Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1733/2021 30.07.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X5 Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi ilə, İddiaçının, onun nümayəndəsi-vəkili X2 və cavabdehin nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, İddiaçı - cavabehlər Cavabdeh1 Eduardoviçə, Cavabdeh2, Cavabdeh3 (3-cü şəxs qismində DİN Baş Dövlət Yol Polisi İdarəsi göstərilməklə) qarşı “müqavilənin etibarsız hesab edilməsi və pay hüquqlarının müəyyən edilməsi” barədə iddia tələbinə dair mülki işə Bakı şəhərində Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - cavabehlər Cavabdeh1 Eduardoviçə, Cavabdeh2, Cavabdeh3 (3-cü şəxs qismində DİN Baş Dövlət Yol Polisi İdarəsi göstərilməklə) qarşı “müqavilənin etibarsız hesab edilməsi və pay hüquqlarının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Eudardoviç ilə Cavabdeh3 arasında “X7” minik markalı ** XX *** dövlət qeydiyyat nişanlı avtomobilin satılmasına dair bağlanmış 19.02.2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh3 adına verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi, Cavabdeh3 ilə Cavabdeh2 arasında “X7” minik markalı ** XX *** dövlət qeydiyyat nişanlı avtomobilin satılmasına dair bağlanmış 14.01.2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh2 adına verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi, nikah dövründə əldə edilmiş “X7” minik markalı ** XX *** dövlət qeydiyyat nişanlı avtomobilin 2/3 hissəsinə iddiaçının, 1/3 hissəsinə isə Cavabdeh1 Eduardoviçin pay hüquqlarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh 24 iyun 2016-cı il tarixdə nikaha daxil olmuş və birgə nikahdan 3 övladları anadan olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 23.06.2020-ci il tarixli qərarı ilə tərəflərin arasında olan nikah pozulmuş və uşaqlar iddiaçının yanında saxlanılmışdır. Birgə nikah dövründə “X7” minik markalı ** XX *** dövlət qeydiyyat nişanlı avtomobil alınmışdır. Həmin avtomobil iddiaçının adına alınmış, iddiaçı isə öz növbəsində 09.11.2018-ci il tarixli etibarnamə ilə avtomobili ərinin idarəçiliyinə vermişdir. Tərəflər boşansa da iddiaçı avtomobili cavabdehdən tələb etmirdi. Yaxın vaxtlarda iddiaçıya məlum olmuşdur ki, avtomobil başqa şəxslərin adına keçirilmişdir. Sözügedən avtomobil tərəflərin arasında bağlanmış nikah mövcud olduğu dövrdə satılsa da, həmin dövrdə tərəflər arasında olan münasibətlər artıq pisləşmiş və onlar 2019-cu ilin fevral ayından faktiki olaraq ayrılmışdırlar. Avtomobil alqı-satqı edilsə də əslində həmişə Cavabdeh1 Eduardoviçin istifadəsində olmuş, hazırda da onun sahibliyində və istifadəsindədir. Avtomobilə dair alqı-satqı müqavilələrinin formal bağlanması həm də onunla təsdiq olunur ki, müqavilənin bağlanmasından dərhal sonra alıcılar avtomobilin idarə olunmasına dair yenidən Cavabdeh1 Eduardoviçə etibarnamə vermişlər. Göstərilənlərə əsasən, iddianın təmin olunması xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi-vəkili iddia tələbini qəbul etməyərək, təmin olunmamasını xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, cavabdehin doğum yubileyində onun 3 nəfər dostu hədiyyə olaraq cavabdehə 30.000 ABŞ dolları məbləğində pul vermişdirlər. Cavabdeh sözügedən avtomobili məhz həmin pul vəsaiti hesabına əldə etmişdir. Bu səbəbdən avtomobil tərəflərin birgə nikah dövründə əldə etdikləri əmlak sayılmamalıdır. Məhkəmə iclasında şahid qismində dindirilən X1 izahat verərək bildirdi ki, iş üzrə tərəflərin ailəsində uşaq baxıcısı kimi işləmişdir. O, cavabdehin doğum yubileyində iştirak etmiş və şahidi olmuşdur ki, Cavabdeh1 3-4 nəfər dostu tədbir keçirilən restoranın giriş zalında Cavabdeh1 zərf təqdim etmişlər. Ancaq o, zərfin içində nə olduğunu bilməmişdir. Sonradan evdə iddiaçı ilə cavabdehin söhbətlərindən başa düşmüşdür ki, cavabdeh tədbirdə dostları tərəfindən ona hədiyyə kimi verilmiş pul vəsaiti ilə özünə yeni avtomobil almaq istəyir. Digər cavabdehlər və 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmaqla məhkəmə iclasına dəvət edilmişlər, lakin onlar məhkəmə iclasında iştirak (nümayəndəsinin iştirakını təmin etməmiş) etməmiş və bunun səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nın 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Baş Dövlət Yol Polisi İdarəsinin 24.05.2021-ci il tarixli məktubuna əlavə edilmiş komputer çıxarışından görünür ki, “X7” minik markalı ** XX *** dövlət qeydiyyat nişanlı avtomobil 03.11.2018ci il tarixli alqı-satqı müqaviləsi əsasında İddiaçı alına alınmış və Cavabdeh1 Eduardoviçin adına 1 il müddətinə olmaq nəqliyyat vasitəsi barədə sərəncam verilməsi haqqında etibarnamə verilmişdir. Daha sonra sözügedən avtomobil 19.02.2019-cu il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh3 adına, 14.01.2020-ci il tarixli alqı-satqı müqaviləsi əsasında isə Cavabdeh2 adına özgəninkiləşdirilmişdir. Məhkəmə iddia tələbləri ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi aşağıdakı əsaslara görə əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatın 45-ci maddəsinə əsasən daşınmaz əmlakın özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında müqavilə həmin əmlakın yerləşdiyi yerin notariusu tərəfindən təsdiq edilir. Təlimatın 46-cı maddəsinə əsasən notariuslar daşınmaz əmlakın özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında müqavilələri notariat qaydasında təsdiq edərkən onların özgəninkiləşdirən və ya girov qoyan şəxsə məxsus olmasını yoxlayırlar. Təlimatın 47-ci maddəsinə əsasən qeydiyyatdan keçməli olan əmlakın özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında əqdləri təsdiq edərkən notarius özgəninkiləşdirilən və ya girov qoyulan əmlaka mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında müvafiq reyestrdən çıxarışı tələb edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisəli “X7” minik markalı ** XX *** dövlət qeydiyyat nişanlı avtomobilə dair notariat kontorunda alqı-satqı müqaviləsi təsdiq edilərkən həmin əşyanın həbsdə və yüklü olması ilə bağlı hər hansı qeydiyyat mövcud olmamışdır. Bununla bağlı notarius alqı-satqı müqaviləsini təsdiq edərkən mübahisəli əşya üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışı “Elektron notariat” informasiya sistemi vasitəsilə real vaxt rejimində əldə etmişdir. Məhkəmə qeyd edir ki, mübahisəli “X7” minik markalı ** XX *** dövlət qeydiyyat nişanlı avtomobilə dair notariat kontorunda alqı-satqı müqaviləsi bağlanılarkən notariat orqanı tərəfindən qanunvericiliyin bütün tələblərinə riayət olunmuş, yəni əşyanın yüklülüyünə dair arayış «Elektron notariat» informasiya sistemi vasitəsi ilə real vaxt rejimində əldə edilmiş, lazımı sənədlər tələb edilərək əldə edilmiş, satıcının əmlaka dair olan mülkiyyət hüququ, o cümlədən satıcının nümayəndəsinin əmlaka dair sərəncam vermək hüquqları yoxlanılmış və yalnız bundan sonra alqı-satqı müqaviləsi notariat qaydada təsdiq olunmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi qanunvericiliyin bütün tələbləri gözlənilməklə təsdiq olunduğundan, onun etibarsızlığına heç bir əsas yoxdur. Bundan başqa iddiaçı tərəfindən cavabdehin adına etibarnamə verilərkən həmin etibarnamə məhz ancaq sözügedən əmlakın özgəninkiləşdirilməsi üçün verilmiş və notarius tərəfindən etibarnamə verilməsinin hüquqi nəticələri barədə etibar edən lazımi qaydada məlumatlandırılmışdır. AR Mülki Məcəlləsinin: 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. 362.2-ci maddəsinə əsasən notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Məhkəmə qeyd edir ki, mübahisəli müqavilənin etibarsız hesab edilməsi üçün mülki qanunvericilikdə hallar konkret olaraq müəyyən edilmişdir. Əqdin (müqavilənin) etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlər deyə iki qrupa bölünür. Aldatma dedikdə şəxsdən əsl həqiqəti gizlətməklə, onu hiyləgərcəsinə həqiqətdən uzaq müəyyən hərəkətə həvəsləndirərək təhrik etmək anlaşılır. Bu yolla maraqlı tərəf arzuladığı və öz iradəsinə müvafiq olan, lakin aldadılmış tərəfin mənafeyinə zidd olan bir əqdin bağlanmasına nail olur. Beləliklə, bağlanmış əqddə aldadılmış tərəfin həqiqi iradəsi təhrif edilmiş olur. Bu isə şəxsin iradə sərbəstliyinin və mülki qanunvericiliyin əsas prinsiplərindən birinin kobud surətdə pozulmasıdır. Qanunun tələbinə görə aldatma nəticəsində bağlanmış əqd onun aldatma olmadan bağlana bilməyəcəyi aşkar olduğu halda mübahisələndirilə bilər. Aldatma yolu ilə əqdin bağlanmasına nail olmuş şəxsin bunun nəticəsində fayda götürmək, yaxud digər tərəfə zərər vurmaq məqsədinin güddüyünün əhəmiyyəti yoxdur. Beləliklə məhkəmə qeyd edir ki, qeyd olunan müqavilə qanunda nəzərdə tutulmuş şərtlərə əməl edilməklə bağlanıldığından və onların etibarsızlığı üçün iddiaçı tərəfindən gətirilən dəlillərin heç bir əsası olmadığından, iddia tələbləri əsassızdır, ona görə də təmin olunmamalıdır. Həmçinin Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və hazırki iddia tələbi təmin olunmadığından, hazırkı iş üzrə çəkilmiş xərclər iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Az. Resp. MPM-nin 216-220-ci maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddiaçı - cavabdehlər Cavabdeh1 Eduardoviçə, Cavabdeh2, Cavabdeh3 (3-cü şəxs qismində DİN Baş Dövlət Yol Polisi İdarəsi göstərilməklə) qarşı “müqavilənin etibarsız hesab edilməsi və pay hüquqlarının müəyyən edilməsi” barədə iddia tələbi əsassız olduğundan təmin edilməsin. Ödənilən dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ
Məhkəmə qərarları › İş №2(009)-1733/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1733/2021
30.07.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver