Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1715/2022 01.11.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının qanuni nümayəndəsi İddiaçı və nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı X8 qanuni nümayəndəsi İddiaçı cavabdehlər Cavabdeh1na, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı "vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və mirasın qəbul edilməsi" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1na, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı "vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və mirasın qəbul edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, 28 nömrəli notariat kontorunun xx.xx.2019-cu il tarixli, vərəsəlik işin nömrəsi V- 10/2019, Reyestrdə 2V-39 nömrəli və xx.xx.2019-cu il tarixli, vərəsəlik işin nömrəsi V- 10/2019, Reyestrdə 2V-40 nömrəli qeyd edilmiş Qanun üzrə vərəsəlik haqqında Şəhadətnamələrin etibarsız sayılaraq, İddiaçı qızı X8 atası xx.xx.2018-ci il tarixdə vəfat etmiş, X7 qanun üzrə bərabər pay hüquqlu vərəsəsi hesab olunması və miras qalmış ünvan 1 ünvanında yerləşən 223.9kv/m yaşayış sahəsi, 478.5 kv/m köməkçi sahəsi olan 6 otaqlı fərdi yaşayış evi və "xxxx" MTK-də 1% iştirak payından ibarət payı vərəsələr arasında bərabər bölünərək 1/5 hissəsinə İddiaçı qızı X12 mülkiyyət hüququnun tanınması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçı X8 qanuni nümayəndəsi İddiaçı cavabdehlər Cavabdeh1na, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən "vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və mirasın qəbul edilməsi" tələbinə dair iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, 28 nömrəli notariat kontorunun xx.xx.2019-cu il tarixli, vərəsəlik işin nömrəsi V-10/2019, Reyestrdə 2V-39 nömrəli və xx.xx.2019-cu il tarixli, vərəsəlik işin nömrəsi V-10/2019, Reyestrdə 2V-40 nömrəli qeyd edilmiş Qanun üzrə vərəsəlik haqqında Şəhadətnamələrin etibarsız sayılaraq, İddiaçı qızı X8 atası xx.xx.2018-ci il tarixdə vəfat etmiş, X7 qanun üzrə bərabər pay hüququlu vərəsəsi hesab olunması və miras qalmış ünvan 1 ünvanında yerləşən 223.9kv/m yaşayış sahəsi, 478.5 kv/m köməkçi sahəsi olan 6 otaqlı fərdi yaşayış evi və "xxxx" MTK-də 1% iştirak payından ibarət payı vərəsələr arasında bərabər bölünərək 1/5 hissəsinə İddiaçı qızı X12 mülkiyyət hüququnun tanınması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, xx.xx.2018-ci il tarixdə vəfat etmiş X7 İddiaçı ilə olan münasibətdən xx.xx.2010-cu il təvəllüdlü X16 adında bir qızları vardır. Atalığın müəyyən edilməsi haqqında xx.xx.2011-ci il tarixli 91 nömrəli qeyd edilmiş şəhadətnaməyə əsasən xx.xx.2010-cu il təvəllüdlü X8 atası X9r. xx.xx.2018-ci il tarixdə vəfat etmiş X7 miras əmlakına dair Bakı şəhəri 28 saylı Notariat ofisində açılmış vərəsəlik işi üzrə müəyyən olunmuşdur ki, X7 mülkiyyətində xx.xx.2007- ci il tarixdə verilmiş ********* qeydiyyat, **********54-10301 reyestr nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 223.9 kv/m yaşayış sahəsi, 478.5 kv/m köməkçi sahəsi olan 6 otaqlı fərdi yaşayış evi və "xxxx" MTK-də 1% iştirak payından ibarət payı vardır. Buna görə də xx.xx.2019-cu il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Vərəsəlik hüququ haqqında şəhadətnamədə xx.xx.2018-ci il tarixdə vəfat etmiş X7 qanun üzrə birinci dərəcəli vərəsələri olan anası Cavabdeh5, arvadı Cavabdeh3, qızı Cavabdeh4 və oğlu Cavabdeh2 qeyd edilərək paylar müəyyən edilmişdir. Lakin qızı xx.xx.2010-cu il təvəllüdlü X16 birinci dərəcəli qanun üzrə vərəsə olmasına baxmayaraq xx.xx.2018-ci il tarixdə vəfat etmiş X7 miras əmlakından ona pay verilməmiş və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə adı qeyd olunmamışdır. Buna görə də onlara məlum olan vaxtdan xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 28 saylı Notariat ofisinə müraciət etdilər ki, xx.xx.2018ci il tarixdə vəfat etmiş X7 ölümü ilə açılmış miras əmlakından pay verilməsi və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə payın qeyd edilməsinə köməklik edilsin. Bakı şəhəri 28 saylı Notariat ofisinin xx.xx.2021-ci il tarixli, 931 nömrəli cavab məktubu ilə bildirdi ki, X7 ölümü ilə vərəsəlik işi açılmış və miras əmlaka xx.xx.2019-cu il tarixli, vərəsəlik işin nömrəsi V-10/2019, Reyestrdə 2V-39 nömrəli və xx.xx.2019-cu il tarixli, vərəsəlik işin nömrəsi V-10/2019, Reyestrdə 2V-40 nömrəli şəhadətnamə ilə qanun üzrə vərəsəlik hüququ artıq verildiyindən onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verə bilmirlər. Azərbaycan Respublikası MPM-nin 49.4-cü maddəsinə əsasən on dörd yaşınadək yetkinlik yaşına çatmayanların, habelə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə onların qanuni nümayəndələri qoruyurlar. Azərbaycan Respublikası MM-nin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyan) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Bunun əsasında Bakı şəhəri, 28 nömrəli notariat kontorunun xx.xx.2019-cu il tarixli, vərəsəlik işin nömrəsi V-10/2019, Reyestrdə 2V-39 nömrəli və xx.xx.2019-cü il tarixli, vərəsəlik işin nömrəsi V- 10/2019, Reyestrdə 2V-40 nömrəli qeyd edilmiş Qanun üzrə vərəsəlik haqqında Şəhadətnamələr etibarsız sayılmalıdır. ünvan 1 ünvanında yerləşən 223.9kv/m yaşayış sahəsi, 478.5 kv/m köməkçi sahəsi olan 6 otaqlı fərdi yaşayış evi və "xxxx" MTK-də 1% iştirak payından ibarət payı vərəsələr arasında bərabər bölünərək 1/5 hissəsi İddiaçı qızı X12 çatmalıdır. Həmçinin, İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirmənin səbəbinin üzrlü sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, əlavə olaraq göstərmişdir ki, X7 xx.xx.2018-ci il tarixdə vəfat etməsi barədə məlumatlı olmuş, yas mərasimlərində iştirak etmişlər. Zabit Əlizadə vəfat etdikdən dərhal sonra onun oğlu və mərhumun qardaşı mərhumun ona hədiyyə etdiklərini qaytarmasını tələb etmişvə ona miras qalan əmlakdan qızına çatan payın veriləcəyi bildirilmişdir. Daha sonra mərhumun İ növbə vərəsələrindən olan oğlu onu inandırmaq üçün xx.xx.2010-cu il təvəllüdlü X8 da vərəsə kimi adının şəhadətnaməyə yazdırmaqla ona da miras əmlakdan pay vermək məqsədi ilə müvafiq sənədləri ondan almış, lakin 6 aylıq müddət ərzində onlara bununla bağlı hər hansı sənəd verməmişdir. Sonradan məlum olmuşdur ki, digər vərəsələrin adına verilmiş şəhadətnaməyə X8 adı daxıl edilməmişdir. Bu məlum olan vaxtdan - xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 28 saylı Notariat ofisinə müraciət etmişdir. Dəfələrlə cavabdehə onlara çatmalı payı vermələrini bildirsə də, heç bir nəticə əldə etməmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh1 məhkəməyə məktub ünvanlayaraq işə nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Digər cavabdehlərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının, onun nümayəndəsi və vəkilinin, izahatlarını dinləyib, onların izahatlarını təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş: - Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 05 mart 2019-cu il tarixli AZ-İ seriyalı, 352265 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, X1 Mirvari Tərbiz qızından doğulmuş X4 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 08 fevral 2011-ci il tarixdə 91 nömrə ilə qeyd edilmişdir. - X12 məxsus xx.xx.2011-ci il tarixli il tarixli AZ-İİ seriyalı, 600602 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X21 oğlu xx.xx.2010-cu il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında X14, ana qrafasında İddiaçı qeyd edilmişdir. Bu barədə doğum haqqında şəhadətnamə akt qeydləri kitabında 08 fevral 2011-ci il tarixdə 725 nömrə ilə qeyd edilmişdir. - Cəbrayıl rayonu, Şükürbəyli kənd soveti tərəfindən verilmiş 24 iyun 1988-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X14 ilə X2 arasında 24 iyun 1988-ci il tarixdə nikah bağlanmışdır. - Cavabdeh2 məxsus xx.xx.1990-ci il tarixli AZ-İİİ seriyalı, 609385 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh2 xx.xx.1990cı il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında X14, ana qrafasında Cavabdeh3 qeyd edilmişdir. Bu barədə doğum haqqında şəhadətnamə akt qeydləri kitabında 27 mart 1990-cı il tarixdə 160 nömrə ilə qeyd edilmişdir. - Bakı şəhəri, 3 saylı Baki “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 18 dekabr 2018-ci il tarixli AZ-İİ seriyalı, 989317 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 12 dekabr 2018-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 18 dekabr 2018-ci il tarixdə 2020 nömrə ilə qeyd edilmişdir. - Bakı şəhəri 28 saylı Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış 01 dekabr 2021-ci il tarixli 931 saylı məktubdan görünür ki, Baki şəhəri 28 saylı notariat ofisində X7 ölümündən sonra vərəsəlik işi açılmış və miras əmlaka xx.xx.2019-cu il tarixində qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr artıq verilmişdir. - Bakı şəhəri 28 saylı Notariat Ofisi tərəfindən xx.xx.2019-cu il tarixli 2V-39 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsindən görünür ki, 12 dekabr 2018-ci il tarixdə vəfat etmiş X7 vərəsələri ünvan 4i ünvanında qeydiyyatda olan anası Cavabdeh5, ünvan 5 ünvanında qeydiyyatda olanlar-oğlu Cavabdeh2, arvadı- Cavabdeh3 və ünvan 6 ünvanında qeydiyyatda olan qızı Cavabdeh4dır və onların hər biri miras əmlakdan bərabər hissələrdə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2007-ci il tarixdə X10 verilmiş ********* qeydiyyat, **********54-10301 reyestr nömrəli, 74 nömrəli reyestr kitabının 6625-ci səhifəsində qeyd edilmiş çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 223.9 kv/m yaşayış sahəsi 478.5 kv/m köməkçi sahəsi olan 6 otaqlı fərdi yaşayış evindən ibarətdir. - Bakı şəhəri 28 saylı Notariat Ofisi tərəfindən xx.xx.2019-cu il tarixli 2V-40 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsindən görünür ki 12 dekabr 2018-ci il tarixdə vəfat etmiş X7 vərəsələri ünvan 4i ünvanında qeydiyyatda olan anası Cavabdeh5, ünvan 5 ünvanında qeydiyyatda olanlar-oğlu Cavabdeh2, arvadı- Cavabdeh3, və Baki şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlülzadə küçəsi, ev 10/7 ünvanında qeydiyyatda olan qızı Cavabdeh4dır və onların hər biri miras əmlakdan bərabər hissələrdə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak X7 "xxxx" MTK-də ( VÖEN **********) 1% iştirak payından ibarətdir. (Azərbaycan Respublikası Vergilər Nazirliyi Yanında Milli Gəlirlər Departamentinin Hüquqi X6 İdarəsinin **********105900 nömrəli, xx.xx.2019-cu il tarixli məktubu) - X11 məxsus xx.xx.2019-cu il tarixli AZ-T seriyalı, 093704 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X15 xx.xx.1992-cı il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında X14, ana qrafasında Cavabdeh3 qeyd edilmişdir. - X10 məxsus xx.xx.1988-ci il tarixli 303076 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X14 xx.xx.1961-cı il tarixdə Şıxalıağa kəndində anadan olmuş, ata qrafasında X13, ana qrafasında Cavabdeh5 qeyd edilmişdir. Bu barədə doğum haqqında şəhadətnamə akt qeydləri kitabında 01 noyabr 1963-cü il tarixdə 138 nömrə ilə qeyd edilmişdir. - Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidməti tərəfindən verilmiş ölüm haqqında sənədin surətindən görünür ki, X13 23 dekabr 1987-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 23 dekabr 1987-ci tarixdə 33 nömrə ilə qeyd edilmişdir. - Azərbaycan Respublikası Vergilər Nazirliyi Yanında Milli Gəlirlər Departamentinin Hüquqi X6 İdarəsinin xx.xx.2019-cu il tarixli, 158 nömrəli verilmiş məktubdan görünür ki, X14 "xxxx" MTK-də də (VÖEN **********) 1% iştirak payına malikdir. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2007-ci il tarixli, MH seriyalı, ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 5-ci döngədə istifadədə olan 0.03665 ha torpaq sahəsində yerləşən 2 və 3 mərtəbəli, 6 otaqlı, 223.9kv/m yaşayış sahəsi, 478.5 kv/m köməkçi sahədən ibarət olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X7 adına daşınmaz əmlakın dövlət reyestrində 74 nömrəli reyestr kitabının 6625 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 1 saylı Baki Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2005-ci il tarixdə X7 adına ilkin qeydiyyata alınmışdır. Sonradan sozügedən ünvan Baki şəhəri, 28 saylı notariat kontorunun 2V-39 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə yə əsasən ¼ hissəsi Cavabdeh5, ¼ hissəsi X11, ¼ hissəsi Cavabdeh3 və ¼ hissəsi Cavabdeh2 adlarına qeydiyyata alınmışdır və hazırda mülkiyyətlərindədir. - Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Notariat Ofisinə yazdıqları xx.xx.2019-cu il tarixli **********642 saylı ərizədən görünür ki, onlar xx.xx.2018-ci il tarixdə vəfat etmiş X7 onlardan başqa vərəsəsi yoxdur. Əgər gələcəkdə hər hansı vərəsələri çıxarsa, onların paylarını ödəməyi öz öhdələrinə götürürlər. Bununla əlaqədar bütün məsuliyyəti öz üzərlərinə götürürlər. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, xx.xx.2018-ci il tarixdə vəfat etmiş X7 miras əmlakına dair Bakı şəhəri 28 saylı Notariat ofisində açılmış vərəsəlik işi üzrə müəyyən olunmuşdur ki, X7 mülkiyyətində xx.xx.2007-ci il tarixdə verilmiş ********* qeydiyyat, **********54-10301 reyestr nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 223.9 kv/m yaşayış sahəsi, 478.5 kv/m köməkçi sahəsi olan 6 otaqlı fərdi yaşayış evi və "xxxx" MTK-də 1% iştirak payından ibarət payı vardır. Buna görə də xx.xx.2019-cu il tarixdə xx.xx.2019-cu il tarixli, vərəsəlik işin nömrəsi V-10/2019, Reyestrdə 2V-39 nömrəli və xx.xx.2019-cu il tarixli, vərəsəlik işin nömrəsi V-10/2019, Reyestrdə 2V-40 nömrəli qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərək miras qoyanın qanun üzrə birinci dərəcəli vərəsələri olan anası Cavabdeh5, arvadı Cavabdeh3, qızı Cavabdeh4 və oğlu Cavabdeh2 qeyd edilərək paylar müəyyən edilmişdir. İddiaçının tələblərini əsaslandırdığı dəlillərə əsasən xx.xx.2018-ci il tarixdə vəfat etmiş X7 İddiaçı ilə olan münasibətdən xx.xx.2010-cu il təvəllüdlü X16 birinci dərəcəli qanun üzrə vərəsə olmasına baxmayaraq miras əmlakdan ona pay verilməmiş və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə adı qeyd olunmamışdır. Buna görə də onlara məlum olan vaxtdan xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 28 saylı Notariat ofisinə müraciət etmiş, lakin Notariat ofisinin xx.xx.2021-ci il tarixli, 931 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, qanun üzrə vərəsəlik hüququ artıq verildiyindən onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilə bilməz. İşin materiallarından görünür ki, X7 vəfatından sonra onun İ dərəcəli vərəsələri olan anası Cavabdeh5, arvadı Cavabdeh3, qızı Cavabdeh4 və oğlu Cavabdeh2 notariata müraciət edərək mərhumun miras əmlakına dair Bakı şəhəri 28 saylı Notariat ofisində açılmış vərəsəlik işi açılmış və sonradan verilmiş Vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən vərəsələrin ünvan 1 ünvanında yerləşən 223.9kv/m yaşayış sahəsi, 478.5 kv/m köməkçi sahəsi olan 6 otaqlı fərdi yaşayış evi və "xxxx" MTK-də 1% iştirak payından ibarət payına paylar müəyyən edilmiş və hazırda həmin əmlaklar onların mülkiyyətindədir. Həmçinin, işin materiallarından görünür ki, mərhum X7 İddiaçı ilə olan münasibətindən xx.xx.2010-cu ildə anadan olmuş X16 da birinci dərəcəli qanun üzrə vərəsə olmasına baxmayaraq X7 miras əmlakından ona pay verilməsi və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə adının qeyd olunması məqsədi ilə qanuni nümayəndəsi-anası vasitəsilə xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 28 saylı Notariat ofisinə müraciət etmiş və mirasın açıldığı barədə ona məlum olan vaxtın xx.xx.2021-ci il tarix olmasını göstərmişdir. İddiaçının tələbinin hüquqi əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1, 1133.2-ci maddələri təşkil edir. Başqa sözlə, iddiaçı digər vərəsələrin adına verilmiş şəhadətamələrin etibarsızlığını və özünün də miras əmlakda 1/5 hissədə pay hüququnun (mülkiyyət hüququnda) tanınmalı olmasını mübahisələndirir. Məhkəmə iddia tələbləri ilə bağlı qeyd edir ki, mülki qanunvericilik hər bir mülki hüquq münasibətinin yaranmasını müəyyən faktla bağlayır. Vərəsəlik hüquq münasibətlərinin əmələ gəlməsini mülki qanunvericilik iki hüquqi faktla əlaqələndirmişdir. Bunlar fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsidir (Mülki Məcəllənin 1145-ci maddəsi). Mülki Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günü və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günü mirasın açıldığı vaxt kimi müəyyən edir. Göründüyü kimi, fiziki şəxsin ölümü və ya onun ölmüş elan edilməsi ilə miras açılır və miras qoyanın vərəsələri ola biləcək şəxslər mirasın açıldığı andan vərəsəliyə çağırılmış hesab edilirlər. Mülki Məcəllənin 1133-cü maddəsinə görə, vərəsəlik qanun və ya vəsiyyət üzrə və ya hər iki əsasla həyata keçirilir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olubolmadığına baxmayaraq, ola bilərlər (Mülki Məcəllənin 1134-cü maddəsi). Beləliklə, vərəsəlik hüquq münasibətləri miras qoyanın ölümü və ya ölmüş elan edilməsi anından başlamış olur. Qanunvericilik vərəsəlik hüququnun yaranmasını miras qoyanın ölümü və ya ölmüş elan edilməsi ilə şərtləndirmiş və bu hüquqa vəsiyyətnamə olduğu təqdirdə vəsiyyətnamədə göstərilən şəxslərin, əks halda (vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi halda) isə qanunla müəyyən edilmiş vərəsələrin malik olduğunu təsbit etmişdir. Qanunverici tərəfindən mirasın qəbulunun formal və qeyri-formal üsulları müəyyən edilmişdir. Mülki Məcəllənin 1243-cü maddəsinə uyğun olaraq, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (Mülki Məcəllənin 1255-ci maddəsi). Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli, A.Nadirova və qeyrilərinin şikayəti üzrə 2022-ci il 16 mart tarixli Qərarları). Vərəsələrin mirası qəbul etməsi faktını təsdiqləyən sənəd vərəsəlik şəhadətnaməsidir və Mülki Məcəllənin 1321.1-ci maddəsinə müvafiq olaraq vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Lakin vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 26 iyul tarixli Qərarları). Qüvvədə olan qanunvericiliklə vərəsəlik işləri ilə bağlı müvafiq sənədləşdirmələrin aparılması səlahiyyəti notariat orqanlarına həvalə edilmişdir. "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə müvafiq olaraq, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Həmin Qanunun 60-cı maddəsinə əsasən, notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma yerini və tarixini, miras əmlakın tərkibini yoxlamalıdır. Notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də müəyyən etməyə çalışmalıdır. Beləliklə, vərəsəliyə çağırılmış vərəsələr arasında vərəsələrin dairəsi, miras kütləsi, payların həcmi, habelə mirasın bölüşdürülməsi ilə bağlı mübahisə olmadığı təqdirdə mirasın qəbul edilməsi faktının rəsmiləşdirilməsi notariat qaydasında həyata keçirilir. Mülki Məcəllənin 1246-cı maddəsinə görə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mirası qəbul etmə müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir (Konstitusiya Məhkəməsi Plenumunun T.Mənsurovun şikayəti üzrə 2011-ci il 5 dekabr tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddət (altı ay) mirasın qəbulunun notariat qaydasında realizəsi (rəsmiləşdirilməsi) üçün nəzərdə tutulmuş müddət olaraq qəbul edilməli, mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbulunun notariat qaydada rəsmiləşdirilməsinə yol verilməməlidir. Həmin müddətin ötürülməsindən sonra miras əmlakın qəbulu məsələsi məhkəmə qaydasında həll edilə bilər. Burada nəzərə almaq lazımdır ki, mirasın qəbul edilməsi, habelə mirasdan imtina ilə əlaqədar müddətlərin axımı vərəsələrin vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən başlayır. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin uzadılması tələbi ilə bağlı işlərə baxarkən məhkəmələr tərəfindən həmin maddədə nəzərdə tutulmuş “üzrlü səbəb” anlayışı yalnız şəxsin iradəsindən asılı olmayaraq vərəsəlik hüququnun realizəsi üçün müraciət edə bilmədiyi hallarla məhdudlaşdırılmamalı, işin bütün halları, belə müraciətin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində edilməməsinin səbəbləri ətraflı araşdırılmaqla məsələyə hüquqi qiymət verilməlidir. Məhkəmə hazırki iş üzrə hesab edir ki, iddiaçı tərəfindən mirasın qanunvericiliklə müəyyən edilmiş qaydada qəbul edilməməsi, mirasın qəbul edilməsi üçün Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddətin (altı ay) buraxılması işin mübahisəsiz hallarındandır və notariat orqanının iddiaçının adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinin mümkünsuzlüyü ilə bağlı göstərdikləri işin halları ilə uzlaşır. Başqa sözlə, cavabdehlərin adına verilmiş qanun üzrə vərəsəlik şəhadətnamələrinin etibarsız sayılması üçün hüquqi əsaslar mövcud deyildir. Məhkəmə, iddiaçının mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətdə müraciət etməməsinin səbəbi ilə bağlı izahatında və buna dair ərizəsində göstərdiklərinə qiymət verərək hesab edir ki, iddiaçı mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin ötürülməsinin səbəbinin üzrlü səbəblərdən vərəsəlik hüququnun realizəsi üçün müraciət edə bilməməsinə dair göstərilənləri təsdiq edəcək hər hansı bir sübut növü təqdim etməmişdir. Belə ki, əgər doğrudan da mərhumun İ növbə vərəsələrindən olan oğlu xx.xx.2010cu il təvəllüdlü X8 da vərəsə kimi adının şəhadətnaməyə daxil edilməsi məqsədi ilə müvafiq sənədləri ondan almışsa və 6 aylıq müddət ərzində onlara bununla bağlı hər hansı sənəd verməmişlərsə belə, iddiaçı tərəfə heç kim və heç nə mane olmurdu ki, özü müstəqil olaraq notariat ofisinə ərizə vermək qaydasında mirası qəbul etmək üçün həmin orqana müraciət etsin. İddiaçı tərəfin izahatlarına əsasən onun X7 xx.xx.2018-ci il tarixdə vəfat etməsi barədə məlumatlı olması (yas mərasimlərində iştirak etmələri və müzakirələr aparmaları və s.) işin mübahisəsiz halıdır və məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin buraxılması barədə göstərilənlər üzrlü səbəblər kimi qiymətləndirilə bilməz. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Məcəllənin 1272-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli Qərarında göstərilmişdir ki, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyri-müəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanuna əsasən qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı X8 qanuni nümayəndəsi İddiaçı cavabdehlər Cavabdeh1na, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı "vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, mirasın qəbul edilməsi və s." tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-1715/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1715/2022
01.11.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver