Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1705/2024 12.09.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Seyidli İlkin Ramin oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əsassız borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilə (abonent kodu **********03835) əsassız olaraq borc kimi yazılmış 779.12 manatın “X2” tərəfindən silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 2 ünvanı onun mülkiyyətindədir, orada yaşayır. Ünvana verilən qaz xəttinə görə yerləşdirilən sayğacı onun adına müqavilə bağlanaraq yerləşdirilmişdir. Onun abonet koduna 779.12 manat borc yazılıb. Yazılan borcdan qismən ödəniş edərək, hal-hazırda 779.12 manat borc təşkil edir. Bilmədən ödədiyi məbləğlə bağlı abanet saldosu verilmədiyi üçün dəqiq məlumat yoxdur. Borcu barədə isə bildiriş vasitəsi ilə məlumat əldə etmişdir. Bundan sonra o, Səbail qaz istismar idarəsinə gedərək bütün olanlara aydınlıq gətirmək istəmiş, ordan ona bildirildi ki, onun abonet kodu üzrə hal-hazırda 779.12 manat borc var, yalnız bu məhkəmə qaydasında silinə bilər. Borc qaz sayğacının hesablama mexanizmi düzgün işləmir, lakin buna dair isə ona abonet saldosu vermədilər. Hansı ki, sayğac evdən kənarda yerləşir. Onun mexanizmindən onun hər hansı bir məlumatı yoxdur. Hər ay ödəniş edib qazdan istifadə etmişdir. Bundan başqa da Cavabdeh İB-nin əməkdaşları mütəmadi sayğaclara baxış keçirir, heç bundan onların xəbəri belə olmur. Bugünki gündə sayğac evdən kənar yerləşir. Həmin sayğaca kim tərəfindən mexanizminə müdaxilə olunmasından və hansı formada baş verməsi ona bəlli deyil. Səbail qaz istismar idarəsinin işçiləri tərəfindən aşkarlanan nöqsan zamanı tərtib olunmuş akt onun iştirakı ilə olmayıb və o, imza etməmişdir, bu qəder borc barəsində yalnız Azərqaza müraciət etdiyi zaman xəbər tutmuşdur. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, artıq neçə ildir həmin ünvanda yaşayır, bu vaxta kimi heç bir problem olmamışdır. Azərqazla müqavilə onun adına tərtib olunmuş qeyri-qanuni akt yazılsa da, onun yazılan aktdan xəbəri olmamışdır və o, imza etməmişdir. Bundan başqa məhkəmənin nəzərinə çatdırır ki, sözü gedən ünvanda o, ailəsi ilə yaşayır. Belə ki, qeyri-qanuni tərtib olunmuş akta əsasən 779.1 2 manat borc yazılıb. O, bunu aydınlaşdırmaq məqsədi ilə Səbail qaz istismar idarəsinə yaxınlaşaraq aydınlaşdırmaq istəmiş, orada ona bildirildi ki, onun ünvanına tərtib olunmuş akt əsasında borc yığılmışdır,amma bunun nə vaxt, kimlərin iştirakı ilə tərtib olunması haqqda ona heç bir möhtəbər sübut verə bilmədilər. Belə olan halda hesab edir ki, heç bir razılaşmaya gələ bilmədikləri üçün bu işə məhkəmə qaydasında aydınlıq gətirə bilər. Məhkəmə iclasında iddiaçı Nümayəndə1 iddianı müdafiə edərək və iddia tələbinə uyğun izahat vermiş, eləcə də bildirmişdir ki, iddiaçı onun bacısıdır və ailəsi ilə birlikdə Qazaxstanda yaşayır, həmin evi 2018-ci il tarixdə almışdır. İddiaçı 2023-cü ildə Azərbaycana gələrək, evi təmir etdirmişdir. İddiaçı burada yaşamadığına görə qazdan istifadə olunmamış və ona görə də, 2020-2022-ci illərdə ödəniş olmamışdır. Qazın əməkdaşları da iddiaçının və ailəsinin evdə yaşamadığından məlumatlı olmuşlar. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək, onun təmin edilməməsini xahiş etmiş və bildirmişdir ki, iddia ərizəsi əsassızdır və rədd edilməlidir. Belə ki, İddiaçı Cavabdehnə qarşı (**********00260 istehlakçı hesabı üzrə) 779,12 manat borcun silinməsi tələbinə dair iddia qaldırmışdır. İddia tələbinin əsasını sayğac göstəricisi üzrə sərf edilən qaza görə 1,52 manat borcun və dəymiş ziyana görə xx.xx.2024-cü il tarixli, ******* nömrəli akta əsasən hesablanmış 777,6 manat pulun silinməsi təşkil edir, İddiaçı mənzilinə quraşdırılmış qaz sayğacı yeni sayğacla əvəz edilmiş, laboratoriya şəraitində X1 nümayəndəsinin təsdiq etdiyi aktla dövlət yoxlaması nəticəsində əvəz edilmiş sayğaca baxış keçirilən xx.xx.2023-cü il tarixdə sayğacda 8141 rejimi (alarm 1), element yuvasının ətrafında kənar təsir izi və klapanının bağlı olduğu aşkar edilmiş və sayğacın istismara yararsız olduğu müəyyən edilmişdir. Qaz sayğacının yoxlanmasının nəticəsi rəsmiləşdirilməklə X1 nümayəndəsi tərəfindən də təsdiq edilmişdir. Bundan sonra qeyd olunan nəticələr xx.xx.2024-cü il tarixli, ******* nömrəli aktla rəsmiləşdirilmiş və qaz itkisinə görə 777,6 manat borc hesablanaraq iddiaçının hesabına əlavə edilmişdir. Eyni zamanda iddiaçının saldosundan mübahisəsiz qaydada görünür ki, iddia ərizəsində həmin mənzildə ailəsi ilə yaşayıb vaxtında ödənişlər etdiyini bildirsə də, iddiaçının 2020-2022-ci il tarixlərdə ödənişləri olmamış, 2023-cü il tarixdə, sayğac çıxarılan vaxta kimi cəmi 5 manat ödənişi olmuşdur və qeyd olunanlar iddiaçının sərfiyyatın qeyd edilməməsindən ötrü sayğaca müdaxilə etdiyini təsdiq edir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “X3’’nın 1.3-cü bəndinə əsasən qazpaylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqavilənin tələblərinə görə paylayıcı müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.3-cü bəndinin tələblərinə görə qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəmək (2.3.1) və təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək (2.3.4) istehlakçının vəzifəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. “Qazdan istifadə qaydalarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarının 3.2.2-ci bəndinə əsasən qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etmək qazdan istifadə edən istehlakçıların vəzifəsidir. Deməli, qaz sayğacının qaydalara uyğun istismarı və işçi vəziyyətdə saxlanılması və istehlak edilən təbii qazın dəyərinin ödənilməsi istehlakçı kimi iddiaçının vəzifəsidir. İddiaçı tərəfindən istehlak edilən təbii qazın sərfiyyatının istifadə edildiyindən az göstərilməsinə nail olmaq üçün qaz sayğacına edilən müdaxilə və qeydə alınmadan istehlak edilən təbii qazın dəyərinin ödənilməsi üçün iddiaçı məsuliyyət daşıyır. Eyni zamanda həmin hərəkətin məişət abonenti olan iddiaçının iradəsindən kənar edilməsi öz-özündə istisna edilir. Bu halda iddiaçıya hesablanmış faktiki istehlak etdiyi və müqavilə üzrə dəyərini ödəmək vəzifəsi daşıdığı qaz sərfiyyatına görə hesablanmış qaz borcunun silinməsinin heç bir faktiki və hüquqi əsası olmadığından iddianın rədd edilməlidir. Həmçinin bildirir ki, 2020- 2022-ci ildə sərfiyyat qeydə alınmamışdır. Məhkəmə işə baxıb, iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2024-cü il tarixli aktdan görünür ki, **********2 №-li sayğacın AKT№ 14-2- 2/3-5-8581/Q002 914) rejimi aşkar olunmuş (ALARM-1). Element yuvasının qapağının ətrafında kənar təsir izi aşkar olundu. Klapan bağlıdır. Sayğac istismara yararsızdır. İş materiallarında olan abonentin saldosundan aydın olur ki, ünvan 2 ünvanında qazdan istifadəyə görə xx.xx.2023-cü ildən 777.60 manat məbləğində borc yaranmışdır. İş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023-cü il tarixli aktdan görünür ki, İddiaçı məxsus mənzildən Cavabdeh İB-nin əməkdaşları tərəfindən **********2 nömrəli G-4 markalı İtron tipli qaz sayğacı XB1 rejmində olduğuna görə çıxarılaraq yeni **********9 nömrəli Zenner tipli G-4 markalı qaz sayğacı ilə əvəz edilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»nın 3.1.3-cü maddəsinə əsasən qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlanılması qaz paylayıcısının vəzifəsidir. Həmin Qaydaların 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçının qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə iclasında müəyyən edilmişdir ki, quraşdırılmış **********2 nömrəli G-4 markalı İtron tipli qaz sayğacı XB1 rejmində olduğuna görə çıxarılaraq yeni **********9 nömrəli G-4 markalı zenner tipli qaz sayğacla əvəzlənmiş, ******* saylı xx.xx.2023-cü il tarixli akt tərtib edilmişdir. Əvəzlənmə zamanı Cavabdeh İB-nin əməkdaşları tərəfindən vizual baxış zamanı heç bir dəyişiklik, müdaxilə qeydə alınmayıb. Lakin Cavabdeh İB tərəfindən xx.xx.2024-cü il tarixdə ******* saylı akt tərtib olunub və “element yuvasının qapağının ətrafında kənar təsir izi aşkar olunduğu, klapanın bağlı olduğu, nəticədə istismara yararsız hesab edilmişdir” qeydə alınıb. Məhkəmə hesab edir ki, itirilmiş qazın bərpası ilə əlaqədar iddiaçıya hesablanmış 777,60 manat borc onun abonent hesabından silinməlidir. “Qaz təchizatı haqqında” AR Qanununun 21-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Müvafiq icra hakimiyyəti orqanı qanunvericiliklə müəyyən olunmuş hallarda cərimələr tətbiq edə bilər. Göründüyü kimi istehlakçı barəsində cərimə sanksiyasının tətbiq edilməsi qanunla nəzərdə tutulmamışdır. Cərimənin tətbiq edilməsi yuxarıda göstərilən qanuna əsasən tətbiq edilə bilər və bu səlahiyyət yalnız müvafiq icra hakimiyyəti orqanına aid olan məsələdir. “Qaz təchizatı haqqında” AR Qanununun 2-ci maddəsinin 1-ci bəndinə əsasən bu Qanun qaz və maye halında enerji daşıyıcısı kimi işlədilən bütün (təbii qazlar da daxil olmaqla) qaz növlərinin (bundan sonra “qaz”) istehsalı, emalı, nəqli, saxlanması, paylanması, satılması və istifadəsi üzrə fəaliyyətləri tənzimləyir. «Qaz istifadə Qaydaların»ın 1.1-ci bəndinə əsasən Bu Qaydalar “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətləri (qazın alqı-satqı müqaviləsi əsasında), şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtlərini, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtlərini və digər məsələləri tənzimləyir. Məhkəmə qeyd edir ki, cavabdeh təşkilat alqı-satqı müqaviləsinə əsasən qazın alqısatqı ilə məşğul olan təşkilat kimi müqavilənin digər tərəfi haqqında hər hansı məsuliyyət sanksiyasını (məcburetmə tədbirlərini) tətbiq etməkdə səlahiyyətli olmamışdır. Digər tərəfdən məhkəmə qeyd edir ki, istehlakçı tərəfindən qazdan istifadə qaydalarının pozulması halında onun barəsində cərimə sanksiyasının tətbiq edilməsi və ya itirilmiş qazın bərpası üçün əlavə hesabatın hesablanmasına dair cavabdeh orqanın qərar qəbul etmək səlahiyyəti qanunla müəyyən edilməmişdir. “Normativ hüquqi aktlar haqqında” Azərabycan Respublikası Konstitusiya Qanununun 78.1-ci maddəsinə əsasən hüquqi aktlar aparılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin edilən Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməlidir. “Qaz təchizatı haqqında” AR Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qanunun yuxarıda göstərilən tələblərindən göründüyü kimi zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması qaz paylayıcısının vəsaiti hesabına, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Məhkəmə qeyd edir ki, iddiaçıya aid olan qaz sayğacı zədələnsə də, həmin zədələnmənin məhz iddiaçının təqsiri üzündən baş verməsi müəyyən olunmamışdır. Digər tərəfdən iddiaçının ona aid olan sayğacın işlək vəziyyətdə saxlanılması və qorunması ilə bağlı hər hansı məsuliyyət daşıması da məhkəmə iclasında müəyyən edilməmişdir. Beləliklə, iddiaçının evinə aid olan sayğacda qüsur aşkar olunsa da, həmin qüsurun məhz iddiaçının günahı ucbatından baş verməsi və ya iddiaçının sayğaca müdaxilə etməsi nəticəsində baş verməsi müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya aid olan sayğacın onun təqsiri üzündən zədələnməsi müəyyən olunmadığından, 777.60 (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) məbləğində pulun istehlakçıdan tələb edilməsi əsassız hesab edilərək həmin hala görə yaranmış borc silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qisməntəmin edilsin. İddiaçı məxsus ünvan 3 ünvan üzrə **********03835saylı abonent hesabına hesablanmış 777,60 (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) manat məbləğində borc silinsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-1705/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1705/2024
12.09.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver