Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1803/2021 22.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Mən, Səbail Rayon Məhkəməsinin hakimi Bağırova Mədinə Ağacavad qızı, iddiaçılar İddiaçı1 və İddiaçı2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxslər qismində Sumqayıt şəhəri üzrə İcra İdarəsi və «xxxx» ASC işə cəlb edilməklə cavabdeh «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı «qanunsuz keçirilmiş hərracın etibarsız hesab edilərək, nəticələrinin ləğv edilməsi» tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, MÜƏYYƏN E T D İ M: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onlara məxsus Sumqayıt şəhəri, 20ci mikrorayon ünvanında yerləşən 9 B saylı fərdi yaşayış evi və 0,0581 ha torpaq sahəsinin 82.875 manata cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü tərəf «xxxx» ASC-yə satılması haqqında cavabdeh «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətini tərəfindən 26 aprel 2019-cu il tarixdə keçirilmiş hərracın yekunları barədə Y-128 nömrəli protokol etibarsız hesab edilərək, həmin hərracın nəticələrinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin ərizəni nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən, iddia ərizəsində iddiaçının tələbi, onun öz tələblərini əsaslandırdığı hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. İddia ərizəsindən görünür ki, iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər (qətnamənin surəti,iddia ərizəsinin surətləri və s.) iddia ərizəsinə əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə görə, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Adı çəkilən Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçılar İddiaçı1 və İddiaçı2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxslər qismində Sumqayıt şəhəri üzrə İcra İdarəsi və «xxxx» ASC işə cəlb edilməklə cavabdeh «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı «qanunsuz keçirilmiş hərracın etibarsız hesab edilərək, nəticələrinin ləğv edilməsi» tələbinə dair iddi ərizəsi geri qaytarılsın. İddiaçıya izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan 10 (on) gün müddətində Səbail rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-1803/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1803/2021
22.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver