Məhkəmə qərarları › İş №2(009)-1746/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1746/2021

27.07.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1746/2021 27.07.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi ilə, İddiaçı, cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı əsassız yaranmış borcun silinməsi tələbinə dair mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona qarşı əsassız yaranan 231 manat 90 qəpik borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, Kəlbəcər rayonundan məcburi köçkündür. Kəlbəcər rayonu, Zəylik kəndində qeydiyyatda olsa da, faktiki yaşayış ünvanı ünvan 2ldiriş göndərərək, 231 manat 90 qəpik borcun olduğu bildirilmişdir və bu borcun guya 2017-ci ilə qədər yarandığını bildirmişdir. Məcburi köçkün olduğu üçün 1993-cü ildən 2017-ci ilədək kommunal xərcləri dövlət tərəfindən qarşılanmışdır. Belə olan halda borc bu dövr ərzində yaranıbsa, o pulu o niyə ödəməlidir. Bununla bağlı «Azəriqaz» İB-nə üvanladığı müraciətə 26 aprel 2021-ci il tarixli məktubunda şablon cavab verərək, məsələnin əsas predmetindən yayınmışdır. 06.06.2018-ci il tarixində və 10.01.2021-ci il tarixində sayğac iki dəfə dəyişdirilmişdir, amma qalıq borc haqqında heç bir xəbərdarlıq olunmayıb. Bunu «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» Aktdan da aydın görmək oalr. Bundan əlavə, 06.06.2018-ci il tarixində sayğac dəyişilərkən, yəni mexaniki sayğacdan smart sayğaca keçərkən dövlətin onlara ayırdığı limitdən qalan 162 manat smart karta köçürülmüşdür. Əgər borcları var idisə, niyə vaxtında çıxarılmayıb? Burdan belə qənaətə gəlmək olur ki, yaranmış borc ya texniki səbəbdən, ya da ki, başqa səbəbdən qəsdən yaranmışdır. Çünki yaşadığı evdə yalnız istifadə olunan 4 göz sobadır, hansı ki, bu soba ilə yalnız yemək bişirilir və praktiki mümkün deyildir ki, yuxarıda yazılan qədər borc yığılsın. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və eləcə də bildirmişdir ki, o, ailə üzvləri ilə birlikdə Kəlbəcər rayonundan məcburi köçkün kimi 1993-cü ildən Bakı şəhəri Səbail rayonunda,1999-cu ildən isə X12a məxsus Səbail rayonu, Nemənzadə küç., bina 31, mənzil 28 ünvanda məskunlaşmışdır. X12 2020ci ildə rəhmətə getmişdir. O məcburi köçkün olduğu üçün ona göstərilən məbləğdə borc hesablanması qanunsuzdur. Ona görə də, iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin etibarnamə üzrə nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək əsassız olduğundan rədd edilməsini xahiş etmiş və bildirmişdir ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi üzrə qazdan istifadəyə görə 2013-cü ildə 256 manat borc yaranmışdır. Müəyyən ödənişlər edildikdən sonra hal-hazırda borc 237,20 manat təşkil edir. Həmin borc akt əsasında deyil, qazdan istifadəyə görə yaranmış borcdur və iddiaçı həmin borcu ödəmək istəmir. Ona görə də, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. İş materiallarında olan “Qaz paylayıcısı ilə qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə 11.06.2018-ci il tarixli, AKX-0005276/06-2018 nömrəli müqavilədən görünür ki, həmin müqavilə «Azəriqaz» İB ilə Səbail rayonu, Nemənzadə küç., bina 31, mənzil 28 ünvanın sahibi Nəcəfov Əhəd arasında bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Qeyd edilən müqavilənin 2.2.1-ci bəndinə əsasən paylayıcı, istehlakçı tərəfindən istifadə olunmuş qazın qaz sayğacının göstəricisinə əsasən dəyərinin tam ödənilməsini ondan tələb etmək hüququna malikdir. Həmin müqavilənin 2.3.1-ci və 2.3.6-cı bəndlərinə əsasən istehlakçı qaz sayğacının göstəricilərinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini tam ödəməyi öhdəsinə götürmüşdür. Adı çəkilən müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə qazın qiyməti Azərbaycan Respublikası Tarif Şurası tərəfindən tənzimlənən tarifə əsasən hər bir kub.metr üçün 0,10 manat məbləğində müəyyən edilir. İş materiallarında olan abonentin saldosundan aydın olur ki, Səbail rayonu, Nemənzadə küç., bina 31, mənzil 28 ünvanda qazdan istifadəyə görə 2013-cü ildən 256 manat məbləğində borc yaranmışdır. Həmin borcdan müəyyən ödənişlər edilmiş və 21.04.2021-ci il tarixə həmin borc məbləği 237,90 manat olmuşdur. İş materiallarında olan Bakı Regional Qazın Satışı Departamenti tərəfindən İddiaçı ünvanlanmış 26.04.2021-ci il tarixli cavab məktubundan görünür ki, onun istehlakçı hesabında yaranmış borcun araşdırılması barədə ərizəsinə baxılmışdır. Araşdırma zamanı ərizəçinin istifadəsində olmuş mexaniki tipli qaz sayğacı vasitəsi ilə mənzildə istifadə olunmuş təbii qazın dəyəri tam ödənilmədiyindən onun istehlakçı hesabında 256.00 manat borc yaranmışdır. Mənzilin qaz təchizatının dayandırılmaması üçün yaranmış borcun karta hər ödəniş aparıldıqda müəyyən faizi tutulmaqla ödənilməsi üçün ərizəçinin istifadəsində olmuş Smart tipli qaz sayğacının kartına keçirilmişdir. Ərizəçinin nəzərinə çatdırılmışdır ki, 2017-ci ilin yanvar ayından kommunal xidmət xərclərinin məcburi köçkünlər tərəfindən ödənişini təmin etmək məqsədilə həmin vəsait yemək xərci üçün müavinətlə bağlı plastik karta əlavə edilməklə, məcburi köçkünlərin özlərinə ödənilir. Bildirilmişdir ki, 21.04.2021-ci il tarixinə ərizəçinin istehlakçı hesabında mövcud olan 237,90 manat borc məbləği onun tərəfindən ödənilməlidir. Təqdim edilmiş Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Bakı şəhəri Səbail rayon sektorunun 45 saylı, 02.07.2021-ci il tarixli cavab məkrubundan görünür ki, Kəlbəcər rayonundan olan İddiaçı Səbail rayon ərazisində 078509 saylı məcburi köçkünlərin qeydiyyat vərəqəsilə 30.08.1999-cu ildə məcburi köçkün kimi Ö.F.Nemanzadə küçəsi, ev 31, mənzil 28 (qohum evi) ünvanında qeydiyyata alınmışdır. Ailə tərkibi: özü İddiaçı, arvadı X1, oğlu X6, qızı X4. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, İddiaçı ünvan 5 ünvanında yerləşən qohumunun evində 1999-cu ildən ailə üzvləri ilə birlikdə məcburi köçkün kimi qeydiyyata alınaraq yaşamışdır. 2013-cü ildə iddiaçının istifadəsində olmuş mexaniki tipli qaz sayğacı vasitəsi ilə mənzildə istifadə olunmuş təbii qazın dəyəri tam ödənilmədiyindən onun istehlakçı hesabında 256.00 manat borc yaranmışdır. Mənzilin qaz təchizatının dayandırılmaması üçün yaranmış borcun karta hər ödəniş aparıldıqda müəyyən faizi tutulmaqla ödənilməsi üçün istehlakçı tərəfindən iddiaçının istifadəsində olmuş Smart tipli qaz sayğacının kartına keçirilmişdir. Eləcə də, məhkəmə iclasında müəyyən olunmuşdur ki, 2017-ci ilin yanvar ayından kommunal xidmət xərclərinin məcburi köçkünlər tərəfindən ödənişini təmin etmək məqsədilə həmin vəsait yemək xərci üçün müavinətlə bağlı plastik karta əlavə edilməklə, məcburi köçkünlərin özlərinə ödənilir. 21.04.2021-ci il tarixinə qazdan istifadəyə görə iddiaçının istehlakçı hesabında 237,90 manat borc mövcuddur ki, istehlakçı tərəfindən iddiaçıdan həmin borcun ödənilməsi tələb olunur və bu səbəbdən iddiaçı mövcud olan borcun silinməsi üçün məhkəməyə hazırki iddia ilə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mənzildə istifadə olunmuş təbii qazın dəyəri tam ödənilmədiyindən onun istehlakçı hesabında borc yaranmışdır və həmin borcun əsassız hesablanmasına dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Q Ə T E T D İ: İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı əsassız yaranmış borcun silinməsi tələbinə dair iddia tələbi əsassız olduğundan təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhəkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar