Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1760/2022 07.12.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, X2, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs kimi Səbail rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası cəlb olunmaqla şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 11 sentyabr 1960-cı il tarixdə doğulmuş anası X4 fəaliyyət qabliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, anası X12 1984-cü il tarixdən Bakı şəhər Baş Səhiyyə İdarəsi 33 nömrəli şəhər poliklinikasında «şizofreniya, paranoid forma, psixi qüsur halı» diaqnozu ilə qeydiyyatdadır. Eyni zamanda həmin vaxtdan da 2-ci qrup kimi də qeydiyyata alınmışdır. Keçmiş Kirov rayon Xalq Məhkəməsinin 22 noyabr 1986-cı il tarixli qətnaməsi ilə anası X12 atası X5 boşanmışdır. Uzun müddətdir ki, anası öz hərəkətlərini idarə edə bilmir. Bu müddətdə ona o baxmış, onun köməkliyi olmadan heç bir hərəkət edə bilmir. 11 sentyabr 1960-cı il tarixdə doğulmuş anası X4 fəaliyyət qabliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs Səbail rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan 33 №-li Şəhər Poliklikasının Psixiatriya kabinetinin 19 №-li, xx.xx.2021-ci il tarixli arayışından görünür ki, A.İsmayılov küçəsi ev 34 V ünvanında yaşayan, 1960-cı il təvəllüdlü X12 tibbi xidmət ərazisi üzrə ruhi-əsəb xəstələrinin siyahısında qeydiyyatdadır. 1984-cü ildən qeydiyyatdadır, diaqnozu X8, psixi qüsurludur. İş materiallarında olan Xİİ-JQ 373104 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi 08 avuqst 1984-cü ildə anadan olmuşdur, atası X15, anası X9r. İş materiallarında olan Bakı şəhəri Kirov rayon xalq məhkəməsinin 2-1042/1986 nömrəli, 11 noyabr 1986-cı il tarixli Bakı şəhəri Kirov rayon xalq məhkəməsinin qətnaməsindən görünür ki, X13 ilə X15 arasında olan nikahın ləğv edilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Ərizəçi, X12, X14 və X3 ünvan 1 ünvanında qeydiyyatdadırlar. İş materiallarında olan AZE seriyalı, 05553978 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X12 xx.xx.1960-cı ildə ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AA*******, OTN05HA seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1984-cü ildə anadan olmuşdur. İş üzrə təyin edilmiş məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli, 4171 saylı rəyindən görünür ki, X6 X8 Qüsur Halı (F20.0) xroniki ruhi xəstəliyi müəyyən edilir. Bunu mülki iş materiallarına əsasən 1984-cü ildən psixi xəstəlikdən əziyyət çəkməsi, 33 nömrəli Şəhər Poliklinikasında “X8” diaqnozu ilə qeydiyyatda olması və s. təsdiq edir. X7 uzun müddət “X8” xroniki psixi xəstəliyindən əziyyət çəkməsi və “paranoid qüsur vəziyyətinin” müəyyən edilməsi göstərir ki, onda qeyd olunan xroniki psixi xəstəlik dərinləşərək emosional-iradi pozuntularla müşayiət olunan vəziyyətə (psixi qüsur) çatmışdır. X6 X8 qüsur halı xroniki ruhi xəstəliyi müəyyən edilir. X12 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X4 öz psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas var. Beləliklə, Ərizəçi anası X1 şəkildə hərəkət edə bilməyərək daima kənar şəxslərin qulluğuna ehtiyacını, eləcə də İİ qrup əlil olmasını nəzərə alaraq, hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə X4 psixi vəziyyətini müəyyən etmək üçün ilkin ambulator məhkəmə-psixiatriya ekspertizası təyin etmiş və ekspertizanın xx.xx.2022-ci il tarixli, 2769 saylı rəyində X4 öz psixi vəziyyətinə görə hərəkətinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmadığı üçün onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli olduğu göstərilmişdir. Qeyd edilən məsələnin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alıb, məhkəmə ekspert rəyi ilə razılaşaraq hesab edir ki, X12 öz psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını başa düşməyən və öz hərəkətinə rəhbərlik edə bilməyən şəxs olduğundan fəaliyyət qabiliyyəti olmayan şəxs sayılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 11 sentyabr 1960-cı il təvəllüdlü X12 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220,360-cı maddələrini rəhbər tutub məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. 11 sentyabr 1960-cı il təvəllüdlü X12 fəaliyyət qabliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-1760/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1760/2022
07.12.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver