Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1823/2021 13.09.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əkbərli Leyla Mirfazil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-ə ödənilmiş 112.000 (yüz on iki min) manat pulun cavabdehdən alınıb İddiaçı qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, mənzil tikintisi fəaliyyəti ilə məşğul olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında 23 fevral 2018-ci il tarixdə «kooperativ binada mənzil tikintisi haqqında» müqavilə bağlanmışdır. İstinad edilən müqavilənin 1.1 bəndinə görə "xxxx" MMC Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi ünvanda inşa etdiyi birinci binanın «D» blokunun 8-ci mərtəbəsindəki 3 otaqdan ibarət ümumi sahəsi 140-kv.metr olan 51-ci mənzili «Payçı»ya verməyi, «Payçı» isə mənzili qəbul edib müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ona ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilənin 1.1-ci bəndi ilə üzərinə götürdüyü öhdəliyi müqavilənin bağlandığı gün icra edərək, "xxxx" MMC-nin Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsində inşa etdiyi birinci binanın «D» blokunun 8-ci mərtəbəsindəki 3 otaqdan ibarət, ümumi sahəsi 140-kv.metr olan 51-ci mənzilin hər kv.metrinə görə "xxxx" MMC-yə 800 (səkkiz yüz) manat, ümumilikdə 140x800=112.000 (yüz on iki min) manat nəğd şəkildə ödəyib müvafiq maliyyə arayışı almışdır. İddiaçı üzərinə götürdüyü öhdəliyin 23.02.2018-ci il tarixdə icra edilməsi cavabdeh tərəfindən ona verilmiş maliyyə arayışı ilə təsdiq olunmuşdur. Belə ki, "xxxx" MMC tərəfindən təqdim edilmiş 23.02.2018- ci il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi, Ə.Əhmədov ünvanda tikilməkdə olan Bina 1, «D» bloku, Mərtəbə 8, sahəsi 140-kv.metr olan 3 otaqlı, 51- saylı məzilin tikinti dəyərini ünvan 2 ünvanda qeydiyyatda olan «Payçı» adlanacaq vətəndaş İddiaçı (Şəx.Vəs. № AZE ********, ASAN 2-1, 21.04.2014-cü il) tam ödəmişdir. MMC-yə borcu yoxdur. Göründüyü kimi, İddiaçı müqavilə ilə üzərinə götürdüyü öhdəliyi yubatmadan və tam şəkildə icra etmişdir. Lakin cavabdeh müqavilənin bağlandığı vaxtdan 3-ildən artıq müddət keçməsinə baxmayaraq, cavabdeh öhdəliyinin icrasına ümumiyyətlə başlamamışdır. Belə ki, cavabdehlə aralarında müqavilə bağlanarkən birinci binanın D blokunun 7-ci mərtəbəsinin inşası artıq tamamlanmış vəziyyətdə idi. Lakin müqavilənin bağlandığı vaxtdan 3 ildən artıq müddət keçməsinə baxmayaraq cavabdeh D blokun tikintisini ümumiyyətlə davam etdirməmiş və tikinti işlərini davam etdirməməsnin səbəbləri barədə payçılara hər-hansı formada məlumat verməmişdir. Müqavilənin bağlandığı vaxtdan ötən 3 ildən artıq müddət ərzində cavabdehdən öhdəliyini icra etməsini, əks təqdirdə ödənilmiş pul məbləğini geri qaytarmasını tələb etməklərinə baxmayaraq, cavabdeh tələblərinə ümumiyyətlə əhəmiyyət verməmişdir. Eyni zamanda ona etdikləri şifahi və yazılı müraciətlərə də əhəmiyyət və cavab verməmişdir. Cavabdehin 23 fevral 2018-ci il tarixdə bağlanmış «kooperativ binada mənzil tikintisi haqqında» müqavilə ilə üzərinə götürdüyü öhdəliyin icrasına 3 ildən artıq müddət ərzində başlamaması, ödədikləri pul məbləğinin geri qaytarmaması, müraciətlərinə isə cavab və əhəmiyyət verməməsi, cavabdehin öhdəliklərini icra etmək niyyətində olmadığını təsdiq edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1 -ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, onlar mənzil alan zaman 3-4 aya tikintinin bitəcəyini demişlər. Kv.m-i ***-**** manat idi, nağd şəkildə pulu ödəmişdir. Pulun hamısını ödəmiş və maliyyə arayışı almışdır. O zaman bina 7-ci mərtəbədə idi, 5 ilə hələ də tikilib-qurtarmayıb. Bir neçə dəfə müraciət etmişlər, gah başqa binadan ev verəcəklərini deyiblər, gah da qovublar, qəbul etməyiblər. Daha tikib-verəcəklərinə inanmır. Bu səbəbdən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin 17.08.2021-ci il tarixli iclasında iştirak etmiş cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirmişdir ki, iddiaçının maliyyə arayışı var, onlar onun hüquqlarını poza bilməzlər. Çox təəssüf ki, MTK-lar maliyyə arayışında qiymət göstərmir. Lakin tərəf də bunu tələb etməli idi. Əvvəl kv.m-i 500-550 manat olub, indi heç 800 manat deyil. Binanın tikintisi davam edir. Müqavilədə evi başqasına satıb pulu ödəmək şərti də var, buna da etiraz etmirlər. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib belə hesab edir ki, iddia əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC (MMC-nin direktoru X2) ilə İddiaçı arasında bağlanmış 23 fevral 2018-ci tarixli müqavilədən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi ünvanda inşa etdiyi birinci binanın «D» blokunun 8-ci mərtəbəsindəki 3 otaqdan ibarət ümumi sahəsi 140-kv.metr olan 51-ci mənzilini “Payçı”ya verməyi, “Payçı” isə həmin mənzili qəbul etməyi və müəyyənləşdirilmiş mənzil haqqının vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. İş materiallarında olan 23 fevral 2018-ci il tarixli ərizəsindən görünür ki, İddiaçı "xxxx" MMC-yə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi ünvanda inşa etdiyi birinci binanın «D» blokunun 8-ci mərtəbəsindəki 3 otaqdan ibarət ümumi sahəsi 140-kv.metr olan 51-ci mənzilinin öz adına rəsmiləşdirilməsini xahiş etmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən İddiaçı verilmiş 23.02.2018-ci il tarixli maliyyə arayışından görünür ki, "xxxx" MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi ünvanda inşa etdiyi birinci binanın «D» blokunun 8-ci mərtəbəsindəki 3 otaqdan ibarət ümumi sahəsi 140-kv.metr olan 51-ci mənzilin ümumi dəyərini tam ödəmişdir, borcu yoxdur. İş materiallarında olan İddiaçı tərəfindən "xxxx" MMC-yə ünvanlanmış pretenziya məktubundan görünür ki, Qlobal SF” MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi ünvanda inşa etdiyi birinci binanın «D» blokunun 8-ci mərtəbəsindəki 3 otaqdan ibarət ümumi sahəsi 140-kv.metr olan 51-ci mənzilin ona təhvil verilmədiyi qeyd edilmiş, bu səbəbdən ödədiyi 112.000 manat məbləğində pulun və həmin pulun 3 il əsassız saxlanılması və ondan qanunsuz istifadə edilməsinə görə müvafiq kompensasiya ödəməklə nağd şəkildə ona qaytarılması təklif etmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında internet vergi idarəsindən çıxarışdan görünür ki, "xxxx" MMC-nin qanuni təmsilçisi X1r. Beləliklə, məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, "xxxx" MMC (MMC-nin direktoru X2) ilə İddiaçı arasında bağlanmış 23 fevral 2018-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi ünvanda inşa etdiyi birinci binanın «D» blokunun 8-ci mərtəbəsindəki 3 otaqdan ibarət ümumi sahəsi 140-kv.metr olan 51-ci mənzilini “Payçı”ya verməyi, “Payçı” isə həmin mənzili qəbul etməyi və müəyyənləşdirilmiş mənzil haqqının vaxtında ödənilməsini öhdəsinə götürmüş, mənzilin dəyəri 112.000 manat məbləğində olmaqla, "xxxx" MMC tərəfindən İddiaçı verilmiş 23 fevral 2018-ci il tarixli maliyyə arayışına əsasən "xxxx" MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi ünvanda inşa etdiyi birinci binanın «D» blokunun 8-ci mərtəbəsindəki 3 otaqdan ibarət ümumi sahəsi 140-kv.metr olan 51-ci mənzilin ümumi dəyərini tam ödəmişdir. Lakin "xxxx"-MMC üzərinə düşən öhdəliyi icra etməmiş, hazırki vaxtadək Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi ünvanda inşa etdiyi birinci binanın «D» blokunun 8-ci mərtəbəsindəki 3 otaqdan ibarət ümumi sahəsi 140-kv.metr olan 51-ci mənzilini “Payçı”ya təhvil verməmişdir. Cavabdehin nümayəndəsi məhkəməyə 13.09.2021-ci il tarixdə ərizə ilə müraciət edərək həmin müqavilə əsasında iddiaçıya satılmış mənzilin hər-bir kvadratmetri dəyərinin 500 manat olduğunu, öhdəliyi icra etmək niyyətində olduqlarını bir il ərzində tikinti işlərini yekunlaşdırıb iddiaçıya mənzili təhvil vermək istədiklərini bildirmişdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən müqavilədə nəzərdə tutulmuş öhdəlik icra edilmədiyindən, iddiaçı ödənilmiş 112.000 manat məbləğində pul vəsaitinin qaytarılmasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.1-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. (MM 427.2.) Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin müəyyən edilmiş hallarından da göründüyü kimi, "xxxx" MMC İddiaçı ilə arasında bağlanmış 23 fevral 2018-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi ünvanda inşa etdiyi birinci binanın «D» blokunun 8-ci mərtəbəsindəki 3 otaqdan ibarət ümumi sahəsi 140-kv.metr olan 51-ci mənzili “Payçı”ya, yəni İddiaçı verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 4.1-ci bəndinə əsasən, “Cəmiyyət” binanı tikərkən binanın karkası və bütün hörgü işlərini, binanın fasadının lahiyədə razılaşdırılmış qaydada yerinə yetirilməsini, binanın daxilində (bloklar) və xaricində bütün suvaq işlərini, daxili elektrik vətelefon xəttlərinin çəkilməsini, binanın fasadındakı pəncərə və qapıların plastikdən qoyulmasını, mənzillərin giriş qapılarının və qıfıllarının qoyulmasını, su və kanalizasiya sistemlərində uyğun dayaqların qoyulması və axıtmaya qarşı yoxlanılmasını, yanğınsöndürməyə qarşı su xəttinin və kranların quraşdırılmasını, sərnişin və yük liftlərinin alınması və quraşdırılmasını, mənzil daxili arakəsmələrin hörülməsi və suvanmasını, ərazinin tikinti tullantılarından təmizlənməsini, ərazidə abadlıq işlərinin həyata keçirilməsini - tikinti-quraşdırma işlərini yerinə yetirməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh həmin müqavilə əsasında iddiaçıya satılmış mənzilin hər-bir kvadratmetri dəyərinin 500 manat olduğunu bildirsə də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İşin müəyyən edilmiş hallarından və tərəflərin izahatarından da göründüyü kimi "xxxx"-MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi, Ə.Əhmədov ünvanında olan İddiaçınna müqavilə üzrə verilməsi nəzərdə tutulan birinci binanın «D» blokunun 8-ci mərtəbəsindəki 3 otaqdan ibarət ümumi sahəsi 140-kv.metr olan 51-ci mənzilin yerləşdiyi binanın tikinti işlərinin başa çatdırılması, iddiaçıya mənzilinin təhvil verilməsi və satılmış mənzilin hər-bir kvadratmetri dəyərinin 500 manat olduğu barədə hər hansı bir mötəbər və tutarlı sübut məhkəməyə təqdim edilməmişdir. Göstərilən qanunvericilik aktı normalarını və cavabdehin göstərilən müqavilə əsasında müqavilədə nəzərdə tutulmuş yaşayış sahəsini ağlabatan müddət ərzində iddiaçıya təhvil verməli olmasını, müqavilə bağlanan vaxtdan 3 ildən artıq vaxt keçməsinə baxmayaraq Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış məntəqəsi, Ə.Əhmədov ünvanında olan İddiaçı müqavilə üzrə verilməsi nəzərdə tutulan birinci binanın «D» blokunun 8-ci mərtəbəsindəki 3 otaqdan ibarət ümumi sahəsi 140-kv.metr olan 51-ci mənzilin yerləşdiyi binanın tikinti işlərinin yekunlaşdırılıb təhvil verilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, cavabdeh tərəflər arasında bağlanmış müqaviləni əhəmiyyətli dərəcədə pozmuş və iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdeh "xxxx" MMC-dən 112000 (yüz on iki min) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: Cavabdeh "xxxx" MMC-dən 112000 (yüz on iki min) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-1823/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1823/2021
13.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver