Məhkəmə qərarları › İş №2(009)-1871/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1871/2021

19.11.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1871/2021 19.11.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev İlkin Mehman oğlunun katibliyi, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh1 qarşı məhkəmədə iddia qaldıraraq, Cavabdeh1 ilə bağlanmış 01 dekabr 2020-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, İddiaçı 15 ildən çoxdur ki ticarət fəaliyyəti ilə məşğul olmuş, bu müddət ərzində ölkə daxili və xarici kifayət qədər bağlantılar qurmuş, əksər şirkətlərlə bu istiqamətdə əməkdaşlıq etmişdir. O ticarət fəaliyyəti ilə məşğul olmaq üçün Cavabdeh2 Əliqayıb oğlu ilə əməkdaşlıq etmiş, Cavabdeh2 Əliqayıb oğlu ona əldə edilmiş qazancın yarı-yarıya bölüşdürülməsi şərti ilə 400.000 (dörd yüz min) ABŞ dollarına yaxın sərmayə vermişdir. Lakin mallar ölkəyə gələnə kimi və gəldikdən sonra malların satışından əldə edilmiş gəlir istisna olmaqla, hər ay Cavabdeh2 vaxtı-vaxtında ödəmələr həyata keçirmişdir, nəticədə 102.000 (yüz iki min) ABŞ dolları geri qaytarmışdır. Həmçinin malların satışından əldə edilmiş 40.000 manat məbləğində maliyyə vəsaitinin yarı-yarıya bölünməsi şərti ilə razılığa gəlməklərinə baxmayaraq, təkidlə tələb etməsi nəticəsində həmin məbləği bütünlüklə Cavabdeh2 vermişdir. Ölkədə hökm sürən pandemiya şəraitindən qaynaqlı olaraq İddiaçı sahibkarlıq fəaliyyəti ilə əvvəlki kimi məşğul ola bilmədiyi üçün və qazancının az olması səbəbindən ödəmələrin edilməsində gecikmələr yaşamağa başlamışdır. Hər dəfəsində Cavabdeh2 səbr etməsini, ona olan borcunu ən qısa zamanda geri qaytaracağını bildirməyinə baxmayaraq, o bunu başa düşmək istəmir və qalan borcun dərhal ona ödənilməsini tələb edirdi. Bu hadisələrdən sonra çox keçmədi İddiaçı məlum oldu ki, Cavabdeh2 Cavabdeh1 adında şəxsdən 700.000 (yeddi yüz min) ABŞ dolları məbləğində faizə borc götürmüşdür. Lakin ona olan borcunu ödəyə bilməməsi səbəbindən hər dəfə İddiaçı ona olan borcunu ödəməyi üçün onu sıxışdırmışdır. Bu hadisədən sonra o Cavabdeh2 həmin faizlə heç bir əlaqənin olmadığını və yalnız ondan aldığı pulu imkan düşdükcə geri qaytaracağını bildirmişdi. Bu müddət ərzində İddiaçı vermiş olduğu pulun bir qismini Cavabdeh2 geri qaytarmış olsa da, hazırki vəziyyətdə Cavabdeh2 vermiş olduğu pulları onun borcundan silməyərək, 102.000 ABŞ dolları məbləğinin İddiaçı tərəfindən ona verilməsini qəbul etməməkdədir. Cavabdeh1 isə Cavabdeh2 tərəfindən ondan alınmış borcun bir hissəsinin belə geri qaytarılmadığını bildirmişdir. Cavabdeh1 İddiaçı Cavabdeh2 borclu olduğunu və ödəyə bilmədiyini, bu səbəblə də Cavabdeh2 ona olan borcunu geri qaytara bilmədiyini öyrəndikdən sonra əlaqələrindən və maddi imkanından sui-istifadə edərək İddiaçı borcun geri qaytarılmaması adı altında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırtdırmışdır. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən izahatının alınacağını düşündüyü üçün heç bir şübhə duymadan idarəyə getdiyində məsələnin tam başqa olduğunu anlamışdır. Məqsəd İddiaçı ora çağırmaqla ona və ailəsinə dair hədəqorxular gələrək, təzyiqlər göstərərək borclu olduğu Cavabdeh2 aradan çıxararaq borcu birbaşa Cavabdeh1 ödəməyinə dair müqaviləyə imza atdırmaq idi. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsində saxlanıldığı müddət ərzində idarənin əməkdaşları tərəfindən ona saatlarla mənəvi iztirablar yaşadılmış, ailəsi və qohumları ilə bağlı çox iyrənc hədə və təhdidlər edilmiş, onun şərəf və ləyaqətini nalayiq ifadələrlə açıq və aydın şəkildə alçaldılmışdır. Ona qarşı edilmiş hərəkətlərə artıq dözə bilmədiyi üçün onların, dolayısı ilə isə Cavabdeh1 istədiyi ilə razılaşmağa məcbur olmuşdur. Beləliklə, onnla Cavabdeh1 arasında 01.12.2020-ci il tarixdə bağlandığını göstərən “kredit müqaviləsi”-ni məcburiyyət qarşısında imzalamışdır. Sözügedən müqaviləyə əsasən qeyd edilmişdir ki, İddiaçı birgə iş görmək üçün Cavabdeh1 400.000.00 (dörd yüz min) ABŞ dolları məbləğində pulu Bakı şəhəri, Nərimanov rayon ərazisində 31.08.2021-ci il tarixinədək istifadə etmək üçün almışdır. Halbuki, sözügedən kredit müqaviləsi cavabdehin ona hədəqorxu gəlməsi nəticəsində, iradəsi əleyhinə bağlanmışdır. Həmin müqavilə təzyiq altında imzalandığı və onun şəxsi iradəsinin həmin müqavilənin imzalanmasında heç bir rol oynamadığı öz əksini 18 gün sonra, yəni 19.12.2020-ci il tarixdə bağlanmış mövcud olan əsl münasibətləri əks etdirən Razılıq Ərizəsi ilə tapmışdır. Belə ki, həmin ərizədə Cavabdeh2 Əliqayıb oğlunun Cavabdeh1 700.000 (yeddi yüz min) ABŞ dolları məbləğində borc aldığı, onun 400.000 (dörd yüz min) ABŞ dollarını isə İddiaçı ticarət fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə verdiyi qeyd edilmişdir. Əgər İddiaçıla Cavabdeh1 arasında borc münasibətləri mövcud olsa idi, cavabdeh yenidən 400.000 ABŞ dollarına dair 19.12.2020ci il tarixli razılıq ərizəsini hazırlatdırıb ona imza atdırmazdı. 01.12.2020-ci il tarixli müqavilənin İddiaçıla Cavabdeh1 arasında olan münasibətləri tam əks etdirməməsi və boşluqların çox olması səbəbindən cavabdeh 19.12.2020-ci il tarixli müqavilə ilə bu boşluqların doldurulmasına ehtiyac duymuşdur. Bu səbəblə Cavabdeh1 İddiaçı münasibətdə yenə də müxtəlif təzyiq üsullarından istifadə edərək 19.12.2020-ci il tarixli müqavilənin də imzalanmasına nail olmuşdur. Beləliklə, yuxarıda qeyd edilənlərdən aydın olur ki, İddiaçı ilə Cavabdeh1 arasında öncədən heç bir borc münasibətləri olmamışdır və 01.12.2020-ci il tarixli müqavilə İddiaçı tətbiq edilmiş güclü hədə-qorxu təsiri altında imzalanmışdır. Müqavilənin hədə-qorxu və psixoloji təzyiq tətbiq edilməklə bağlanması nəticəsində ölkədə mövcud olan karantin rejimi və Respublika ərazisinə giriş-çıxışın qadağan edildiyi bir şəraitdə İddiaçı yenidən həmin işgəncələrlə üzləşməyi, ailəsinə zərər gəməsin deyə çarəsizlikdən cavabdehə müqavilənin bağlandığı tarixdən 202-ci ilin mart ayına kimi əsassız şəkildə 30 min (otuz min) ABŞ dolları məbləğində pul vermişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 izahat verərək bildirmişdir ki, iddia ərizəsində göstərilənləri müdafiə edir. İddiaçı xaricdən rəsmi olaraq mal idxal edərək ticarətlə məşğul olur, Abasqulu ona şərik olmağı təklif edir. Cavabdeh2 şərik iş görmək üçün Cavabdeh1 borc pul götürür. Lakin İddiaçı Abasqulunun Cavabdeh1 borc götürməsindən məlumatı olmayıb. Razılaşmaya əsasən İddiaçı və Cavabdeh2 ayrıayrılıqda 1 milyon manat pul qoymalı, qazanan gəlir ikisinin arasında bölüşdürülməli idi. Abasqulu mal gətirmək üçün birinci 400.000 manat, sonra 600.000 manat pul verəcəyini bildirir. Abasqulu 400.000 manat pul qoyub, üzərinə Bəhruz da pul qoyaraq mal sifariş edilib. Bir qisminə mal alınıb, bir qismi isə beh kimi verilib. Sonradan Abasqulu 600.000 manat gətirdikdən sonra beh verilmiş mal gələcəkdi. Təxmini 160.000 manatlıq mal gəlib, satılıb və gəlir bölüşdürülüb. Sonradan 200.000 manatlıq mal da gəlib, hazırda anbardadır. Bakı şəhər Baş Polis İdarəsinin qeyri rəsmi təzyiqi nəticəsində anbarın qapısı bağlanıb və mallara həbs qoyulub. Eyvazov özünə məxsus olan anbara girə və malları sata bilmir. Lakin hüquq mühafizə orqanları ilə mübahisə yaranmaması üçün Bəhruz bu məsələyə heç nə deyə bilmir. İddiaçı hazırda cinayət işi üzrə şahiddir, lakin təqsirləndirilən şəxsdən daha çox təzyiqə məruz qalır. Qeyri qəsmi şəkildə anbarın açılmayacağı bildirilir. Bəhruz Abasquluya qalan 600.000 manat pulu gətirməsini deyəndə, bu zaman Abasqulu 400.000 manat pulu sələmə olaraq Adildən aldığını, Adilin 600.000 manat pul verməkdən imtina etdiyini bildirir. Bu zaman Bəhruz pulun sələmə aldığını bilir. Bəhruz həmin ana qədər Adili tanımayıb. X1, borcu geri isdədiyini deyir. Bəhruz hazırda malın anbarda olduğunu, pulun bir hissəsinin isə behdə olduğunu, bu dəqiqə qaytara bilməyəcəyini deyir. Abasqulu isə Adilin mal deyil, pulu istədiyini, əsas məbləğ olan 400.000 manatdan qat-qat artıq faiz borcunu isdədiyini deyir. Abasqulu Adilə pulu şəxsi istifadə üçün yox, Bəhruzla birgə iş görmək üçün götürdüyünü, qazandıqca qaytaracağını deyib. Adil isə ona aidiyyatı olmadığını deyərək pul qaytarmasını istəyib. Bundan sonra Bəhruz ilə Adil əlaqəyə girir. Bəhruz da pulun xaricdə behdə olduğunu, qalan pulu göndərmədən mal gəlməyəcəyini deyir. Adil isə “görərsiz nə edəcəyəm” deyir. Tərəflər arasında müqavilə, mülki münasibətlər olduğu halda Adil Abasqulunu dələduzluqla şikayət edir. X5 bağlı Bakı şəhər Baş Polis İdarəsinə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət edir. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Bəhruza edilən təzyiqlərə görə o Adildən pul alması barədə əqd imzalamağa məcbur qalır. Abasqulu barəsində həbs qətimkan tədbiri seçilib və istintaq davam edir. Bizim müxtəlif orqanlara etdiyimiz şikayətlərə görə Bəhruz hazırda azadlıqdadır, yoxsa o da təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində həbs qətimkan tədbiri seçiləcəkdi. 400.000 manat bir nəfərə verilə bilər, necə olur ki, həm Abasquluya, həm də Bəhruza verilir? Cinayət işinin materiallarında Abasqulu pulu Adildən aldığını, Adil də Abasquluya borc verdiyini deyib. Bəhruz ilə Adil bir-birini tanımayıb, tanımadığı birinə bu qədər borc verə bilər mi? Eyni zamanda aidiyyat qaydalarına riayət olunaraq rayon polis idarəsində deyil, Bakı şəhər Baş Polis İdarəsində cinayət işi başlanılıb. İddiaçı şahid olduğu halda, 10 il öncəki yazışmalarını çıxarıb iş materiallarına əlavə ediblər. Cinayət işinin başlanması barədə qərara münasibətdə isə bildirmişdir ki, cinayət işinin başlanması barədə qərarda maksimum dərəcədə təfsilatını yazmağa çalışsalar da səhvlər buraxılıb. Qeyd olunur ki, Cavabdeh2 2018-ci ilin payız aylarında Cavabdeh1 demişdir ki, Almaniyadan Azərbaycana satış məqsədilə avtomobillər gətizdirmək istəyir, bu işə pul qoymasını ona təklif etmişdir. O da təklif ilə razılaşmış və güya 2018-ci ilin noyabr ayından 2019-cu ilin avqust ayınadək hissə-hissə olaraq 260000 ABŞ dolları pul vermişdir. Halbuki notarial qaydada bağlanan müqavilədən görünür ki, o pul bir dəfəlik verilib, hissə-hissə verilməyib. Yəni müqavilə ilə qərar bir biri ilə tutuşmur. Sonra qeyd olunur ki, Razılaşmaya görə Abasqulu aldığı pulun hər ay 5 faizi miqdarında ona pul ödəməli imiş. O keçən prosesdə də bunu vurğulamışdı ki, bu pul sələm puludur, faiz puludur. Qarşı tərəf isə bununla razılaşmamışdı. Qərarla da bu öz təsdiqini tapır ki, bu pul həqiqətən də sələm puludur. 2019-cu ilin avqust ayında Abasqulu ona bildirmişdir ki, oğlu Ramin Nəsibov dostu İddiaçıla şərikli Çindən ucuz qiymətə santexnik mallarını Azərbaycana gətirirlər qeyd olunmuşdur. 2018-ci ilin noyabr ayından 2019-cu ilin avqust ayınadək maşın gətizdirmək üçün hissə-hissə 260000 ABŞ dolları verən insan, görür ki, 9- 10 ay müddətində ortada heç bir maşın yoxdur, guya ki, aldadıldığını görməyinə baxmayaraq bir də əlavə pul verir ki, santexnik malları gətirilsin. Bu heç bir məntiqə, ağıla sığmır. Qərarda yazılıb ki, Abasqulu yüksək qazanc əldə etmək üçün bu işə ******* Abş dolları pul qoymasını ona təklif edir. O isə bu kommersiya fəaliyyəti üçün 400000 ABŞ dolları pul qoymağa razılaşmışdır. 260000 dollardan heç nə qayıtmadığını görən Cavabdeh1 əlavə olaraq da guya 400000 ABŞ dolları pul qoyub. 2019-cu ilin avqust və sentyabr aylarında 2 dəfəyə yaşadığı küçədə Abasquluya 400000 ABŞ dolları pul vermişdir. Bu onlar üçün bir başa sübutdur. Cavabdeh1 400000 dolları Abasquluya verdiyini etiraf edir. Yəni onlarla heç bir əlaqəsi yoxdur. Abasqulu 400000 ABŞ dolları pulu İddiaçı vermişdir. Bu cümlənin cinayət işinin başlanması haqqında qərarda qeyd olunması bir başa olaraq cinayətdir. Pulun Abasqulu tərəfindən İddiaçı verilməsi bu qərarda qeyd olunması qərəzliliyin nümunəsidir. Heç bir halda cinayət işinin sonunda müəyyənləşdiriləcək bir fakt cinayət işinin başlanması haqqında qərarda yazıla bilməz. Yazmır ki, Cavabdeh2 deyib ki, mən o pulu vermişəm, yəni onun adından yazılmayıb, sanki özləri araşdırıb faktı ortaya çıxarmış kimi yazıblar. Daha sonra qeyd olunur ki, “Lakin Cavabdeh2 və İddiaçı razılaşdıqları kimi vədlərinə əməl etməmişlər. İndiyədək Abasqulu və Bəhruz ona 148500 ABŞ dolları pul qaytarmışlar.” Cavabdeh2 ondan pul almasına dair müqavilə və razılaşmaları araşdırmaya təqdim etmişdir. Burada iki sual meydana gəlir. İlk olaraq dediyi kimi, ortada 260000 dollar puldan başqa heç bir pul olmamışdır. İkincisi, 2018-ci ilin noyabr ayından 2019-cu ilin avqust ayına kimi 260000 pulu hissə-hissə maşın gətirilməsi üçün verən insan 400000 dolları tamamilə tanımadığı bir insana verir və bu heç bir yerdə rəsmiləşdirilmir. Bu pulun faiz olduğu əvvəldən məlumdur, müqavilədə ortaqlıq yazılsa da. Sonra özü etiraf edir ki, pulu Abasquluya vermişdir. Abasqulu pulu İddiaçı verib, bunu biz etiraf edirik, həmin pul ortaqlığa qoyulub. Son cümləsində qeyd edilir ki, lakin Cavabdeh2 və İddiaçı razılaşdıqları kimi vədlərinə əməl etməmişlər. Yəni dələduzluq etmişlər demək istəyir. Sual yaranır, o zaman niyə İddiaçı təqsirləndirilən şəxs deyil? Cinayət işi başlanılıb, cinayət işinin başlanmasında qeyd olunur ki, Abasqulu və Bəhruz dələduzluq edib, Abasqulu tutulub, ama Bəhruz haqqında cinayət işi başlana bilmir. Başlamaq üçün əllərindən gələn hər şeyi etdilər amma alınmadı. O qədər dəqiq sübutlar təqdim etmişlər ki, cinayət işini rahat vəziyyətə gətirmişlər ki, İddiaçı barəsində cinayət işi başlana bilmir. Burada da iki nüans var, bir, Cavabdeh1 qərarda göstərilən kimi, 400000 pulu Abasquluya verdiyini etiraf edir və pulun faiz olduğu sələm olduğu burada öz təsdiqini tapır. İddiaçı izahatında Cavabdeh1 Cavabdeh2 vasitəsilə Çindən santexnik mallarının gətirilməsi üçün 400000 ABŞ dolları aldığını etuiraf etmiş, lakin Çindən sifariş verdiyi santexnik mallarının çox hissəsini kifayət qədər pul vəsaiti olmadığına görə gətizdirə bilmədiyini bildirmişdir. Belə bir izahat yoxdur, mövcud deyildir. Bu qərarda hüquq mühafizə orqanı qərəzli şəkildə bunu yerləşdirib. Bəs bu izahata istinad olunursa nəyə görə İddiaçı barəsində cinayət işi başlanmır? Hansı sübutlar var ki ortada xitama gedəcəyini bildiyi üçün hüquq mühafizə orqanı cinayət işini başlada bilmir? Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmirlər. Cavabdeh1 İddiaçı əvvəlcədən tanımayıb. Cavabdeh1 Cavabdeh2 notarial qaydada təsdiq olunmuş 03.04.2019-cu il tarixli razılaşma ilə nəqliyyat vasitələrinin alğı-satqısı ilə məşğul olmaq üçün 31.12.2019cu il tarixədək 260.000 ABŞ dolları pul verib. 400.000 ABŞ dolları isə əlbəəl verib. Nəsibov satışdan əldə etdiyi gəlirin 50%-ni Cavabdeh1 ödəməyi öhdəsinə götürüb. Abasqulu başqasının obyektini öz salonu kimi təqdim edir. Adil nəqliyyat vasitələrini onun adına keçirməyini istədikdə nəqliyyat vasitələrinin alğı-satqısı ilə məşğul olmadığı məlum olur. Bundan sonra Abasqulu Bəhruzla iş gördüyünü, onlara 1 milyon manat pul lazım olduğunu, Bəhruzun xariclə yaxşı əlaqələri olduğunu deyir. Beləliklə üçlü görüş təyin olunur. Adil anbarı, oradakı malları görür, onların bu işlə məşğul olduğunu bilir. Lakin Adil 1 milyon deyil, 400.000 ABŞ dolları verə biləcəyini deyir. 01.12.2020-ci il tarixdə aralarında razılaşma imzalanır, Adil Bəhruza borc verir, Babayev Anar isə zamin durur. Bugünədək Bəhruz barəsində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət olunmayıb. Abasquludan isə 2021-ci ilin yanvar ayında şikayət edir. Razılaşma isə 2020-ci ilin iyul ayında olub. 6 ay sonra şikayət edib. Hətta Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Bəhruzu dəvət edəndə, Adil ondan şikayəti olmadığını, onun 31 avqust 2021-ci il tarixədək borcu qaytaracağını, şikayətinin Abasquludan olduğunu deyib. Bəhruzdan aldığı 400.000 ABŞ dollarını qaytarmadığı üçün indi şikayət olunub. Bəhruzun neçə dəfə dəvət olunması barədə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə sorğu verilməsini xahiş edirəm. Birinci razılaşma 2020-ci ilin iyul ayında olub, şikayət isə 2021-ci ildə edlib. Müqavilə necə şikayətdən sonra bağlana bilər? Hazırda 800.000 ABŞ dolları borcu var, 400.000 ABŞ dolları ana məbləğ, qalan isə gəlirlərdən olan paydır. Odur ki, qeyd edilənləri nəzərə alaraq iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan 27.09.2021-ci il tarixli ərizədən görünür ki, Cavabdeh1 şikayəti əsasında İddiaçı və Abbasqulu Nəsibov barəsində Bakı şəhər Baş Polis idarəsinin İstintaq və Təhqiqat idarəsinin Ağır cinayətlərin İstintaqı şöbəsində Azərbaycan Respublikası CM-in 178-ci maddəsi ilə cinayət işi başlanmış və həmin iş üzrə Cavabdeh1 zərər çəkmiş şəxs qismində tanınmışdır. Abbasqulu Nəsibov hazırda iş üzrə həbsdədir. İddiaçı cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün və Cavabdeh1 dələduzluq yolu ilə ələ keçirdiyi pulu qaytarmamaq üçün barəsində məhkəməyə əsassız iddia vermişdir. Ona görə də, İddiaçı iddia ərizəsinə baxılmasını dayandırılmasını xahiş etmişdir. İş materiallarında olan İddiaçı vəkili Vəkil1 vəsatətindən görünür ki, məhkəmədən İddiaçı və Cavabdeh2 Əliqayıb oğlunun Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində dindirilməsi və izahatlarının aparılması ilə bağlı aparılmış bütün təhqiqat və ibtidai istintaq materiallarının məhkəməyə təqdim edilməsinə dair sorğu göndərilməsini xahiş etmişdir. İş materiallarında olan 14.10.2021-ci il tarixli iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı İddiaçı tərəfindən verilmiş ərizədən görünür ki, İddiaçı məhkəmədən Cavabdeh2 Əliqayıb oğlunun 2(009)-1871/2021 saylı mülki iş üzrə icraatda cavabdeh kimi iştirakına xitam verilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan İddiaçı tərəfindən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına ünvanlandığı ərizəsindən görünür ki, İddiaçı istintaq orqanlarının onun sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə mane olan qanunsuz hərəkətlərinə dərhal son qoyulması, cinayət təqibi üzrə icraat çərçivəsində barəsində həyata keçirilən tədbirlərə (o cümlədən ölkədən çıxışına qoyulan qeyri-qanuni qadağaya) və təzyiqlərə son qoyulmasına köməklik göstərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından Ali Məhkəməyə daxil olmuş ərizə baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İddiaçı ərizəsini belə əsaslandırmışdır ki, o uzun müddətdən bəri fərdi sahibkar olaraq VÖEN əsasında rəsmi qaydada xaricdən inşaat materiallarının idxalı və satışı sahəsində ticarət fəaliyyəti həyata keçirir. 2019-cu ilin iyun ayında Nəsibov X2 Bəhruz Mahir oğlu ilə əlaqə quraraq həyata keçirdiyi ticarət fəaliyyətinə ortaq olmaq niyyətini bildirmişdir. Həmin dövrdə Cavabdeh2la aralarında əldə edilən razılaşmaya əsasən Abbasqulu Nəsibov hissə-hissə olmaqla cəmi 1.000.000 (bir milyon) ABŞ dolları məbləğində pul vəsaiti sərmayə qoyaraq İddiaçı məşğul olduğu biznes fəaliyyətinə ortaq olacaqdı. Lakin Cavabdeh2 razılaşdırılmış pul məbləğindən sadəcə 400.000 (dörd yüz min) ABŞ dolları pul vəsaiti vermiş, vəsait qoyuluşunun qalan hissəsini daha sonra verəcəyini vəd etmişdir. Həmçinin ortaq biznes fəaliyyətinə İddiaçı tərəfindən 200.000 (iki yüz min) ABŞ dolları investesiya qoyulmuşdur. Toplamda 600.000 (altı yüz min) ABŞ dolları məbləğində pul vəsaitinin bir qismi ilə xaricdən inşaat malları alınmışdır. Lakin daha sonra N.Abasqulu tərəfindən vəd edilən 600.000 (altı yüz min) ABŞ dolları məbləğində vəsait qoyuluşu edilməmişdir. Cavabdeh2 tərəfindən qoyulmuş investisiya məbləği ilə İddiaçı tərəfindən hər hansı əmlak və ya maddi dəyər əldə edilməmiş, yalnız xaricdən inşaat materiallarının sifarişi həyata keçirilmişdir. Cavabdeh2 tərəfindən vəd edilən 600.000 (altı yüz min) ABŞ dolları məbləğində vəsait qoyuluşu edilmədiyi üçün behi verilmiş bir sıra inşaat materiallarının alışı və ölkəyə idxalı mümkün olmamışdır. Sonradan İddiaçı məlum olmuşdur ki, əslində Cavabdeh2 tərəfindən qoyulmuş investisiya onun özünə məxsus pul məbləği olmamış, bir başqa şəxsdən (Cavabdeh1) aylıq 5 faiz olmaqla yüksək faiz dərəcəsi ilə sələm olaraq borca götürmüşdür. Həmin dövrdə isə Cavabdeh1 adlı həmin şəxslə İddiaçı heç bir tanışlığı olmamış, borc götürülməsindən xəbəri olmamışdır. İddiaçı nun pulu məhz Cavabdeh2 investisiya məqsədi ilə almağını, Cavabdeh1 tanımadığını, ondan pul almadığını təsdiq edən ən mötəbər fakt və dəlil Cavabdeh2 əl yazısı ilə tərtib etdiyi 19 dekabr 2020-ci il tarixli sənəddir. Lakin Cavabdeh2 pulu bir başqasından, yəni M.Adildən alması İddiaçı məlum olduqdan bir neçə ay sonra Cavabdeh2 onu həmin şəxslə tanış etmişdir. Tanışlığın üstündən çox keçməmişdi ki, Cavabdeh1 İddiaçı olan münasibəti Cavabdeh2 ona olan borcunu İddiaçı tələb etməsi istiqamətinə yönəlmişdi. Belə ki, Cavabdeh1 pul məbləğini Cavabdeh2 yüksək faizlə verdiyi üçün qısa müddət ərzində borcunun tam qaytarılmasını tələb etmiş, Cavabdeh2 borcu qaytarmanın qısa müddətdə mümkün olmayacağını, borcu İddiaçıla ortaq biznesə qoyduğunu bildirmişdir. Bundan sonra Cavabdeh1 İddiaçı pul məbləğini tam olaraq ona qaytarmağını tələb etmiş, o isə ortaqlıq münasibətinin yalnız Cavabdeh2la olması, onunla isə heç bir ortaqlıq və borc münasibətlərinin olmamasını dofələrcə qeyd edərək Cavabdeh1 öz etirazımı bildirmişdir. N.Abasqulu ilə olan ortaqlıq əlaqələri çərçivəsində ölkəyə gətirilən inşaat mallarının satışı nəticəsində İddiaçı tərəfindən ona 132.000 (yüz otuz iki min) ABŞ dolları məbləğində ödəniş edilmişdir. İddiaçı olan məlumata əsasən N.Abasqulu həmin gəliri də borcu müqabilində məhz M.Adilə ödəmişdir. Lakin bu ödənişin edilməsinə baxmayaraq M.Adil 132.000 ABŞ dollarını özünün qazancına hesablamış, buna görə də borc verdiyi 400.000 ABŞ dollarını həm İddiaçı, həm də N.Abasquludan tələb etməkdədir. Məhz bu səbəblə M.Adil N.Abasqulu barəsində Bakı şəhər BPİ-nə şikayət ünvanlamış, N.Abasqulu barəsində AR CM-nin 178.4-cü maddəsi ilə cinayət işi açılmış, həmçinin N.Abasqulu barəsində həbs qətimkan tədbiri seçilmişdir. Hazırda İddiaçı Bakı şəhər BPİ İstintaq İdarəsində istintaqı aparılan cinayət işi üzrə şahid statusunda olmağına əhəmiyyət verilmədən əsassız və qanunsuz olaraq, ona təzyiqlər edilir. Halbuki, onun nə Abbasqulu Nəsibovun nə də sonradan məlumatlı olduğu M.Adilin pulunu ələ keçinnək niyyəti və niyyəti realizəsinə yönəlmiş əməli olmamışdır. Həmçinin o, real ticarət fəaliyyəti ilə məşğul olan və öhdəliklərin icrasında problem yarana biləcəyi ilə bağlı riskli hallarda meydana gələ biləcək zərəri aradan qaldırmaq üçün yetərli maliyyə resurslarına malik şəxsdir. Sifariş yolu ilə gətirdiyim inşaat materialları birbaşa olaraq Sumqayıt şəhəri, Yəhya Məmmədov küçəsində yerləşən ağac emalı zavodunun şimalında yerləşən anbara aparılır və orada saxlanılırdı. Həmin malların yalnız sifarişini həyata keçirdiyim üçün, həmin malların satışında qazanılmış gəlir İddiaçı tərəfindən əldə edilməmiş və dolayısı ilə bu gəlir üzərində heç bir istifadə və sərəncam hüququnu həyata keçirmək iqtidarında olmamışdır. Ticarət fəaliyyəti hər zaman pulu aldığı şəxs və ticarət ortağı kimi Abasqulu üçün şəffaf və aşkar keçirilmiş, Cavabdeh2 hər zaman alınmış vəsaitin istifadəsinə nəzarət və məlumat alma imkanları onun tərəfindən mütəmadi, maneəsiz təmin olunmuşdur. Bütün sadalanan vacib məqamlar İddiaçı əməlində kommersiya dələduzluğunun və ümumiyyətlə dələduzluq cinayəti əlamətlərinin olmasını tam inkar və təkzib edən, fəaliyyətinin gəlir əldə etməyə yönəldilmiş ticarət fəaliyyəti olduğunun mötəbər sübutlarıdır. Lakin təqsirsiz olmağına və iş üzrə şahid statusunda olduğuna baxmayaraq istintaq orqanı tərəfindən əmlakım üzərinə həbs qoyulması üçün qanunsuz hərəkətlər edilir. İstintaq orqanının CPM-nin 248-ci maddəsinin tələblərini pozaraq əsas olmadan, şəxsi niyyətlə onu üzərinə əmlak məsuliyyəti qoyulan şəxs kimi müəyyən etməsi tam qanunsuz hərəkətdir. Təəəssüflər olsun ki, Cavabdeh1 prokurorluq orqanlarında yüksək vəzifədə olan şəxslərlə olan tanışlıq münasibətlərindən istifadə edərək İddiaçı qarşı xüsusi təzyiqlər edilməsinə nail olur. Son olaraq qeyd edilir ki, məsələ ilə bağlı İddiaçı tərəfindən Cavabdeh1 qarşı qaldırılan mülki iddia üzrə 2(009)-1871/2021 saylı mülki məhkəmə işi Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin icraatındadır. İş materiallarında olan 03.04.2019-cu il tarixli notarial qaydada imzalanmış razılaşmadan görünür ki, Cavabdeh1 müxtəlif nəqliyyat vasitələrinin alğı-satqısı ilə məşğul olmaq məqsədilə 31.12.2019 tarixədək Cavabdeh2 260.000 ABŞ dolları pulu nağd şəkildə ödəmiş. Cavabdeh2 öz növbəsində 260.000 ABŞ dolları pulu nağd şəkildə qəbul etmişdir. Cavabdeh2 satışdan əldə etdiyi gəlirin 50%-ni Cavabdeh1 ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan 01.12.2020-ci il tarixli razılaşmadan görünür ki, İddiaçı 01.12.2020-ci il tarixdə birgə iş görmək üçün tanışı Cavabdeh1 400.000 ABŞ dolları pulu Bakı şəhəri, Nərimanov rayon ərazisində 31.08.2021-ci il tarixədək istifadə etmək üçün almışdır. Aldığı 400.000 ABŞ dolları pulu göstərilən tarixdə Cavabdeh1 qaytaracaqdır. Razılaşma reyestrdə 3M- 504 № ilə qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri, BPİ-nin İstintaq və Təhqiqat idarəsinin Ağır cinayətlərinin istintaqı şöbəsinin 26.04.2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanmışdır. 04.06.2021-ci il tarixli qərardan isə görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Məhkəmə qeyd edir ki, əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə görə həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Həmin Məcəllənin 339.1-ci maddəsinə görə hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.4-cü maddəsinə görə əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Ə.İbrahimovun şikayəti üzrə” 12 aprel 2004-cü il tarixli və “T.Qasımovanın şikayəti üzrə” 01 dekabr 2020-ci il tarixli Qərarlarında göstərmişdir ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. “Azərbaycan Respublikasi Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Kontitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Mülki işin məhkəmə iclasında tədqiq edilmiş hallarından görünür ki, İddiaçıla Cavabdeh1 arasında 01 dekabr 2020-ci il tarixdə borc (kredit) müqaviləsi məcburetmə (zorakılıq və ya hədələmə) yolu ilə bağlanmışdır. Belə ki, 19 dekabr 2020-ci il tarixdə Cavabdeh2 Əliqayıb oğlu tərəfindən Cavabdeh1 təqdim edilmiş razılıq ərizəsində Cavabdeh2 Cavabdeh1 aldığı 700.000 ABŞ dolları məbləğində pul vəsaitinin 400.000 ABŞ dolları məbləğində hissəsini 01 dekabr 2020-ci il tarixdə İddiaçı verdiyini göstərmişdir. Göründüyü kimi İddiaçıla Cavabdeh1 arasında borc öhdəliklərinin yaranması ilə əlaqədar hər hansı müqavilə bağlanmamışdır. Cavabdeh2 Cavabdeh1 aldığı pul vəsaitinin bir hissəsini İddiaçı verməsi isə İddiaçı Cavabdeh1 qarşısında hər hansı öhdəlik daşıması mənasını vermir, yaxud İddiaçı Cavabdeh1la borc müqaviləsi bağlamaq vəzifəsi yaratmır. Digər tərəfdən isə Cavabdeh1 nümayəndəsinin iddia tələbinə etirazında göstərdiyi kimi Cavabdeh2 Cavabdeh1 2018-ci ili noyabr ayından 2019-cu ilin sentyabr ayınadək olan dövr ərzində İddiaçı verməsini deməsinə, hətta 26 aprel 2021-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərarda A.S.Məhərəmovun göstərilən xüsusatı bildiyini göstərməsinə, həmçinin Cavabdeh1 əvvəllər İddiaçı tanımamasına baxmayaraq, Cavabdeh1 İddiaçı 400.000 ABŞ dolları məbləğində pul vəsaitini borc verməsi inandırıcı deyildir. Bundan başqa, iş materiallarından, görünür ki, Cavabdeh1 mülki hüquq münasibətlərinə bir qayda olaraq, notariat qaydasında təsdiq olunmuş müqavilələr əsasında daxil olmuşdur. Qeyd olunan xüsusat işdə olan 03 aprel 2019-cu il tarixli müqavilə ilə də təsdiq olunur. Belə ki, Cavabdeh1 03 aprel 2019-cu il tarixdə 260.000 ABŞ dolları məbləğində pul vəsaitini notariat qaydasında təsdiq olunmuş müqavilə əsasında Cavabdeh2 borc vermişdir. Belə olan halda Cavabdeh1 həmin məbləğdən daha yüksək məbləğdə, yəni 400.000 ABŞ dolları məbləğində pul vəsaitini sadə yazılı əqd bağlamaqla borc verməsi ağlabatan deyildir. N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12.04.2021-ci il tarixli Plenumunun Qərarında göstərilmişdir ki, hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Halbuki mübahisələndirilən müqaviləni tərəflərin imzalaması və onun notariat qaydasında təsdiqlənməsi mübahisə predmeti olmamış, mülki iş üzrə iddia tələbinin məhz həmin müqavilənin məcburetmə nəticəsində bağlanması səbəbindən etibarsız sayılması ilə bağlı olması nəzərə alınmamış, əqdin məcburetmə nəticəsində bağlanıbbağlanmaması məsələsinə hüquqi qiymət verilməmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, alğı-satqı müqaviləsinin formal tələblərə uyğun bağlanması faktı öz-özlüyündə mülki hüquq subyektlərinin iradə sərbəstliyinin ifadəsi kimi qiymətləndirilə bilməz. İradə ifadəsinin zədələnməsi səbəbindən əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən iddianın əsaslı olub-olmaması iradə ifadəsinin hansı şərtlər və şərait daxilində edildiyinin aydınlaşdırılması ilə mümkündür. Belə növ mübahisələr üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün müqavilənin doğruluğu, zorakılıq və ya hədə təsiri altında bağlanıbbağlanılmaması kimi faktlara dair məlumatları əks etdirən sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmalı, həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına uyğun hüquqi qiymət verilməlidir. Qeyd olunanlara əsasən məhkəmə İddiaçı tələbini əsaslı hesab edərək, onun iddiasının təmin olunması qənaətinə gəlir və hesab edir ki, İddiaçı ilə Cavabdeh1 arasında 01.12.2020-ci il tarixdə bağlanmış müqavilə etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsasən 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 10 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh1 arasında 01.12.2020-ci il tarixdə bağlanmış müqavilə etibarsız hesab edilsin. İddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu Cavabdeh1 tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar