Məhkəmə qərarları › İş №2(009)-192/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-192/2025

06.03.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-192/2025 06.03.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, X1, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Səbail rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası cəlb olunmaqla “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Səbail rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası cəlb olunmaqla “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, oğlu 09 oktyabr 2006-cı il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, 09 oktyabr 2006-cı il təvəllüdlü X6 onun oğludur. O, anadangəlmə xəstədir. Belə ki, ona “X10 və Müalicə tələb edən ciddi nitq və davranış pozuntuları ilə İQ-20 yaddaş və intellekti yaşına uyğun inkişaf etməyib, kəskin geri qalıb, daimi qulluq və müalicə ehtiyacı vardır” diaqnozu qoyulmuşdur. İnkişafdan geri qalma xəstəliyinə görə müddətsiz birinci qrup əlillik təyin edilmişdir. Hazırda özünü idarə etmək iqtidarında olmadığından onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında Ərizəçi ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs Səbail rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə baxıb, ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan AA******* 4N2PXQo nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1979-cu ildə doğulmuşdur. İş materiallarında olan AA3277653 75N3Q01 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.2006-cı ildə doğulmuşdur. İş materiallarında olan AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli arayışından görünür ki, xx.xx.2006-cı il təvəllüdlü X4 müayinə nəticəsində “Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, X7 və Müalicə tələb edən ciddi nitq və davranış pozuntuları ilə İQ-20 yaddaş və intellekti yaşına uyğun inkişaf etməyib, kəskin geri qalıb, daimi qulluq və müalicəyə ehtiyacı vardır” diaqnozu qoyulmaqla, birinci dərəcəli əlillik təyin edilmişdir. İş üzrə təyin edilmiş məhkəmə-psixiatrik ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2024-cü il tarixli, 3819 saylı ekspert rəyindən görünür ki, X3 “ağır dərəcəli əqli gerilik davranış pozuntuları ilə” aşkar olunur. X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X5 psixi vəziyyətinə görə fəaliyyət qabliyyəti olmayan şəxs hesab edilməsinə əsas vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 09 oktyabr 2006-cı il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220,360-cı maddələrini rəhbər tutub məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. 09 oktyabr 2006-cı il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar