Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1924/2020 29.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əliyeva Aygün Həsən qızının katibliyi, iddiaçı X4 etibarnamə üzrə nümayəndəsi və vəkili Musayev Yaşar Balaca oğlunun, cavabdeh Səbail rayon İcra və Probasiya şöbəsinin nümayəndəsi X8, Mübahisə predmeti haqqında müstəqil tələb irəli sürməyən 3-cu şəxs «xxxxxxxx» ASC nümayəndəsi X2 iştirakı ilə İddiaçı (müstəqil tələb irəli sürməyən 3-cü şəxslər qismində “xxxxxxxxx” ASC və «xxxxxxxxxxxxxxxxxxx» MMC işə cəlb edilməklə) cavabdehlər “X7 Mərkəzi” MMC və Bakı şəhəri Səbail rayon İcra və Probasiya Şöbəsinə qarşı satış hərracının nəticələrinin etibarsız hesab edilməsi və aktın ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (müstəqil tələb irəli sürməyən 3-cü şəxslər qismində “xxxxxxxxx” ASC və «xxxxxxxxxxxxxxxxxxx» MMC işə cəlb edilməklə) cavabdehlər “X7 Mərkəzi” MMC və Bakı şəhəri Səbail rayon İcra və Probasiya Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Səbail rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-cu il tarixli sifarişi əsasında X7 Mərkəzi MMC-nin keçirdiyi hərracın etibarsız hesab edilməsi və xx xxx 2020-ci il tarixli aktın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən cavabdehlər “xxxxxxxxxxxxxxxxxxx” MMC və İddiaçı Kİ750 saylı kredit xətt müqaviləsinə dair imzalanmış xx.xx.2015-ci il tarixli 01 saylı kredit razılaşması üzrə 303.576,08 manat əsas, 80.587,27 manat faiz, 48,352,36 manat cərimə borcu tutularaq “xxxxxxxxx” ASC-yə ödənilməli, cavabdehlər “xxxxxxxxxxxxxxxxxxx” MMC və İddiaçı K1750 saylı kredit xətt müqaviləsinə dair imzalanmış xx.xx.2015-ci il tarixli 01 saylı kredit razılaşması üzrə 223,317,78 manat əsas, 66,780,31 manat faiz, 32,354,05 manat cərimə borcu, 30 manat dövlət rüsumu, bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumu, 40 manat xidmət haqqı tutularaq “xxxxxxxxx” ASC- yə ödənilməli, tutma “xxxxxxxxxxxxxxxxxxx” MMC-yə məxsus aşağıdakı 28 adda daşınar əşya-mal qalıqlarına yönəldilməlidir: DB Classic DER with Tap Bags (B10P52)-9000 manat, DB Classic plain ring (B20P53)-20000 manat, X23 Necklace (Z00W39)-60000 manat, Aura Cushion ring (F15P48)- 16000 manat, X16 (Z00W41)-7000 manat, Arpeggia THREELİNES Necalce 18KP-40000 manat, DB Classic plain ring (B10P50)-9000 manat, DB Classic plain ring (B10P55)-5000 manat, X26 & Plain Ring (C10P52)-8000 manat, X27 & Plain Ring (B15P52)-10000 manat, X29 Signature Ring (B10P54)-6000 manat, X29 Signature Ring (B15P52)-10000 manat, X26 & Plain Ring (C10P53)-9000 manat, X20 -10000 manat, Aura Pendant no gap (F10W42)-10000 manat, DB Classic plain ring (B10P53)-8000 manat, DB Classic plain ring (B10P51)-6000 manat, DB X13 (B10P54)-6000 manat, Pendant no gap (F10W42)-10000 manat, DB Classic plain ring (B10P53)- 8000 manat, DB Classic plain ring (B10P51)-6000 manat, DB X13 (B10P54)-6000 manat, Adonis Rose DER (Bİ552)-10000 manat, Adonise Rose DER (B10P54)-8000 manat, Adonis Rose DER (B15P52)-13000 manat, DB Classic pedant (B10P42)-7000 manat, DB Classic plain ring (B15P55)-12000 manat, X28 Ring Pave RB (B15P53)-18000 manat, X24 (Z00W49)-10000 manat, X21- 10000 manat. Həmin əşya-mal qalıqları hərracdan satılmalı, həmin əmlakların ilkin satış qiyməti 350.000 manat müəyyən edilməlidir. İcra sənədində qeyd edilən məhkəmə qətnaməsi üzrə 350.000 manat dəyərində qiymətləndirilmiş 28 adda daşınar əşya-mal qalıqları icra mərhələsində iddiaçıya heç bir rəsmi bildiriş və ya şifahi məlumat verilmədən cavabdeh Səbail rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli sifarişi əsasında 27 adda girov (xx xxx 2020-ci il tarixli Aktda isə 26 adda girov predmetləri qeyd edilmişdir) predmetlərinin satışının təmin edilməsi məqsədi ilə X1 Mərkəzi MMC-yə sifariş verilmiş və Hərrac təşkilatının xx.xx.2020-ci il tarixli məktubunda qızıl-zinyət əşyalarının satılmadığı qeyd edilmişdir, həmin əmlaklar xx.xx.2020-ci il tarixdə 26 adda tələbkar “xxxxxxxxx” ASCyə təklif olunmuş və tələbkar tərəfindən xx xxx 2020-ci il tarixli Aktla 322.000 manat dəyərində qəbul edilmişdir. Bütün bu proseslər barədə iddiaçıya hər hansı rəsmi yazılı şəkildə və ya şifahi məlumat verilməmişdir. Bu proseslərdən o, bu yaxın günlərdə şifahi formada tanışı Səbail rayon İcra və Probasiya şöbəsindən aldığı məlumat əsasında xəbər tutduqdan sonra nümayəndəsi vasitəsilə məhkəmədə iddia qaldırmağa məcbur oldu. Satış hərracının keçirilməsi ilə əlaqədar ciddi qanun pozuntularına yol verildiyi üçün satış hərracının keçirilməsi və yekun protokolu etibarsız hesab edilməli və həmin daşınar əşyalar barədə yenidən qiymətləndirmə keçirilməlidir. Satış hərracının keçirilməsi ilə əlaqədar ciddi qanun pozuntularına yol verildiyi üçün satış hərracının keçirilməsi etibarsız hesab edilməli və xx xxx 2020-ci il tarixli Akt ləğv edilərək yenidən qiymətləndirmə keçirilməlidir. Məhkəmə iclasında iddiaçı X4 etibarnamə üzrə nümayəndəsi və vəkili X10 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin mətninə uyğun izahat verdi və məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh Səbail rayon İcra və Probasiya şöbəsinin nümayəndəsi X12 iddia tələbini qəbul etməyərək onun təmin edilmədən saxlanılmasını xahiş etdi və izah etdi ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən cavabdehlər “xxxxxxxxxxxxxxxxxxx” MMC və İddiaçı ümumilikdə 755047,85 manat borcun iddiaçı «xxxxxxxx» ASC-nin xeyrinə tutulmalı, tutmanın “xxxxxxxxxxxxxxxxxxx” MMC-yə məxsus ilkin satış qiyməti 350000 manat müəyyən edilmiş 28 adda daşınar əşya-mal qalıqlarına(qızıl-zinət əşyalarına) və ilkin satış qiyməti 410000 manat müəyyən edilmiş daşınmaz əmlaka yönəldilməli, həmin əmlaklar hırracdan satılmalı, satışdan əldə edilmiş vəsaitlər borcun ödənilməsinə yönəldilməli idi. İcra sənədi xx.xx.2019cu il tarixdə şöbəyə daxil olmuş və müvafiq qaydada icraya yönəldilmişdir. Tələbkar «xxxxxxxx» ASC xx.xx.2019-cu il tarixli ərizə ilə şöbəyə müraciət edərək, iş üzrə girov predmeti olan 20000 manat dəyərində qiymətləndirilmiş DB Classic plain rinq adlanan qızılzinət əşyasının məhkəmədənkənar qaydada tərəflərin razılığı ilə özgəninkiləşdirildiyini, qalan digər 27 adda girov predmetlərinin (qızıl-zinət əşyalarının) tələbkar bankın saxlancında olduğunu bildirmişdir. İcra sənədində göstərilən əmlakların hərrac yolu ilə satılmasının təşkil olunması üçün xx.xx.2019-cu il tarixdə “X1 Mərkəzinə məktubla müraciət edilmişdir. Lakin hərrac zamanı alıcı olmadığından qızıl-zinət əşyaları satılmamış və Hərrac Mərkəzi xx.xx.2020-ci il tarixli məktubla işin icra şöbəsinə geri qaytarıldığını bildirmişdir. Əmlak satılmadığı üçün AR “İcra haqqında” Qanunun 53.3-cü maddəsinə əsasən xx.xx.2020-ci il tarixli məktubla tələbkar banka təklif olunmuşdur. Tələbkar «xxxxxxxx» ASC xx.xx.2020-ci il tarixli ərizəsində məhkəmədənkənar qaydada tərəflərin razılığı ilə özgəninkiləşdirilmiş DB Classic plain rinq və “Adonis Rose DER adlanan qızıl-zinət əşyaları istisna olmaqla, digər 26 adda girov predmetlərini 322000 manat məbləğində borc müqabilində mülkiyyətə almağa razılığını bildirmişdir. Bundan sonra xx.xx.2020-ci il tarixdə onun və digər icra nümayəndəsinin, tələbkar bankın etibarnamə üzrə nümayəndəsinin, bankın xəzinədarının, eləcə də hal şahidlərinin iştirakı ilə akt tərtib olunaraq, qeyd olunan əşya-mal qalıqları tələbkar bankın nümayəndəsi olan baş xəzinədara təhvil verilmiş, icra sənədində göstərilən ümumi borc məbləğindən 322000 manat çıxılmışdır. Həmin akt tərtib olunarkən “xxxxxxxxxxxxxxxxxxx” MMC-nin nümayəndəsi orada iştirak etmiş, lakin etibarnaməsi olmadığından aktda onun iştirakı göstərilməmişdir. xx.xx.2020-ci il tarixdə tələbkar bank ərizə ilə icra şöbəsinə müraciət edərək, icra sənədi üzrə borc ödənildiyindən icra icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cu şəxs «xxxxxxxx» ASC nümayəndəsi X9 iddia tələbini qəbul etməyərək onun təmin edilmədən saxlanılmasını xahiş etdi və bildirdi ki, girov əmlaklar alıcı olmadığından hərracdan satılmamış, icra şöbəsi tərəfindən həmin əmlaklar tələbkar banka təklif olunmuşdur. Tələbkar olaraq «xxxxxxxx» ASC 26 adda girov predmetlərini 322000 manat məbləğində borc müqabilində almağa razılığını bildirmişdir. Bundan sonra, xx.xx.2020-ci il tarixdə icra şöbəsi nümayəndələrinin, tələbkar bankın nümayəndəsi kimi onun, bankın xəzinədarının, eləcə də hal şahidlərinin iştirakı ilə akt tərtib olunaraq, qeyd olunan əşya-mal qalıqları tələbkar bankın baş xəzinədarına təhvil verilmiş, icra sənədində göstərilən ümumi borc məbləğindən 322000 manat çıxılmışdır. Həmin akt tərtib olunarkən “xxxxxxxxxxxxxxxxxxx” MMC-nin nümayəndəsi orada iştirak etsə də, lakin etibarnaməsi olmadığından aktda onun iştirakı göstərilməmişdir. xx.xx.2020-ci il tarixdə tələbkar «xxxxxxxx» ASC ərizə ilə icra şöbəsinə müraciət edərək, icra sənədi üzrə borc ödənildiyindən icra icraatına xitam verilməsini xahiş etmişdir. Hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh “X7 Mərkəzi” MMC və üçüncü şəxs «xxxxxxxxxxxxxxxxxxx» MMCin nümayəndələri məhkəmə iclasına gəlməyərək, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-cü maddəsinə əsasən, işə cavabdehin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işə baxıb, proses iştirakçısının izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Səbail rayon İcra və probasiya şöbəsi tərəfindən “X1 Mərkəzi” MMC-yə ünvanlanmış 03.12.19-cu il tarixli məktubdan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən cavabdehlər “xxxxxxxxxxxxxxxxxxx” MMC və İddiaçı Kİ750 saylı kredit xətt müqaviləsinə dair imzalanmış xx.xx.2015-ci il tarixli 01 saylı kredit razılaşması üzrə 303.576,08 manat əsas, 80.587,27 manat faiz, 48,352,36 manat cərimə borcu tutularaq “xxxxxxxxx” ASC-yə ödənilməli, cavabdehlər “xxxxxxxxxxxxxxxxxxx” MMC və İddiaçı K1750 saylı kredit xətt müqaviləsinə dair imzalanmış xx.xx.2015-ci il tarixli 01 saylı kredit razılaşması üzrə 223,317,78 manat əsas, 66,780,31 manat faiz, 32,354,05 manat cərimə borcu, 30 manat dövlət rüsumu, bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumu, 40 manat xidmət haqqı tutularaq “xxxxxxxxx” ASC- yə ödənilməli, tutma “xxxxxxxxxxxxxxxxxxx” MMC-yə məxsus aşağıdakı 28 adda daşınar əşya-mal qalıqlarına yönəldilməlidir: DB Classic DER with Tap Bags (B10P52)-9000 manat, DB Classic plain ring (B20P53)-20000 manat, X23 Necklace (Z00W39)-60000 manat, Aura Cushion ring (F15P48)- 16000 manat, X16 (Z00W41)-7000 manat, Arpeggia THREELİNES Necalce 18KP-40000 manat, DB Classic plain ring (B10P50)-9000 manat, DB Classic plain ring (B10P55)-5000 manat, X26 & Plain Ring (C10P52)-8000 manat, X27 & Plain Ring (B15P52)-10000 manat, X29 Signature Ring (B10P54)-6000 manat, X29 Signature Ring (B15P52)-10000 manat, X26 & Plain Ring (C10P53)-9000 manat, X20 -10000 manat, Aura Pendant no gap (F10W42)-10000 manat, DB Classic plain ring (B10P53)-8000 manat, DB Classic plain ring (B10P51)-6000 manat, DB X13 (B10P54)-6000 manat, Pendant no gap (F10W42)-10000 manat, DB Classic plain ring (B10P53)- 8000 manat, DB Classic plain ring (B10P51)-6000 manat, DB X13 (B10P54)-6000 manat, Adonis Rose DER (Bİ552)-10000 manat, Adonise Rose DER (B10P54)-8000 manat, Adonis Rose DER (B15P52)-13000 manat, DB Classic pedant (B10P42)-7000 manat, DB Classic plain ring (B15P55)-12000 manat, X28 Ring Pave RB (B15P53)-18000 manat, X24 (Z00W49)-10000 manat, X21-10000 manat. Həmin əşya-mal qalıqları hərracdan satılmalı, həmin əmlakların ilkin satış qiyməti 350.000 manat müəyyən edilməlidir. Tutma cavabdeh X3 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 995, 995 a, 995 b saylı bağ evinə yönəldilməli, həmin daşınmaz əmlak açıq hərracdan satılmalı, bağ evinin ilkin satış qiyməti 410000 manat müəyyən edilməlidir. Satışdan əldə edilmiş vəsaitlər borcun ödənilməsinə yönəldilməlidir. İcra sənədi xx.xx.2019cu il tarixdə şöbəyə daxil olmuş və müvafiq qaydada icraya yönəldilmişdir. Tələbkar «xxxxxxxx» ASC tərəfindən şöbəyə daxil olmuş xx.xx.2019-cu il tarixli ərizədə iş üzrə girov predmeti olan DB Classic plain rinq (B20P53) adlanan qızıl-zinət əşyasının məhkəmədənkənar qaydada tərəflərin razılığı ilə özgəninkiləşdirildiyi, qalan digər 27 adda girov predmetlərinin tələbkar «xxxxxxxx» ASC-nin saxlancında olduğunu bildirilmişdir. Sözügedən 27 adda girov predmetlərinin satışının təmin edilməsi məqsədi ilə hərracın keçirilməsinin təşkil edilməsi xahiş olunmuşdur. Təqdim edilmiş “X1 Mərkəzi” MMC-nin Səbail rayon İcra və probasiya şöbəsinə ünvanlanmlş xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, İcra şöbəsinin 157297/19-xxxx/8686 saylı, xx.xx.2019-cu il tarixli sifarişinin icrası ilə əlaqədar “X1 Mərkəzi” MMC tərəfindən keçirilən hərrac zamanı alıcı olmadığı üçün qızıl-zinət əşyaları satılmamış, buna görə qanunvericiliyə uyğun qərar qəbul etmək üçün işin İcra şöbəsinə geri qaytarıldığı bildirilmişdir. Təqdim edilmiş Səbail rayon İcra və probasiya şöbəsinin “xxxxxxxxx” ASC-yə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, “X1 Mərkəzi” MMC-dən şöbəyə daxil olmuş məktubda əmlakların satılmadığı qeyd olunmuşdur. AR “İcra haqqında” Qanunun 53.3-cü maddəsinə əsasən icra sənədində qeyd olunmuş əmlakların tələbkar olaraq “xxxxxxxxx” ASC-yə təklif olunduğu bildirilmiş və 10 gün ərzində təklifə münasibət bildirilməsi xahiş olunmuşdur. Təqdim edilmiş “xxxxxxxxx” ASC-nin Səbail rayon İcra və probasiya şöbəsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, o, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6521/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə tələbkarln xx.xx.2019-cu il tarixli ərizəsində göstərilən, məhkəmədənkənar qaydada tərəflərin razılığı ilə özgəninkiləşdirilmiş DB Classic plain rinq (B20P53) və “Adonis Rose DER (B10P54) adlanan qızıl-zinət əşyaları istisna olmaqla, digər 26 adda girov predmetlərini 322000 manat məbləğində borc müqabilində mülkiyyətə almağa razılığını bildirmişdir. Təqdim edilmiş Səbail rayon İcra və probasiya şöbəsinin icra məmurları Tural Aşurov və Tohid Nurlunun, tələbkar “xxxxxxxxx” ASC-nin etibarnamə üzrə nümayəndəsi Fərid Rzabəyli və “xxxxxxxxx” ASC-nin Port Baku şöbəsinin baş xəzinədarı Asif Hüseynovun, hal şahidləri Mirvüqar Abbasov və Elşən Sadıqovun iştirakları ilə tərtib olunmuş xx.xx.2020-ci il tarixli Aktdan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6521/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icrası ilə bağlı girov predmetləri olan 26 adda əşya-mal qalıqları “xxxxxxxxx” ASC-nin nümayəndəsi, baş xəzinədar X11 təhvil verildi. İcra sənədində göstərilən ümumi borc məbləğindən 322000 manat çıxıldı. Təqdim edilmiş “xxxxxxxxx” ASC-nin Səbail rayon İcra və probasiya şöbəsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, görünür ki, iddia tələbi üzrə borc ödənildiyindən, İcra şöbəsinin icraatında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 6521/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi üzrə icra icraatına “İcra haqqında” AR Qanununun 20.1.5-ci maddəsinə uyğun olaraq xitam verilməsi xahiş olunmuşdur. İş materiallarında olan “X1 Mərkəzi” MMC tərəfindən tələbkar “xxxxxxxxx” ASC, borclu “xxxxxxxxxxxxxxxxxxx” MMC və sifarişçi İcra və probasiya şöbəsinə ünvanlanmış xx.xx.2019-cu il tarixli, 1199 saylı bildirişdən görünür ki, dəyəri 350000 manat olan zinət əşyaları və dəyəri 410000 manat olan Xəzər raonu, Mərdəkan qəsəbəsi, 995, 995 a, 995 b saylı bağ evinin açıq hərracı xx.xx.2020-ci il tarixdə, saat 11:00-da keçiriləcəkdir. İş materiallarında olan Mega Ekspress bildiriş-qaimələrdən görünür ki, X1 Mərkəzi MMC tərəfindən X5 ünvanlanmış məktub qapı bağlı olduğu üçün çatdırılmamış, xxxxxxxxxxxxxxxxxxx MMC-yə ünvanlanmış məkub isə imtina edilərək qəbul edilməmişdir. İş materiallarında olan Market qəzeti nəşrlərindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 995, 995a, 995b saylı bağ evləri və sözügedən icra sənədi üzrə girov predmeti olan qızıl zinət əşyaları ilə bağlı hərrac keçirilməsi barədə elanlar verilmişdir. İddiaçı hərracın keçirilməsinin mövcud qanunvericiliyin tələblərinin pozulması ilə həyata keçirildiyini iddia etdiyindən, məhkəmə, öhdəlik münasibətləri, girov predmetinə tutma yönəldilməsi ilə əlaqədar bəzi məsələlərin təhlil olunmasını zəruri hesab edir. Mülkiyyət hüquq münasibətlərilə yanaşı öhdəlik hüquq münasibətləri də əmlak hüquq münasibətlərinin bir növü kimi mülki dövriyyənin iştirakçıları arasında maddi nemətlərin sərbəst yerdəyişməsinə xidmət edir. Belə münasibətləri tənzimləyən MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlik münasibətləri tərəflərini intizamlandırmaq, onun yetərincə və vaxtında icra olunmasını təşviq etmək məqsədilə həmin Məcəllədə kreditorla müqayisədə borclu barəsində birbaşa və ya dolayısı yüklülük yaradan və əlavə təminat vasitəsi kimi çıxış edən öhdəliklərin icrasının təmin edilməsi üsulları da müəyyənləşdirilmişdir. Bu baxımdan girov əlavə (aksessor) öhdəlik kimi onunla təmin edilmiş öhdəliklərin yerinə yetirilmədiyi və ya yerinə yetirilməsinin gecikdirildiyi hallarda əmlakdan real məhrum olma təhlükəsi yaratdığından borclunu əsas öhdəliyin vaxtında icrasına sövq edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəlir. Həmin Məcəllənin 297-ci maddəsinə əsasən girov qoyulmuş əşya ixtisaslaşdırılmış təşkilatlar tərəfindən yalnız açıq hərracdan satış yolu ilə realizə edilir (satılır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.2-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, borclular “xxxxxxxxxxxxxxxxxxx” MMC, İddiaçı, X6 və tələbkar “xxxxxxxxx” ASC arasında yaranmış öhdəlik münasibətləri ilə bağlı tərəflərin arasında mübahisənin məhkəmədənkənar həlli barəsində razılaşma olmamış və əmlaka tutma yönəldilməsi haqqında məhkəmə qətnaməsi qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsində isə göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Hərracın keçirilməsi ilə bağlı sənədlərdən görünür ki, hərracın keçirilməsi ilə bağlı bildirişlər, o cümlədən iddiaçıya ünvanlanmış bildirişlər onun qeydiyyatda olduğu ünvana çatdırılmışdır. Həracın keçirilıməsi ilə bağlı “Market” qəzetində müvafiq elanlar verilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, hərracın yeri, vaxtı və əmlakın satış qiyməti barədə tərəflərə məlumat verilmiş, lakin keçirilən hərrac zamanı alıcı olmadığı üçün qızılzinət əşyaları satılmamış, buna görə qanunvericiliyə uyğun qərar qəbul etmək üçün iş İcra şöbəsinə geri qaytarılmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, sözügedən icra sənədi üzrə girov predmeti olan qızıl zinət əşyalarının hərracda satılması ilə bağlı keçirilmiş hərracın vaxtı, yeri, forması, keçirilmə qaydası, əmlakın satış qiyməti barədə iddiaçıya xəbərdar edilməməsi, ona yazılı bildirişlərin göndərilməməsi, hərracın ondan gizlin keçirilməsi barədə iddiaçının arqumentləri öz təsdiqini tapmamışdır. Nəzərə alınmalıdır ki, bildirişlərdə hərracın forması, vaxtı, yeri, predmeti və başlanğıc qiyməti, hərracın keçirilmə qaydası, iştirakın rəsmiləşdirilməsinə dair məlumatlar öz əksini tapmışdır. Bundan başqa, hərracın keçirilməsi ilə əlaqədar kütləvi informasiya vasitələrində elanlar dərc olunmuşdur. İddiaçının sözügedən icra sənədi üzrə girov predmeti olan qızıl zinət əşyalarının tələbkara təhvil verilməsinə dair 22.05.20-ci il tarixli aktın ləğv edilməsi edilməsi tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 53.2-ci maddəsinə əsasən borclunun əmlakı Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə biryaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. Qeyd olunan Qanunun 53.3-cü maddəsinə əsasən əmlak satılmadıqda həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar imtina etdikdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarılır. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, “X1 Mərkəzi” MMC tərəfindən keçirilən hərrac zamanı alıcı olmadığı üçün qızıl-zinət əşyaları satılmamış, buna görə iş İcra şöbəsinə geri qaytarılmış, İcra şöbəsi tərəfindən “İcra haqqında” Qanunun 53.3cü maddəsinə əsasən icra sənədində qeyd olunmuş əmlaklar tələbkar olaraq “xxxxxxxxx” ASC-yə təklif olunmuş və tələbkar bank girov predmetlərini 322000 manat məbləğində borc müqabilində mülkiyyətə almağa razılığını bildirmişdir. Bundan sonra isə icra məmurlarının, tələbkar bankın nümayəndələrinin və hal şahidlərinin iştirakı ilə icra sənədinin icrası ilə bağlı girov predmetləri olan 26 adda əşya-mal qalıqları “xxxxxxxxx” ASC-nin nümayəndəsinə təhvil verilmiş və bu barədə xx.xx.2020-ci il tarixli Akt tərtib edilmişdir. Məhkəmə yuxarıda şərh olunan halları müzakirə edərək və onlara müvafiq qiymət verərək, hesab edir ki, iddiaçının tələbi əsassızdır və təmin edilməməlidir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır (AR Mülki Məcəllənin 560.2-ci mad.). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: `İddiaçı (müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində “xxxxxxxxx” ASC və «xxxxxxxxxxxxxxxxxxx» MMC işə cəlb edilməklə) cavabdehlər “X7 Mərkəzi” MMC və Bakı şəhəri Səbail rayon İcra və Probasiya Şöbəsinə qarşı satış hərracının nəticələrinin etibarsız hesab edilməsi və aktın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-1924/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1924/2020
29.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver