Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1837/2020 16.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim İlkin Şahin oğlu Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi, İlkin iddia üzrə iddiaçının nümayəndəsi X2, ilkin iddia üzrə Cavabdeh və onun nümayəndəsivəkili X1 iştirakı ilə İlkin iddia üzrə İddiaçı MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair ilkin, habelə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı “müqavilənin ləğvi” iddiası üzrə mülki işə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı «pul»tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 4420 manat təhsil haqqı borcunun, 2096 manat hesablanmış cərimənin və ödədiyi 30 (otuz) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehin övladları Nikol və Ceydanın təhsil almaqları məqsədilə iddiaçı ilə cavabdeh arasında 2019-2020-ci il tədris ili üçün xx.xx.2019-cu il tarixdə müqavilələr bağlanmışdır. Müqavilələrə əsasən cavabdeh ümumilikdə illik 10,620 manat məbləğindəki təhsil haqqını iddiaçıya ödəməyi öhdəsinə götürsə də, öhdəliklərini icra etməmişdir. Göstərilənlərə əsasən iddianın təmin olunması xahiş olunur. Eyni zamanda Cavabdeh İddiaçı MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, xx xxxxxxxx 2019-cu il tarixli müqavilələrin ləğvi və vəkilə ödənilmiş 500 manat məbləğində pulun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsasdırılmışdır ki, “Məktəb” müqavilədə nəzərdə tutulmuş bu və digər vəzifələri icra etməmişdir. Bu səbəbdən də müqavilələr ləğv edilməlidir. Məhkəmə iclasında iştirak etmiş ilkin iddia üzrə iddiaçının nümayəndəsi-vəkili iddia ərizəsini müdafiə edərək, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia ərizəsini müdafiə edib, ilkin iddia ərizəsinə etiraz edərək və qarşılıqlı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, qarşılıqlı iddianın təmin olunması, ilkin iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, məktəb onunla bağladığı müqavilənin şərtlərinə əməl etməmişdir. Dərslər onlayn keçirildiyi müddətdə uşaqlar nə nəqliyyatdan istifadə etmiş, nə də məktəb tərəfindən yeməklə təmin olunmamışdırlar. Məhkəmə iclasında iştirak etmiş ilkin iddia üzrə cavabdehin nümayəndəsi-vəkili qarşılıqlı iddia ərizəsini müdafiə edib, ilkin iddia ərizəsinə etiraz edərək və qarşılıqlı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, qarşılıqlı iddianın təmin olunması, ilkin iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 izahatında bildirmişdir ki, “İddiaçı” MMC müqavilə ilə öz üzərinə düşən öhdəliyi yetərincə icra etməmişdir. Belə ki, onlayn dərslər keçirilən zaman Leyla müəllimədən başqa heç bir müəllimə tərəfindən şagirdlərə normal dərslər keçirilməmişdir. Onun da uşağı həmin məktəbdə tədris alırdı. Lakin məktəbin dərs keçmə səviyyəsinin aşağı olmasına görə o, uşağını həmin məktəbdən çıxaraq başqa məktəbə yollamışdır. Məktəb valideynlərə etdiyi qiymət güzəştində aşağı dərəcədə güzəşt etməklə onların hüquqlarını kobud şəkildə pozmuşdur. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları yoxlayıb, iddia ərizəsinin dəlillərini nəzərə alaraq hesab edir ki, ilkin iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalı, qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2019-cu il tarixli 108 nömrəli müqavilədən görünür ki, həmin müqavilə ilə Cavabdeh tədris mərkəzi ilə övladı X3 5310 AZN illik ödəniş müqabilində sözügedən tədris mərkəzində təhsil alacağı barədə razılığa gəlmişdir. xx.xx.2019-cu il tarixli 107 nömrəli müqavilədən görünür ki, həmin müqavilə ilə Cavabdeh tədris mərkəzi ilə övladı X6 5310 AZN illik ödəniş müqabilində sözügedən tədris mərkəzində təhsil alacağı barədə razılığa gəlmişdir. İddiaçı MMC-nin 2019/2020-ci tədris ilinin mart-iyun ayları üzrə təhsil haqqına güzəşt barədə 20 nömrəli əmrinin surətindən görünür ki, bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi dayandırıldığından və dərslər onlayn qaydada həyata keçirildiyindən cari ilin mart, aprel, may və iyun ayları üzrə ödənilməli təhsil haqqı məbləğlərinə valideynlərin maddi vəziyyəti nəzərə alınaraq müəyyən məbləğlərdə güzəşt edilmişdir. İddiaçının təqdim etdiyi xx.xx.2020-ci il tarixli arayışlardan görünür ki, cavabdehin hər müqavilə üzrə ayrı-ayrılıqda 2212 manat əsas borc, 1040 və 1048 manat cərimə borcları vardır. Beləliklə məhkəmə iclasında müəyyən olunmuşdur ki, tərəflər arasında yazılı formada bağlanmış razılaşmaya əsasən, cavabdeh uşaqlarının İddiaçı MMC-də təhsili barəsində iddiaçı ilə yazılı razılıq imzalamış və hər tədris ili üçün hər uşağa görə müvafiq olaraq 5310 manat pul ödəməyi öhdəsinə götürmüşdür. Lakin buna baxmayaraq cavabdeh tərəfindən hər müqavilə üzrə 3098 manat pul ödənilmiş, qalan məbləğ isə ödənilməmişdir. Məhkəmə işə hüquqi qiymət verərək hesab edir ki, tərəflər arasında yazılı olaraq razılaşma əsasında xidmət haqqındamüqavilə bağlanmaqla Az. Res. Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. Bundan başqa tərəflər arasında bağlanmış müqavilənin 2.1.12-ci bəndində qeyd olunmuşdur ki, iddiaçı qarşısıalınmaz hadisələr nəticəsində tədrisin pozulmasına və başqa mənfi hallara görə məsuliyyət daşımır. Məhkəmə qeyd edir ki, respublikada baş verən pandemiya fors major hal hesab edilir və tərəflərdən heç birinin iradəsindən asılı deyildir. İddiaçı isə müqavilə ilə təsbit olunduğu kimi həmin hal üzrə heç bir məsuliyyət daşımır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd olunan maddi hüquq normalarına və işin hallarına əsaslanaraq məhkəmə hesab edir ki, cavabdeh yerinə yetirməli olduğu öhdəliyini icra etmədiyi üçün, 4424 manat pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki,ilkin iddia tələblərinin ödənişi gecikdirməyə görə hesablanmış cərimə pulunun tutulması hissəsi də qismən əsaslı hesab edilərək, qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 462.3-cü maddəsinə görə müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Eyni zamanda məhkəmə müqavilədən irəli gələn əsas borcun 4424 manat müəyyən olunduğu halda, borclunun ödənişi gecikdirməsinə görə hesablanmış 2096 manat cərimə (dəbbə) məbləğinin tənasübsüz surətdə yüksək məbləğ hesab edir və həmin dəbbə pulunu azaldaraq 200 manat müəyyən edilməsini cavabdehin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasəntərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məhkəmə yekunda belə qənaətə gəlir ki, qarşılıqlı iddia üzrə iddiaçı cavabdehin öz üzərinə götürmüş olduğu öhdəlikləri yerinə yetirmədiyini bildirsə də, bu halı təsdiq edə biləcək mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən Cavabdeh Məktəb qarşısında öz üzərinə götürmüş olduğu öhdəliyi yerinə yetirməmiş sayılmalı və 4424 manat əsas borc, 200 manat məbləğində cərimə borcu Cavabdeh tutulmalı, qarşılıqlı iddia ərizəsi isə onun əsaslarına dair heç bir sübut təqdim edilmədiyindən təmin edilməməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri MPM-nın 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırki iddia qismən təmin olunduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 20 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nın 216-220-ci, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. 4424 manat məbləğində pul vəsaiti, 200 manat cərimə borcu və iddianın qaldırılması ilə bağlı ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 20 manat hissəsi olmaqla ümumilikdə 4644 manat pul vəsaiti Cavabdehndan tutulub İddiaçı MMC-yə ödənilsin. Qarşılıqlı iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ
Məhkəmə qərarları › İş №2(009)-1837/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1837/2020
16.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver