Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1819/2020 07.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əliyeva Aygün Həsən qızının katibliyi ilə, İddiaçı, Cavabdeh «Azərişıq» Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh «Azərişıq» Açıq Səhmdar Cəmiyyətinə qarşı aktın ləğvi və həmin akta əsasən hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «Azərişıq» Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanına yazılmış 019499 nömrəli NDM seriyalı Aktın qanunsuz hesab edilib ləğv edilməsi və həmin Akta əsasən hesablanmış borcun silinməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslanrdırmışdır ki, xx.xx.2020-ci il tarixində Səbail rayonu, Yujnaya Baıyl, ev (bina) 0001, mənzil 0000 ünvanda qeydiyyatda olan İddiaçı adına olan № **********6M saylı, kod:**********10000 sayğacın sahə nəzarətçisi ödəniş qəbzini təqdim etmişdir və həmin məbləğ ödənilmişdir. xx.xx.2020-ci il tarixində Azərişıq ASC tərəfindən sayğaca baxış keçirilib və sayğacın yararsız olduğu haqqında akt tərtib olunmuşdur. xx.xx.2020-ci il tarixində sayğac yenisi ilə əvəz olunmuşdur və köhnə sayğac labaratoriyada yoxlanıb və «möhür normal, sayğac daxili qüsurdan işləmir, yararsızdır, oxunmur» rəyi verilmişdir. Rəy olduğu halda Azərişıq ASC tərəfindən əsassız olaraq 707.53 manat cərimə yazılmışdır. Məhkəmə iclasında dindirilmiş İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etdi və eləcə də bildirdi ki, ona məxsus sayğac Məhkəmə iclasında dindirilmiş cavabdehin etibarnamə əsasında nümayəndəsi X2 iddianı qəbul etməyərək öz izahatında göstərmişdir ki, xx.xx.2020-ci il tarixində Azərişıq ASC-nin əməkdaşları tərəfindən sayğaca baxış keçirilib və sayğacın yararsız olduğu haqqında akt tərtib olunmuşdur. Hesab edir ki, akt qanuni əsaslarla tərtib edilmiş və onun ləvğ edilməsi üçün heç bir əsas yoxdur. Digər tərəfdən hesablanmış borc da qanuni əsasla olmuşdur. Göstərilənləri nəzərə alaraq cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, həcmi artırılmış iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarında olan 019499 NDM nömrəli, xx xxxxxx 2020-ci il tarixli aktdan görünür ki, Azərişıq ASC-nin əməkdaşları tərəfindən sayğaca baxış keçirilib və sayğacın yararsız olduğu haqqında akt tərtib olunmuşdur. İş materiallarında olan bildirişdən görünür ki, İddiaçı «Azərişıq» Açıq Səhmdar Cəmiyyətinə 707,53 manat borcu var. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. «İstehlakçıların müdafiəsi haqqında» xx xxxxxxxx 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. «İstehlakçıların müdafiəsi haqqında» xx xxxxxxxx 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə qaydaları»nın 7.6cıbəndinəəsasənenerjitəchizatı müəssisəsiiləistehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılmasıüçün enerjiötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğaclarıilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri — cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir vəistismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. GöstərilənQaydaların8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Yujnaya Bayıl. Ev 0001 elektrik sayğacında cavabdeh təşkilatın əməkdaşları tərəfindən xidməti yoxlama aparılmış və elektrik sayğacda yoxlama zamanı məlum olmuşdur ki, elektrik sayğacı işləmir, sayğac sxemdən keçən elektrik yükünü qeyd etmir, elektron baxış tablosu oxunmur. Bununla əlaqədar iddiaçı barəsində xx.xx.2020-ci il tarixdə 019499 NDM saylı akt tərtib edilmiş və akt əsasında iddiaçıya 707,53 manat əlavə ödəniş hesablanmışdır. AzərbaycanRespublikasıNazirlərKabinetinin xx xxxxxx 2005-ciiltarixli 18 saylıqərarıilətəsdiqolunmuş «Elektrikenerjisindənistifadəqaydaları»nın 7.11cibəndinəəsasənyaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinəşərait yaratmağa borcludur. Məhkəməiclasındahəmçininmüəyyənedilmişdirki, iddiaçıya məxsus mənzilə dair elektrik enerji sərfiyyatını hesablayan sayğac 18 avqust2020-ci il tarixdə laboratoriya şəraitində yoxlanılmış, bununlabağlı191989 saylıprotokoltərtibedilmişvə yoxlama zamanıabonenttərəfindən sayğacamüdaxiləolunmasıaşkarolunmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçının mənzilinə quraşdırılmış sayğacın laboratoriya şəraitində yoxlanılması zamanı onun iştirakı təmin edilməmişdir. Yəni protokol qanun pozuntusu ilə tərtib edilmişdir ki, bu da sübut növü kimi məhkəmə tərəfindən qəbul edilə bilməz. Həmçininxx.xx.2020-ci il tarixdə sayğaca baxış zamanı müəyyən edilmiş sayğac göstəricisi qüsurlu sayğacın göstəricisi kimi qəbul edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, qüsurlu sayğac göstəricisinə uyğun hesablanmış borc qanuni hesab edilə, həmçinin həmin göstəricinin mövcudluğunu təsdiq edən sayğacların laboratoriya şəraitində yoxlanılmasına dair protokolda məhkəmə tərəfindən sübut növü kimi qəbul edilə bilməz. Ona görə də həmin borc iddiaçının abunə hesabından silinməlidir. Məhkəmə iddia tələbinin xx.xx.2020-ci il tarixli aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış pulun silinməsi hissəsi üzrə qeyd edir ki, həmin akt sayğacda mövcud olmuş qüsura görə tərtib edilmişdir.Ona görə məhkəmə bu hissədə iddia tələbin əsassız hesabedir. AR MPM-nin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Bakı şəhəri, Səbail rayonu, Yujnaya (Cənub) Bayıl küçəsi, 0001 saylı ünvan üzrə İddiaçı **********10000 saylı abunə hesabından 707,53 (yeddi yüz yeddi manat əlli üç qəpik) manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-1819/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1819/2020
07.10.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver