Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1784/2021 20.10.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, məhkəmə iclas katibi Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil, ilkin iddia üzrə cavabdeh,qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 Muxtar oğlunun, ilkin və qarşılıqlı iddia üzrə cavabdeh Cavabdeh1 MTK-nın nümayəndəsi Nümayəndə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs X2 iştirakı ilə, İddiaçı (müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində X6 işə cəlb olunmaqla) cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 qarşı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi tələbinə dair iddiası, Cavabdeh2 (müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində X6 işə cəlb olunmaqla) cavabdehlər İddiaçı və Cavabdeh1 MTK-ya qarşı mənzilə istifadə, sahiblik və mülkiyyət hüququnun tanınması tələbinə dair qarşılıqlı iddia ərizəsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı (müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində X6 işə cəlb olunmaqla) cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 18 mart 2021-ci il tarixli “borc öhdəliyi haqqında” müqavilənin tələblərinin yerinə yetirilməsi öhdəliyinin Cavabdeh2 Muxtar oğlunun üzərinə qoyulması və Cavabdeh1 MTK-ya 18.03.2022-ci il tarixinə kimi Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsi, ev 17-də yerləşən binanın 1-ci giriş, 16-cı mərtəbəsində yerləşən 196.1 kv.m. olan 4 otaqlı mənzilinə dair hər hansı əməliyyatların aparılmasının qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı iddia tələbini onunla əsaslandırlımşdır ki, o, 18 mart 2021-ci il tarixdə Cavabdeh2 Muxtar oğlu ilə «borc öhdəliyi haqqında” müqavilə bağlamışdır. Həmin müqaviləyə görə Cavabdeh2 150 000 manat məbləğində borc pul götürmüşdür. Həmin borc pul öhdəliyinin təminatı kimi Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsi ev 17-də yerləşən binanın 1-ci giriş, 16-cı mərtəbəsində yerləşən 196.1 kv.metr olan 4 otaqlı, bazar qiyməti 350 000 manat olan mənzili girov qoymuşdur. Aralarında bağlanmış bu borc müqaviləsinə əsasən o, borc götürdüyü pulu 1 il ərzində qaytarmağa söz vermişdir. Əgər 1 il müddətində götürdüyü borcu Cavabdeh2 qaytarmayacağı təqdirdə, həmin borc pulun əvəzinə, Bakı şəhəri, Nəsimi rayonu, Əcəmi metrosu ətrafında yerləşən, sahəsi 149.8 kv.metr, 150000 manat dəyərində olan mənzili borcun əvəzi olaraq ona verməyi öhdəsinə götürmüşdür. O, Cavabdeh2 tələbi ilə onun Cavabdeh1 MTK-nın inşa etdiyi Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsi ev 17-də yerləşən binanın 1-ci giriş, 16-cı mərtəbəsində yerləşən 196.1 kv.metr olan 4 otaqlı mənzilimə dair etibarnamə vermişdir. Həmin mənzil rəsmiyyətdə X2 adına olsa da, faktiki olaraq onun mülkiyyətindədir. Həmin mənzillə əlaqədar X6 ona 09.03,2020-ci il tarixli notarial qaydada təsdiq olunmuş etibarnamə də vermişdir. Həmin etibarnamə əsasında o, Cavabdeh2 müvafiq səlahiyyətlərin verilməsi ilə əlaqədar etibarnamə vermişdir. Lakin müqavilənin vaxtının 2022-ci ilin mart ayında bitməsinə baxmayaraq, cavabdeh ona və ailə üzvlərinə təzyiq və təhdidlər edir. Cavabdeh2 onun verdiyi etibarnamədən sui-istifadə edərək, Bakı şəhəri A.Abbaszadə küçəsi ev 17-də yerləşən binanın 1-ci giriş, 16-cı mərtəbəsində yerləşən 196.1 kv.metr olan 4 otaqıı evi əlinə keçirmək üçün dəfələrlə Cavabdeh1 MTK-ya müraciət edərək mənzili özgəninkiləşdirməyə cəhd etmişdir. Halbuki mənzilin qiyməti dəfələrlə onun M.Nagdəliyevə olan borcundan çoxdur və bu öz təsdiqini müqavilədə də tapmışdır və cavabdeh onunla razılaşdığı müqavilənin şərtlərinə əməl etməyərək mənzili özgəninkiləşdirmək istəyir. İşin hallarından da görünür ki, cavabdeh onunla aralarında bağlanmış müqavilənin şərtlərinə açıq-aydın əməl etmir. Bu isə onun hüquqlarının pozulmasına gətirib çıxarır. Eyni zamanda bildirir ki, mübahisə predmeti olan bu mənzilə dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış almadığı üçün hal-hazırda həmin əmlaka dair bütün sənədləşmə işləri Cavabdeh1 MTK tərəfindən icra olunur. Yəni bu mənzilin addan-ada keçməsi, satılması və digər əqdlərin aparılması yalnız Cavabdeh1 MTK tərəfindən icra oluna bilər. O özü də Cavabdeh1 MTK-nın rəhbərliyinə ona məxsus olan bu mənzillə əlaqədar hər hansı hərəkətlərin aparılmamasını xahiş etsə də, onlar onun tərəfindən Cavabdeh2 müvafiq etibarnamə verdiyini və Cavabdeh2 də həmin etibarnamə əsasında onlara müraciət etdiyini bildirirlər. Təbii ki, o, Cavabdeh2 verdiyi etibarnaməni istənilən an ləğv edə bilər. Lakin onun tərəfindən həmin etibarnamənin ləğv edilməsi Cavabdeh2 tərəfindən onun öz öhdəliklərinin icrasından yayınma kimi başa düşülə bilər. Ona görə də o, cavabdeh tərəfindən aralarında bağlanmış bu müqavilənin tələblərinə riayət etməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. 24.09.2021-ci il tarixdə İddiaçı (müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində X6 işə cəlb olunmaqla) cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 qarşı iddia ərizəsinə dəqiqləşmə verərək, onunla Cavabdeh2 arasında bağlanmış 18.03.2021-ci il tarixli “borc öhdəliyi haqqında” müqavilənin tələblərinin yerinə yetirilməsi ilə əlaqədar girov qoyulmuş Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsi, ev 17-də yerləşən binanın 1-ci giriş, 16-cı mərtəbəsində yerləşən 196.1 kv.m. olan 4 otaqlı mənzilin açıq hərracda satılaraq əldə olunan pul vəsaitindən 150000 manatın Cavabdeh2 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsinə əlavə barədə xahişini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsində qeyd edilir ki, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Cavabdeh2 müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində X6 işə cəlb olunmaqla) cavabdehlər İddiaçı və Cavabdeh1 MTK-ya qarşı qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsi, ev 17-də yerləşən binanın 1-ci giriş, 16-cı mərtəbəsində yerləşən 196.1 kv.m. olan 4 otaqlı mənzilin onun adına, sahibliyinə, istifadəsinə və mülkiyyətinə keçirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, 12 oktyabr 2019-cu il tarixdə “NEW EUROPE”, ********** nömrə ilə olan şirkətin adından təhlükəli residiv olan İddiaçı onun qaynanası X1 90.000 manat alaraq beh haqqında müqavilə yazmışdır. 2-3 gündən sonra isə ondan da 60.000 manat pul alaraq, cəmi 150.000 manat məbləğində pul alaraq birdən-birə yoxa çıxmışdır. Uzun müddət axtardıqdan sonra onlara məlum oldu ki, İddiaçı dalbadal olaraq törətdiyi əmlak ələ keçirmək, talamaq cinayəti ilə artıq həbs olunmuşdur. 13 mart 2021-ci ildə İddiaçı ona baş etibarnamə vermişdi ki, ünvan 1 ünvanında olan 1-ci giriş, 16-cı mərtəbə, 4 otaqlı 196.1 kv.m olan mənzili ya öz adına keçirsin, ya da satıb pulunu götürsün. Ancaq onun etibarını qazanaraq borc haqqında müqavilə yazan təhlükəli residiv, peşakar dələdüz nə zaman həmin borc müqaviləsini ona imzalatmış, onun xəbəri olmamışdır. O hesab edir ki, islah olunmayan təhlükəli residiv İddiaçı könüllü olaraq ona məxsus mənzili və ya pulu qaytarmaq arzusunda deyildir. Ona görə də məhkəmə tərəfindən ünvan 1 ünvanında olan 1-ci giriş, 16-cı mərtəbə, 4 otaqlı 196.1 kv.m olan mənzilin onun adına keçirilməsi barədə qətnamə qəbul olunmasına zərürət vardır. Göründüyü kimi, İddiaçı açıq-aşkar onun etibarını qazanmaqla və qazanılmış etibardan sui istifadə etməklə ona məxsus olan külli miqdarda pulunu və alqı-satqı yolu ilə aldığı ünvan 1 ünvanında olan 1-ci giriş, 16-cı mərtəbə, 4 otaqlı 196.1 kv.m olan mənzili ələ keçirmişdir. Ona görə də, pulunu ödəyərək aldığı ünvan 1 ünvanında olan 1-ci giriş, 16-cı mərtəbə, 4 otaqlı 196.1 kv.m olan mənzilin onun adına, sahibliyinə, istifadəsinə və mülkiyyətinə keçirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 11.10.2021-ci il tarixdə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 AR MPM-nin 53-cü maddəsinə uyğun olaraq məhkəməyə ünvanladığı ərizəsində İddiaçı 18.03.2021-ci il tarixdə onu aldadaraq xatırlamadığı vəziyyətdə imzalatdığı borc öhdəliyi müqaviləsinin etibarsız hesab edilməsi, əvvəllər ona təhvil verdiyi ünvan 1 ünvanında olan 1-ci giriş, 16-cı mərtəbə, 4 otaqlı 196.1 kv.m olan mənzilin onun adına sənədləşməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil oğlu iddia tələblərini müdafiə edərək və iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək təmin olunmasını, qarşılıqlı iddianın isə əsassız olduğundan rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 Muxtar oğlu iddia tələbini qəbul etməyərək, tələbin əsassız olduğundan rədd olunmasını, qarşılıqlı iddia tələbini müdafiə edərək və qarşılıqlı iddia tələbində qeyd olunanlara uyğun izahat verərək onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 MTK-nın nümayəndəsi Nümayəndə iddia və qarşılıqlı iddia tələblərini qəbul etməyərək bildirmişdir ki, o, 2015-ci ilin mart ayından etibarən Cavabdeh1 Mənzil Tikinti Koperativinin təsisçilərindən biri və sədridir. Cavabdeh1 MTK ünvan 2 ünvanında yüksək mərtəbəli yaşayış binasının tikintisi ilə məşğuldur. 2019-cu ilin may-iyun aylarında Cavabdeh1 MTK-nın inşa etdiyi binanın qarşısında yerləşən və ona məxsus boş torpaq sahəsinin üzərində tikinti (qazıntı) işlərinin aparılması məqsədi ilə ələqədar müxtəlif şirkətlər və fərdi şəxslərə təkliflər verilmiş və müraciətlər edilmişdir. Göstərilən tarixdə Ramil adlı şəxs ordakı olan işlərin görülməsi barədə təklif verdi. O, Ramilə görüləcək işlər barədə tam ətraflı məlumat verdi və bildirdi ki, şirkətdə nağd vəsaitlə bağlı çətinliklər var və görüləcək işlərin müqabilində Cavabdeh1 MTK-nın inşa etdiyi binadan mənzillər veriləcəkdir. Ramil bu təklifə ondan 1 ay vaxt istədi. Bir müddətdən sonra Ramil ona zənq vuraraq, onun dediyi kimi, dostu olan Mustafa adlı şəxslə onun yanına gəldilər. O ilk dəfə Mustafanı orda gördü və yaxından tanış oldu. Görüş zamanı Ramil bildirdi ki, o, işə başlaya bilər, bunun üçün dostu Mustafanın 20 Yanvar dairəsində yerləşən, xüsusi mülkiyyətində olan və ona məxsus “MƏKAN” adlı restoranı üçünçü şəxsə qirov qoyaraq pul əldə edəcək və buna görə də, o, Mustafanın adına Cavabdeh1 MTK-nın inşa etdiyi binadan 2 (iki) ədəd mənzil rəsmiləşdirməlidir. İlk öncə Ramil həmin mənzilləri öz adına rəsmiləşdirilməsini istədi, lakin onun və Mustafanın qəti narazılıqlarını görərək, mənzilləri Mustafanın adına rəsmiləşdirilməsi təklifini verdi. O, görüş zamanı, Mustafa ilə söhbət etdiyində, onun mərd, şəffaf və dürüst olduğunu hiss etdi. Onun ciddi olduğunu gördü. Ramilin dediyinə görə X3 Xidmətinin məmurudur və bu onda daxili inamını daha da artıraraq bu işə razılıq verməyinə gətirdi. O, iki ədəd mənzili Mustafanın adına rəsmiləşdirdi. Bundan sonra Ramil bir neçə dəfə müxtəlif adamlarla tikinti ərazisinə gəldilər, lakin heç bir iş görmədilər. Hər dəfə müxtəlif bəhanələrlə Ramil əlavə vaxt alaraq işin başlanılmasını uzadırdı. Təxminən bir neçə ay keçdikdən sonra Ramilin onları aldatdığını və bilərəkdən süründürməçiliklə məşğul olduğunu hiss edərək, yazdıqları mənzillərin sənədlərinin ondan və Mustafadan geri verilməsini tələb etdi. 07.11.2019-cu il tarixdə Ramil Mustafa ilə birlikdə onların Bakı şəhəri, Sabail rayonu, H. Cavid prospektində yerləşən ofisə gələrək Mustafanın adına yazılan mənzillərin müqavilələrini MTK-ya qaytardılar. Sənədləri Mustafa bir başa ona təqdim etdi və o, onları iş otağındakı masanın üstünə goydu. O, ondan əlavə olaraq imtina ərizəsinin yazılmasını tələb etdi. Mustafa onunla razılaşdı və düz, halal adam olduğunu bildirərək, heç bir işin görülmədiyini bir daha təsdiq edərək, həmin mənzillərin onun adından çıxarılmasına və imtina ərizəsini yazmağa razılıq verdi. İmtina ərizəsini Mustafanın xahişi ilə Ramil özü yazdı və həmin anda o, kabinetdən çıxaraq bunlara çay süzmək məqsədi ilə mətbəxə yollandı. O qayıdanda artıq Raminin imtina ərzəsini yazdığını gördü və onun iştirakı ilə Mustafa ərizədə tarix qoyaraq onu imza etdi. Onlar mehriban olaraq ayrıldılar və o, bu məsələnin bitdiyini düşündü. Bu hadisədən sonra onlar 29.11.2019-cu il tarixində MTK-nın ümümi yığıncağını təşkil edərək M.Quliyevin adına yazılmış iki ədəd mənzilin sənədlərini ləğv edərək onları etibarsız hesab etdilər. Bir müddət keçəndən sonra Sabail rayon məhkəməsində gedən prosesdən ona Ramilin qanunsuz hərəkətləri barədə məlumat daxil oldu. Belə ki, o, vaxtı ilə Mustafanın adına yazılan, lakin sonuncu tərəfindən həmin sənədləri MTK-ya qaytarılan mənzili naməlum üçünçü şəxsə girov yazaraq borc pul almışdır. Məhkəmədən sonra o dərhal Mustafaya zənq vuraraq onun restoranına üz tutdu və onunla görüşdü. Mustafaya müraciət edərək, hansı yolla keçmişdə onun adına yazılmış, lakin MTK-ya qaytarılmış sənədərin Ramilə verilməsini soruşdu. Mustafa heç nədən xəbəri olmadığını və vaxtı ilə ofisdə ona sənədlərin əslinin hamısını qaytardığını bildirdi. Ramilin qanunsuz hərəkətlərindən və alçağlığından xəbəri olmadığını dedi. O həmin mənzilə görə bir manat da olsa ödəməmişdir, həmin mənzilin ona heç bir aiddiyatı olmadığını və sənədlərin ona verdiyini bir daha bildirdi. Qeyd olunanları nəzərə alaraq bildirir ki, göstərilən mənzillərin nə Quilyev Mustafaya, nə də İddiaçı heç bir aidiyyatı yoxdur Buna görə də, iddia və qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs X6 bildirdi ki, iddia və qarşılıqlı iddia tələblərini qəbul etmir və bildirir ki, 2019-cu ildə İddiaçı ona məxsus olan əmlakı almaq istəyirdi. Əmlakın qarşılığında isə Cavabdeh1 MTKdan onun adına iki mənzil veriləcəkdi. Buna görə də, Cavabdeh1 MTK-ya getdi və iki mənzil onun adına rəsmiləşdirildi. Lakin daha sonra Ramilin onu aldadacağını hiss edərək fikrindən daşındı. Mənzillərlə bağlı onun adına rəsmiləşdirməni Ramil etmişdi və sonra da onunla söhbəti alınmadığı üçün mənzilləri geri qaytardı. Cavabdeh1 MTK tərəfindən onun adına rəsmiləşdirilmiş mənzilləri o, 07.11.2019-cu il tarixdə MTK-ya qaytarmışdır və bu barədə MTK-ya ərizə təqdim etmişdir. Mənzilləri MTK-ya qaytaran zaman Ramil də onun yanında olub. Hətta ərizəni Ramil yazmış, o imzalamışdır. Onlar bundan sonra MTK rəhbəri ilə sağollaşıb ayrıldılar. Sonra da, təxminən, 2021-ci ilin mart ayında Ramilin oğlu Orxan ona yaxınlaşaraq mənzillərlə bağlı ona etibarnamə verməyini xahiş etdi. Həmin vaxt başı qarışıq olduğu üçün həmin mənzillərlə bağlı etibarnamə verdi və bildirdi ki, atası Ramil ilə alqı-satqı alınmadığı üçün mənzilləri geri qaytardı. Ramilin oğlu Orxan isə onun yanına gəldiyi vaxt həmin mənzilərlə bağlı sənədlərin əslini ona göstərdi və onu aldadaraq etibarnamə aldı. Məhkəmə işə baxıb, tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, iddia və qarşılıqlı iddianın dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia və qarşılıqlı iddia təmin edilməməlidir. İş materiallarında olan Cavabdeh1 MTK ilə X6 arasında bağlanmış 07 sentyabr 2019-cu il tarixli müqavilədən görünür ki, Cavabdeh1 MTK Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanda tikilən çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 16-cı mərtəbə, tam sahəsi 196.1 kv.m olan 4 otaqlı mənzili tikib X4 verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh1 MTK-nın 07 sentyabr 2019-cu il tarixli maliyyə arayışından görünür ki, ünvan 4 ünvanda yerləşən kooperativ yaşayış binası Cavabdeh1 MTK-ya məxsusdur. Bu binanın 1-ci giriş 16-cı mərtəbəsində yaşayış sahəsi 196.1 kv.m olan 4 otaqlı mənzilin dəyəri X6 tərəfindən tam ödənilmişdir. İş materiallarında olan 18 saylı Notariat ofisi tərəfindən təsdiq olunmuş 09.03.2021ci il tarixli etibarnamədən görünür ki, X6 öz adına olan Cavabdeh1 MTK-ya məxsus Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanda yerləşən binanın 1-ci blok, 16-cı mərtəbə, tam sahəsi 196.1 kv.m olan 4 otaqlı və Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanda yerləşən binanın 1-ci blok, 15-ci mərtəbə, tam sahəsi 154.8 kv.m olan 3 otaqlı mənzillərə dair bütün səlahiyyətləri İddiaçı Sahib oğluna etibar edir. Etibarnamə 30 il müddətinə verilmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 6 saylı cəzaçəkmə müəssisəsinin rəisi tərəfindən imzalanmış 13.03.2021-ci il tarixli etibarnamədən görünür ki, 6 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən İddiaçı Sahib oğlu onun adına verilmiş etibarnamə üzrə səlahiyyətlərindən istifadə edərək, həmin etibarnamədə göstərilmiş Səbail rayonu, A.Abbaszadə 17 ünvanda yerləşən binanın 1-ci blok, 16-cı mərtəbə, tam sahəsi 196.1 kv.m olan 4 otaqlı mənzilə dair bütün səlahiyyətləri Cavabdeh2 etibar edir. Etibarnamə 1 il müddətinə verilib və 13.03.2022-ci il tarixədək etibarlıdır. İş materiallarında olan 18.03.2021-ci il tarixli borc öhdəliyi haqqında müqavilədən görünür ki, İddiaçı, Cavabdeh2 2019-cu ilin noyabr ayında 150.000 manat pul vəsatini borc götürərək, götürülmüş pul vəsaitinin əvəzində ona ünvan 5 ünvanda yerləşən binanın 1-ci giriş, 16-cı mərtəbəsində 196.1 kv metr olan 4 otaqlı, hazırki bazar qiyməti 350.000 manat olan mənzili təminat olaraq girov qoydu. Bir ilə ərzində həmin vəsaiti qaytarmağı və ya həmin məbləğə görə Əcəmi metrosu ətrafında sahəsi 149.8 kv.metr olan, qiyməti 150.000 manat dəyərində olan mənzili Cavabdeh2 vnrməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 1(103)-249/2020 nömrəli, 11.06.2020-ci il tarixli qərarından görününr ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 iyul 2019-cu il tarixli hökmü dəyişdirilərək, İddiaçı barəsində tətbiq olunan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62 və 70-ci maddələrinin müddəaları hökmdən xaric edilmiş, İddiaçı Azərbaycan Respublikası CM-nin 320.1 və 320.2-ci maddələri ilə barəsində cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə təyin edilmiş cəzadan azad edilmişdir. İş materiallarında olan Cavabdeh1 Ümumi yığıncağının 29.11.2019-cu il tarixli, 29/19 nömrəli protokolundan çıxarışdan görünür ki, Cavabdeh1 MTK tərəfindən X2 adına rəsmiləşdirilmiş 2 ədəd 07 sentyabr 2019-cu il tarixli müqavilələrin ləğv olunmasına və onların etibarsız hesab edilməsinə qərar verilmişdir. Qanunverciliyə əsasən hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Hazırkı mülki işdə İddiaçı Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsi ev 17-də yerləşən binanın 1-ci giriş, 16-cı mərtəbəsində yerləşən 196.1 kv.metr olan 4 otaqlı mənzilin ona məxsus olduğunu təsdiq edən hər hansı hüquq müəyyənedici sənədi, habelə digər mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki sübutetmə yükü baxımından iddia edən tərəf öz iddiasını sübuta yetirməyə borcludur. Bunun əksi olaraq, mülki işin müəyyən edilmiş hallarından göründüyü kimi, X6 ilə Cavabdeh1 MTK arasında Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsi ev 17-də yerləşən binanın 1-ci giriş, 16-cı mərtəbəsində yerləşən 196.1 kv.metr olan 4 otaqlı mənzilin alqı-satqısına dair 07.09.2019-cu il tarixli müqavilə bağlanmış, 07.11.2019-cu il tarixdə X6 tərəfindən həmin mənzil MTK-ya qaytarılmışdır. Məhkəmə iclasında sübutların tədqiqi ilə eləcə də, müəyyən olundu ki, yuxarıda qeyd olunan mənzilin girov qoyulması ilə bağlı İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 18.03.2021-ci il tarixli borcc öhdəliyi haqqında müqavilənin heç bir hüququ əsası yoxdur və həmin müqavilə öz-özlüyündə əhəmiyyətsiz əqddir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddia tələbi ilə əlaqədar aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsində alqı-satqı müqaviləsinin anlayışı verilərək “satıcının əşyanı alıcının mülkiyyətinə verməsi, alıcının isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürməsi” kimi müəyyənləşdirilmişdir. Mülki Məcəllənin 646.1-ci maddəsinə əsasən isə, daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 144-cü maddəsinə müvafiq olaraq, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. O, təsdiqlədiyi müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Adı çəkilən Məcəllənin 146-cı maddəsinə görə isə, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Yuxarıda qeyd olunduğu kimi, qarşılıqlı iddia üzrə iddiaçı ilə Cavabdeh1 MTK arasında mübahisəli mənzilin alqı-satqısına dair hər hansı müqavilə məhkəməyə təqdim olunmamışdır. Qarşılıqlı iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğunu nəzərə alaraq, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə məhkəmənin mülki prosessual qanunvericilikdən (MPM-in 14.2 və 77.1-ci maddələri) irəli gələn statusunun hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı mübahisə predmeti olan mənzilə dair cavabdeh şirkətlə alqı-satqı müqaviləsi bağlamış olduğunu kifayətedici aydınlıqla sübut edə bilməmişdir. Belə ki, iddiasını təsdiq etmək üçün iddiaçının məhkəməyə təqdim etdiyi sənəd surətlərində əks olunmuş məlumatların cavabdehin təqdim etdiyi sənədlərlə təkzib edilməsi, cavabdehin arqumentlərinin təsdiqlənməsi və iddiaçının özü tərəfindən birmənalı şəkildə təkzib edilməməsi, onun iddiasının əsaslılığına dair şübhələr yaratmaqla mülki hüquq münasibətlərinin iştirakçısı olan Cavabdeh1 MTK-nın qanuni hərəkət etməsi ehtimalını gücləndirir. İddiaçı isə, yaranmış şübhələrin aradan qaldırılması, qeyd olunan ehtimalın təkzib olunması və mübahisəli mənzilə dair mövcud olduğunu irəli sürdüyü hüququnun pozulması haqqında arqumentinin gücləndirilməsi üçün hər hansı mötəbər sübutlar təqdim etməmişdir. Buna görə, məhkəmə qarşılıqlı iddia tələblərini əsassız hesab edir. Məhkəmə hazırkı mübahisəyə də məhz sübutetmə aspektindən yanaşaraq qeyd edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf tələb və etirazlarının əsası kimi istinad olunan halları sübut etməlidirlər. İmperativ normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfındən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. "Mahmudov Rusiyaya qarşı" iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərəkən, bir qayda olaraq affmnanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Çünki mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” (məhkəmə hüququ bilir) prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıdığından tərəflərin faktlar barəsində hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Hakim iddia ərizəsində iddiaçının əks etdirdiyi hüquqi mövqedən aslı ola bilməz. Məhkəmə hesab edir ki, İddiaçı və X5 iddiaları konkret faktlarla sübuta yetirilmədiyi, həmçinin məhkəmə tərəfindən cavabdehin hərəkətlərində qeyri-hüquqi elementlərin olmadığı qənətinə gəlindiyi, habelə cavabdeh tərəfindən iddiaçıya konkret hansı müqavilə üzrə öhdəliklərin yerinə yetirməsi və mənzilə istifadə, sahiblik və mülkiyyət hüququnun tanınmasını müəyyənləşdirilmədiyi üçün onların tələbləri əsaslı hesab edilə və təmin edilə bilməz. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, İddiaçı (müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində X6 işə cəlb olunmaqla) cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 qarşı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi tələbinə dair iddiası, Cavabdeh2 (müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində X6 işə cəlb olunmaqla) cavabdehlər İddiaçı və Cavabdeh1 MTK-ya qarşı mənzilə istifadə, sahiblik və mülkiyyət hüququnun tanınması tələbinə dair qarşılıqlı iddia tələblərinə dair iddiaları təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233cü maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia və qarşılıqlı iddia təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X10
Məhkəmə qərarları › İş №2(009)-1784/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1784/2021
20.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver