Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-179/2022 10.05.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə, İddiaçının nümayəndəsi A.M.Şahtaxtinskinin, Cavabdeh iştirakları ilə İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR-ın) İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR-ın) İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, SOCAR-ın İddiaçı istismarında olan Şirvan-Böyükşor Dş-500 mm-lik yerüstü magistral neft kəmərinə birləşən Bibiheybət-Dş 300 mm-lik yerüstü neft kəmərinin 2.8 km-də kəmərdən təxminən 20 metr aralı məsafədə, kəmərə parallel, 1-ci sırada, kəmərin mühafizə zonasında, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi 2-ci küçə ünvanında Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi, hasar və darvaza tikililəri faktı aşkar olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 15.04.2002-ci il tarixli 685 saylı Fərmanında, eləcə də AR Nazirlər Kabinetinin 02.11.2004-cü il tarixli 167 saylı qərarında İxrac neft boru kəmərinin mühafizə zolağında hər hansı qurğunun yerləşdirilməsi və ya tikintisinin aparılmasının yolverilməzliyi göstərilmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı SOCAR-ın İddiaçı istismarında olan Şirvan-Böyükşor Dş-500 mm-lik yerüstu magistral neft kəmərinə birləşən Bibiheybət-Dş 300 mm-lik yerüstü neft kəmərinin 2.8 km-də kəmərdən təxminən 20 metr aralı məsafədə, kəmərə paralel, 1-ci sırada, kəmərin mühafizə zonasında, Səbail rayonu, Badamdar qəsəbəsi,1-ci yaşayış massivi 2-ci küçə ünvanında Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin, hasarın və darvazanın cavabdehin hesabına sökülərək ərazidən çıxarılması, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı SOCAR-ın İddiaçı bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının etibarnamə əsasında nümayəndəsi X1 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin göstərmişdir ki, ekspert rəyi ilə də cavabdeh tərəfindən inşa olunmuş tikililəri neft kəmərinin mühafizə zonasında yerləşməsi bir daha təsdiq ounur, bu isə onların iddiasının əsaslığını sübut edir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının “Fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə” 08.02.1995-ci il tarixli, 466 nömrəli sərəncamına əsasən X5 Badamdar qəsəbəsində 600 kv.m. torpaq sahəsi ayrılmışdır. Bundan başqa, X5 Badamdar qəsəbəsində fərdi evin tikintisi üçün ayrılmış 600 kv.m. torpaq sahəsinin cizgisi Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının Badamdar qəsəbəsində nümayəndəsi tərəfindən verilmiş 125 nömrəli cizgiyə təsdiq edilmişdir. Bakı şəhəri 28 saylı dövlət notariat kontorunun notariusu R.N.Mahmudov tərəfindən təsdiq edilmiş 7E-20-8179 nömrəsi ilə reyestrə daxil edilmiş etibarnaməyə əsasən X6 ona məxsus olan yuxarıda qeyd olunan torpaq sahəsi ilə bağlı bütün sərəncam verilməsi hüquqları ona etibar etmişdir. İddiaçı iddia ərizəsində AR Nazirlər Kabinetinin 02.11.2004-cü il tarixli 167 saylı Qərarına istinadən ixrac neft boru kəmərinin mühafizə zolağında hər hansı qurğunun yerləşdirilməsi və ya tikintisinin aparılmasının yolverilməzliyini əsas göstərmişdir. Göründüyü kimi həmin qərar 02.11.2004-cü ildə qəbul edilmişdir, qərarın geriyə qüvvəsi yoxdur. Belə ki, torpaq sahəsi 08.02.1995-ci il tarixdə Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə fərdi ev tikintisi üçün ayrılmış və o tarixlərdə də tikilmişdir. Eyni zamanda iddiaçı AR Torpaq Məcəlləsində istinad edərək guya ki, torpaq özbaşına zəbt olunmuşdur. Göstərilən torpaq sahəsi sərəncam əsasında fərdi ev tikintisi üçün ayrılmışdır. Göründüyü kimi, iddiaçının istinad etdiyi hüquqi aktlar və qanunlar torpaq sahəsinin sərəncam əsasında fərdi evin tikintisi üçün ayrılmasından və eyni zamanda həmin evin tikintisindən sonra qəbul edilmişdir. Azərbaycan Qanunvericiliyinə əsasən qəbul edilmiş qərar və aktları geriyə qüvvəsi yoxdur. Cavabdeh həmçinin göstərmişdir ki, evin aşmış hasarı onun tərəfindən bərpa edildikdən sonra onu məhkəməyə vermişlər, elə tikililər var ki, neft kəmərinin üzərində inşa edilmişdir, SOCAR heç ona qarşı tələb irəli sürməmişdir, neft kəməri üzərində olan bütün tikililər söküldükdən sonra onun da evi sökülə bilər. Göstərilənləri nəzərə alaraq cavabdeh iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. İş üzrə Səbail rayon İcra Hakimiyyətinin Başçısının fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə 466 saylı 08.02.1995-ci il tarixli sərəncamının kserosurətindən görünür ki, Badamdar qəsəbəsində fərdi evin tikintisi üçün X5 600 kv.m. torpaq sahəsi ayrılmışdır. İş üzrə Səbail rayon İcra Hakimiyyəti Başçısının Badamdar qəsəbəsində nümayəndəsi tərəfindən verilmiş 01.07.2008-ci il tarixli, 125 saylı cizgisindən görünür ki, Səbail rayon İcra Hakimiyyəti Başçısının 466 nömrəli, 08.02.1995-ci il tarixli sərəncamı ilə Bakı şəhəri Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 380 №-li sahədə yerləşən 600 kv.m. torpaq sahəsi X5 ayrılmışdır. İş üzrə 12.11.2010-cu il tarixdə X4 adından Cavabdeh Səbail rayon İH tərəfindən verilmiş 466 saylı 08.02.1995-ci il tarixli Sərəncamına əsasən Bakı şəhəri Badamdar qəsəbəsində yerləşən 600 kv.m. torpaq sahəsinə DTXK-dən kadastr planı almağa, torpaq sahəsinin üzərindəki tikililəri özəlləşdirməyə, yüklülük və məhdudiyyətin olmaması barədə arayış aldıqdan sonra həmin torpaq sahəsinə dair sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi etibar etməsi barədə yazılı səlahiyyətə dair etibarnamə Bakı şəhəri 28 saylı dövlət notariat kontoru tərəfindən 7E-20-8179 reyestr sayda qeydə alınaraq təsdiq edilmişdir. Etibarnamə 13.11.2109-cu il tarixədək qüvvədədir. İş üzrə SOCAR Təhlükəsizlik İdarəsinin 3 saylı komandasının qarovul rəisi S.Hüseynov, atıcı E.Süleymanov və NKİ QİB NBKXS-nin böyük mühəndisi M.İlyasov tərəfindən tərtib edilmiş 29.08.2021-cİ il tarixli aktın təsdiq edilmiş surətindən görünür ki, 29.08.2021-ci il tarixdə 1 saylı qarovulun 1-ci iş növbəsində saat 11.00-da 4-5 saylı postların (NKİ Şirvan-Böyükşor neft kəməri 92-115 k km və kəmərə birləşən Bibiheybət xətti, avtomobildə səyyar) ərazisində Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 2-ci küçə ünvanında, Şirvan-Böyükşor Dş 500 mm-lik yerüstü magistral neft kəmərinə birləşən, Bibiheybət Dş 300 mm-lik yerustü neft kəmərinin 2.8-ci km-də kəmərdən təxminən 20 metr aralıda, kəmərə paralel, 1-ci sırada, içərisində yaşayışı olan evin həyətində yeni tikinti işlərinin aparılması aşkar edilmişdir. İş üzrə Cavabdeh təqdim edilmiş 29.08.2021-ci il tarixli xəbərdarlığın təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsinə məxsus, hal-hazırda istismarda olan (Ş/B Dş 500 mm-lik birləşən Bibiheybət xətti Dş 300 mm-lik neft kəmərinin 2.8 km-liyində) magistral neft kəmərinin mühafizə zonasında tikinti işlərinin aparılmasının yolverilməz və qanuna zidd olması barədə müvafiq xəbərdarlıq edilir. Məlumat üçün bildirirlər ki, Azərbaycan Respublikası Prezidentinin 15.04.2002-ci il tarixli 685 saylı Fərmanı və Nazirlər Kabinetinin 02.11.2004-cü il tarixli 167 saylı Qərarı ilə neft kəmərlərinin mühafizə zonasında tikinti işlərinin aparılmasına məhdudiyyət müəyyən edilmişdir. Eyni zamanda nəzərinə çatdırırlar ki, neft kəmərinin mühafizə zonasında müvafiq qaydada icazə alınmadan tikinti işlərinin aparılmasına dair Azərbaycan Respublikası CM-nin 222-2-ci maddəsinə əsasən cinayət məsuliyyəti və müəyyən məbləğdə cərimələr nəzərdə tutulub. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 07.04.2022-ci il tarixli 10/1044 saylı rəyinə əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 2-ci küçədə Cavabdeh yaşadığı fərdi yaşayış evinin hasarı və həyətdə yerləşən yardımçı tikili ilə yaxınlıqdan keçən “Bibiheybət” Dş-300 mm-lik neft kəmərinin arasında olan məsafə 0,5 m, həmin neft kəməri ilə fərdi yaşayış evi arasında olan məsafə isə 20 m. təşkil edir. “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nın 6.3-cü bəndinə əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 2-ci küçədə Cavabdeh yaşadığı fərdi yaşayış evinin hasarı, həyətdə yerləşən yardımçı tikili və fərdi yaşayış evi “Bibiheybət” Dş-300 mmlik neft kəmərinin mühafizə zonasında yerləşir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, SOCAR-ın İddiaçı istismarında olan Şirvan- Böyükşor Dş-500 mm-lik yerüstu magistral neft kəmərinə birləşən Bibiheybət-Dş 300 mm-lik yerüstü neft kəmərinin 2.8 km-də kəmərdən təxminən 20 metr aralı məsafədə, kəmərə parallel, 1-ci sırada, kəmərin mühafizə zonasında, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi 2-ci küçə ünvanında Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi, hasar və darvaza tikililəri faktı aşkar olunmuşdur. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Səbail rayon İcra Hakimiyyəti Başçısının 466 saylı, 08.02.1995-ci il tarixli sərəncamına əsasən X5 fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində 600 kv.m. torpaq sahəsi ayrılmışdır. Səbail rayon İcra Hakimiyyəti Başçısının Badamdar qəsəbə nümayəndəliyi tərəfindən verilmiş 2008-ci il tarixli cizgisinə əsasən Dilan Mənəfova ayrılmış Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 380 nömrəli 600 kv.m. torpaq sahəsi yerləşdirilmişdir. Bakı şəhəri 28 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş 12.11.2010-cu il tarixli etibarnaməyə əsasən X2 rayon İH tərəfindən verilmiş 466 saylı 08.02.1995-ci il tarixli Sərəncamına əsasən Bakı şəhəri Badamdar qəsəbəsində yerləşən 600 kv.m. torpaq sahəsinə DTXK-dən kadastr planı almağa, torpaq sahəsinin üzərindəki tikililəri özəlləşdirməyə, yüklülük və məhdudiyyətin olmaması barədə arayış aldıqdan sonra həmin torpaq sahəsinə dair sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi Cavabdeh 13.11.2109-cu il tarixədək etibar etmişdir. İddiaçının irəli sürdüyü tələbdən görünür ki, cavabdeh tərəfindən özbaşına olaraq iddiaçıya ayrılmış torpaq sahəsində tikinti aparılmışdır və həmin tikintinin aparılması üçün qanunda nəzərdə tutulmuş hər hansı icazə alınmamışdır. Digər tərəfdən həmin tikili İddiaçı istismarında olan Bibiheybət-Yasamal Dş-300 mm-lik magistral neft kəmərinin mühafizə ərazisində yerləşir. Bu səbəbdən iddiaçı həmin tikintinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən təyin edilmiş ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 2-ci küçədə Cavabdeh yaşadığı fərdi yaşayış evinin hasarı və həyətdə yerləşən yardımçı tikili ilə yaxınlıqdan keçən “Bibiheybət” Dş-300 mm-lik neft kəmərinin arasında olan məsafə 0,5 m, həmin neft kəməri ilə fərdi yaşayış evi arasında olan məsafə isə 20 m. təşkil edir. “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nın 6.3-cü bəndinə əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 2-ci küçədə Cavabdeh yaşadığı fərdi yaşayış evinin hasarı, həyətdə yerləşən yardımçı tikili və fərdi yaşayış evi “Bibiheybət” Dş-300 mm-lik neft kəmərinin mühafizə zonasında yerləşir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən aparılan tikinti (inşa olunan fərdi yaşayış evi) neft kəmərinin mühafizə zonasında yerləşsə də, həmin tikintinin qanunsuz əsaslarla aparılması faktı öz təsdiqini tapmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin ona ayrılmış torpaq sahəsini zəbt edərək orada özbaşına tikili inşa etməsini göstərsə də, istinad etdiyi hallara dair məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Cavabdehin təqdim etdiyi sübutlardan məlum olmuşdur ki,Səbail rayon İcra Hakimiyyəti Başçısının 08.02.1995-ci il tarixli sərəncamına əsasən fərdi evin tikintisi üçün ayrılmış 600 kv.m. torpaq sahəsi Dilan Mənəfova məxsus olmuşdur. Səbail rayon İcra Hakimiyyəti Başçısının Badamdar qəsəbə nümayəndəliyi tərəfindən verilmiş 2008-ci il tarixli cizgisində Dilan Mənəfova ayrılmış Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 380 nömrəli 600 kv.m. torpaq sahəsinin yerləşdirilməsi öz əksini tapmışdır. Bakı şəhəri 28 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş 12.11.2010-cu il tarixli etibarnaməyə əsasən Dilan Mənəfov ona məxsus torpaq sahəsi ilə bağlı bütün sərəncam verilməsi hüquqları cavabdehə etibar etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı, cavabdeh tərəfindən aparılan tikintinin qanunsuz tikili olmasını və aparılan tikintinin qanunsuz əsaslarla aparılmasını iddia etməkdə haqlı hesab edilə bilməz. Məhkəmə həmçinin qeyd edir ki, tikinti o vaxtı qanunsuz hesab edilir ki, həmin tikinti, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla aparılsın. Məhkəmə qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsə də, həmin torpaq sahəsinin üzərindəki ev uzun müddət ərzində yaşayış sahəsi kimi istifadə olunur və tikili qanuni əsaslarla müvafiq icra hakimiyyətinin sərəncamı əsasında ayrılmış torpaq sahəsində inşa edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, mübahisəli tikilinin yanında və ətrafında çoxsaylı yaşayış evlərinin uzun illərdən bəri mövcud olması və yaşayış sahələri kimi istifadə olunması da cavabdehin təqdim etdiyi sənədlərdə öz əksini tapmışdır. Bu tikilinin əhatəsində çoxsaylı yaşayış evlərinin olmasını iddiaçı da təkzib etmir. Qeydə alınmasa da cavabdehin də həmin ərazidə yaşayan digər sakinlər kimi həmin evdə ailə üzvləri ilə eyni əsaslarla yaşamaq hüququ vardır. Ola bilsin ki, cavabdeh tərəfindən yaşadığı bu tikili üzərində təmir yaxud bərpa işləri aparılmasına cəhd edilsin, lakin bu hal da iddiaçıya əsas vermir ki, o, bütövlükdə inşa edilmiş evin kompensasiya ödəmədən tam sökülməsini tələb etsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” qərarına əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. «Məhkəmə və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 100-cu maddəsinin 2-ci hissəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məhkəmənin Van de Huk Niderlanda qarşı işi üzrə 19 aprel 1994-cü il tarixli qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). Göründüyü kimi həm mülki-prosessual qanunvericiliyin tələblərində, həm də insan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında işə baxılarkən tərəfin istinad etdiyi halların və faktların sübut edilməsi olduqca mühüm əhəmiyyətə malikdir. Eyni zamanda qanunvericilik məhkəmənin üzərinə təqdim edilmiş sübutları düzgün araşdırmaq və irəli sürülmüş dəlillərə təqdim edilmiş sübutlar əsasında hüquqi qiymət öhdəliyi qoyur ki, bu da təqdim edilmiş sübutların mötəbər, kifayət qədər güclü və aydın olmasını tələb edir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərdən görünüdyü kimi məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə məhkəmə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, qaldırılan iddia əsaslı hesab edilə bilməz və təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin olunmadığından, iş üzrə keçirilmiş ekspertiza xərci və ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Q Ə T E T D İ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR-ın) İddiaçı Cavabdeh qarşı SOCAR-ın İddiaçı istismarında olan Şirvan-Böyükşor Dş-500 mm-lik yerüstu magistral neft kəmərinə birləşən Bibiheybət-Dş 300 mm-lik yerüstü neft kəmərinin 2.8 km-də kəmərdən təxminən 20 metr aralı məsafədə, kəmərə paralel, 1-ci sırada, kəmərin mühafizə zonasında, Səbail rayonu, Badamdar qəsəbəsi,1-ci yaşayış massivi 2-ci küçə ünvanında Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin, hasarın və darvazanın cavabdehin hesabına sökülərək ərazidən çıxarılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə iddia tələbi əsassız olduğu üçün təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR-ın) İddiaçındən dövlət nəfinə iş üzrə keçirilmiş ekspertiza xərci – 102 (yüz iki) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-179/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-179/2022
10.05.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver