Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1902/2023 01.11.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Rüstəmova Çinarə Mübariz qızının katibliyi ilə, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddiası, Cavabdeh İddiaçı qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Bakı şəhəri Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdehnə qarşı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, ünvan 1 ünvana olan 1500 manat borcun silinməsi barədə qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Səbail rayonu, ünvan 1 ünvanında yerləşən ev onun istifadəsindədir. Cavabdeh İB-nin nümayəndələri tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* №-li akt tərtib olunmuşdur. Aktda bildirilir ki, guya o, sayğacdan kənar istifadə etdiyi aşkar olunmuşdur. Lakin bu tam yalandır. Akt tərtib olunarkən onun xəbəri olmayıb və o, dəvət olunmayıb, qanunsuz olaraq yazıblar ki, guya o, sayğacdan kənar istifadə etdiyi aşkar olunmuş və akta da imza etməkdən imtina etmişdir, bu ağ yalandır. Fotoşəkillərdən də görünür ki, o, sayğacdan kənar istifadə etməmişdir. O, bu barədə cavabdeh tərəfə bildirəndə, ona məhkəməyə müraciət etməsini bildirdilər. Cavabdeh məhkəməyə cavabdeh İddiaçı qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi barədə qarşılıqlı iddia tələbi ilə müraciət edərək, cavabdeh İddiaçı tərəfindən iddiaçı Cavabdeh İB-yə 1555,20 manat məbləğində zərərin və 35,56 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 1590,76 manat pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçı Cavabdeh İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Səbail rayonu ərazisində Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən, Səbail rayonu, Salyan şossesi, dalan 2 ev 20b ünva qeydiyyatda olan İddiaçı tərəfindən qaz xəttinə qanunsuz qoşulmaqla təbii qazdan özbaşına istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkəti nəticəsindən irəli gələn hal birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin qeyd olunan həmin faktlarla bağlı birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 1555,20 manat məbləğində Cavabdeh İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Həmin zərərdən cavabdeh 15,40 manat məbləğində ödəniş etmişdir. Beləliklə cavabdehin Cavabdeh İB-yə ödənilməli borc məbləği hazırda abonentin saldosu üzrə ümumi 1555,20 manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində Cavabdeh İByə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəflərindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, o həqiqətən bir il müddətində qazdan sayğacdan kənar istifadə etmişdir, lakin akt əsasında ona yazılmış borc məbləği şişirdilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək, onun təmin edilməməsini, qarşılıqlı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etmişdir. Məhkəmə işə baxıb, tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən iddia və qarşılıqlı iddia tələblərinin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia və qarşılıqlı iddia qismən təmin edilməlidir. İş materiallarında olan Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulmasına dair xx.xx.2022-ci il tarixli ******* saylı aktdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, ünvan 2 ünvanında abonent sayğacdan kənar qeyri-qanuni olaraq təbii qazdan istifadə edir. Dəymiş ziyan hesablanıb ödənilməlidir. İş materiallarında olan Cavabdeh Bakı Regional qazın Satışı Dapertamenti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qərara əsasən İddiaçı tərəfindən Bakı şəhəri, Səbail rayonu,ünvan 2 ünvanında sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunduğu aşkar edildiyi üçün İddiaçı ******* saylı xx.xx.2022-ci il tarixli akt əsasında 12960 kub metr itirilmiş qazın bərpası ilə əlaqədar əlavə sərfiyyat hesablanmışdır. İş materiallarında olan abonent: **********00009 saylı İddiaçı abonentin saldosundan görünür ki, qazın sərfi 12960 (m3), sərfin məbləği 0,00, qalıq və aktlar 1555,20 manat, ödəniş 0,00 manat təşkil edir. Məhkəmə verilmiş iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. "Qaz təchizatı haqqında” qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı yuxarıda qeyd olunan Qaydaların 6.5-ci yarımbəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan kənar özbaşına olaraq qaz xəttinə qoşularaq qeyri-qanuni təbii qazdan istifadə etmiş və iddiaçıya ziyan vurmuşdur. Birliyin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən, Səbail rayonu, Salyan şossesi, dalan 2, ev 20b qeydiyyatda olan qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən sayğacdan kənar qaz xəttinə qanunsuz qoşulmaqla təbii qazdan özbaşına istifadə etməsi faktı aşkar olunmuş və qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq akt tərtib edilmişdir. Həmin akt əsasında Bakı Regional Qazın Satışı Deparatmenti itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdehə xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən 360 gün hesabat müddəti nəzərə alınmaqla 12960 kub metr dəymiş ziyan hesablanmışdır. Məhkəmə qeyd edir ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən sayğacdan kənar qeyri-qanuni olaraq qazdan istifadə etməsi faktı öz təsdiqini tapsa da, Cavabdeh İB tərəfindən bu faktın aşkara çıxarıldığı xx.xx.2022-ci il tarixli akt əsasında dəymiş ziyan kimi 360 günə hesablanmış əlavə sərfiyyat ağlabatan deyil və real hesab oluna bilməz. Bununla belə məhkəmə qeyd edir ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən müqavilə şərtlərinə zidd olaraq sayğacdan kənar qazdan istifadə etməsi halı öz təsdiqini tapdığından, İddiaçı buna görə mülki məsuliyyət daşımalıdır. «Qazdan istifadə Qaydalarının Təsdiq edilməsi haqqında» AR Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 №-li Qərarının 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. “Qaz təchizatı haqqında” AR Qanununun 6-cı maddəsinin 4-cü bəndinə əsasən paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə, Qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər. Qanunvericilik aktlarının yuxarıda göstərilən tələblərindən göründüyü kimi istehlakçıya hər ay qazın sərfiyyatı ilə bağlı hesabat təqdim edilir və istehlakçı həmin hesabatı bir ay ərzində ödəmədikdə, paylayıcı qazın verilməsini dayandıra bilər. Qanunun bu müddəasından irəli gələn tələbləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, qaz paylayıcısının əməkdaşları hər ay qarşılıqlı iddia üzrə cavabdehin sayğacına baxış keçirib müvafiq hesabatı ona təqdim etməlidirlər. İddiaçı təşkilat tərəfindən itirilmiş qazın bərpası ilə bağlı dəymiş ziyanın hesablanması ilə bağlı qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, hesabat dövrü kimi 360 gün əsas götürülmüşdür. Lakin görünüdyü kimi hesabat dövrünün 360 gün götürülməsi yuxarıda göstərilən Qanunun tələblərinə cavab vermir. Bu səbəbdən məhkəmə hesab edir ki, dəymiş ziyan hesablanarkən orta günlük iş rejimi 24 saat deyil, 12 saat götürülməli, xx.xx.2022-ci il il tarixli akta əsasən itirilmiş qazın həcmi 3240 kub metr kimi qəbul edilməli və vurulmuş ziyan 648 manat məbləğində müəyyən edilməlidir. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia və qarşılıqlı iddia qismən təmin edilməli, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xeyrinə 648 (altı yüz qırx səkkiz) manat məbləğində zərər və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 35,56 manat dövlət rüsumu tutularaq iddiaçı Cavabdeh hesabına köçürülməli, qalan hissədə iddia və qarşılıqlı iddia təmin edilməməlidir. AR MPM-nin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia və qarşılıqlı iddia qismən təmin edilsin. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xeyrinə 648 (altı yüz qırx səkkiz) manat məbləğində zərər və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 35,56 (otuz beş manat əlli altı qəpik) manat dövlət rüsumu tutularaq Cavabdeh hesabına köçürülsün. Qalan hissədə iddia və qarşılıqlı iddia təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-1902/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1902/2023
01.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver