Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1720/2023 16.11.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, Ərizəçi, Maraqlı şəxs Səbail rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X2 iştirakları ilə, Ərizəçi – maraqlı şəxs Səbail rayon İcra Hakimiyyəti qeyd edilən “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında, xüsusi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhər Səbail rayon İcra Hakimiyyəti maraqlı şəxs qismində cəlb edilməklə "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi" barədə ərizə ilə məhkəməyə müraciət edərək, oğlu xx.xx.2001-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, o, Ərizəçi ailəsi ilə birlikdə ünvan 1 ünvanında yaşamaqla, oğlu xx.xx.2001-ci il təvəllüdlü X8 baxır. Oğlu X9 xx.xx.2001-ci ildə Rusiya Federasiyasının Moskva şəhərində doğulmuş və anadangəlmə serebral iflic, ağır spastik diplegiya xəstəliyindən əziyyət çəkir. Onun bu xəstəliyi beyinlə əlaqədardır. O, xəstəliyi nəticəsində uşaqlıqdan özünü fiziki cəhətdən idarə edə bilmir, birinci qrup əlildir. Oğlu Rəhmanın uşaqlıqdan birinci qrup əliliyi Rusiya Səhiyyə və Sosial İnkişaf Nazirliyinin 103 nömrəli 24 noyabr 2010-cu il tarixli əmri ilə təsdiq edilmişdir. Xəstəliyi səbəbindən də özü öz yeməyini də sərbəst yeyə bilmir, təbii ehtiyaclarını sərbəst ödəyə bilmir. İddiaçı daim onu nəzarətdə saxlamaq məcburiyyətindədir. Oğlu əmək qabiliyyətsizdir və daima qulluğa, nəzarətə ehtiyacı vardır, əmək qabiliyyətsiz olduğu üçün 22 yaşın içərisində olmasına baxmayaraq, heç bir yerdə işləmir və onun bütün tələbatını atası olaraq Ərizəçi ödəyir. X12 2019-cu ildə Azərbaycan Respublikası vətəndaşlığını almışdır. 2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail Rayon İdarəsində qeydiyyata alınaraq və Azərbaycan Republikası Nazirlər Kabinetinin 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş Hərbi-xəstəliklər cədvəlinin 1-ci qrafasının 25 “a” maddəsinə əsasən hərbi xidmətə yararsız hesab edilmişdir. xx.xx.2023-cü il tarixdə "xxxx" MMC, X13 müayinəsi zamanı oğlu Rəhmana “Serebral iflic, ağır spastik diplegiya. Sol dirsək oynağının bükülmə kontrakturası. Sol bazu önü sümüyünün pronator kontrakturası. Çanaq-bud oynağının bükülmə kontrakturası. Lordoz” diaqnozu müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi oğlu ərizənin məzmununa uyğun izahat verərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş maraqlı şəxs Səbail rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X7 iş üzrə təqdim edilmiş ekspertiza rəyini nəzərə alaraq ərizənin məhkəmə tərəfindən təmin edilməsinin mümkün olduğunu bildirmişdir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş İ-МЮ 814510 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş tərcüməsindən görünür ki, X9 xx.xx.2001-ci il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində anadan olmuşdur. Ana qrafasında X3, ata qrafasında Ərizəçi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş İ-МЮ 335041 nömrəli nikahın bağlanılması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş tərcüməsindən görünür ki, Ərizəçi və X3 arasında xx.xx.1995-ci il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində nikah bağlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AA1305496 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.2001-ci il tarixdə Rusiya Federasiyasında anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Rusiya Federasiyasının Səhiyyə və Sosial İnkişaf Nazirliyinin ******* nömrəli xx.xx.2021-ci il tarixli arayışından görünür ki, xx.xx.2001-ci il təvəllüdlü X9 birinci dərəcəli əlillik verilmişdir (uşaqlıqdan əlil, müddətsiz). İş materiallarına əlavə edilmiş "xxxx" MMC, X14 tərəfindən verilmiş 100 nömrəli xx.xx.2023-cü il tarixli epikrizindən görünür ki, xx.xx.2001-ci il təvəllüdlü X8 “Serebral iflic, ağır spastik diplegiya. Sol dirsək oynağının bükülmə kontrakturası. Sol bazu önü sümüyünün pronator kontrakturası. Çanaq-bud oynağının bükülmə kontrakturası. Lordoz” diaqnozu müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X4 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2023-cü il tarixli, 2813 saylı rəyində belə qərara gəlinmişdir ki, X6 orta dərəcəli əqli gerilik serebral iflic nəticəsində aşkar olunur. X9 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Ərizəçi psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas vardır. Beləliklə müəyyən edilmişdir ki, ərizəçi Farmanov X1 Rəhman Cavadoviç sərbəst şəkildə hərəkət edə bilməyərək daima kənar şəxslərin qulluğuna ehtiyacı olduğundan, o, hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə prosessual qanunvericiliyə müvafiq olaraq (MPM-nin 319-cu maddəsi) X5 psixi vəziyyətinin müəyyən etmək üçün ilkin ambulator məhkəmə-psixiatriya ekspertizası təyin etmiş və ekspertizanın xx.xx.2023-cü il tarixli, 2813 saylı rəyi ilə, X6 orta dərəcəli əqli gerilik serebral iflic nəticəsində aşkar olunur. Ərizəçi öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X5 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas vardır. Məhkəmə qeyd edilən məsələnin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alıb, ekspertin rəyi ilə razılaşaraq hesab edir ki, X9 öz psixi vəziyyətinə görə hərərkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik olmayan şəxsdir. Məhkəmə onu da nəzərə alır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Mülki Məcəllənin 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmənin qənaətinə görə iş materiallarındakı sübutlarla, o cümlədən ekspert rəyi ilə xx.xx.2001-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün əsasların olması öz təsdiqini tapmışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2001-ci il təvəllüdlü X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutub məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2001-ci il təvəllüdlü X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Hazırki qətnamə X5 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-1720/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1720/2023
16.11.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver