolu ilə ələ keçirmişdir. "xxxx" MTK-nın sədri vəzifəsini icra etmiş X38 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 sentyabr 2016-cı il tarixli (iş № 1(101)- 334/16) hökmü ilə X42 qarşı zərərəçəkmiş şəxslərin mülki iddiaları təmin olunmuşdur. Həmin hökmlə cavabdeh X31 100.000 manat pul alınaraq İddiaçı2, 137.000 manat pul alınaraq X9, 73.000 manat pul alınaraq X27, 114.000 manat pul alınaraq X28, 75.000 manat pul alınaraq X32, 337.760 manat pul alınaraq İddiaçı1, 69.000 manat pul alınaraq İddiaçı5, 100.000 manat pul alınaraq zərərçəkmiş X20, 100.000 manat pul alınaraq İddiaçı4 ödənilməlidir. Hökmlə zərərin hesabına cavabdeh X31 X10 190.000 manat, X21 86.000 manat, X29 58.800 manat, X22 81.000 manat, X33 100.000 manat alınaraq ödənilməlidir. X6 mülki mühakimə qaydasında məhkəməyə müraciət etməsi izah olunmuşdur (32.000 manat). Bakı Apelyasiya Məhkəməsinin 07 mart 2017-ci il tarixli qərarı ilə X23 mülki iddiası təmin olunaraq Şahin Əliyevdən 40.500 manat pul alınaraq İskəndər Həsənova verilməlidir. Həmin hökmlə Binəqədi Rayon Məhkəməsinin 27 fevral 2015-ci il tarixli qərarı ilə cavabdeh X13 adına rəsmiləşdirilmiş cavabdeh "xxxx" MTK-ya məxsus olan ünvan 3 ünvanında inşa edilmiş 16 mərtəbəli binanın 1 və 2-ci mərtəbələrində yerləşən, ümumi sahəsi 890 kv.m olan qeyri-yaşayış sahəsinin üzərinə qoyulmuş həbs və Binəqədi Rayon Məhkəməsinin 19 fevral 2015ci il tarixli qərarı ilə Cavabdeh2 adına olan Bakı şəhəri, T.Ulyançev küçəsində yerləşən 13 saylı evin 16-17, 19 saylı mənzillərin üzərinə qoyulmuş həbs götürülsə də X38 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə (hökmdən verilmiş apelyasiya protesti və apelyasiya şikayətlərinin əsasında) Bakı Apelyasiya Məhkəməsinin 1(103)-790/2019 saylı, 13 iyun 2019-cu il tarixli qərarı ilə Binəqədi Rayon Məhkəməsinin 27 fevral 2015-ci il tarixli qərarı ilə cavabdeh X13 adına rəsmiləşdirilmiş cavabdeh "xxxx" MTK-ya məxsus olan ünvan 3 ünvanında inşa edilmiş 16 mərtəbəli binanın 1 və 2-ci mərtəbələrində yerləşən, ümumi sahəsi 890 kv.m olan qeyri- yaşayış sahəsinin üzərinə qoyulmuş həbs və Binəqədi Rayon Məhkəməsinin 19 fevral 2015-ci il tarixli qərarı ilə Cavabdeh2 adına olan Bakı şəhəri, T.Ulyançev küçəsində yerləşən 13 saylı evin 16-17, 19 saylı mənzillərin üzərinə qoyulmuş həbs bərpa edilmiş və zərərçəkmişlərə vurulmuş maddi ziyanın ödənilməsi həmin mənzillərə yönəldilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-790/19 saylı 13 iyun 2019-cu il tarixli qərarından təqsirləndirilən şəxsin müdafiəçisi kassasiya şikayəti vermiş, 22 noyabr 2019-cu il tarixində Ali Məhkəmənin Cinayət Kollegiyası (sədrlik edən V.İbayev) şikayətə baxmış, onu təmin etməmiş və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyun 2019-cu il tarixli qərarını dəyişdirilmədən saxlamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-1468/2019 saylı 22 noyabr 2019-cu il tarixli qərarından Ali Məhkəmənin Plenumuna müdafiəçi tərəfindən əlavə kassasiya şikayəti verilmiş, Ali Məhkəmə sədrinin imzaladığı 12(102)31/2020 saylı 04 iyun 2020-ci il tarixli qərarla əlavə kassasiya şikayətinin Ali Məhkəmənin Plenumunun müzakirəsinə çıxarılmasından imtina olunmuşdur. Lakin, yaxın zamanlarda icra tədbirləri ilə maraqlanan zaman icra məmuru onlara bildirdi ki, Cavabdeh2 adına olan Bakı şəhəri, (hazırda A.Quliyev küçəsi) T.Ulyançev küçəsində yerləşən 13 saylı evin 16-17, 19 saylı mənzillər artıq başqa bir şəxsin Cavabdeh1 adına sənədləşdirilmişdir. Bundan sonra onlara məlum oldu ki, iddiaçı Cavabdeh2 cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı «əmlakın həbsdən azad edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, T.Ulyançev küçəsində (hazırda Aqil Quliyev) yerləşən 13 saylı evin 16-17, 19 saylı mənzillərinin həbsdən azad edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (İlkin Şahin oğlu Rüstəmlinin sədrliyi ilə) iş № 2(009)- 134/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək Bakı şəhəri, Səbail rayonu, T.Ulyançev küçəsində (hazırda Aqil Quliyev) yerləşən 13 saylı evin 16-17, 19 saylı mənzillərin həbsdən azad edilməsi qət edilmişdir. Onlar işdə iştirak etməyə cəlb edilməyən, qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxslər Səbail Rayon Məhkəməsinə ərizə ilə müraciət etmişlər. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-134/2022 saylı iş üzrə 04 dekabr 2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-134/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin İddiaçı4 və digərlərinin hüquqlarına toxunduğunun müəyyən edilməsi qərara alınmışdır. Həmin qətnamədən onlar işdə iştirak etməyə cəlb edilməyən, qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxslər (bu iddia üzrə iddiaçılar) apellyasiya şikayəti verərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin iş № 2(009)-134/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsini tamamilə ləğv edərək iddiaçının Bakı şəhəri, Səbail rayonu, T.Ulyançev küçəsində (hazırda Aqil Quliyev) yerləşən 13 saylı evin 16-17, 19 saylı mənzillərinin həbsdən azad edilməsi barədə iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakim A.N.İmanovun sədrliyi və məruzəsi ilə, hakimlər M.A.Məmmədovdan və F.Ş.Talışınskidən ibarət tərkibdə) 2(103)-1083/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Səbail Rayon Məhkəməsinin iş № 2(009)-134/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi iş üzrə icraata xitam verilməklə ləğv edilmişdir. Bundan sonra Cavabdeh2 Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1083/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası (hakimlər X36 (sədrlik edən və məruzəçi), X24 və X14 ibarət tərkibdə) 2(102)-1732/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1083/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarını dəyişdirmədən saxlamışdır. Qərar qəbul edildiyi andan qüvvəyə minmişdir. Cavabdeh2 Səbail Rayon Məhkəməsinin iş № 2(009)-134/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə mənzillərin üzərindən həbs götürüldükdən sonra həmin mənzilləri alq-satqı yolu ilə özgəninkiləşdirmişdir. Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsi AN-İ № 1059118, 02 iyul 2022-ci il tarixində satıcı Cavabdeh2 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 46.2 kv.m, yaşayış sahəsi 39.36 kv.m olan 2 otaqlı mənzilin tam mülkiyyət üzrə onu məxsus hissədən (46.2 kv.m) alıcı Cavabdeh1 mülkiyyətinə verir. Alqı-satqı müqaviləsi satıcı Cavabdeh2 tərəfindən səlahiyyətli nümayəndəsi Vəkil, alıcı tərəfindən Cavabdeh1 tərəfindən imzalanmışdır. Alqı-satqı müqaviləsi Sumqayıt şəhər 4 saylı notariat ofisinin xüsusi notariusu X11 tərəfindən 02 iyul 2022-ci il tarixdə təsdiq edilmişdir. Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsi AN-İ № 1059119, 02 iyul 2022-ci il tarixində satıcı Cavabdeh2 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 40 kv.m. yaşayış sahəsi 2 otaqlı mənzilin tam mülkiyyət üzrə ona məxsus hissədən (40 kv.m, 2 otaq) alıcı Cavabdeh1 mülkiyyətinə verir. Alqı-satqı müqaviləsi satıcı Cavabdeh2 tərəfindən səlahiyyətli nümayəndəsi Vəkil, alıcı tərəfindən Cavabdeh1 imzalanmışdır. Alqı-satqı müqaviləsi Sumqayıt şəhər 4 saylı notariat ofisinin xüsusi notariusu X11 tərəfindən 02 iyul 2022-ci il tarixdə təsdiq edilmişdir. Hesab edirlər ki, Səbail Rayon Məhkəməsinin iş № 2(009)- 134/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edildiyinə və iş üzrə icraata xitam verildiyinə və qərar qanuni qüvvəsini aldığına görə mənzillərin alqı-satqı müqavilələri etibarsız hesab edilməklə hüquqi nəticələri ləğv edilməlidir. Qeyd edildiyi kimi, Səbail Rayon Məhkəməsinin iş № 2(009)-134/2022 nömrəli, xx.xx.2022-ci il tarixli mənzillər üzərindən həbsin götürülməsi barədə qətnamə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1083/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iş üzrə icraata xitam verilməklə ləğv edilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası 2(102)-1732/2024 saylı, xx.xx.2024-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1083/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarını dəyişdirmədən saxlamışdır. Bununla da mənzillərə dair alqı-satqı müqavilələri mənzillər üzərindən həbsin götürülməsi əsası sıradan çıxmaqla qanunsuz olmuşdur. Belə bir halda həmin mənzillərin alqı-satqı müqavilələri etibarsız hesab edilməlidr. İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, mənzilin hazırkı mülkiyyətçisi Cavabdeh4 cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir. İddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər 4 saylı notariat ofisinin xüsusi notariusu X11 tərəfindən 02 iyul 2022-ci il tarixdə təsdiq edilmiş Cavabdeh2 ilə Cavabdeh1 arasında imzalanmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 46.2 kv.m, yaşayış sahəsi 39.36 kv.m olan 2 otaqlı mənzilə dair daşınmaz Əmlakın AN-İ № 1059118, 02 iyul 2022-ci il tarixli alqı-satqı müqaviləsinin və cavabdeh Sumqayıt şəhər 4 saylı notariat ofisinin xüsusi notariusu X11 tərəfindən 02 iyul 2022-ci il tarixdə təsdiq edilmiş Cavabdeh2 ilə Cavabdeh1 arasında imzalanmış ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 40 kv.m, yaşayış sahəsi 2 otaqlı mənzilə dair daşınmaz əmlakın AN-İ № 1059119, 02 iyul 2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və bu müqavilələr əsasında mənzillərə dair verilmiş mülkiyyət hüququna dair çıxarışların ləğv edilməsi, Sumqayıt şəhər 4 saylı notariat ofisinin xüsusi notariusu X11 tərəfindən 23 aprel 2024-ci il tarixdə təsdiq edilmiş Cavabdeh1 ilə Cavabdeh4 arasında imzalanmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 46.3 kv.m, yaşayış sahəsi 39.36 kv.m olan 2 otaqlı mənzilə dair daşınmaz əmlakın AN-İ № 1251557, 23 aprel 2024-cü il tarixli alqısatqı müqaviləsinin, Sumqayıt şəhər 4 saylı notariat ofisinin xüsusi notariusu X11 tərəfindən 23 aprel 2024-ci il tarixdə təsdiq edilmiş Cavabdeh1 ilə Cavabdeh4 arasında imzalanmış ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 40 kv.m olan 2 otaqlı mənzilə dair daşınmaz əmlakın AN-İ № 1251558, 23 aprel 2024-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və bu müqavilələr əsasında mənzillərə dair verilmiş mülkiyyət hüququna dair çıxarışların ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Etirazın dəlilləri (Cavabdeh1): 1. mübahisənin mahiyyəti ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Baş Prokuroru müavininin xx.xx.2015-ci il tarixli ********* saylı cinayət işi üzrə verdiyi təqdimata əsasən, təqsirləndirilən şəxs X38 ittiham olunduğu cinayət işi üzrə onun həyat yoldaşı Cavabdeh2 adına olan Bakı şəhəri, T.Ulyançev küçəsində yerləşən 13 saylı evin 16-17, 19 saylı mənzillərin üzərinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 5(001)-62/2015 saylı 19 fevral 2015-ci il tarixli qərarı ilə həbs qoyulmuşdur. 09 sentyabr 2016-cı il tarixində Bakı Ağır Cinayətlər Məhkəməsi məhkum X50 barəsində cinayət işinə baxaraq, CM-nin 178.3.2-cü maddəsi ilə 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 308.2-ci maddəsi ilə 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-nin 66.3cü və 66.4-cü maddəsinə əsasən təyin edilən əsas cəzaları qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə X39 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 sentyabr 2016-cı il tarixli hökmü ilə Binəqədi Rayon məhkəməsinin 19 fevral 2015-ci il tarixli qərarı ilə Cavabdeh2 adına olan Bakı şəhəri, T.Ulyançev küçəsində yerləşən 13 saylı evin 16-17, 19 saylı mənzillərin və X15 adına olan ünvan 4 ünvandakı 16 mərtəbəli binanın 1 və 2-ci mərtəbələrində yerləşən, ümumi sahəsi 890 kv.metr olan qeyri-yaşayış sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsi qət edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin bu hökmünün mülki iddiaya aid hissəsindən dövlət ittihamçısı apellyasiya protesti, zərərçəkmiş şəxslər və həm də müdafiəçi apellyasiya şikayəti vermişlər və məhkəmələr müxtəlif qərarlar qəbul etmişlər. Nəhayət, hökmün mülki iddiaya aid hissəsindən Bakı Ağır Cinayətlər Məhkəməsi 1(101)-334/2016 saylı 26 iyul 2019cu il tarixli icra vərəqəsi vermiş, Bakı şəhəri, Səbail rayonu, T.Ulyançev küçəsi (hazırda Aqil Quliyev küçəsi adlanır) 13 saylı evin 16-17, 19 saylı mənzilinə dair hissəsi Səbail rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. 2. Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının 1(102)- 1468/2019 saylı 22 noyabr 2019-cu il tarixli və 7(102)-5/2021 saylı 3 mart 2021-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun olmayan hesab edilməsi və müvafiq məhkəmə işlərinə Azərbaycan Respublikasının prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılması üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi özünün 23 iyul 2021-ci il tarixli qərardadı ilə şikayətin icraata qəbul edilməsindən imtina edilməsi və AR CPMnin 253-cü maddəsinin tələblərinə uyğun olaraq əmlak üzərinə səhvən qoyulmuş həbsin götürülməsinə dair iddianın mülki mühakimə icraatı qaydasında verilməsi hüququ barədə izahat vermişdir. Həmin qərardada və izahata uyğun olaraq Bakı şəhəri Səbail Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilərək, Bakı şəhəri, Səbail rayonu, T.Ulyançev küçəsi (hazırda Aqil Quliyev küçəsi) yerləşən 13 saylı evin 16-17, 19 saylı mənzillərinin həbsdən azad edilməsi xahiş edilmişdir. Səbail Rayon Məhkəməsinin 2(009)-2759/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilmiş və sənədlər geri qaytarılmışdır. Həmin qərardaddan şikayət verilmiş, Səbail Rayon Məhkəməsinin 2(009)-2759/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətə baxılması üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. xx.xx.2021-ci il tarixində Bakı Apellyasiya Məhkəməsi şikayətə baxmış, onu təmin etmiş, Səbail Rayon Məhkəməsinin 2(009)-2759/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadını ləğv etmiş və işi baxılması üçün həmin məhkəməyə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsi xx.xx.2021-ci il tarixli qərardadında bu işə mülki məhkəmə icraatında baxılmasını onunla izah etmişdir ki, “iddiaçı Cavabdeh2 cinayət prosesinin iştirakçısı deyil. Cinayət prosesinin iştirakçısı olmayan şəxsin əmlakın həbsdən azad edilməsi barədə tələbinə mülki məhkəmə icraatı qaydasında baxılması Azərbaycan Respublikası CPM-nin 253-cü və Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin göstərişlərinə görə mümkündür.” Mülki iş Səbail Rayon Məhkəməsinə qayıdandan sonra bu məhkəmə 23 fevral 2022-ci il tarixli qərardadı ilə icraatı dayandırmış, lakin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 fevral 2022-ci il tarixli “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası CPM-nin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsi ilə əlaqəli şərh edilməsinə dair” qərarında sonra məhkəmənin adı çəkilən qərardadından şikayət verilmiş, Səbail Rayon Məhkəməsinin 18 mart 2022-ci il tarixli qərardadı ilə 23 fevral 2022-ci il tarixli qərardadı ləğv edilmiş və işə baxılması təyin edilmiş və yekunda adı çəkilən qətnamə qəbul edilmişdir. xx.xx.2022-ci il tarixində Səbail Rayon Məhkəməsi iddiaçı Cavabdeh2 cavabdeh Azərbaycan Respublikası Baş prokurorluğuna qarşı “əmlakın həbsdən azad edilməsi” tələbinə dair mülki işə baxaraq, Bakı şəhəri, Səbail rayonu, T.Ulyançev küçəsi (hazırda Aqil Quliyev küçəsi) yerləşən 13 saylı evin 16-17, 19 saylı mənzillərinin həbsdən azad edilməsi iddia tələbinə dair işə baxaraq iddia tələbinin təmin edilməsi barədə 2(009)-134/2022 saylı qətnamə qəbul etmişdir. Həmin qətnamədən iş üzrə cavabdeh Azərbaycan Respublikasının Baş prokurorluğu apellyasiya şikayəti verməmiş, qətnamə qanuni qüvvəyə minmiş, icra vərəqəsi verilmiş və Bakı şəhəri, Səbail rayonu, T.Ulyançev küçəsi (hazırda Aqil Quliyev küçəsi) yerləşən 13 saylı evin 16-17, 19 saylı mənzilləri müvafiq icra orqanı tərəfindən həbsdən azad edilmişdir. Həmin mənzillər həbsdən azad edildikdən sonra, yəni onun üzərində hər hansı yüklülük və məhdudiyyətlər olmadığı dövrdə yəni - 02 iyul 2022-ci il tarixdə satıcı Cavabdeh2 ilə alıcı Cavabdeh1 arasında ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 46.2 kv.m, yaşayış sahəsi 39.36 kv.m olan 2 otaqlı mənzilə dair daşınmaz əmlakın AN-İ № 1059118, 02 iyul 2022-ci il tarixli alqı-satqı müqaviləsi və 02 iyul 2022-ci il tarixdə satıcı Cavabdeh2 ilə alıcı Cavabdeh1 arasında ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 40 kv.m, yaşayış sahəsi 2 otaqlı mənzilə dair daşınmaz əmlakın AN-İ № 1059119, 02 iyul 2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlanılmışdır. Cavabdeh2 əri X38 məhkum olunduğu cinayət işi üzrə zərərçəkmiş şəxslər məhkəmənin bu qətnaməsindən maraqlı şəxs kimi ancaq 24 noyabr 2023-cü il tarixində apellyasiya şikayəti vermiş və bu qətnamənin ləğv edilməsini xahiş etmişlər. xx.xx.2024-cü il tarxində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası həmin şikayətə baxmış, maraqlı şəxslərin apellyasiya şikayətini qismən təmin etmiş, Səbail Rayon Məhkəməsinin 2(009)-134/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsini ləğv etməklə iş üzrə icraata xitam verilməsi barədə 2(103)-1083/2024 saylı qərardad qəbul etmişdir. Adı çəkilən sənədlərdən göründüyü kimi mübahisə edilən alqı-satqı müqaviləsi bağlanan zaman mülki qanunvericiliyin hər hansı tələbi pozulmamışdır. 3. İddiaçıların nümayəndəsi sonradan məhkəməyə ərizə verərək yazmışdır ki, “Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1083/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Səbail Rayon Məhkəməsinin iş № 2(009)-134/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi iş üzrə icraata xitam verilməklə ləğv edildikdən sonra Cavabdeh1 qeyd edilən mənzilləri dərhal adından çıxarmaqla özgəninkiləşdirmiş, daşınmaz əmlakın alqı-satqı müqaviləsi AN-İ № 1251557, 23 aprel 2024-cü il tarixində satıcı Cavabdeh1 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 46.3 kv.m, yaşayış sahəsi 39.36 kv.m olan 2 otaqlı mənzilin tam mülkiyyət üzrə onu məxsus hissədən (46.2 kv.m) alıcı Cavabdeh4 mülkiyyətinə verilmiş, daşınmaz əmlakın alqı-satqı müqaviləsi AN-İ № 1251558, 23 aprel 2024-cü il tarixində satıcı Cavabdeh1 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 40 kv.m yaşayış sahəsi 2 otaqlı mənzilin tam mülkiyyət üzrə ona məxsus hissədən (40 kv.m, 2 otaq) alıcı Cavabdeh4 mülkiyyətinə verilmişdir. Göstərilənlərlə bağlı bildirir ki, istər Səbail Rayon Məhkəməsində, istərsə də Bakı Apellyasiya Məhkəməsində icraat vaxtı mübahisə tərəfi iddiaçı Cavabdeh2 olmuşdur. Həmin icraatlarda Cavabdeh1 heç bir prosessual şəxs kimi, yəni iddiaçı və ya cavabdeh şəxs olmamışdır. Cavabdeh1 istər 02 iyul 2022ci il tarixdə alıcı qismində adı çəkilən mənzilləri satıcı Cavabdeh2 alan zaman, istərsə də 23 aprel 2024-cü il tarixində satıcı qismində alıcı Cavabdeh4 satan zaman əmlakın üzərində heç bir yüklülük və məhdudiyyətlər olmamış, müqavilələr mülki qanunvericiliyin tələblərinə tam uyğun olaraq rəsmiləşdirilmişdir. Cavabdeh1 23 aprel 2024-cü il tarixində satıcı qismində alıcı Cavabdeh4 əmlakı satan satan zaman isə əmlakın tam mülkiyyətçisi olmuşdur. 4. İddiaçılar mübahisənin həlli üçün maddi hüquq norması kimi Mülki Məcəllənin 337-ci maddəsinə istinad etmişlər. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. İddiaçılar eyni zamanda Mülki Məcəllənin ancaq 339.6-cı maddəsinə istinad etmişlər. Həmin normada isə qeyd olunur ki, Bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Lakin, iddiaçılar konkret olaraq Mülki Məcəllənin bu normasının 339.1-ci, 339.2-ci, 339.3-cü və ya 339.4-cü bəndlərinin hansı normalarının konkret olaraq pozulmasını göstərməmişlər. Odur ki, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı4 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil etiraza uyğun izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 nümayəndəsi X44 bildirmişdir ki, iki mənzilin çıxarışları ayrıdır, lakin mənzillər birləşdirilmişdir. Cavabdeh1lə razılaşmışlar ki, 2025-ci ilin sonuna qədər mənzili təhvil versinlər, iki il ərzində 2024-cü ilin sonunadək 350 manat, 2024-cü ilin yanvar ayından 400 manat kirayə haqqı verəcəkdir. Bacanağı və qaynı o ərazidə yaşayırlar, onlar vasitəsilə həmin məhəllədə mənzil satıldığını öyrənmiş və qiyməti ucuz olduğu üçün almaq qərarına gəlmişlər. Qardaşı (Cavabdeh4 digər oğlu) şəhid olmuşdur. Bununla bağlı dövlət tərəfindən onun ailəsinə müəyyən pul məbləği kompensasiya kimi verilmişdir, bu mənzilləri qardaşının uşaqları üçün almışlar. Mənzillərin mübahisəli olması barədə məlumatları olmamış, mənzilləri qanuni əsaslarla alımışlar. İddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçılar İddiaçı2, X37, İddiaçı5 və cavabdehlər Cavabdeh2 və Sumqayıt şəhər 4 saylı Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə MPM-ə əsasən mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Sübutlar: Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - MH seriyalı, 092240 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil 09 avqust 1997-ci il tarixdə Cavabdeh2 adına qeyd edilmişdir. - MH seriyalı, 099421 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 5 ünvanında yerləşən mənzil 09 avqust 1997-ci il tarixdə Cavabdeh2 adına qeyd edilmişdir. - AN – İ ******* nömrəli, 02 iyul 2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı Cavabdeh2 ünvan 1 ünvanında yerləşən mənzili alıcı Cavabdeh1 30000 manata satmışdır. Satıcı qrafasını nümayəndə Vəkil imzalamışdır. - AN – İ ******* nömrəli, 02 iyul 2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı Cavabdeh2 ünvan 6 ünvanında yerləşən mənzili alıcı Cavabdeh1 30000 manata satmışdır. Satıcı qrafasını nümayəndə Vəkil imzalamışdır. - Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin ********** qeydiyyat nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»dan görünür ki, ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 46.3 kv.m olan mənzili xx.xx.2022-ci il tarixdə Cavabdeh1 adına verilmiş mülkiyyət hüququnda qeydiyyata alınmışdır. - Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin ********** qeydiyyat nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»dan görünür ki, ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 40 kv.m olan mənzili xx.xx.2022-ci il tarixdə Cavabdeh1 adına verilmiş mülkiyyət hüququnda qeydiyyata alınmışdır. - Birgə nikah dövrudə əldə edilmiş Bakı şəhəri, Səbail rayonu, T.Ulyançev küçəsində (hazırda Aqil Quliyev) yerləşən 13 saylı evin 16-17, 19 saylı mənzillərinin satılmasına razılıq verilməsinə dair notarial qaydada tərtib edilmiş razılıq ərizələrindən görünür ki, X38 əvəzinə etibarnamə ilə nümayəndə Vəkil imzalamışdır. - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 2(009)-134/2022 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Bakı şəhəri, Səbail rayonu, T.Ulyançev küçəsində (hazırda Aqil Quliyev) yerləşən 13 saylı evin 16-17, 19 saylı mənzilləri həbsdən azad edilməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 28 fevral 2024-cü il tarixli, 2(103)-1083/2024 saylı qərardadı ilə maraqlı şəxslərin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-134/2022 saylı iş üzrə 13 aprel 2022-ci il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin 02 may 2024-cü il tarixli, 2(102)-1732/2024 saylı qərarı ilə iddiaçı Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 fevral 2024-cü il tarixli, 2(103)-1083/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. - AN – İ ******* nömrəli, 23 aprel 2024-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı Cavabdeh1 ünvan 7 ünvanında yerləşən mənzili alıcı Cavabdeh4 50000 manata satmışdır. Alıcı qrafasını nümayəndə X44 imzalamışdır. - AN – İ ******* nömrəli, 23 aprel 2024-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı Cavabdeh1 ünvan 6 ünvanında yerləşən mənzili alıcı Cavabdeh4 50000 manata satmışdır. Alıcı qrafasını nümayəndə X44 imzalamışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Aqil Quliyev küçəsində yerləşən 13 saylı evin 16-17, 19 saylı mənzilləri Cavabdeh4 adına qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. Əsaslandırıcı hissə: İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh2 həyat yoldaşı X50 Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 sentyabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinərək CM-nin 178.3.2-cü maddəsi ilə 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 308.2-ci maddəsi ilə 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-nin 66.3-cü və 66.4-cü maddəsinə əsasən təyin edilən əsas cəzaları qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Hökm qəbul edilənə kimi Binəqədi rayon Məhkəməsinin 19 fevral 2015- ci il tarixli Qərarı ilə Bakı şəhəri, Səbail rayonu, T.Ulyançev küçəsində (hazırda Aqil Quliyev) yerləşən 13 saylı evin 16- 17, 19 saylı mənzillərinin üzərinə həbs qoyulmuşdur. Qeyd edilən hökmlə mənzillərin üzərindən həbs götürülsə də, cinayət işi üzrə hökmdən verilmiş apelyasiya protestinə və apelyasiya şikayətlərinin əsasında qəbul edilmiş Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-790/2019 saylı, 13 iyun 2019-cu il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 sentyabr 2016-cı il tarixli hökmü dəyişdirilmiş, cavabdeh X13 adına rəsmiləşdirilmiş cavabdeh "xxxx" MTK-ya məxsus olan ünvan 3 ünvanında inşa edilmiş 16 mərtəbəli binanın 1 və 2-ci mərtəbələrində yerləşən, ümumi sahəsi 890 kv.m olan qeyri-yaşayış sahəsinin üzərinə Binəqədi Rayon Məhkəməsinin 27 fevral 2015-ci il tarixli qərarı ilə qoyulmuş həbs və Cavabdeh2 adına olan Bakı şəhəri, T.Ulyançev küçəsində yerləşən 13 saylı evin 16-17, 19 saylı mənzillərin üzərinə Binəqədi Rayon Məhkəməsinin 19 fevral 2015-ci il tarixli qərarı ilə qoyulmuş həbs bərpa edilmiş və zərərəçəkmişlərə vurulmuş maddi ziyanın ödənilməsi həmin mənzillərə yönəldilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-790/19 saylı 13 iyun 2019-cu il tarixli qərarından verilmiş kassasiya şikayəti 22 noyabr 2019-cu il tarixli Ali Məhkəmənin Cinayət Kollegiyasının qərarı ilə təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyun 2019cu il tarixli 1(103)-790/2019 saylı qərarı dəyişdirilmədən saxlamışdır. Həmçinin müəyyən edilmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsi bu iş üzrə 1(101)-334/2016 saylı xx.xx.2016-cı il tarixli icra vərəqəsini 26 iyul 2019-cu il tarixdə vermiş, əmlakların yerləşdikləri ünvanlara müvafiq olaraq Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya Şöbəsi Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-334/2016 saylı xx.xx.2016- cı il tarixli İcra sənədi üzrə xx.xx.2019cu il tarixdə icraata başlamaq haqqında qərar qəbul etmişdir. Həmçinin Səbail Rayon İcra və Probasiya Şöbəsi Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-334/2016 saylı 26 iyul 2019-cu il tarixli İcra sənədi üzrə xx.xx.2019-cu il tarixdə icraata başlamaq haqqında qərar qəbul etmişdir. Bakı şəhəri, T.Ulyançev küçəsində yerləşən 13 saylı evin 16-17, 19 saylı mənzillərin üzərinə Binəqədi Rayon Məhkəməsinin 19 fevral 2015-ci il tarixli qərarı ilə qoyulmuş həbs Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyun 2019-cu il tarixli 1(103)-790/2019 saylı qərarı ilə bərpa edilsə də, iddiaçı Cavabdeh2 cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı «əmlakın həbsdən azad edilməsi» tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət edərək, sözügedən mənzillərinin həbsdən azad edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmiş və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-134/2022 saylı iş üzrə 13 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi və həmin mənzillərin həbsdən azad edilməsi qət edilmişdir. Cavabdeh2 Səbail Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi əsasında mənzillərin üzərindən həbs götürüldükdən sonra Sumqayıt şəhər 4 saylı notariat ofisinin xüsusi notariusu X4 təsdiq etdiyi 02 iyul 2022-ci il tarixli, AN-İ № ******* saylı Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 46.2 kv.m, yaşayış sahəsi 39.36 kv.m olan 2 otaqlı mənzilin tam mülkiyyət üzrə ona məxsus hissədən (46.2 kv.m), müqaviləsi AN-İ № 1059119, 02 iyul 2022-ci il tarixində satıcı Cavabdeh2 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 40 kv.m. yaşayış sahəsi 2 otaqlı mənzilin tam mülkiyyət üzrə ona məxsus hissədən (40 kv.m, 2 otaq alıcı Cavabdeh1 mülkiyyətinə vermişdir. Yuxarıda qeyd edilən cinayət işi üzrə zərərçəkmişlər, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların şəxslərin hüquq və vəzifələrinə toxunduğuna görə bu qətnamədən apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1083/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Səbail Rayon Məhkəməsinin iş № 2(009)- 134/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə, tələb cinayət işi üzrə məhkəmə hökmü ilə tutma yönəldilən əmlaklarla bağlı olduğundan və mülki məhkəmə icraatının predmeti ola bilməyəcəyindən hazırki ərizənin icraata qəbulundan imtina edilməli idi. Bundan sonra Cavabdeh2 Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1083/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından kassasiya şikayəti verilmiş, lakin kassasiya instansiyası məhkəməsində işə baxılanadək, yəni apellyasiya instansiyası məhkəməsinin qərardadı qanuni qüvvəsini almamış, Sumqayıt şəhər 4 saylı notariat ofisinin xüsusi notariusu X11 tərəfindən 23 aprel 2024-ci il tarixdə təsdiq edilmiş növbəti 23 aprel 2024-cü il tarixli AN-İ № ******* saylı və AN-İ № ******* saylı alqı-satqı müqavilələri təsdiq edilmişdir. Bu müqavilələr Cavabdeh1 ilə Cavabdeh4 arasında imzalanmış və ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 46.3 kv.m, yaşayış sahəsi 39.36 kv.m olan 2 otaqlı və ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 40 kv.m olan 2 otaqlı daşınmaz əmlaklar sonuncunun mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1732/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1083/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarını dəyişdirmədən saxlamışdır. Hazırda mübahisələndirilən mənzillər Cavabdeh4 mülkiyyətində olmaqla, iddiaçı tərəf həmin mənzillərin alqı-satqı müqavilələrinin etibarsız hesab edilməli olmasını iddia edir. Cavabdeh1 “istər 02 iyul 2022-ci il tarixdə alıcı qismində adı çəkilən mənzilləri satıcı Cavabdeh2 alan zaman, istərsə də 23 aprel 2024-cü il tarixində satıcı qismində alıcı Cavabdeh4 satan zaman əmlakların üzərində heç bir yüklülük və məhdudiyyətlər olmaması, müqavilələr mülki qanunvericiliyin tələblərinə tam uyğun olaraq rəsmiləşdirilməsini” bildirməklə iddiaya etiraz etmişdir. Digər cavabdeh tərəf mübahisəli mənzillərin satılmasından eyni məhəllədə yaşayan qohumları vasitəsi ilə məlumatlı olmasını və ucuz satıldığı üçün alınmasını, müqavilələrin qanuni əsaslarla bağlanmasını göstərərək iddianın təmin edilməsinə etiraz etmişdir. Məhkəmə hazırki iddia və ona edilən etirazın əsası kimi istinad edilən hallarla bağlı qeyd edir ki, Azərbaycan Respublikasında mülkiyyət hüququ müxtəlif üsullar, o cümlədən, əqd (müqavilə) üzrə əldə edilir. Dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Mübahisəli əşya üzərində qanuni əsalarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da aiddir. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Məhkəmə ilk növbədə qeyd edir ki, mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında Mülki Məcəllənin məhz göstəilən normalara əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). O da nəzərə alınmalıdır ki, məhkəmələr tərəfindən müqavilə üzrə mübahisələrə baxılarkən, ilk növbədə, iddia tələbinin əsaslandığı əqdin etibarlılığı araşdırılmalıdır. Belə ki, məhkəmənin gələcəyi nəticə məhz əqdin etibarlılığından asılıdır. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında vurğulamışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Mülki Məcəllədə əqdlərin etibarsızlığı ilə əlaqədar göstərilmişdir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.1, 337.4 və 337.5-ci maddələri). Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlar). Beləliklə, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: - görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; - yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib bilir ki, subyekt tərkibinin fərqli olması tərəflərin başqa əqdi pərdələməsi niyyətini istisna etmir. Belə ki, tərəflər öz aralarında görünüşdə bağlanacaq əqdə dair razılığa gəldikdə, həmin müqavilənin digər şərtləri ilə yanaşı subyekt tərkibinə dair də razılığa gələ bilərlər. Nəzərə alınmalıdır ki, yalan əqdin etibarsızlığının əsas səbəbi tərəflərin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur. Odur ki, subyekt tərkibindən asılı olmayaraq müqavilə tərəflərinin üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyətilə bağladığı istənilən əqd yalan əqd olmaqla əhəmiyyətsizdir. Mülki Məcəllənin 340.2-ci maddəsinə uyğun olaraq, yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Pərdələnən müqavilədə tərəflərin həqiqi iradəsi ifadə olunduğundan, bu əqd mülki qanunvericiliklə nəzərdə tutulmuş forma şərti də daxil olmaqla etibarlılıq tələblərinə cavab verdikdə, etibarlı əqd kimi arzu olunan hüquqi nəticələrə səbəb ola bilər. Belə ki, Mülki Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin vurğulayır ki, məhkəmələr tərəfindən müqavilənin etibarlı olub-olmaması ilə bağlı işlərə baxılarkən münasibətlərin həqiqi xarakteri nəzərə alınmaqla, müxtəlif müqavilələrin (məsələn, bağışlama, üçüncü şəxslərin xeyrinə müqavilə və s.) bağlanması qaydalarını tənzimləyən normalara da diqqət yetirilməlidir. Həmin normalar çərçivəsində bağlanılmış əqdin subyekt tərkibinə görə yalan əqd hesab edilməsi yolverilməzdir və Mülki Məcəllənin 340.2-ci maddəsinin məqsədinə uyğun gəlmir. Ona görə də məhkəmələr tərəfindən belə mübahisələr üzrə işlərə baxılarkən bağlanan müqavilələrdə əsl niyyətin nədən ibarət olması, gizli sövdələşmənin olub-olmaması müəyyən edilməlidir. Həmçinin qeyd olunmalıdır ki, əqdin yalan olub-olmaması məsələsi araşdırılarkən yalnız müqavilənin söz və ifadələrinin hərfi mənası deyil, tərəflərin bağlanmış müqavilə üzrə hüquqi nəticə əldə etmək niyyətlərinin olub-olmaması, habelə əsl iradələrinin aşkar edilməsi üçün işin faktiki halları da hərtərəfli araşdırılmalıdır. Bu zaman məhkəmələr əqd tərəflərinin davranışını, tərəflər arasında formalaşan münasibətləri, onların yazışmalarını, fərqli subyekt tərkibi olan oxşar münasibətlərdə tərəflərin davranışını, əqdin bağlandığı fəaliyyət sahəsində formalaşmış davranış təcrübəsini, hərəkətlərin baş vermə vaxtını və s. nəzərə almalıdır. Bir neçə əlaqəli əqdin qısa fasilə ilə bağlanması (məsələn, bir ilədək), eyni gündə bir neçə əlaqəli əqdin bağlanması, tərəflərin və ya üçüncü şəxslərin müxtəlif hərəkətlərinin qarşılıqlı əlaqəsi və digər hallar da əqdlərin pərdələmək niyyətilə görünüş üçün bağlanılmasına dəlalət edə bilər. Yalan əqd iradə ilə onun ifadəsi arasında qəsdən uyğunsuzluğa yol verilməsi nəticəsində əmələ gəlməklə hüquq normalarının düzgün tətbiqinə də maneələr yaradır. Tərəflərin belə hüquqa zidd davranışı isə publik və ya fərdi maraqlara zərər vurulması ilə nəticələnə bilər. Qanunverici məhz bu səbəbdən yalan əqdin əhəmiyyətsizliyini təsbit etmişdir. Beləliklə, yalan əqdin əhəmiyyətsizliyi iradə ifadəsinin simulyasiyası (əqdin simulyasiyası), müvafiq hüququn mövcudluğu görünüşünün yaradılması, əsl iradənin gizlədilməsi (pərdələnməsi) ilə şərtləndirilir.” Məhkəmə Konstitusiya Məhkəməsinin qərarlarında formalaşdırılmış hüquqi mövqeləri diqqətə alaraq hesab edir ki, hazırki iş üzrə Cavabdeh2 ilə (bacısının əri olan) Cavabdeh1 arasında imzalanmış alqı-satqı müqavilələrinin formal, digər əqdi pərdələmək və ən əsası bu müqavilənin bağlanmasında tərəflərin niyyətlərinin dəqiq müəyyən edilməsi baxımından onların davranışını, aralarında formalaşan münasibətləri, fərqli subyekt tərkibi olan oxşar münasibətlərdə tərəflərin davranışı, əqdin bağlandığı fəaliyyət sahəsində formalaşmış davranış təcrübəsi, hərəkətlərin baş vermə vaxtı və s. nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 sentyabr 2021-ci il tarixli qərarında qeyd edilir ki, ... məhkəmələr tərəfindən müqavilənin etibarlı olubolmaması ilə bağlı işlərə baxılarkən təqdim olunmuş sübutlar əsasında tərəflərin həqiqi hüquqi niyyətləri vəiradə ifadələrinin əsl məzmunu dəqiqləşdirilməli, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsi müəyyən edilməlidir. ...Mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr, N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarları). Məhkəmə daha sonra qeyd edir ki, əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Həmçinin məhkəmə qeyd edir ki, etibarsız əqdlər etibarsızlıq halını yaradan səbəblərin müxtəlifliyindən asılı olaraq dörd növə ayrılmışdır - əhəmiyyətsiz əqdlər; mübahisə edilən əqdlər; müvafiq razılığın olmamasına görə etibarsız olan əqdlər; məhkəmə qərarı ilə etibarsız sayılan əqdlər. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarı və Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” xx.xx.2022-ci il tarixli qərardadı) Qanunvericiliyin mənasına görə əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Göründüyü kimi, Konstitusiya Məhkəməsi yuxarıda qeyd edilən Qərarında göstərir ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Məhkəmə qanunun mənasından çıxış edərək və yuxarıda ifadə edilmiş hüquqi mövqeləri nəzərə alaraq belə qənaətə gəlir ki, baxılan iş üzrə etibarsızlığı tələb edilən Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqavilələri əhəmiyyətsiz olan əqdlər kateqoriyasına daxildir. Belə ki, Cavabdeh2 mübahisəli mənzilləri satmaq, Cavabdeh1 isə almaq kimi bir niyyətləri olmamışdır. Müəyyən edilmişdir ki, həmin müqavilə üzrə tərəf olan Cavabdeh1 digər Cavabdeh2 bacısının əridir və onların hər ikisi müqavilələri imzalayarkən Səbail Rayon Məhkəməsinin 2(009)- 134/2022 saylı iş üzrə 13 aprel 2022-ci il tarixli qətnaməsinin qanuni qüvvəsində olmasına baxmayaraq Şahin Əliyevin cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 sentyabr 2016cı il tarixli hökmünün Bakı Apellyasiya Məhkəməsinin 1(103)-790/2019 saylı, 13 iyun 2019-cu il tarixli qərarı ilə dəyişdirilərək hökmün sözügedən mənzillər üzərində həbsin götürülməsi hissəsində ləğv edilməsi, beləliklə həbsin bərpa edilməsi və zərərçəkmişlərə vurulmuş maddi ziyanın ödənilməsinin həmin mənzillərə yönəldilməsi, başqa sözlə vurulmuş maddi ziyanın ödənilməsinə yönəlmiş əmlakların mülki məhkəmə icraatının predmeti ola bilməyəcəyi barədə tam məlumatlı idilər. Belə olan halda Cavabdeh1 qeyd edilən müqavilələr üzrə vicdanlı əldə edən kimi qiymətləndirilə bilməz. Belə ki, məhkəmə qeyd edir ki, qanunvericilik əldə edənin vicdanlılığı prezumpsiyasını müəyyən etmişdir. Bu prezumpsiyaya görə əldə edən onun vicdanlı sahib olması sübut edilənədək vicdanlı sahib hesab olunur. Vicdanlı sahib o şəxsdir ki, bu şəxs əmlakı onun özgəninkiləşdirməyə hüququ olmayan şəxsdən əldə etməsini bilmir və ya bunu bilməli olmağa borclu deyildir. O halda əldə edən vicdanlı sahib sayıla bilməz ki, əgər dəyəri ödənilməklə aparılan alqı-satqı anında mübahisəli əmlaka 3-cü şəxslərin iddiaları ona məlum olmuş olsun və bu iddialar sonradan qanuni sayılsın. Qanunvericilik vicdanlılığın qoruyucu təsirindən yararlana bilməsi üçün bəzi hallarda şəxsin müəyyən vaxt ərzində vicdanlı olmasını, bəzi hallarda isə müəyyən bir anda vicdanlı olmasını şərt qoymuşdur. Qanunvericilikdən də göründüyü kimi daşınmaz əmlaka hüquqlar əldə edərkən reyestrə güvənən üçüncü şəxsin əldə etdiyi hüquqlarının qorunmasının məhz onun hüquqları əldə edərkən vicdanlı olması halında mümkün olduğu müəyyən edilmişdir. S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2004-cü il tarixli qərarında qeyd edilmişdir ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka 3-cü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Sözügedən Qərarda daha sonra göstərilmişdir ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən, vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona maneə olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “X16 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008ci il tarixli qərarında da göstərildiyi kimi, “vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan hüquqi qeyri-müəyyənlik mülki dövriyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir-birinə olan inamının da azalmasına gətirib çıxarardı”. Avropa İnsan Hüquqları Məhkəməsi “Buciaş Ruminiyaya qarşı” işində qeyd edir ki, ləğv olunması istənilən satış müqaviləsinin taleyi tərəflərin vicdanlığı və ya vicdansızlığından asılıdır. Alıcı o halda vicdanlı olmayan sayılır ki, o, əşyanın əmlakın qanuni yolla əldə edilmədiyini, qanunsuz yoldan başqa digər yolla əldə edilməsinin mümkünsüz olduğunu bilir, yəni əmlakın hansısa cinayət hadisəsindən və ya mülki hüquq pozuntusundan əldə edilməsinə yəqinliklə əmindir, buna inanır və satıcının hüquqi əsas (qanuni əsas) olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etməsini (əsassız varlanmasını) ən azından şübhə, yaxud güman edir. Yuxarıda sadalanan normalar mahiyyəti daşınmaz əmlakın dövlət reyestrindəki qeydə etimad etməklə daşınmaz əmlakı əldə edən şəxslərin, yəni vicdanlı əldə edənlərin hüquqlarını qorumaqdır. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə xüsusilə vurğulayır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə qeyd edir ki, Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış əqdlərin yalan əqd olmaqla görüntü xatirinə bağlanmasını, eləcə də sonuncunun vicdanlı əldə edən olmamasını təsdiq edən digər hal da, onun Cavabdeh2 Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-134/2022 saylı iş üzrə 13 aprel 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1083/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından verdiyi kassasiya şikayətinin nəticəsini gözləmədən təkrarən Sumqayıt şəhər 4 saylı notariat ofisinin xüsusi notariusu X11 tərəfindən 23 aprel 2024-ci il tarixdə təsdiq edilmiş növbəti müqavilələr əsasında mübahisəli mənzilləri Cavabdeh4 satmasıdır. Belə ki, bu alqı-satqı müqavilələrinin təsdiqindən sonra Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1732/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə sözügedən apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirmədən saxlamışdır. Beləliklə də, qanuni qüvvəsini almış məhkəmə aktları ilə mübahisəli mənzillər üzərində həbslər bərpa edilmiş və burada məqsəd zərərçəkmişlərə vurulmuş maddi ziyanın ödənilməsi olmuşdur. Məhkəmə hesab edir ki, Cavabdeh4 yuxarıda adları qeyd edilən şəxslərlə yaxınlığı, qohumluğu və əvvəldən tanışlığı olması kimi hallar müəyyən edilməsə də, onun əldə etdiyi mənzillər əvvəlcə vicdanlı olaraq əldə etməyən Cavabdeh1 mənzillərin məhz ona satmaqda niyyətinin bu mənzillər üzərində həbsin bərpa edilməsindən sonra zərərçəkmişlərə vurulmuş maddi ziyanın ödənilməsinin həmin mənzillərə yönəldilməsinin qarşısını almaq, artıq digər şəxsin mülkiyyətində olan mənzillərə tutmanın yönəldilə bilinməməsi görüntüsünü yaratmaq olmuşdur. Belə olan halda hesab edir ki, Cavabdeh1 ilə Cavabdeh4 arasında imzalanmış alqı-satqı müqavilələrinin zahiri görüntüsünə görə qanunvericiliyin tələblərinə uyğun formada tərtib edilməsi müşahidə edilsə də, yuxarıda qeyd edilən cinayət işi üzrə zərərçəkmişlərə vurulmuş maddi ziyanın ödənilməsi məqsədi ilə həmin mənzillərin üzərində həbsin bərpa edilməsi baxımından bu alqı-satqı müqavilələri qanuni əsaslarla bağlanmış əqdlər kimi qiymətləndirilə bilməz. Məhkəmə Cavabdeh1 Bakı şəhəri, Səbail rayonu, T.Ulyançev küçəsində (hazırda Aqil Quliyev) yerləşən 13 saylı evin 16-17, 19 saylı mənzillərin həbsdən azad edilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-134/2022 saylı iş üzrə 13 aprel 2022-ci il tarixli qətnamədən iş üzrə cavabdeh Azərbaycan Respublikasının Baş prokurorluğu apellyasiya şikayəti verməməsi, qətnamənin qanuni qüvvəyə minməsi, icra vərəqəsi verilməsi, mənzillərin müvafiq icra orqanı tərəfindən həbsdən azad edilməsi, 02 iyul 2022-ci il tarixdə alıcı qismində adı çəkilən mənzilləri satıcı Cavabdeh2 alan zaman və Cavabdeh4 satan zaman əmlakların üzərində heç bir yüklülük və məhdudiyyətlər olmamasına, eləcə də müqavilələrin mülki qanunvericiliyin tələblərinə tam uyğun olaraq rəsmiləşdirilməsinə istinad etməsinə qiymət verərək cavabdehin bu arqumentləri ilə razılaşmır və iddiaya etirazının dəlilləri ilə bağlı cavabdeh tərəfin verdiyi izahatlarını iddianın əsassız olması üçün yetərli sübut kimi qiymətləndirmir. Belə ki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə, cavabdeh tərəfin iddiaya etiraz ilə izahatlarına tənqidi yanaşaraq onları nəinki inandırıcı saymır və hətta bir daha vurğulayır ki, Cavabdeh1 mübahisəli mənzilləri əldə edərkən əmlakların üzərində heç bir yüklülük və məhdudiyyətlər olmasa da, onun baldızı Cavabdeh2 alqısatqı müqavilələri əsasında əldə edilməsi baxımından vicdanlı alıcı olmamış və mənzillər üzərində həbsin azad edilməsinə dair qətnamənin ləğv edilməsindən sonra Cavabdeh4 ilə bağladığı növbəti əqdlər də əvvəlki əqd kimi zərərçəkmişlərə vurulmuş maddi ziyanın ödənilməsinin həmin mənzillərə yönəldilməsinin qarşısını almaq məqsədini daşımışdır. Məhkəmə, o halı da qeyd edir ki, dövlət reyestrinin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə olur. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Digər tərəfdən, dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. Əmlakı əldə edən şəxsin vicdanlı əldə edən kimi tanınması üçün hər bir halda o, sübut etməlidir ki, əmlakı özgəninkiləşdirənin buna səlahiyyətli olub-olmadığını müəyyən etmək üçün bütün ağlabatan tədbirləri görüb: məsələn, özgəninkiləşdirənin əmlakın mülkiyyətçisi olmasına dair hüquq müəyyənedici sənədləri tələb edib onları nəzərdən keçirib; səlahiyyətli orqandan əmlakın üzərində hər hansı məhdudiyyətin, yüklülüyün olub olmamasına dair müvafiq arayış alınıb və sair. Bütün bunlara baxmayaraq o, özgəninkiləşdirənin səlahiyyətsiz şəxs olduğunu müəyyən etməyib. Əgər əldə edilən əmlak barədə üçüncü şəxslərin iddiası olmuşsa və bu hal əmlakı əldə edənə məlum idisə, vicdanlı əldə edən istisna olunur. Əmlakı əldə edən şəxsin vicdanlı əldə edən olması, əmlakın ondan geri alınmasını məhdudlaşdırır və belə olan halda əmlakın mülkiyyətçisinin ona zərər vuran şəxslərə qarşı zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ əmələ gəlmiş olur. Məhkəmə, Cavabdeh4 qohumları vasitəsilə satılan mübahisəli mənzillərin təklif olunması və mənzillərin daha ucuz qiymətə satılmasına görə əldə etməsi ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, cavabdehin bu mövqeyi yuxarıda qeyd edilən əsaslara görə əsaslı sayıla bilməz. Belə ki, mənzili alan şəxsin əmlakın legitimliyinə dair lazımi araşdırma aparması vəzifəsi qanunvericilikdə nəzərdə tutulmasa da, o, mənzillərin satışı barədə heç yerdə elanın verilməməsi və ucuz satılmasını nəzərə alaraq, mənzillərin alınmasından öncə lazımi ehtiyatlılıq tədbirləri görməli, qeyd edilən halların səbəbləri ilə maraqlanmalı və bundan sonra müəyyən qərara gəlməli idi. Məhkəmə hesab edir ki, Cavabdeh4 digər cavabdehlər olan Cavabdeh2 ilə Cavabdeh1 ilə məhkəmə hökmünün icrasının zərərçəkmişlərə vurulmuş maddi ziyanın ödənilməsinin həmin mənzillərə yönəldilməsinin qarşısını almaq niyyətlərinin həyata keçirilməsində birbaşa aktiv rolu olmasa da, hətta əqdlər üzrə vicdanlı alıcı sayılmış olsa belə, onunla bağlanmış müqavilələrin etibarsız sayılmaması cinayət işi üzrə zərərçəkmiş kimi tanınmış, hazırki iş üzrə iddiaçıların onlara vurulan maddi ziyanın ödənilməsi ilə bağlı Azərbaycan Respublikasının adından çıxarılmış qərarının bu hissədə icrasının mümkünsüzlüynə gətirib çıxarmaqla sözügədən şəxslərin qanunla qorunan hüquqlarına xələl gətirə bilər. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Sumqayıt şəhər 4 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən 02 iyul 2022-ci il tarixdə təsdiq edilmiş Cavabdeh2 ilə Cavabdeh1 arasında imzalanmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 46.2 kv.m, yaşayış sahəsi 39.36 kv.m olan 2 otaqlı mənzilə dair daşınmaz Əmlakın AN-İ № 1059118, 02 iyul 2022-ci il tarixli alqı-satqı müqaviləsi və cavabdeh Sumqayıt şəhər 4 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən 02 iyul 2022-ci il tarixdə təsdiq edilmiş Cavabdeh2 ilə Cavabdeh1 arasında imzalanmış ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 40 kv.m, yaşayış sahəsi 2 otaqlı mənzilə dair daşınmaz əmlakın AN-İ № 1059119, 02 iyul 2022-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, bu müqavilələr əsasında mənzillərə dair verilmiş mülkiyyət hüququna dair çıxarışlar ləğv edilməli, Sumqayıt şəhər 4 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən 23 aprel 2024-ci il tarixdə təsdiq edilmiş Cavabdeh1 ilə Cavabdeh4 arasında imzalanmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 46.3 kv.m, yaşayış sahəsi 39.36 kv.m olan 2 otaqlı mənzilə dair daşınmaz əmlakın AN-İ № 1251557, 23 aprel 2024-cü il tarixli alqı-satqı müqaviləsi, Sumqayıt şəhər 4 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən 23 aprel 2024-ci il tarixdə təsdiq edilmiş Cavabdeh1 ilə Cavabdeh4 arasında imzalanmış ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 40 kv.m olan 2 otaqlı mənzilə dair daşınmaz əmlakın AN-İ № 1251558, 23 aprel 2024-cü il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməli və bu müqavilələr əsasında mənzillərə dair verilmiş mülkiyyət hüququna dair çıxarışlar ləğv edilməlidir. 100 (bir yüz) manat dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 müştərək qaydada tutularaq iddiaçılar İddiaçı1, İddiaçı2, X28, İddiaçı4 və İddiaçı5 ödənilməlidir. Məhkəmə həmçinin izah edir ki, Cavabdeh4 ona vurulmuş ziyanla bağlı Cavabdeh1 qarşı müvafiq iddia qaldırmaq hüququ vardır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Sumqayıt şəhər 4 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən 02 iyul 2022-ci il tarixdə təsdiq edilmiş Cavabdeh2 ilə Cavabdeh1 arasında imzalanmış ünvan 1 ünvanında yerləşən mənzilə dair daşınmaz Əmlakın AN-İ № 1059118, 02 iyul 2022-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. Sumqayıt şəhər 4 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən 02 iyul 2022-ci il tarixdə təsdiq edilmiş Cavabdeh2 ilə Cavabdeh1 arasında imzalanmış ünvan 2 ünvanında yerləşən mənzilə dair daşınmaz əmlakın AN-İ № 1059119, 02 iyul 2022-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. Qeyd edilən müqavilələr əsasında mənzillərə dair Cavabdeh1 adına verilmiş mülkiyyət hüququna dair xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli və xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»lar ləğv edilsin. Sumqayıt şəhər 4 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən 23 aprel 2024-ci il tarixdə təsdiq edilmiş Cavabdeh1 ilə Cavabdeh4 arasında imzalanmış ünvan 1 ünvanında yerləşən mənzilə dair daşınmaz əmlakın AN-İ № 1251557, 23 aprel 2024-cü il tarixli alqı-satqı müqaviləsi etbarsız hesab edilsin. Sumqayıt şəhər 4 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən 23 aprel 2024-ci il tarixdə təsdiq edilmiş Cavabdeh1 ilə Cavabdeh4 arasında imzalanmış ünvan 2 ünvanında yerləşən mənzilə dair daşınmaz əmlakın AN-İ № 1251558, 23 aprel 2024-cü il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. Daşınmaz əmlakın AN-İ № ******* və AN-İ № ********* saylı, 23 aprel 2024-cü il tarixli alqısatqı müqavilələri əsasında mənzillərə dair Cavabdeh4 adına verilmiş mülkiyyət hüququna dair «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»lar ləğv edilsin. 100 (bir yüz) manat dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 müştərək qaydada tutularaq iddiaçılar İddiaçı1, İddiaçı2, X28, İddiaçı4 və İddiaçı5 ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-1702/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1702/2024
26.11.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver