Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1719/2020 30.11.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əkbərli Leyla Mirfazil qızının katibliyi, İddiaçı nümayəndəsi X2, Cavabdeh1 Rəhimbala oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh1 Rəhimbala oğlu və Cavabdeh2 qarşı “lizinq müqaviləsi üzrə öhdəliklərin icrası” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh1 Rəhimbala oğlu və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin mülkiyyətində olan «Mercedess Benz» markalı «Sprinter» modelli **-PK-*** qeydiyyat nömrəli avtomaşını Cavabdeh1 Rəhimbala oğlunun qanunsuz istifadəsindən alınaraq mülkiyyətçi İddiaçı MMC-yə qaytarılması, Cavabdeh1 Rəhimbala oğlu və Cavabdeh2 İddiaçı MMC-nin xeyrinə 25065 manat əsas lizinq borcu, 10900 manat lizinqdən istifadəyə görə faiz borcu, 26750 manat hesablanmış penya, cəmi 62715 manat borcu, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, İddiaçı MMC-nin direktoru X1 ilə Cavabdeh1 Rəhimbala oğlu arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli 1701/0308 saylı X4 əsasən İddiaçı MMC Cavabdeh1 Rəhimbala oğlunun ərizəsinə əsasən onun tərəfindən seçilmiş, təsviri bu müqavilənin ayrılmaz hissəsi olan əlavə №1-də göstərilən və ümumi dəyəri 60000 manat olan 1 ədəd «Mercedess Benz» markalı «Sprinter» modelli **-PK-*** qeydiyyat nömrəli avtomobili öz mülkiyyətinə keçirərək Cavabdeh1 Rəhimbala oğluna müvəqqəti sahiblik və istifadəyə vermişdir. Cavabdeh1 Rəhimbala oğlu isə öz növbəsinə əsasən 39000 manat məbləğində borcu illik 32% faiz hesablanmaqla, 36 ay müddətinə İddiaçı MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh1 Rəhimbala oğlu lizinq müqaviləsinə əlavə № 2-də (lizinq ödənişləri cədvəli üzrə) 36 ay müddətinə illik 32% faiz mütəmadi olaraq hər ay ödəniş etməli olduğu halda, ödənişləri aparmamış, müqavilə şərtlərinə tam əməl etməmiş, lizinq obyektini mülkiyyətçiyə qaytarmaqdan yayınmışdır ki, bununla da müqavilə şərtlərini pozmuşdur. Bundan başqa, Cavabdeh1 Rəhimbala oğlunun müqavilə öhdəliklərinin təmini üsulu kimi zamin Cavabdeh2 ilə iddiaçı arasında xx xxxxxx 2017-ci il tarixli 1701/0308/ZM-01 saylı zaminlik müqaviləsi bağlanmış və zamin Cavabdeh2 məsuliyyəti öz üzərinə götürmüşdür. Bununla əlaqədar cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq o, lizinq obyektini geri qaytarmaqdan imtina etmiş və lizinq obyektinin yeri bu günə qədər müəyyən edilməmişdir. Hazırda öhdəliklərini tam icra etməyən Cavabdeh1 Rəhimbala oğlunun xx.xx.2020-ci il tarixdə iddiaçıya iddia qaldıran günə 25065 manat əsas lizinq borcu, 10900 manat lizinqdən istifadəyə görə faiz borcu, 26750 manat hesablanmış penya, cəmi 62715 manat məbləğində borcu qalmaqdadır. Ona dəfələrlə müraciət edilməsinə baxmayaraq o, müqavilədən irəli gələn öhdəliklərini icra etməmişdir. X3 14.1-ci maddəsinə əsasən, lizinq alanın lizinq obyektinə sahiblik və istifadə hüquqlarına lizinq verən tərəfindən birtərəfli qaydada aşağıdakı hallarda xitam verilə bilər. 14.1.3 Lizinq alan lizinq ödənişlərinin müəyyən edilmiş müddətdə bir dəfə ödəmir və ya iki dəfə ödənişi gecikdirib. Məhkəmə iclasında iddiaçının nümayəndəsi izahat verərək, bildirmişdir ki, cavabdehlərlə öz aralarında şifahi razılıq əldə etmişlər. Həmin razılığa əsasən Cavabdeh2 cəbhədə olduğunu nəzərə alaraq cərimədə müəyyən güzəştlər edə biləcəklərini, lakin qalan hissədə heç bir güzəşt olunmayacağını bildirmişlər. Cavabdeh hal-hazırda cəbhədə olduğu üçün isə yazılı razılıq əldə olunmamışdır. Bir öncəki gün cavabdehlərlə əlaqə saxladıqda Cavabdeh2 borcun faiz hissəsində də güzəşt olunmasını istəmişdir. Lakin bununla bağlı onlar tərəfindən cavabdehlərə hər hansı güzəşt oluna bilməz. Razılıq olmadığı üçün iddianın tam təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 Rəhimbala oğlu iddia tələbini qismən qəbul etdiyini bildirirərək, maşına əlavə xərc çəkilərək konstruksiyasında dəyişiklik edilməsinin nəzərə alınmasını, faizə və cəriməyə münasibətdə güzəşt edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli 1701/0308 saylı daxili lizinq müqaviləsindən görünür ki, “İddiaçı ” MMC-nin mülkiyyətində olan və ümumi dəyəri 60000 manat olan 1 ədəd «Mercedess Benz» markalı «Sprinter» modelli **-PK-*** qeydiyyat nömrəli avtomobil Cavabdeh1 Rəhimbala oğlunun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. «Daxili lizinq müqaviləsi»nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən Cavabdeh1 Rəhimbala oğlu illik 32% hesablanmaqla 36 aylıq müddətinə İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2017-ci il tarixdə “İddiaçı ” MMC ilə Cavabdeh2 arasında bağlanmış 1701/0308/ZM-01 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsindən görünür ki, xx.xx.2017-ci il tarixli 1701/0308 saylı “Daxili Lizinq” müqaviləsi üzrə Cavabdeh2 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli, PB-01/168 saylı borclu Cavabdeh1 Rəhimbala oğlu ilə xx xxxxxx 2017-ci il tarixində İddiaçı MMC arasında bağlanmış 1701/0308 saylı daxili lizinq müqaviləsi üzrə xx xxxxxx 2020-ci il tarixə lizinq borcu haqqında maliyyə arayışından görünür ki, müqavilə üzrə ödənilmiş faiz məbləğləri 19385 manat, ödənilmiş əsas lizinq məbləğləri 13935 manat, müqavilə üzrə ödənilməli olan əsas lizinq məbləğinin borcu 25065 manat, müqavilə üzrə vaxtı keçmiş faiz borcunun məbləği 10900 manat, lizinq müqaviləsi üzrə hesablanmış penya məbləği 26750 manat və borc üzrə iddia tələbinin (əsas, faiz, penya) cəmi məbləği (9+10+11) 62715 manat təşkil edir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli, 1701/0308 saylı lizinq müqaviləsinə 2 saylı əlavədən görünür ki, borcalan Cavabdeh1 Rəhimbala oğlu xx xxxxxxxx 2017-ci il tarixdən ödəməni başlamalı, hər ay 1699 manat, xx xxxxxx 2020-ci il tarixdə bitirməli idi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövrülüklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747-2-ci maddəsinə əsasən lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verən pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-2.1, 748-2.2-ci maddələrinə əsasən lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə sahiblik və ondan istifadə hüququ lizinq alana tam həcmdə keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-10.4-cü maddəsinə əsasən lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün “İddiaçı ” MMC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. İddiaçının cərimə tələbi ilə bağlı məhkəmə bildirir ki, gecikdirilmiş 25065 manat borca görə 26750 manat cərimə (dəbbə pulu) yüksək məbləğdir. Odur ki, tərəflərin əmlak mənafeləri nəzərə alınmaqla cavabdehdən 250 manat cərimə tutulmalı, həmin tələb qalan hissədə rədd edilməlidir. MM-in 462.1-ci və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 Rəhimbala oğlu xx.xx.2017-ci il tarixli 1701/0308 saylı Daxili lizinq müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün, iddiaçı İddiaçı MMC-nin mülkiyyətində olan «Mersedes Benz» markalı «Sprinter» modelli **-PK-*** qeydiyyat nömrəli avtomaşın Cavabdeh1 Rəhimbala oğlunun qanunsuz istifadəsindən alınaraq mülkiyyətçi İddiaçı MMC-yə qaytarılmalı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 25065 manat əsas lizinq borcu, 10900 manat lizinqdən istifadəyə görə faiz borcu, 250 manat hesablanmış penya, cəmi 36215 manat borcu, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun 20 manatı tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 216- 220, 234.2.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı MMC-nin mülkiyyətində olan «Mersedes Benz» markalı «Sprinter» modelli **- PK-*** qeydiyyat nömrəli avtomaşını Cavabdeh1 oğlunun qanunsuz istifadəsindən alınaraq mülkiyyətçi İddiaçı MMC-yə qaytarılsın. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı MMC-nin xeyrinə 25065 (iyirmi beş min altmış beş) manat əsas lizinq borcu, 10900 (on min doqquz yüz) manat lizinqdən istifadəyə görə faiz borcu, 250 (iki yüz əlli) manat hesablanmış penya, cəmi 36215 (otuz altı min iki yüz on beş) manat borcu, həmçinin iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun 20 (iyirmi) manatı tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-1719/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1719/2020
30.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver