Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-176/2022 24.01.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Rüstəmova Çinarə Mübariz qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh «Azəriqaz» İstehsalat Birliyinini etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı qanunsuz hesablanmış borcun ləğv edilməsi tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq. MÜƏYYƏN ETDİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onlara məxsus Bakı şəhəri, Səbail rayonu, Litvin Babayev küçəsi 44 nömrəli evinə quraşdırılmış 29/1710-01085-1 saylı sayğacına qanunsuz olaraq cavabdeh «Azəriqaz» İstehsalat Birliyi tərəfindən hesablanmış 216 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Səbail rayonu, Litvin Babayev küçəsi 44 nömrəli ev xüsusi mülkiyyət hüququ əsasında İddiaçı1 mülkiyyətindədir. 31.03.2021-ci il tarixdə cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndələri mülkiyyətində olan mənzilə gələrək istifadə etdiyi 29/1710-01085-1 saylı sayğacına baxış keçirərək güya hesablama mexanizimin üzərindəki qoruyucu ekranın silindiyi və bu səbəbə görə dəymiş ziyan hesablanaraq ondan tələb edilməsi barədə ******* nömrəli akt tərtib etmişlər ki, güya qoruyucu ekranın deşilməsi onların təqsiri səbəbindən baş verdiyindən 216 manat dəymiş ziyan hesablanaraq onlardan tələb edilmişdir. Qeyd olunan mənzil İddiaçı1 mülkiyyətində olsa da, lakin qazla bağlı abonent kimi iş üzrə digər İddiaçı2 Səyar qızının adına qeydiyyatdan keçmişdir və hazırki yaranan borc səbəbindən İddiaçı1 adına qeydiyyatdan keçirilməsi mümkün olmamışdır. Hesab edir ki, cavabdeh tərəfindən əsassız olaraq tərtib edilmiş qüsur aktı qanunsuz və əsassız və eyni zamanda həmin akt əsasında hesablanmış 216 manat borc qanunsuzdur. Belə ki, onlar qaz sayğacına toxunmamışlar. Yaşadıqları mənzil uzun müddətdir ki, tikilərək istifadə olunduğundan və onun üzərinə qurulmuş sayğaclar da köhnədir və bu səbəbdən də, sayğacın ekranı köhnələrək digər texniki qüsusrlar nəticəsində ekran görüntüsü silinə bilər. Cavabdeh tərəfindən tərtib edilmiş 31.03.2021-ci il tarixli aktdan görünür ki, dəfələrlə sayğaca baxış keçirilmiş və sayğacın klapanının işlək olmadığı, yivli birləşmələrin deformasiya korroziyaya uğradığı göstərilmişdir. Eyni zamanda həmin aktda hesablama mexanizminin qoruyucu örtüyünün və element yuvasının qapağı alt hissədən çatladığı, sayğacın yaddaş arxivinin oxunduğu, sayğacda 28.09.2018-ci il ALARM-1 rejiminin aşkar olunduğu, mənfiyə işlədiyi öz təsdiqini tapmışdır. Göründüyü kimi qeyd olunan sayğac cavabdeh qurumun mütəxəssisləri tərəfindən tərtib edilmiş “qaz sayğacına baxış keçirilməsinə dair” 31.03.2021-ci il tarixli aktlarda təsdiq edilir ki, demək olar ki, köhnə olduğundan istifadəyə tamamilə yararsız olmuşdur. Hesab edir ki, cavabdeh tərəfindən tərtib edilmiş akt qanunsuz və əsassızdır. Belə olan halda həmin aktın qanuni olmasını sübut etmək vəzifəsi aktı tərtib etmiş orqanın üzərinə düşür. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 iddianı müdafiə edərək, iddia tələbinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında cavabdeh «Azəriqaz» İstehsalat Birliyinini etibarnamə üzrə nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək, iddianın əsassız olduğu üçün rədd olunmasını xahiş etdi. Məhkəmə işə baxıb, iddiaçıların və cavabdehimn nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, 31.03.2021-ci il tarixli aktdan görünür ki, 29/1710-01085-1 saylı 1102AQ********** №-li sayğacın hesablama mexanizminin üzərindəki qoruyucu ekran deşilib. Dəymiş ziyan hesablanıb ödənilməlidir. İş materiallarında olan 29/1710-01085-148 MSK nömrəli aktdan görünür ki, «Azəriqaz» İB-nin SOCAR**********30991710X01085 saylı, 03 mart 2021-ci il tarixli telefonoqramına əsasən 03 mart 2021-ci il tarixində əhali sektorunda istismarda olan Bakı BRQS Departamentindən Metrologiya Departamentinə gətirilmiş Fransa istehsalı G4 markalı İtron təcili (Smart Payment) qaz sayğacları 16 mart 2021-ci il tarixində Dövlət yoxlaması nəticəsində yararsız hesab olunur. İş materiallarında olan qaz sayğaclarının çıxarımlası, quraşdırılması və istismara qəbulu haqqında 27.10.2020-ci il tarixli ******* saylı akta əsasən abonent İddiaçı2 qzına aid olan qaz sayğacı yenisi ilə əvəz edilmişdir. İş materiallarında olan “Azəriqaz” İstehsalat Birliyi ilə İddiaçı1 arasında bağlanmış 18.03.2021-ci tarixli, 254924 saylı Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli Müqaviləsi”nə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İş materiallarında olan qaz sayğaclarının çıxarımlası, quraşdırılması və istismara qəbulu haqqında 18.03.2021-ci il tarixli ******* saylı akta əsasən abonent İddiaçı2 qzına aid olan qaz sayğacı abonentin ərizəsinə əsasən yenisi ilə əvəz edilmişdir. İş materiallarında olan “Azəriqaz” İstehsalat Birliyi Bakı Regional qazın Satışı Dapertamenti tərəfindən verilmiş 31.03.2021-ci il tarixli qərara əsasən İddiaçı2 31.03.2021-ci il tarixli ******* saylı akt əsasında 2160 kub metr itirilmiş qazın bərpası ilə əlaqədar əlavə sərfiyyat hesablanmışdır. İş materiallarında olan daşınmaz əmlakın Dövlət reyestrindən 26.02.2021-ci il tarixli, ********** saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu,Litvin Babayev küçəsi, 44/46 saylı evin xüsusi mülkiyyət hüququ ilə İddiaçı1 adına qeydiyyata alınmışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»nın 3.1.3-cü maddəsinə əsasən qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlanılması qaz paylayıcısının vəzifəsidir. Həmin Qaydaların 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçının qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçıların yaşadığı evə gələn təbii qazın sərfiyyatını ölçən sayğac cavabdeh təşkilatın əməkdaşları tərəfindən çıxarılaraq ******* saylı 31.03.2021-ci il tarixli akt tərtib edilmiş, həmin aktda göstərilmişdir ki, 29/1710-01085- 1 saylı 1102AQ********** №-li sayğacın hesablama mexanizminin üzərindəki qoruyucu ekran deşilib. 29/1710-01085-148 MSK nömrəli aktdan görünür ki, «Azəriqaz» İB-nin SOCAR**********30991710X01085 saylı, 03 mart 2021-ci il tarixli telefonoqramına əsasən 03 mart 2021-ci il tarixində əhali sektorunda istismarda olan Bakı BRQS Departamentindən Metrologiya Departamentinə gətirilmiş Fransa istehsalı G4 markalı İtron təcili (Smart Payment) qaz sayğacları 16 mart 2021-ci il tarixində Dövlət yoxlaması nəticəsində yararsız hesab olunmuşdur. Həmin akt əsasında “Azəriqaz” İstehsalat Birliyi Bakı Regional qazın Satışı Dapertamentinin 31.03.2021-ci il tarixli qərarı ilə iddiaçıya 2160 kub metr itirilmiş qazın bərpası ilə əlaqədar əlavə sərfiyyat hesablanmışdır. Məhkəmə hesab edir ki, itirilmiş qazın bərpası ilə əlaqədar iddiaçıya hesablanmış 216 manat borc onun abonent hesabından silinməlidir. Qaz təchizatı haqqında» AR Qanununun 21-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Müvafiq icra hakimiyyəti orqanı qanunvericiliklə müəyyən olunmuş hallarda cərimələr tətbiq edə bilər. Göründüyü kimi tərəflər arasında bağlanılmış qazın alqı-satqısı barədə müqaviləyə əsasən qazın dəyəri barədə mübahisəli hallar qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılır və həll edilir. Digər tərəfdən istehlakçı barəsində cərimə sanksiyasının tətbiq edilməsi qanunla nəzərdə tutulmamışdır. Cərimənin tətbiq edilməsi yuxarıda göstərilən qanuna əsasən tətbiq edilə bilər və bu səlahiyyət yalnız müvafiq icra hakimiyyəti orqanına aid olan məsələdir. “Qaz təchizatı haqqında” AR Qanununun 2-ci maddəsinin 1-ci bəndinə əsasən bu Qanun qaz və maye halında enerji daşıyıcısı kimi işlədilən bütün (təbii qazlar da daxil olmaqla) qaz növlərinin (bundan sonra “qaz”) istehsalı, emalı, nəqli, saxlanması, paylanması, satılması və istifadəsi üzrə fəaliyyətləri tənzimləyir. «Qaz istifadə Qaydaların»ın 1.1-ci bəndinə əsasən Bu Qaydalar “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətləri (qazın alqı-satqı müqaviləsi əsasında), şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtlərini, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtlərini və digər məsələləri tənzimləyir. Məhkəmə qeyd edir ki, cavabdeh təşkilat alqı-satqı müqaviləsinə əsasən qazın alqısatqı ilə məşğul olan təşkilat kimi müqavilənin digər tərəfi haqqında hər hansı məsuliyyət sanksiyasını (məcburetmə tədbirlərini) tətbiq etməkdə səlahiyyətli olmamışdır. Digər tərəfdən məhkəmə qeyd edir ki, istehlakçı tərəfindən qazdan istifadə qaydalarının pozulması halında onun barəsində cərimə sanksiyasının tətbiq edilməsi və ya itirilmiş qazın bərpası üçün əlavə hesabatın hesablanmasına dair cavabdeh orqanın qərar qəbul etmək səlahiyyəti qanunla müəyyən edilməmişdir. “Normativ hüquqi aktlar haqqında” Azərabycan Respublikası Konstitusiya Qanununun 78.1-ci maddəsinə əsasən hüquqi aktlar aparılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin edilən Azərbaycan Respublikasının X3 Reyestrinə (bundan sonra – X3 Reyestri) daxil edilməlidir. “Qaz təchizatı haqqında” AR Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qanunun yuxarıda göstərilən tələblərindən göründüyü kimi zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması qaz paylayıcısının vəsaiti hesabına, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Məhkəmə qeyd edir ki, iddiaçıya aid olan evdən kənarda quraşdırılmış qaz sayğacı zədələnsə də, həmin zədələnmənin məhz iddiaçının təqsiri üzündən baş verməsi müəyyən olunmamışdır. Digər tərəfdən iddiaçının ona aid olan sayğacın işlək vəziyyətdə saxlanılması və qorunması ilə bağlı hər hansı məsuliyyət daşıması da məhkəmə iclasında müəyyən edilməmişdir. Beləliklə iddiaçının evində aid olan sayğacda qüsur aşkar olunsa da, həmin qüsurun məhz iddiaçının günahı ucbatından baş verməsi və ya iddiaçının sayğaca müdaxilə etməsi nəticəsində baş verməsi müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya aid olan sayğacın onun təqsiri üzündən zədələnməsi müəyyən olunmadığından, 216 manat məbləğində pulun istehlakçıdan tələb edilməsi əsassız hesab edilərək həmin hala görə yaranmış borc silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. ünvan 1 ünvan üzrə İddiaçı2 **********00463 saylı abonent hesabına hesablanmış 216 (iki yüz on altı) manat məbləğində borc silinsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhəkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-176/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-176/2022
24.01.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver