Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1703/2021 17.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı istehlakçı hüquqlarının bərpası və əsassız borcun silinməsi tələbinə dair mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı istehlakçı hüquqlarının bərpası və əsassız borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı göstərmişdir ki, Səbail rayon Məhkəməsinə müraciət etməmişdən qabaq Abşeron rayon Məhkəməsinə müraciət etmiş, orada ona bildirmişlər ki, işin aidiyyəti Səbail rayon Məhkəməsinə aiddir. O bilməmişdir ki, istehakçı hüquqlarının müdafiəsi ilə bağlı yaşayış yeri üzrə müraciət edə bilər. Eyni zamanda ona indi məlum olmuşdur ki, cavabdehin də hüquqi ünvanı Səbail rayonuna aid deyil. Yəni aidiyyət qaydalarının pozulması ilə Səbail rayon məhkəməsinə müraciət etmişdir. Ona görə məhkəmədən xahiş edir ki, seçim aidiyyəti üzrə iş Abşeron rayon Məhkəməsinə göndərilsin. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, hazırki mülki iş aidiyyəti üzrə baxılması üçün Abşeron rayon Məhkəməsinə göndərilməlidir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, həmin tələb istehlakçı hüquqlarının pozulması ilə bağlıdır, eyni zamanda cavabdehin hüquqi ünvanı Xətai rayonu ərazisinə aiddir. AR MPM-nin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir Həmin Məcəllənin 36.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələb istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı olduğu üçün, həmçinin iddiaçı öz seçimi ilə işə Abşeron rayon Məhkəməsində baxılmasını istədiyi üçün, hazırki mülki iş qanunla müəyyən edilmiş aidiyyəti üzrə məhkəməyə deyil(AR MPMnin 35.2-ci maddəsi), iddiaçının seçimi üzrə (AR MPM-nin 36.9-cu maddəsi) aidiyyəti məhkəməyə göndərilməlidir. AR MPM-nin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar edilərsə məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Göstərilən Məcəllənin 45.1-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aidiyyatı ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. «Məhkəmələr və hakimlər haqqında» AR Qanununun 15-ci maddəsinə əsasən işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. AR MPM-nin 31.1-ci maddəsinə əsasən aidiyyat qaydalarının pozulmasına yol verilmir. Beləliklə məhkəmə hesab edir ki, iddia ərizəsi aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyindən və bu hal məhkəmənin hazırlıq mərhələsində aşkar olunduğundan, həmçinin mübahisə istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı olduğundan, hazırki işə iddiaçının seçimi üzrə onun yaşadığı yerin məhkəməsinə – Abşeron rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 35.2, 45.2.2, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə… QƏRARA ALDİ: İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı istehlakçı hüquqlarının bərpası və əsassız borcun silinməsi tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Abşeron rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhər Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1703/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1703/2021
17.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver