Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1757/2021 07.07.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X1 Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilə hesablanmış borcun silinməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzili iddiaçı 2016-cı il tarixdə satın almışdır. Cavabdeh təşkilatın işçiləri əsassız olaraq həmin yaşayış sahəsinin işıqla təmin edilməsinin qarşısını alımış və öz hərəkətlərini onunla əsaslandırmışdırlar ki, həmin obyektin keçmiş sahibinin elektirikin istismarı ilə bağlı borcu yaranmışdır. O, hesab edir ki,həmin borcun ona aidiyyəti yoxdur. Qeyd olunanlara əsasən iddianın təmin olunması bardə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun məzmunda izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, onun elektrik enerjisi istifadəsinə görə nə qədər borcu olduğu barədə məlumatı yoxdur. Hazırda hər ay elektrik enerjisinə görə onun tərəfindən ödənilən məbləğdən cavabdeh tərəfindən heç bir tutma olunmur. İddia ərizəsinə əlavə etdiyi sənədlərdən başqa məhkəməyə təqdim edə biləcək başqa bir sənədi yoxdur. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada dəfələrlə xəbərdar olunmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edilmişdir. Məhkəmə iş üzrə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. İş materiallarında olan: Kommunal xidmətləri ödəmək haqqında məlumat vərəqəsinin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilin məlumat vərəqəsi İddiaçı adına açılmışdır. Məhkəmə iş materiallarında olan sənədləri iddiaçının ərizəsində qeyd etdikləri ilə yanaşı yoxlayaraq qeyd edir ki, iddiaçı məhkəməyə iddia ərizəsində göstərdiyi halları, habelə cavabdeh tərəfindən ona borc yazıldığını təsdiq edə biləcək heç bir əsaslı sübut (abonentin saldosu, müqavilə) təqdim edə bilməmişdir. Bu səbəbdən iddia tələbi onun əsaslarına dair heç bir sübut təqdim edilmədiyindən əsassız sayılmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi borcun silinməsi hissəsində əsassız hesab edildiyindən, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. AR MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhəkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №2(009)-1757/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1757/2021
07.07.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver