Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-172/2022 02.03.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, iddiaçı X1 etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə1, müstəqil tələb irəli sürməyən 3-cü şəxs LPO Cavabdeh4 ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı X1 (3-cü şəxs qismində LPO "xxxx" ASC işə cəlb olunmaqla) cavabdehlər "xxxx" MMC, Cavabdeh2, Cavabdeh3 qarşı hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (3-cü şəxs qismində LPO Cavabdeh4 ASC işə cəlb olunmaqla) cavabdehlər "xxxx" MMC, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı X2 məxsus olan keyfiyyət nömrəsi 583, çəkisi 121,2 qram, 1 qramının qiyməti 20 USD, ümumi qiyməti 2424 USD olan 11 ədəd Sep, keyfiyyət nömrəsi 583, çəkisi 93,0 qram, 1 qramının qiyməti 20 USD, ümumi qiyməti 1860 USD olan 20 ədəd üzük, keyfiyyət nömrəsi 583, çəkisi 50,0 qram, 1 qramının qiyməti 20 USD, ümumi qiyməti 1000 USD olan 19 cüt Sırğa, keyfiyyət nömrəsi 583, çəkisi 27,0 qram, 1 qramının qiyməti 20 USD, ümumi qiyməti 540 USD olan 15 ədəd Kulon, keyfiyyət nömrəsi 583, çəkisi 14,0 qram, 1 qramının qiyməti 20 USD, ümumi qiyməti 280 USD olan 1 ədəd Saat, keyfiyyət nömrəsi 583, çəkisi 7,9 qram, 1 qramının qiyməti 20 USD, ümumi qiyməti 158 USD olan 1 ədəd Qolbaq, keyfiyyət nömrəsi 583, çəkisi 13,0 qram, 1 qramının qiyməti 20 USD, ümumi qiyməti 260 USD olan Lom qızıl 8 ədəd, keyfiyyət nömrəsi 900, çəkisi 8,9 qram, 1 qramının qiyməti 20 USD, ümumi qiyməti 267 USD olan 1 ədəd Kulon, keyfiyyət nömrəsi 583, çəkisi 22,5 qram, 1 qramının qiyməti 20 USD, ümumi qiyməti 450 USD olan 2 cüt Sırğa, keyfiyyət nömrəsi 583, çəkisi 4,4 qram, 1 qramının qiyməti 20 USD, ümumi qiyməti 88 USD olan 1 ədəd Üzük, keyfiyyət nömrəsi 583, çəkisi 4,6 qram, 1 qramının qiyməti 20 USD, ümumi qiyməti 92 USD olan 1 ədəd kulon, cəmi 366,5 qram, ümumi qiyməti 7419 USD, əlavə brilliant qaşlar- ümumi qiyməti 2400 USD olmaqla, cəmi 9819 USD dəyərində qızıl-zinyət əşyalarının hərracda satılmasına dair 10 iyun 2014-cü il tarixdə keçirilmiş hərracın nəticələri haqqında Y-169 saylı protokolun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə üçüncü şəxs Cavabdeh4 ASC (bank) ilə Cavabdeh3 (borcalan) arasında 20.08.2010-cu il tarixdə 832 USD saylı kredit müqaviləsi bağlanmış, bu müqaviləyə əsasən borcalana 18 ay müddətinə illik 33 faiz hesablanmaqla 10000 (on min) ABŞ dolları kredit verilmiş, bu öhdəliyin təminatı olaraq iddiaçı X2 məxsus olan keyfiyyət nömrəsi 583, çəkisi 121,2 qram, 1 qramının qiyməti 20 USD, ümumi qiyməti 2424 USD olan 11 ədəd Sep; keyfiyyət nömrəsi 583, çəkisi 93,0 qram, 1 qramının qiyməti 20 USD, ümumi qiyməti 1860 USD olan 20 ədəd üzük, keyfiyyət nömrəsi 583, çəkisi 50,0 qram, 1 qramının qiyməti 20 USD, ümumi qiyməti 1000 USD olan 19 cüt sırğa, keyfiyyət nömrəsi 583, çəkisi 27,0 qram, 1 qramının qiyməti 20 USD, ümumi qiyməti 540USD olan 15 ədəd kulon, keyfiyyət nömrəsi 583, çəkisi 14,0 qram, 1 qramının qiyməti 20 USD, ümumi qiyməti 280 USD olan 1 ədəd Saat, keyfiyyət nömrəsi 583, çəkisi 7,9 qram, 1 qramının qiyməti 20 USD, ümumi qiyməti 158 USD olan 1 ədəd Qolbaq, keyfiyyət nömrəsi 583, çəkisi 13,0 qram, 1 qramının qiyməti 20 USD, ümumi qiyməti 260 USD olan Lom qızıl 8 ədəd, keyfiyyət nömrəsi 900, çəkisi 8,9 qram, 1 qramının qiyməti 20 USD, ümumi qiyməti 267 USD olan 1 ədəd Kulon, keyfiyyət nömrəsi 583, çəkisi 22,5 qram, 1 qramının qiyməti 20 USD, ümumi qiyməti 450 USD olan 2 cüt Sırğa, keyfiyyət nömrəsi 583, çəkisi 4,4 qram, 1 qramının qiyməti 20 USD, ümumi qiyməti 88 USD olan 1 ədəd üzük, keyfiyyət nömrəsi 583, çəkisi 4,6 qram, 1 qramının qiyməti 20 USD, ümumi qiyməti 92 USD olan 1 ədəd Kulon, cəmi 366,5 qram, ümumi qiyməti - 7419 USD, əlavə brilliant qaşlar-ümumi qiyməti 2400 USD olmaqla, cəmi 9819 USD dəyərində qızıl-zinyət əşyaları girov qoyulmuşdur. Sözügedən kredit müqaviləsi üzrə borcu ödəyib ona məxsus qızılları geri almaq istədikdə isə ona məlum olmuşdur ki, həmin qızıl-zinyət əşyaları 10.06.2014-cü il tarixində hərrac yolu ilə 6261 manata satılmışdır ("xxxx"nin Y-169 №-li protokolu). Sözügedən hərrac keçirilərkən onun xəbəri olmamış və bunula bağlı ona heç bir xəbərdarlıq edilməmişdir. Halbuki girov müqaviləsi məhz onunla bağlanmış və qızılziynət əşyaları da ona məxsus olmuşdur və belə olan halda qızıl-ziynət əşyalarının saxlandığı qab ancaq onun iştirakı ilə açılmalı idi. "xxxx"nin Y-169 №-li protokolundan belə görünür ki, əmlakın ilkin satış qiyməti 9819 manat olmuş, təkrar hərraclarda həmin qızılın qiyməti 15%, 25% enmiş və sonda həmin qızılı 6261 manata Cavabdeh4 ASC almışdır. Cavabdeh4 ASC-nin 14.05.2020-ci il tarixli məktubundan belə görünür ki, sözügedən qızıl "xxxx" MMC tərəfindən hərraca çıxarılmış və 6000 manata satılaraq borcdan silinmişdir. Halbuki "xxxx" MMC-nin Y-169 №-li protokolundan görünür ki, həmin qızıl 6261 manata satılmışdır. Göründüyü kimi, Cavabdeh4 ASC onun 261 manatını mənimsəmişdir. Bundan əlavə, "xxxx" MMC-nin Y-169 №-li protokolundan görünür ki, sözügedən hərrac Tovuz İcra Bölməsinin sifarişi əsasında keçrilmişdir. (Tovuz İcra Bölməsinin 18.02.2014-cü il tarixli 113/14 saylı sifariş məktubu). O, sözügedən məktubun və onun qızıl-ziynət əşyalarının satışa çıxarılması ilə bağlı sənədlərin surətlərinin ona verilməsi üçün Cavabdeh2nə ünvanladığı məktubla bağlı sözügedən şöbə tərəfindən ona göndərilmiş 16.07.2020-ci il tarixli məktubunda borclu Cavabdeh3 və tələbkar Cavabdeh4 ASC-nin tərəf olduqları icra sənədi inventarlaşdırma zamanı Cavabdeh2ndə aşkarlanmamışdır. Göründüyü kimi, onun qızıl-ziynət əşyalarının satılması ilə bağlı ona xəbərdarlıq olunmasını təsdiq edən heç bir sənəd mövcud deyildir. Bundan sonra tərəfindən ərizə ilə "xxxx" MMC-yə müraciət edilərək, Hərracın nəticələri haqqında protokolu əldə etmiş və sözügedən protokolla tanış olarkən ona məlum olmuşdur ki, hərracın keçirilməsinə əsas Qaradağ Rayon Məhkəməsinin 2(002)-273/2012 saylı, 29 mart 2012-ci il tarixli qətnaməsi olmuş, hərracın sifarişçisi isə Tovuz rayon İcra bölməsi olmuşdur. Bundan sonra tərəfindən Cavabdeh2nə müraciət edilərək, bu məsələyə aydınlıq gətirilməsi, icra sənədi üzrə onun əmlakı barədə sifariş verildiyi halda onun bundan məlumatının olmadığı bildirilmişdir. Cavabdeh2 tərəfindən ona ünvanlanmış məktubda bildirilmişdir ki, borclu Cavabdeh3 və tələbkar Cavabdeh4 ASC-nin tərəf olduqları icra sənədi inventarlaşdırma zamanı Cavabdeh2ndə aşkar olunmamışdır. "xxxx" MMC və Cavabdeh4 ASC tərəfindən ona məxsus olan qızılzinət əşyalarının hərraca çıxarılması, hərracda satılması qaydaları, hərracın keçirilməsində mülkiyyətçinin hüquqlarını müəyyən edən qanun və normalar kobud şəkildə pozulmuş, mülkiyyətinə əsaslı surətdə qəsd edilmiş, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə qorunan mülkiyyət hüquqları pozulmuş, hərracın bu qaydada və qiymətlə iştirakı və razılığı olmadan keçirilməsinin nəticəsi olaraq bir ailə ciddi surətdə maddi və mənəvi sıxıntıya salınmış, şəxsi maraq güdməklə ən ciddi qanunsuzluğa və ən ciddi pozuntuya yol vermişlər. Ona məxsus olan qızıl-zinət əşyalarının hərracının keçirilməsini "xxxx" MMC özbaşına olaraq formal surətdə yalnız kağız parçası üzərində keçirməklə nə onu satılan əmlakın mülkiyyətçisi kimi tanımamış, nə də tanımaq istəməmiş, özgənin əmlakını öz şəxsi əmlakları kimi “ölü qiymətəsatmaqla mülkiyyətinə qəsd etmiş, öz vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə qanunsuzluğa yol vermişlər. Ona məxsus olan qızıl-zinət əşyalarının hərracda satılma qiymətinə dair girov saxlayan tərəfindən ona heç bir təklif olunmamış və onunla heç bir razılaşma aparılmamışdır. Qanunun tələbindən göründüyü kimi ilkin satış qiyməti ya tələbkar və borclunun qarşılıqlı razılaşması ilə, mübahisə olduqda isə məhkəmə tərəfindən müəyyən olunmalıdır. Halbuki ona məxsus olan qızıl-zinət əşyalarının qiyməti kreditor tərəfindən hələ girov müqaviləsinin bağlanıldığı zaman 9819 USD qiymətləndirildiyi halda, hərracda ilkin satış qiymətinin həmin rəqəmdən başlanılmaması yalnız Cavabdeh4 ASC-nin hərracın bu qiymətlə keçirilməsində xüsusi marağından, hərracı keçirən "xxxx" MMC-nin vəzifəli şəxslərinin qanunsuz və qulluq mövqeyindən sui-istifadə etməsindən başqa heç nə ilə izah oluna bilməzdi. Əmlakın mülkiyyətçisi kimi o, nə hərracın keçirilmə qaydalarını müəyyən etməmiş, nə hərracda iştirakı təmin edilməmiş, nə də hərracda satılan ona məxsus olan əmlakın qiymətinin müəyyən olunmasında ona heç bir imkan verilməmişdir. “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi MMC özü-özündən qanunsuz olaraq hərrac keçirmiş, kiminlə, hansı üsulla keçirməsi isə məlum olmamışdır. Onunla heç bir bir müqavilə bağlanılmamış, hərracın keçirilməsində qanunla müəyyən olunan hüquqları kobudcasına pozulmuşdur. Göründüyü kimi, hərracı keçirən "xxxx" MMC-nin vəzifəli şəxsləri tərəfindən “İpoteka haqqında” Qanunun 42-ci maddəsindən irəli gələn tələblərə də əhəmiyyət verilməmiş, hərracın keçirilməsinə dair ona bildiriş göndərilməmiş, bununla da hərracın keçirilmə qaydalarına dair qeyd olunan Qanunun 42-ci maddəsinin tələbləri kobud surətdə pozulmuşdur. Hərracın nəticələri haqqında protokoldan görünür ki, girov əmlakların ilkin satış qiyməti qanunsuz olaraq 9819 manat məbləğində müəyyən olunmuşdur. Lakin həmin əmlaklar ilkin satış qiymətindən də aşağı qiymətə, yəni 6261 manata satılmışdır. Bunu hərracı keçirən "xxxx" MMC-nin hansı qayda ilə müəyyənləşdirilməsi məlum deyildir. Bundan əlavə, protokoldan da göründüyü kimi alıcı Cavabdeh4 ASC olmuşdur. Bu faktın özü bir daha onu göstərir ki, qiymətləndirməni və hərracı həyata keçirən "xxxx" MMC-nin və Cavabdeh4 ASC-nin hərracın bu qiymətlə keçirilməsində xüsusilə maraqları” olmuş, həmin səbəbdən də hərraca çıxarılan əmlak öz faktiki dəyərindən dəfələrlə aşağı qiymətə qiymətləndirilməklə bankın öz adına sənədləşdirilmiş, bütün bunların nəticəsində onun Azərbaycan Respublikasının konstitusiyası və qanunlar ilə qorunan mülkiyyət hüquqları pozulmuşdur. Odur ki, tələbkar Cavabdeh4 ASC ilə "xxxx" MMC arasında keçirilmiş hərracın nəticələri haqqında 10 iyun 2014-cü il tarixli, Y-169 saylı protokol qanunsuz və əsassız olduğundan etibarsız hesab edilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə etmiş, iddia tələbinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında 3-cü şəxs qismində LPO “DəmirbankASC-nin nümayəndəsi X4 iddia tələbinin əsassız olduğundan rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər "xxxx" MMC-nin və Cavabdeh2 nümayəndəsi, Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə baxıb, iddiaçının nümayəndəsi və vəkilinin, 3-cü şəxsin nümayəndəsinin izahatını dinləyib, irəli sürülən tələbin dəlillərini müzakirə edib, təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, aşağıdakılara görə iddia təmin edilməməlidir. İş materiallarında olan Cavabdeh2 12.10.2021-ci il tarixli məktubundan görünür ki, borclu Cavabdeh3 və X1, tələbkar Cavabdeh4 ASC-nin tərəf olduqları icra sənədi inventarlaşdırma zamanı Cavabdeh2ndə aşkar olunmamışdır. İş materiallarında olan "xxxx"nin 10.06.2014-cü il tarixli Hərracın nəticələri haqqında yekun Y-169 №-li protokoldan və 20.08.2010-cu il tarixli həracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilədən görünür ki, ilkin satış qiyməti 9819 manat müəyyən edilmiş, Cavabdeh3 və X2 məxsus 11 ədəd boyunbağı, 20 ədəd üzük, 19 cüt sırğa, 15 ədəd kulon, 1 ədəd saat, 1 ədəd qolbağ, 8 ədəd lom qızıl, 1 ədəd kulon, 2 cüt sırğa, 1 ədəd üzük, 1 ədəd kulon və əlavə brilliyant qaşları olan qiymətli metal və daşlar (qızıl-zinət əşyalarıın) satışı üzrə keçirilən iki hərrac baş tutmadığına görə girovsaxlayan Cavabdeh4 ASC əmlakı 6261 manata almışdır. Cavabdeh4 ASC tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunmuşdur. İş materiallarında olan 20.08.2010-cu il tarixli girov müqaviləsindən görünür ki, borcalan Cavabdeh3 ilə Cavabdeh4 ASC arasında bağlanmış 20.08.2010-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliyin təminatı kimi girov qoyan X3 özünə məxsus cəmi məbləği 9819 ABŞ dolları olan qızıl-zinət əşyaları və əlavə brilliyant qaşları banka girov qoymuşdur. İş materiallarında olan 20.08.2010-cu il tarixli kredit müqaviləsindən görünür ki, DəmirBank” ASC tərəfindən Cavabdeh3 18 ay müddətinə illik 33 % dərəcəsi ilə 10000 ABŞ dolları kredit verilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-273/2012 saylı, 29.03.2012-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, iddiaçı Cavabdeh4 ASC-nin cavabdehlər Cavabdeh3 və İddiaçı qarşı borcun tutulması və tutmanın girov predmetinə yönəldilməsi barədə iddia tələbi təmin edilərək, Cavabdeh3 cəmi 7891,21 ABŞ dolları məbləğində borc və 20 manat ödənilmiş dövlət rüsumunun tutularaq DəmirBank” ASC-nə ödənilməsi, tutmanın Cavabdeh4 ASC qarşısında girov qoyulmuş 11 ədəd boyunbağı, 20 ədəd üzük, 19 cüt sırğa, 15 ədəd kulon, 1 ədəd saat, 1 ədəd qolbağ, 8 ədəd lom qızıl, 1 ədəd kulon, 2 cüt sırğa, 1 ədəd üzük, 1 ədəd kulon və əlavə brilliyant qaşları olan qiymətli metal və daşlara (qızıl-zinət əşyalarına) yönəldilməklə, qeyd olunan zinət əşyalarının açıq hərracdan satılması və əldə ediləcək vəsaitin borcun ödənilməsinə yönəldilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin Tovuz rayon icra şöbəsinə ünvanlanmış 2(002)-273/2012 saylı, 10.05.2012-ci il tarixli məktubundan görünür ki, Qaradağ rayon Məhkəməsinin 2(002)-273/2012 saylı, 29.03.2012-ci il tarixli qiyabi qətnaməsi və icra vərəqəsi icra olunması üçün göndərilir. İş materiallarında olan Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin Cavabdeh4 ASC-yə ünvanlanmış 2(002)-273/2012 saylı, 14.04.2014-cü il tarixli məktubundan görünür ki, Qaradağ rayon Məhkəməsinin 2(002)-273/2012 saylı, 29.03.2012-ci il tarixli icra vərəqəsi borclu Cavabdeh3 Tovuz rayonunda yaşaması ilə bağlı icra olunması üçün Tovuz rayon İcra qrupuna göndərilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin Cavabdeh4 ASC-yə ünvanlanmış 1039 saylı, 13.05.2014-cü il tarixli bildirişindən görünür ki, sifarişçi Tovuz rayon icra şöbəsi üzrə borclu Cavabdeh3 məxsus 9819 AZN məbləğində qızıl-zinət əşyaları hərracda satılmasığına görə həmin əmlakı almaq həmin banka təklif olunur. Əmlak bank tərəfindən 25.05.2014-cü il tarixədək alınmadığı halda sifarişçi icra şöbəsinə geri qaytarılacaqdır. İş materiallarında olan "xxxx" MMC-nin 152 saylı Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın surətindən görünür ki, Tovuz rayon icra şöbəsinin 530 saylı, 20.07.2012-ci il tarixli sifariş məktubu əsasında Mehman Yusif oğluna məxsus siyahıya alınmış 11 ədəd boyunbağı, 20 ədəd üzük, 19 cüt sırğa, 15 ədəd kulon, 1 ədəd saat, 1 ədəd qolbağ, 8 ədəd lom qızıl, 1 ədəd kulon, 2 cüt sırğa, 1 ədəd üzük, 1 ədəd kulon və əlavə brilliyant qaşları olan qiymətli metal və daşlarına (qızıl-zinət əşyalarına) 10.11.2012-ci il tarixdə baxış keçirilmişdir və həmin əmlakın ikin qiyməti cəmi 9819 manat təşkil edir. İş materiallarında olan Tovuz rayon icra bölməsinin Cavabdeh4 ASC-yə ünvanlanmış 368 saylı, 05.06.2012-ci il tarixli məktubundan görünür ki, Qaradağ rayon Məhkəməsinin 2(002)-273/2012 saylı, 29.03.2012-ci il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar Cavabdeh3 və İddiaçı tərəfindən Cavabdeh4 ASC-yə girov qoyulmuş qızıl-zinət əşyalarının siyahısının və saxlanc yeri barədə məlumatın Tovuz rayon icra bölməsinə təqdim edilməsi xahiş olunmuşdur. İş materiallarında olan "xxxx" MMC tərəfindən borclu Cavabdeh3 ünvanlanmış 05.04.2014-cü il tarixli 831 saylı bildirişdən görünür ki, Tovuz rayon İcra qrupunun 1131/14 saylı, 18.02.2014-cü il tarixli sifariş məktubuna əsasən ilkin satış qiyməti 9819 manat olan qızıl-zinət əşyaları satılmaq üçün 05.05.2014-cü il tarixdə saat 11:00-da açıq hərraca çıxarılmışdır. İş materiallarında olan Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-2193/2014 saylı, 16.06.2014-cü il tarixli qərardadından görünür ki, İddiaçı "xxxx" MMC, Cavabdeh4 ASC və Tovuz rayon icra bölməsinə qarşı qızıl-zinət əşyalarına qoyulmuş satış qiymətinin və hərracın etibarsız sayılmasına dair iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması, ərizəçiyə nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilməsinin izah olunması qərara alınmışdır. İddiaçı hərracın keçirilməsinin mövcud qanunvericiliyin tələblərinin pozulması ilə həyata keçirildiyini iddia etdiyindən, məhkəmə, öhdəlik münasibətləri, girov predmetinə tutma yönəldilməsi, müqavilənin hərracda bağlanması və ləğvi ilə əlaqədar bəzi məsələlərin təhlil olunmasını zəruri hesab edir. Mülkiyyət hüquq münasibətlərilə yanaşı öhdəlik hüquq münasibətləri də əmlak hüquq münasibətlərinin bir növü kimi mülki dövriyyənin iştirakçıları arasında maddi nemətlərin sərbəst yerdəyişməsinə xidmət edir. Belə münasibətləri tənzimləyən MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlik münasibətləri tərəflərini intizamlandırmaq, onun yetərincə və vaxtında icra olunmasını təşviq etmək məqsədilə həmin Məcəllədə kreditorla müqayisədə borclu barəsində birbaşa və ya dolayısı yüklülük yaradan və əlavə təminat vasitəsi kimi çıxış edən öhdəliklərin icrasının təmin edilməsi üsulları da müəyyənləşdirilmişdir. Bu baxımdan girov və ipoteka əlavə (aksessor) öhdəlik kimi onunla təmin edilmiş öhdəliklərin yerinə yetirilmədiyi və ya yerinə yetirilməsinin gecikdirildiyi hallarda əmlakdan real məhrum olma təhlükəsi yaratdığından borclunu əsas öhdəliyin vaxtında icrasına sövq edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 296.1-cı maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 297-ci maddəsinə əsasən girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər. Həmin Məcəllənin 299.1-ci maddəsinə əsasən tutma yönəldilməsi ilə bağlı girov predmetinin satışı həyata keçirilənə (alqı-satqı müqaviləsi bağlananadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq girov predmeti girov saxlayanın mülkiyyətinə keçənə qədər girov qoyan və (və ya) borclu girovla təmin edilmiş öhdəliyi və ya öhdəliyin gecikdirilmiş hissəsini icra edərək girov predmetinə tutmanın yönəldilməsinə xitam verə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçı və Cavabdeh4 ASC arasında yaranmış öhdəlik münasibətləri ilə bağlı tərəflərin arasında mübahisənin məhkəmədənkənar həlli barəsində razılaşma olmamış və əmlaka tutma yönəldilməsi haqqında məhkəmə qətnaməsi qəbul edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə, iddiaçının qızıl-zinyət əşyalarına dair hərrac təşkilatının hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab edilməsi tələbini əsaslı hesab etmir. Məhkəmə iclasında müəyyən olundu ki, hərracın yeri, vaxtı və əmlakın satış qiyməti barədə məlumatlandırılmasına baxmayaraq, iddiaçı hərracın keçirilməsinə etiraz etməyərək hərracda iştirak etməmiş, “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə imzalanaraq hərracın nəticələri ilə əlaqədar Y-169 saylı, 10.06.2014-cü il tarixli protokol tərtib edilmişdir. Bu qənaətə gələrkən məhkəmə, “F. Cavadov və V. Aslanovun şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30.12.2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyi də nəzərə alaraq qeyd edir ki, həmin qərarında Konstitusiya Məhkəməsi MM-in 415.2-ci maddəsində nəzərdə tutulmuş bildirişin ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edildiyini və bu maddənin hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoymadığını, yalnız “İpoteka haqqında” Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışlarının fərqləndirildiyini, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsinin nəzərdə tutulduğunu vurğulamışdır. Məhkəmə belə qənaətə gəlir ki, mübahisəli əmlakın açıq hərracdan satılması ilə bağlı qanunvericilik müddəalarının kobud pozuntusu müəyyən edilmədiyindən iddia tələblərinin əsaslı hesab edilməsi üçün hüquqi əsaslar mövcud deyildir və bu səbəblə də iddia təmin edilməməlidir. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından ədalətli və qanunidir. Məhkəmə yuxarıda şərh olunan halları müzakirə edərək və onlara müvafiq qiymət verərək, hesab edir ki, iddiaçının tələbi əsassızdır və qanuni əsaslar olmadan mübahisəli əmlakın onun mülkiyyətçisindən geri almaq niyyətini təsdiq edir, halbuki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır (AR Mülki Məcəllənin 560.2-ci mad.). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı X1 (3-cü şəxs qismində LPO "xxxx" ASC işə cəlb olunmaqla) cavabdehlər "xxxx" MMC, Cavabdeh2, Cavabdeh3 qarşı hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-172/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-172/2022
02.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver