Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-187/2022 03.03.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyeva Leyla Mirfazil qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 iştiraklarıı ilə, İddiaçı (41 saylı Dövlət Notariat Kontoru və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən 3-cü şəxs) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alğı-satqı müqaviləsinin və reyestrdən çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı (41 saylı Dövlət Notariat Kontoru və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən 3-cü şəxs) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı məhkəmədə iddia qaldıraraq, İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış, 41 saylı notariat kontorunda təsdiq edilmiş 24 may 2007-ci il tarixli alğı-satqı müqaviləsi və həmin alğı-satqı müqaviləsi əsasında Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın (qeydiyyat vəsiqəsi) etibarsız hesab edilməsi, Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsi 6 nömrəli evin 42 saylı mənzili üzərində İddiaçı adına qeydə alınmış reyestr kitabında 874, səhifə 131213 qeydəalma № 30/131213, 14.11.2007-ci il tarixli qeydiyyat vəsiqəsi üzrə qeyd yazısının bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. İddiaçı 14.12.2021-ci il tarixdə iddia ərizəsinə əlavə verərək İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış, 41 saylı notariat kontorunda təsdiq edilmiş 24 may 2007-ci il tarixli alğı-satqı müqaviləsi və həmin alğı-satqı müqaviləsi əsasında Cavabdeh2 adına verilmiş 05.07.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli, **********03-05101-093005 reyestr nömrəli çıxarış (qeydiyyat vəsiqəsi) etibarsız hesab edilməsi, Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsi 6 nömrəli evin 42 saylı mənzili üzərində İddiaçı adına qeydə alınmış reyestr kitabında 874, səhifə 131213 qeydəalma № 30/131213, 14.11.2007-ci il tarixli qeydiyyat vəsiqəsi üzrə qeyd yazısının bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, 1988-ci ildə Cavabdeh1 ilə nikaha girmişdir. Belə ki, Cavabdeh1 həmin vaxt Abşeron rayon Polis İdarəsinin pasport-masa rəisi idi, rütbəsi də polis mayoru idi. Həmin vaxt o, nikahın bağlanılması barədə şəhadətnaməni ailəsinə göstərmiş, ailəsi də bu evlənməyə razılıq vermişdi. Həmin nikah kağızı da bir neçə gün onda qalmışdı. Beləliklə, o, 1988-ci ildə ünvan 1 ünvanında yerləşən mənzilə köçdü və orada ər-arvad kimi yaşamağa başladılar. Şahin Məmədovun 3 uşağı var idi, çox mehriban yaşayırdılar, heç bir pis münasibət yox idi, ögey-doğmalıq hiss eləmirdilər. 1997-ildə iddiaçının atası X1 elə həmin Teymur Elçin küçəsində yaşadıqları 6 saylı evin 43 saylı mənzili ilə üzbəüz yerləşən 1 otaqlı 42 saylı mənzilini onun adına alğısatqı yolu ilə bir rus qadınından almış və onun adına mülkiyyət sənədi verilmişdi. Həmin mənzilə qeydiyyata düşmüş, hazırda da orada yaşayış yeri üzrə qeydiyyatdadır. 1997-ci ildə razılığa gəldilər ki, ona məxsus Teymur Elçin kçəsində yerləşən 6 saylı evin 42 saylı bir otaqlı mənzili kirayəyə versinlər. Ona görə də Cavabdeh1 təklif etdi ki, ona etibarnamə verib ki, o bu mənzili kirayəyə verə bilsin. İddiaçı etibarnamə vermiş, həmin etibarnamə əsasında Cavabdeh1 42 saylı 1 otaqlı mənzili Filippin vətənadaşı olan-xarici vətəndaşa 10 il müddətinə kirayəyə verdi. Kirayə haqqını ya özü, ya da oğlu Musa götürürdü. Hazırda da bu mənzil başqa bir qadına kirayəyə verilmişdir, o həmin mənzildə kirayədə yaşayır. Cavabdeh1 oğlu Cavabdeh2 evləndikdən sonra qərara gəldilər ki, Teymur Elçin küçəsində yaşadıqları 6 saylı evin 43 nömrəli mənzlini Musaya versinlər və özləri Buzovna qəsəbəsində C.Mirzəyev küçəsi 20 saylı ünvanda yerləşən cavabdehin atasına məxsus fərdi yaşayış evinə köçdülər. Təxminən bir il bundan qabaq o Cavabdeh1 Teymur Elçin küçəsində yerləşən ona məxsus 6 saylı evin 42 saylı mənzilinin mülkiyyət sənədini istəmişdir. O səbr et verərəm, evi neynəyirsən bildirmişdir. Təxminən 3 ay bundan qabaq yenidən ondan evinin sənədlərini, həm də nikah kağızını istədi, yenə də dedi ki, “ neyləyirsən onu, o boş kağızdır”. İddiaçı qeyd edir ki, mənzillə bağlı bütün sənədlər həmişə Cavabdeh1 olub. Bundan sonra o, Səbail rayon Qeydiyyat şöbəsinə nikahla bağlı müraciət etmişdir. Qeydiyyat şöbəsi 14 oktyabr 2021-ci il tarixli arayış ilə bildirmişdir ki, Ədliyyə Nazirliyinin qeydiyyat orqanlarında olan məlumata görə Allahverdiyeva Şüküfə Kərim qızı 24.11.1978-ci ildə (akt qeydi №198) Bərdə rayon Qeydiyyat şöbəsində X5 ilə nikaha daxil olaraq “Həsənova” soyadını qəbul etmiş və Bərdə rayon Məhkəməsinin 04.03.1987-ci ildə 18№ li akt qeydi ilə Bərdə rayon Qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır. 04.03.1987-ci ildən 14.10.2021-ci ilədək olan dövr ərzində İddiaçı nikah haqqında akt qeydi aşkar edilməmişdir (Arayış əlavə olunur). Bundan sonra o 41 saylı notariat kontoruna müraciət etmiş, orada dedilər ki, sənədlər arxivdədir. O arxivə müraciət etmiş və məlum oldu ki, Cavabdeh1 onun ona verdiyi etibanamədən istifadə etməklə 24 may 2007-ci ildə ona məxsus olan Bakı şəhəri, Teymur Elçin küçəsi 6 saylı evin 42 saylı mənzilini oğlu Cavabdeh2 25.890 (iyirmi beş min səkkiz yüz doxsan) manata satmış”, həmin vaxtdan da mənzil onun mülkiyyətinə keçmişdir. İş üzrə vəkil sorğu verərək Dövlət Notariat Arxivindən notariat işinin surətini əldə etmiş, həmin notariat işi əlavə olunur. Eyni zamanda DƏDRX-dən arayış alınmış və orada 41 saylı notariat kontorunda təsdiq edilmiş 24 may 2007-ci il tarixli müqavilə əsasında Cavabdeh2 bu mənzilin mülkiyyətçisi olduğu qeyd edilmişdir. (Arayış əlavə olunur). Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Qanuvericliyin bu normasına əsasən, əgər Cavabdeh1 onun ona verdiyi 28 avqust 2006-cı il tarixli etibarnamədən istifadə etməklə 24 may 2007-ci ildə ona məxsus olan Bakı şəhəri, Teymur Elçin küçəsi 6 saylı evin 42 saylı mənzilini oğlu Cavabdeh2 25.890 (iyirmi beş min səkkiz yüz doxsan) manata “satmışsa”, belə halda təmsil edilənin, yəni onun mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Əgər həqiqətən bu mənzil 25.890 (iyirmi beş min səkkiz yüz doxsan) manata “satılmışsa”, həmin vəsaiti Cavabdeh1 mənimsəməyə haqqı yoxdur, həmin vəsaiti ona verməyə borclu idi. Lakin belə bir alğısatqı müqaviləsinin bağlanılması onu təsdiq edir ki, Cavabdeh1 məqsədi adı çəkilən mənzili onun mülkiyyətindən çıxarmaq və oğlu Cavabdeh2 mülkiyyətinə keçirmək məqsədi ilə belə bir qanunsuz bir yol tutmuşlar. Həmin notariat işindən görünür ki, 24 may 2007-ci il tarixli qəbzlə alıcı Cavabdeh2 25890 (iyirmi beş min səkkiz yüz doxsan) manat pulu notariusun “Bank Standart” KB-da olan depozit hesabına keçirmiş və elə himin günü yəni, 24 may 2007-ci il tarixində 01 saylı orderlə özü həmin 25890 (iyirmi beş min səkkiz yüz doxsan) manat vəsaiti oradan çıxarmışdır. Əslində həmin vaxt bu mənzlin dəyəri təxminən 70-80 min manat olardı. Azərbaycan Respbulikası Mülki Məcəlləsinin 339.2-ci maddəsinə əsasən, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər digər tərəf vicdanla bunu gözləsin. 28 avqust 2006-cı il tarixli etibarnaməni Cavabdeh1 mülkiyyətində olan ünvan 2 ünvanında olan mənzili onun adımdan kirayəyə vermək məqsədi ilə istədiyinə baxmayaraq, o bu etibarnamədən istifadə etməklə, gizli olaraq, yəni aldatma yolu ilə mənzili oğlunun adına rəsmiləşdirmişdir. Qeyd olunan sənədləri son 3 ayda toplamışdır. Sonunca dəfə təxminən keçən ilin bu vaxtlarında ünvan 3 ünvanında yaşayan zaman, Cavabdeh1 kiçik oğlu Mürsəl Məmmədov xırda bir münaqişə səbəbindən onu bu evdən məcburi çıxarmışdı. Bir ilə yaxındır ki, müxtəlif qohumların evində qonaq kimi yaşamağa məcbur olmuşdur. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 17.12.2021-ci il tarixdə iddia tələbinə etiraz ərizəsi verərək ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı, alğı-satğı müqaviləsinin və reestrdən çıxarışın etibarsız hesab edilməsi, həmçinin, reestr kitabmda köhnə qeyd yazısının bərpa edilməsi iduia tələbləri ilə məhkəməyə müraciət etmişdir. Öz iddia tələblərini iddiaçı onunla əsaslandırmağa çalışmışdır ki, cavabdeh onunla 1988-ci ildə rəsmi nikah başlanması barədə müvafiq şəhadətnamə “göstərmiş” və həmin şəhadətnamə, hətta, “bir neçə gün” onda qaldı(!?). Həmin 1988-ci ildən başlayaraq iddiaçı ünvan 4 ünvanına köçərək, cavabdehin oğlu evlənənədək orada yaşamışdır, sonra isə Buzovna qəsəbəsindəki evlərinə köçmüş və 2020-ci ildə “xirda bir münaqişə” səbəbindən oradan da çıxarılaraq, hazırda qohumları gildə qalır. Lakin, 1997-ci ildə iddiaçının atası tərəfindən cavabdehin Bakı şəhərində yaşadığı mənzili üzbəüz yerləşən 1 otağlı 42 saylı mənzili iddiaçının adına alğı-satğı yolu ilə almışdır və cavabdehlə ümumi qərara gələrək, həmin mənzilin kirayəyə verilməsi üçün o, cavabdehin adına, həmin, hazırda mübahisələndirilən mənzilinə dair, 28.08.2006-cı il tarixində 1 il müddətli, (yəni 28.08.2007-ci ilədək) etibarnamə vermişdir. Yalnız, son zaman, ona məlum olmuşdur ki, cavabdehlə onun heç bir rəsmi nikahı mövcud deyildir, ona məxsus olmuş mənzili isə cavabdeh 24.05.2007-ci il tarixində oğlu Cavabdeh2 25.890 manata satmışdır. Bununla əlaqədar iddiaçı məhkəmədən həmin alğısatğı müqaviləsinin və reyestrdən çıxarışın etibarsız hesab edilməsi, həmçinin, reyestr kitabında köhnə qeyd yazısının bərpa edilməsini istəyir. Hazırki etirazla cavabdehlər bildirirlər ki, iddiaçının, onunla güya rəsmi nikaha girib müvafiq şəhadətnamənin alınması və “göstərməsi”; ünvan 5 ünvandakı mənzilin atası tərəfindən 1997-ci ildə alğı-satğı yolu ilə iddiaçının mülkiyyəti kimi nəzərdə tutularaq alınması; onun həmin mənzilin cavabdehin oğlunun adına satılması barədə məlumatın olmaması - həqiqətə uyğun olmayan, yalan ifadələrdir. Həqiqət isə ondadır ki, iddiaçı nikahın qeyri rəsmi olması və ünvan 5 ünvandakı mənzilin cavabdeh tərəfindən alınması və sonra oğluna satılması barədə vaxtında kifayət qədər məlumatı olmuşdur. Həmin mənzil cavabdehin puluna alınmış, sadəcə həmin dövrdə cavabdehin “artıq” mənzilin mövcudluğu işlədiyi yerdə çətinliyə səbəb ola biləcəyi ehtimalına görə, mübahisələndirilən mənzil (əlbəttə, aralarında etibarlılıq olduğuna görə) əvvəl iddiaçının atasının, sonra isə iddiaçının adına köçürülmüş idi. Bunları iddiaçı yaxşı bilirdi, və buna görə də müvafiq etibarnaməni, necəki daha bir uzun müddətli etibarnaməni cavabdehə vermişdir. Digər tərəfdən, hansı ZAQS, yaxud hazırki Qeydiyyat Şöbəsi, tərəflərin iştirakı olmadan rəsmi nikahı qeyd edə və buna müvafiq, hansısa şəhadətnamə verə bilər? Bundan başqa, nikahları formal cəhətdən qeydiyyatsız olsada, lakin, necə ola bilər ki, 32 il birgə ailə münasibətində yaşayan, iddia ərizəsində qeyd etdiyi kimi, bütün xeyir-şər işlərində fəal iştirak edən iddiaçının, adına alınmış və qeydiyyatına düşdüyü mənzilin aqibəti barədə, nəzərə alsaq ki, özü bildirdiyi kimi, heç kirayə haqqı ona çatmadığı halda - onun heç bir məlumatı olmasın? Bunun əyani sübutu kimi, cavabdeh tərəfi məhkəməyə müvafiq şahidləri təqdim edə bilər. Bundan başqa, həmin etibarnamə notariat orqanında cavabdehə verilərkən, qanunun bütün müddəaları və nəticələri iddiaçıya çatdırılmışdır və buna görə o, xüsusi qaydada imzalandırılmışdır. Burada, qanunun tələblərinə tam şəkildə uyğun olunaraq, tərəflərin hərəkətləri həyata keçirilmişdir. Həmçinin, marağlı və absurd bir hal ondadır ki, əgər iddiaçının cavabdehə verdiyi etibarnamə mübahisələndirilmirsə və həmin etibarnamə qanun üzrə doğru verilmişdirsə onda mümkündürmü ki, həmin etibarnamə əsasında həyata keçirilmiş alğı-satğı müqaviləsi - etibarsız sayılsın? Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri müdafiə edərək, Cavabdeh1lə 1988-ci ildə nikaha daxil olduğunu bildirmişdir. Cavabdeh pasport idarəsində işlədiyi üçün onun valideynlərinə nikah haqqında şəhadətnaməni göstərərək rəsmi nikahları olduğunu demişdir. O indiyədək nikahlarının rəsmi olmadığını bilməmişidr. Şahin bəyin üç övladına doğma anaları kimi baxmışdır. Son zamanlara qədər ailələrində heç bir pronblem olmamış, hər zaman mehriban yaşamışlar. Onun atası cehiz olaraq mebel vermədiyi üçün mənzil almaq istəmiş və üzbəüz mənzili onun adına almışdır. Şahin bəy mənzili kirayəyə verməyi təklif etdikdə etiraz etməmişdir. Lakin imkanları yaxşı olduğundan, pula ehtiyacı olmadığından kirayə haqqına qarışmamış və ödənişləri o qəbul etməmişdir. Etibarnaməni isə etibar etdiyindən oxumadan imzalamışdır. Ona etibarnamənin kirayə vermək üçün olduğunu demişlər. Notariusa getmədən, sənədləri evə gətirərək ona imzalatmışlar. Hal-hazırda da həmin ünvanda qeydiyyatdadır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsində göstərilənləri müdafiə edərək, həmin mənzil 1996-cı ildə iddiaçının atası tərəfindən alınmış, Filippin vətəndaşına kirayə verilmişdir. Kirayə haqqı isə Şahin və Musa bəy tərəfindən alınmışdır. Hazırda isə mənzil başqa bir qadında kirayədədir. İddiaçı Buzovnada yerləşən evdən qovulduqdan sonra həmin mənzilin sənədlərini cavabdehdən istəmiş, o da evin onun (iddiaçının) olduğunu, narahat olmamağını demişdir. Sonradan isə mənzilin Şahin bəy tərəfindən oğlu Musaya satıldığını vəkil sorğusu əsasında öyrənmişlər. Ev Musa bəyə satılmış, pulu da Musa bəy götürmüşdür. Həmin pul Şüküfə xanıma çatmalı idi. Bu səbəbdən də, alğı-satqı müqaviləsi və onun əsasında verilmiş çıxarışın etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. Şahin bəy həmin zaman polisdə işlədiyi üçün mənzili öz adına rəsmiləşdirməmiş, öz vəsaiti hesabına aldığı mənzili Şüküfə xanımın adına rəsmiləşdirmişdir. İlk zamanlardan bəri evdə həmin mənzilin Musaya veriləcəyi deyilmişdi. Elə də olmuş, çox qısa müddət sonra mənzil Musanın adına keçirilmişdir. Etibarnaməni isə kirayə üçün deyil, bütün əməliyyatlar üzrə vermişdir. Ər-arvad olsalar da mənzilin ona aid olduğunu deyərək, kirayə haqqını istəməli idi. Etiraz ərizəsində göstərilənləri nəzərə alaraq iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X4 izahat verərək bildirmişdir ki, o Cavabdeh1 dayısının yoldaşıdır. Şahin bəyin yoldaşı üçüncü uşağın doğumu zamanı rəhmətə getmiş və Mürsəlin təxmini bir yaşında olanda onlara Şüküfə xanım analıq etmişdir. Onları böyütmüş, oxutdurmuş və hətta onların övladlarına belə baxmışdır. Ailələrində heç bir zaman ögeylik hiss olunmamış, hər zaman mehriban yaşamışlar. Evdə mebel olduğuna görə Şüküfənin atası qızına mebel əvəzinə ev almaq istəmişdir. Şüküfənin atası həmin evi qızı üçün almış və onun adına rəsmiləşdirmişdir. Şüküfənin atası Mürsəlin toyunda ona və yoldaşına qızının bir evi olduğu üçün daha rahat olduğunu demişdir. Şahin bəy polisdə işlədiyi üçün hər kəsə nikah haqqında şəhadətnaməni göstərmiş, o daxil hamı onların rəsmi nikahları olduğunu bilmişlər. Məhkəmə iclasında iştirak edən şahid X2 izahat verərək bildirmişdir ki, o 30 ildir ki, Teymur Elçin küçəsində 40-cı mənzildə yaşayır. 1989-cu ildə mənzili almış, 1991-ci ildə də köçmüşdür. Şüküfənin atası cehiz mebel vermədiyi üçün həmin mənzili qızına almışdır. Bir gün Şüküfənin qardaşı Yusif Şüküfəgilə gəlmiş, qapıları bağlı olduğu üçün onun qapısını döymüşdür. Onu içəri dəvət etdikdə yuxarıdakı mənzili Şüküfə üçün aldıqlarını demişdir. Onlar bir ailə kimi hər zaman mehriban olmuşlar, onlardan heç bir zaman pislik görməmişdir. Hamı onların rəsmi nikahlarının olduğunu bilirdi. Onlar evi Musaya verib Buzovnaya köçmüşlər. Müharibə zamanı Şüküfənin qardaşı Bərdədə olduğu üçün ona zəng etmiş, telefonu qız açaraq orada yaşamadığını demişdir. Sonradan axtararaq Şüküfəni tapmış, onu evdən qovduqlarını öyrənmişdir. Məhkəmə iclasında iştirak edən şahid X3 izahat verərək bildirmişdir ki, onlar Buzovnada qonşudurlar, eyni zamanda Şahinlə qardaş kimidirlər. Ailəni lap evləndikləri gündən tanıyır. Onları hər zaman mehriban görmüşdür. Təxmini 1,5-2 il əvvəl evlərində mübahisə yaranmışdır. Lakin o səbəbini bilməmişdir. Şahin bəy vəzifədə olduğu üçün adına ikinci mənzil ala bilməzdi. Bu səbəbdən evin sənədi Şüküfənin atasının adına olmuşdur. Məhkəmə iclasında iştirak edən şahid X6 izahat verərək bildirmişdir ki, anası rəhmətə getdiyindən onu Şüküfə xanım böyütmüş, onu doğma anaları kimi istəmişlər. Əvvəldən üzbəüz olan iki otaqlı mənzilin onun, üç otaqlı mənzilin isə Musanın olduğu söhbəti getmişdir. 2008-ci ildə o evlənən zaman orada yaşamaq istəmədiyindən başqa ev almaq istəmiş, iki otaqlı evdən Musanın xeyrinə əl çəkmişdir. Məhkəmə iclasında iştirak edən şahid X7 izahat verərək bildirmişdir ki, onlar uşaqlıqdan bəri bir yerdə böyümüşlər. Mürsəl onun ən yaxın dostudur. Son zamanlara qədər onların evində heç bir zaman mübahisə olmamışdır. O əvvəldən mənzilin Şahin müəllimin olduğunu bilmişdir. Şüküfə xanımın atasını heç oralarda görməmişdir. Şahin müəllim dövlət qurumunda çalışdığı üçün öz adına ikinci ev ala bilməzdi. Sözsüz ki, evin sənədlərini görməmiş, lakin, evin uşaqların olduğunu bilmişdir. Sonradan Mürsələ ev alınmış, həmin iki mənzil isə Musaya qalmışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Ədliyyə Nazirliyinin 4Ə-454 saylı notariat işinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı etibarnamə əsasında Cavabdeh1 ilə Cavabdeh2 arasında 24 may 2007-ci il tarixdə daşınmaz əmlakın alğı-satqı müqaviləsi bağlanmışdır. Satıcı evini 25890 manata satmışdır. İş materiallarında olan DİN-nin BPQMİ-nin 10.08.2021-ci il tarixli MAPS arayışından görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə ünvan 6 ünvanında qeydiyyatdadır. İş materiallarında olan DİN-nin BPQMİ-nin 10.08.2021-ci il tarixli MAPS arayışlarından görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 7 ünvanında qeydiyyatdadırlar. İş materiallarında olan Səbail rayon qeydiyyat şöbəsinin 14 oktyabr 2021-ci il tarixli arayışından görünür ki, Ədliyyə Nazirliyinin qeydiyyat orqanlarında olan məlumata görə Allahverdiyeva Şüküfə Kərim qızı 24.11.1978-ci ildə (akt qeydi №198) Bərdə rayon Qeydiyyat şöbəsində X5 ilə nikaha daxil olaraq “Həsənova” soyadını qəbul etmiş və Bərdə rayon Məhkəməsinin 04.03.1987-ci ildə 18№ li akt qeydi ilə Bərdə rayon Qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır. 04.03.1987-ci ildən 14.10.2021-ci ilədək olan dövr ərzində İddiaçı nikah haqqında akt qeydi aşkar edilməmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqd mübahisələndirilə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifələri yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu görsün. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar olmalı idisə əqd mübahisələndirilə bilər. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Maddə 360.1. Əgər başqa şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. İş materiallarından və şahid ifadələrindən müəyyən olunmuşdur ki, iddiaçının alğısatqı müqaviləsindən əvəllər məlumatlı olmadığından qanunla müəyyən edilmiş müddəti ötürməmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən Cavabdeh1 Bakı şəhəri, Teymur Elçin kçəsi 6 saylı evin 42 saylı mənzilini satmaq da daxil olmaqla bir sıra hüquqlar etibar edilmiş və etibarnamənin etibarlıq müddəti 28 avqust 2007-ci il tarixədək müəyyən edilmişdir. Alğı-satqı müqaviləsi bağlanan vaxt yəni 24 may 2007-ci il tarixdə etibarnamə qüvvədə olmuşdur. Cavabdeh də qüvvədə olan etibarnamə əsasında verilmiş hüquqlar əsasında alğı-satqı müqaviləsi bağlamış alğı-satqı müqaviləsi rəsmiləşdirilən zaman qanunvericiliyin tələblərinə riayət olunmuşdur. Həmçinin məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, alğı-satqı müqaviləsinəəsasən Cavabdeh1 iddiaçıya məxsus əmlakı oğlu Cavabdeh2 25890 manata satmışdı. Lakin məhkəmə qeyd edir ki, alğı-satqı müqaviləsi iddiaçının iradəsinə və mənafeyinə xidmət etməmişdir. Belə ki, iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.1 -ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Qanuvericliyin bu normasına əsasən, əgər Cavabdeh1 iddiaçının ona verdiyi 28 avqust 2006-cı il tarixli etibarnamədən istifadə etməklə 24 may 2007-ci ildə iddiaçıya məxsus olan Bakı şəhəri, Teymur Elçin kçəsi 6 saylı evin 42 saylı mənzilini oğlu Cavabdeh2 25.890 (iyirmi beş min səkkiz yüz doxsan) manata satmışsa, belə halda təmsil edilənin, yəni onun mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Əgər həqiqətin bu mənzil 25.890 (iyirmi beş min səkkiz yüz doxsan) manata “satılmışsa”, həmin vəsaiti iddiaçıya verilməli idi. Bu isə iş materialları ilə sübut olunmur. Mülki Məcəllənin 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Bu baxımdan mülki dövriyyənin sabitliyinin və davamlılığının təmin edilməsi üçün məhkəmələr tərəfindən mövcud sübutlar əsasında müqavilə üzrə tərəflərin gerçək hüquqi niyyətlərinin və iradə ifadələrinin müəyyən edilməsi, qanunvericiliyə uyğun olaraq onlara hüquqi qüvvə verilməsi, vicdanlılıq prinsipinə əsasən borclunun vəzifələrinin icrasının təmin edilməsi, pozulmuş öhdəliklərə görə məsuliyyətin müəyyən edilməsi hüquqi nəticə əldə edilməsi üçün vacibdir. Həmçinin məhkəmə o halıda qeyd edir ki, alğı-satqı müqaviləsində nəzərdə tutulmuş alğı-satqı predmetinin qiymətindəndə görünür ki, müqavilə formal olaraq bağlanılmış, o cümlədən razılaşdırılmış məbləğ mülkiyyətçiyə ödənilməmişdir. Həmçinin müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış, 41 saylı notariat kontorunda təsdiq edilmiş 24 may 2007-ci il tarixli alğı-satqı müqaviləsi və həmin alğı-satqı müqaviləsi əsasında Cavabdeh2 adına verilmiş 05.07.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli, **********03-05101-093005 reyestr nömrəli çıxarış (qeydiyyat vəsiqəsi) etibarsız hesab edilməli, Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsi 6 nömrəli evin 42 saylı mənzili üzərində İddiaçı adına qeydə alınmış reyestr kitabında 874, səhifə 131213 qeydəalma № 30/131213, 14.11.2007-ci il tarixli qeydiyyat vəsiqəsi üzrə qeyd yazısı bərpa olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsasən 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış, 41 saylı notariat kontorunda təsdiq edilmiş 24 may 2007-ci il tarixli alğı-satqı müqaviləsi və həmin alğı-satqı müqaviləsi əsasında Cavabdeh2 adına verilmiş 05.07.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli, **********03-05101-093005 reyestr nömrəli çıxarış (qeydiyyat vəsiqəsi) etibarsız hesab edilsin. Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsi 6 nömrəli evin 42 saylı mənzili üzərində İddiaçı adına qeydə alınmış reyestr kitabında 874, səhifə 131213 qeydəalma № 30/131213, 14.11.2007-ci il tarixli qeydiyyat vəsiqəsi üzrə qeyd yazısı bərpa olunsun. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu cavadehlərdən tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-187/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-187/2022
03.03.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver