Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1926/2024 22.11.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X6 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi ilə, İddiaçı1 nümayəndəsi və eyni zamanda İddiaçı2 və cavabdehin nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 - Cavabdeh (X3 və Masallı regional ASAN xidmət mərkəzində Notariat Kontoru 3-cü şəxs qismində) qarşı “müqavilənin etibarsız hesab edilməsi” barədə iddia tələbinə dair mülki işə 22 noyabr 2024-cü il tarixdə Bakı şəhərində Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 - Cavabdeh (X3 və Masallı regional ASAN xidmət mərkəzində Notariat Kontoru 3-cü şəxs qismində) qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, M.Əfəndiyev küçəsi 5 saylı binanın 4 nömrəli mənzilinin, ünvan 1 ünvanında yerləşən 1 nömrəli mənzilin, ünvan 6ylı binada yerləşən 9b nömrəli mənzilin, Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi 44 saylı binada yerləşən 13 nömrəli mənzilin bağışlanmasına dair 09 mart 2021-ci il tarixli müqavilələrin, ünvan 2 ünvanında yerləşən 11 saylı mənzilin bağışlanmasına dair 04 mart 2021-ci il tarixli bağışlama müqaviləsinin, ünvan 2 ünvanında yerləşən 11 saylı mənzilin bağışlanmasına dair X5 ilə X3 arasında bağlanmış bağışlama müqavilələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı1 2007-ci ildə Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla evlənmişdir. Bu nikahdan iki nəfər uşaqları dünyaya gəlmişdir. Cavabdehlə yaşadığı dövr ərzində Firdovsi onu söyüb təhqir etmiş, onu döymüş və müxtəlif vasitələrlə işgəncələr (fiziki və psixoloji) vermişdir. Valideynlərinin öyüd-nəsihətinə əsasən və Milli mentalitetimizi əsas götürüb böyük səhv edərək bütün bu işgəncələrə dözmüşdür. Hal-hazırda anlayır ki, nə qədər avam olmuşdur və bu böyüklükdə səhv etmişdir. Hər dəfə onun yalan, fırıldaqçı, dələduz sözlərinə və hiylələrinə inanmışdır. Onun iddiaçıya verdiyi işgəncələri doğmaları, övladları, yaxınları, qonşuları yaxşı bilirlər. Çox hörmətli məhkəmə anası İddiaçı2 xx.xx.2012-ci il tarixdə Bakı şəhəri Səbail rayonu M.Əfəndiyev küçəsi, 5 saylı binada yerləşən 28 kv.m-li, 1 otaqlı 4 nömrəli mənzili, xx.xx.2012-ci il tarixdə Bakı şəhəri Səbail rayonu Əmək küçəsi, dalan 2, 6 saylı binada yerləşən 44 kv.m-li, 2 otaqlı 4 nömrəli mənzili, xx.xx.2018-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonu, B.Səfəroğlu küçəsi, 153/155 saylı binada yerləşən 36 kv.m-li, 2 otaqlı 9B nömrəli mənzili bağışlama yolu ilə ona hədiyyə etmişdir. Sonradan həyat yoldaşı Cavabdeh xx.xx.2012-ci il tarixdə Bakı şəhəri Səbail rayonu Xanlar küçəsi, 44 saylı binada yerləşən 27 kv.m-li, 1 otaqiı 13 nömrəli mənzili ona hədiyyə etdi. Əri Cavabdeh xx.xx.2021-ci il tarixdə onu əvvəlcə döydü və sonradan bildirdi ki, biznes quracaq, bu səbəbdən onun adına olan evləri onun adına keçirliməsinə razılaşmasını istədi. İddiaçı də qorxduğu üçün razılıq verdi. Həmin vaxtdan hal-hazıra kimi Firdovsi heç bir biznes qurmayıb və avaraçılıq edib. Ayrı-ayrı qadınlarla gəzməyə başladı və son aldığı məlumata görə Bakı şəhəri Səbail rayonu Q.Abbasov küçəsi, ev 35, mənzili 22- də yaşayan X4 bahalı avtomobil almışdır. Hörmətli məhkəmə əri Cavabdeh bütün bunları məqsədli şəkildə etmişdir. Çünki sonradan ona məlum oldu ki, o, onunla aralarında olan nikahın pozulması ilə əlaqədar məhkəməyə müraciət etmişdir.İddiaçı2 qızının həyat yoldaşı Cavabdeh xx.xx.2021-ci il tarixdə Masallı şəhəri, H.Əliyev prospekti, bina 36-da yerləşən 30.1 kv.m-lik 11 saylı mənzili bağışlama yolu ilə hədiyyə vermişdir. Firdovsi onun qızına mütəmadi işgəncələr verirdi. Sonra isə şirin dilini işə salıb onları ələ alırdı. Evi ona hədiyyə verərəkən onun qızı ilə birgə yaşayacaqlarını və mülkilərinin eyni (birgə) olacaqlarını düşünərək ona hədiyyə vermiş, belə olmasaydı əgər ona hər hansı bir əmlakı hədiyyə verməzdi. Lakin indi görür ki, cavabdehin məqsədləri tam fərqli olmuşdur. Onun məqsədi onun əmlaklarını ələ keçirmək olmuşdur. Bu isə yaxın qohum olsaqda belə cinayətdir. Belə ki, sonradan ona bəlli oldu ki, o, qızına yenidən ağır işgəncələr verməklə döyüb və qızının adına olan onun qızına bağışladığı evləri də qızını məcbur edərək öz adına keçirmişdir və üstəlik onun ona hədiyyə etdiyi evidə anasının adına keçirmişdir. Eləcədə qızını aldadaraq başqa qadınlarla münasibət qurur, onlara müəyyən bahalı hədiyyələr alır. Həmçinin sonradan öyrəndi ki o, qızından ayırılmaq üçün rəsmi olaraq qızı ilə aralarında olan nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etmişdir. Göründüyü kimi o, bütün bunları məqsədli şəkildə etmişdir. Bir daha qeyd etmək istəyirlər ki, Cavabdeh bütün bu sadalananları düşünərək, şüurlu şəkildə, plan quraraq edir. Məqsədi isə qeyd olunan əmlakları ələ keçirməkdir. Bu isə onunla sübut olunur ki, o, ona bağışlanılmış əməlakları özgəninkiləşdirir, yəni başqasına hədiyyə edir, bəlkədə satır. Eyni zamanda o, başqa qadınlarla yaxın münasibət qurmaqla İddiaçı1 ilə aralarında olan nikahın pozulması ilə bağlı məhkəmə iddia qaldırır. Məhkəmə iclasında iştirak etmiş İddiaçı1 nümayəndəsi və eyni zamanda iddiaçı olan İddiaçı2 iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir Məhkəmə iclasında iştirak etmiş cavabdehin və 3-cü şəxs S.Əliyevanın nümayəndəsivəkili iddia tələbini qəbul etməyərək, təmin olunmamasını xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, müqavilələrin etibarsız hesab olunması uçun heç bir faktiki və hüquqi əsas yoxdur. İddiaçılar məhkəmənin hazırlıq iclasında iddialarını onunla əsaslandırmışlar ki, guya cavabdeh İddiaçı1 döyüb zor tətbiq edərək onu müqavilə bağlamağa məcbur etmişdir. İddiaçı1 iddia ərizəsində qeyd edir ki, guya cavabdeh xx.xx.2021-ci ildə onu döymüş və sonradan bildirmiş ki, biznes quracaq və o da qorxduğu uçun mənzillərin cavabdehin adına keçirilməsinə razılaşmışdır, cavabdeh isə biznes qurmayıb avaraçılıq elmişdir. Hörmətli Məhkəmə, iddia ərizəsində göstərilənlər tam uydurma, cəfəngiyatdır. İddiaçı1 Cavabdeh tərəfindən fiziki zorakılığa məruz qalıb müqavilə bağlanmağa məcbur edilməsini təsdiq edə biləcək heç bir subutıı da iddiaçılar məhkəməyə təqdim etməmişlər, (bu iddia ərizəsinə qoşma olaraq əlavə edilən sənədlərdən bəlli olur) İddia ərizəsindən görunduyu kimi İddiaçı1 iddiasının gah cavabdehin onu döyməsi ilə, gah da biznes məqsədinin olması ilə əlaqələndirir. Necə ola bilər ki, cavabdeh xx.xx.2021-ci ildə onu həm döymüş, həm də eyni tarixdə onunla notariat ofisinə gedib sözü gedən müqavilələri bağlamışdır. Bundan başqa, biznes qurmaq uçun mənzillərin cavabdehin adına keçməsinə nə ehtiyac var idi ki? Mənzillər iddiaçının adında olarkən də biznes məqsədi ilə satıla bilərdi. Əgər Şəlalə döyulub müqavilə bağlamağa məcbur edilmişdisə nə uçun o və ya İddiaçı2 bununla bağlı o zaman hüquq mühafizə orqanlarına şikayət etməyiblər, nə uçun Asan xidmət Mərkəzindən çıxdıqdan sonra məhkəməyə müqavilələrin etibarsız hesab edilməsinə dair iddia qaldırmayıblar. Sualların cavabları əslində aydındır.Çünki iddiaçılar iradələrini azad şəkildə ifadə edərək asan xidmət mərkəzində notariat ofisində qeyd edilən müqavilələri bağlamışlar. Digər İddiaçı2 iddiasında göstərir ki, guya cavabdeh onun qızına mütəmadi olaraq ağır işgəncələr verməklə döymüş və sonra şirin dilini işə salıb onu ələ almış, lakin o, qızı ilə birgə yaşayacaqlarını nəzərə alıb Masallı şəhərində yerləşən mənzili, bağışlama yolu ilə cavabdehə hədiyyə etmişdir. Bu da tam uydurma, cəfəngiyatdır. Necə ola bilər ki, cavabdeh onun qızına mütəmadi olaraq işgəncə verərək döysün, o da əmlakı qızına deyil, qızma “işgəncə verən” kürəkənə bağışlasın.Buna ancaq gülmək olar. Bundan başqa, görunduyu kimi İddiaçı2nm Masallı şəhərində yerləşən mənzilə dair bağladığı bağışlama müqaviləsi xx.xx.2021-ci il tarixlidir. Əgər cavabdeh onun qızına işgəncə verib döyürdüsə, nə uçun 5 gun sonra, yəni xx.xx.2021-ci ildə onun qızı İddiaçı1 tərəfindən Bakı şəhərindəki mənzillər cavabdehə bağışlanırdı? Müqavilələr ev şəraitində tərtib edilməyib ki. onu doyub məcbur etsin. Müqavilələr Asan Xidmət mərkəzindəki notariat ofisində bağlanmışdır. Bundan başqa, əgər cavabdeh 2021-ci ilin mart ayının 9-da Şəlaləni döyərək, bağışlama müqaviləsi bağlamağa onu məcbur etmişdisə nə uçun sonuncu dərhal və ya bir neçə gun sonra yox, 3 il 5 ay sonra məhkəməyə iddia qaldırmışdır.? Əgər cavabdeh Şəlaləyə fiziki zorakılıq edərək müqavilə bağlamağa məcbur etmişdisə nə uçun iddiaçılar Şəlalənin fiziki zorakılığa məruz qalmasına dair dərhal və ya bir neçə gun sonra huquq mühafizə orqanlarına müraciət etməmişlər?Cavab aydındır. Çünki belə faktlar baş verməmişdir və iddiaçılar azad surətdə könüllu olaraq öz iradələrini ifadə edərək, bağışlama müqavilələrini bağlamışlar. Hörmətli məhkəmə, məhkəmənin əvvəlki hazırlıq iclaslarında da iddiaçılar cavabdehin və tərəfinizdən verilən suallara cavab olaraq sözügedən müqavilələri bağladıqdan sonra bununla bağlı huquq mühafizə orqanlarına müraciətlərinin olmadığını etiraf etmişdilər. O ki, qaldı iddia ərizəsində cavabdehin guya ayrı-ayrı qadınlarla görüşməyi və Vəfa adlı qadına avtomobil almağına və nihakın pozulması ilə əlaqədar məhkəməyə müraciət etməyinə dair göstərilənlərə bunlar yalan və uydurmadır. Ümumiyyətlə bunlar müqavilələrin etibarsız sayılması uçun əsas da hesab oluna bilməz. Ümumiyyətlə iddia ərizəsinin məzmunundan da açıq-aşkar görunur ki, boz söz yığınından ibarətdir, göstərdikləri uydurma, yalandır, cəfəngiyatdır, heç bir əsası, dəlili yoxdur, iddia heç bir təsdiq edici sübuta əsaslanmadan yazılmış uydurma xarakterlidir, hətta iddia ərizəsində qeyd edilənlər guluş doğurur, heç bir məntiqə sığmır. müqavilələr notariat ofisində notariat qaydada notarius tərəfindən təsdiq edilmiş və iddiaçların fotoşəkilləri müqavilələrdə öz əksini tapmışdır. Daşınmaz əmlakın bağışlanması müqavilələrin 5-ci bəndindən də görunduyu kimi iddiaçılara Azərbaycan Respublikası MM-nin 666-674-cu maddələrinin məzmunu, müqavilənin şərtləri ilə əlaqədar huquq və vəzifələri, həmçinin müqavilənin doğuracağı huquqi nəticələr notarius tərəfindən izah edilmişdir və iddiaçılar müqavilədən irəli gələn huquq və vəzifələrinin onlara izah olunmasını və nəticələri barədə xəbərdar edilmələrini imzaları ilə təsdiq etmişlər. cavabdeh sözu gedən əmlaklar üzərində 2021-ci ilin mart ayında bağışlama müqaviləsi əsasında mülkiyyət huququ əldə etmişdir. Masallı şəhərində yerləşən mənzil Cavabdeh mülkiyyətinə keçdikdən 3 il 3 ay sonra, yəni 2024-cu ilin 6-cı ayının 12-də (hazırkı iddia ərizəsi verilməzdən əvvəl) sonuncu tərəfindən X1 bağışlama müqaviləsi bağlanması yolu ilə bağışlanmışdır və hazırda həmin mənzil xx.xx.2024- cu tarixli ********** nömrəli çıxarışa əsasən Səlimi Əliyevanın xüsusi mülkiyyətindədir. İddiaçı tərəf nə Masallı şəhərindəki mənzilə dair cavabdehin mülkiyyətində qaldığı 3 il 3 ay müddətində, nə də Bakı şəhərindəki mənzilərə dair cavabdehə qarşı heç bir iddia qaldırmamış, huquq mühafizə orqanlarına müraciət etməmişdir. Əgər, mübahisə edilən bağışlama müqavilələrinin etibarsız olmasına əsas verən hallar olmuş olsaydı, iddiaçılar indiyə kimi əlaqədar orqanlara müraciətlər edər, eləcə də məhkəməyə üz tutardılar. Lakin,onlar 3 il 5 ay ərzində hansısa bir huquq mühafizə orqanına və ya məhkəməyə müraciət və ya şikayət etməmişlər, (buna dair hər hansı bir sübutu, dəlili məhkəməyə təqdim etməmişlər. Odur ki, müqavilələrin etibarsız sayılmasına əsas ola biləcək hər hansı hal yoxdur.Müqavilənin(əqdin) etibarsızlığını bunu iddia edən tərəf sübut etməlidir, lakin iddia tərəfi bunu sübut edə bilməmiş mülki işin materiallarında mübahisə edilən bağışlama müqavilələrinin etibarsızlığını təsdiq edən heç bir sübut yoxdur, ona görə də iddialar əsassız olduğundan rədd edilməlidir Digər 3-cü şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmaqla məhkəmə iclasına dəvət edilmişlər, lakin onlar məhkəmə iclasında iştirak (nümayəndəsinin iştirakını təmin etməmiş) etməmiş və bunun səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nın 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə ilk öncə iddia tələbinin “İddiaçı1 ilə Cavabdeh arasında bağlanmış Bakı şəhəri, Səbail rayonu, M.Əfəndiyev küçəsi 5 saylı binanın 4 nömrəli mənzilinin, ünvan 1 ünvanında yerləşən 1 nömrəli mənzilin, ünvan 6ylı binada yerləşən 9b nömrəli mənzilin, Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi 44 saylı binada yerləşən 13 nömrəli mənzilin bağışlanmasına dair 09 mart 2021-ci il tarixli müqavilələrin etibarsız hesab edilməsi” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir: İş materiallarında olan: İddiaçı1 ilə Cavabdeh arasında bağlanmış 09 mart 2021-ci il tarixli bağışlama müqaviləsinin surətindən görünür ki, İddiaçı1 Bakı şəhəri, Səbail rayonu, M.Əfəndiyev küçəsi 5 saylı binanın 4 nömrəli mənzilini Cavabdeh bağışlayır. İddiaçı1 tərəfindən notariat kontoruna ünvanlanmış ərizədə qeyd edilir ki, o, paylı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, M.Əfəndiyev küçəsi 5 saylı binanın 4 nömrəli mənzilini bağışlamaq istəyir. İddiaçı1 ilə Cavabdeh arasında bağlanmış 09 mart 2021-ci il tarixli bağışlama müqaviləsinin surətindən görünür ki, İddiaçı1 ünvan 6ylı binada yerləşən 9b nömrəli mənzili Cavabdeh bağışlayır. İddiaçı1 tərəfindən notariat kontoruna ünvanlanmış ərizədə qeyd edilir ki, mülkiyyətində olan ünvan 6ylı binada yerləşən 9b nömrəli mənzili bağışlamaq istəyir. İddiaçı1 ilə Cavabdeh arasında bağlanmış 09 mart 2021-ci il tarixli bağışlama müqaviləsinin surətindən görünür ki, İddiaçı1 ünvan 1 ünvanında yerləşən 1 nömrəli mənzili Cavabdeh bağışlayır. İddiaçı1 tərəfindən notariat kontoruna ünvanlanmış ərizədə qeyd edilir ki, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 1 nömrəli mənzili bağışlamaq istəyir. İddiaçı1 ilə Cavabdeh arasında bağlanmış 09 mart 2021-ci il tarixli bağışlama müqaviləsinin surətindən görünür ki, İddiaçı1 Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi 44 saylı binada yerləşən 13 nömrəli mənzili Cavabdeh bağışlayır. İddiaçı1 tərəfindən notariat kontoruna ünvanlanmış ərizədə qeyd edilir ki, o, paylı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi 44 saylı binada yerləşən 13 nömrəli mənzili bağışlamaq istəyir. xx.xx.2024-cü il tarixli cinayət işinin başlanması haqqında qərarda qeyd edilir ki, İddiaçı2 AR DİN-in 102 zəng xidmətinə zəng edərək 7 aydır ki, qızı İddiaçı1 kürəkəni Cavabdeh evdə qapalı halda saxlayıb evdən çıxmasına mane olması barədə məlumat vermişdir. Aparılmış araşdırma zamanı İddiaçı1 yaşadığı ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evində əri Cavabdeh ilə aralarında baş vermiş mübahisə zamanı yüngül dərəcəli bədən xəsarətləri alması müəyyən edilmişdir. Fakta görə AR CM-nin 128-ci maddəsi ilə cinayət işi başlanılmışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı1 ilə Cavabdeh arasında bağlanmış 09 mart 2021-ci il tarixli bağışlama müqavilələrinə əsasən İddiaçı1 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, M.Əfəndiyev küçəsi 5 saylı binanın 4 nömrəli mənzilini, ünvan 1 ünvanında yerləşən 1 nömrəli mənzili, ünvan 6ylı binada yerləşən 9b nömrəli mənzili, Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi 44 saylı binada yerləşən 13 nömrəli mənzili Cavabdeh bağışlamışdır. İddiaçı hazırda həmin müqavilələrin etibarsızlığını iddia edərək iddiasının əsası kimi cavabdeh tərəfindən zorakılığa məruz qalaraq həmin müqavilələri bağlamaq məcburiyyətində qaldığını göstərir. Məhkəmə qeyd edir ki, iş materiallarında olan cinayət işinin başlanması haqqında Qərardan görünür ki, İddiaçı1 həqiqətən də cavabdeh əri Cavabdeh tərəfindən şiddətə məruz qalmış və bununla bağlı polisə müraciət edilmişdir. Lakin məhkəmə eyni zamanda bunu da qeyd edir ki, tək bu hal iddiaçının iddiasının əsasını sübut edən dəlil kimi qəbul edilə bilməz. Belə ki, müqavilələrdən görünür ki, əqdlərin bağlanma tarixi xx.xx.2021-ci il olmaqla 2021-ci ilin əvvəllərinə təsadüf edir. İddiaçının əri tərəfindən şiddətə məruz qalması əsası ilə polisə şikayət etməsi isə 2024-cü ilin sentyabr ayında baş vermişdir. İddiaçının anası polisə eyni məzmunlu şikayətlə müraciət edərkən, qızının artıq 07 aydır ki, əri tərəfindən evdə qapalı vəziyyətdə saxlanıldığını bildirmişdir. Müraciətin 2024-cü ilin sentyabr ayında olunduğu nəzərə alınsa, İddiaçı1 əri tərəfindən 2024-cü ilin əvvəllərindən şiddətə məruz qaldığı nəticəsinə gəlmək mümkündür. Belə olan halda isə 2021-ci ilin əvvəllərində bağlanmış müqavilələrin məhz zorakılıq altında bağlanması nəticəsinə gəlmək üçün iş materiallarında olan bir tək Cinayət işinin başlanması haqqında qərar kifayət etmir. Belə ki, 2020-2021-ci illərdə iddiaçının həqiqətən də əri tərəfindən şiddətə məruz qalması və bu zorakılıq təsiri altında qeyd olunan müqavilələri bağlamasını sübut edə biləcək başqa bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iddia tələbinin “ünvan 2 ünvanında yerləşən 11 saylı mənzilin bağışlanmasına dair İddiaçı2 ilə Cavabdeh arasında 04 mart 2021-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” hissəsinə münasinətdə qeyd edir: İş materiallarında olan: İddiaçı2 ilə Cavabdeh arasında bağlanmış 04 mart 2021-ci il tarixli bağışlama müqaviləsinin surətindən görünür ki, İddiaçı2 ünvan 2 ünvanında yerləşən 11 saylı mənzili X2 bağışlamışdır. İddiaçı2 tərəfindən notariat kontoruna ünvanlanmış ərizədə qeyd edilir ki, o, paylı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 11 saylı mənzili bağışlamaq istəyir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı2 ilə Cavabdeh arasında bağlanmış 04 mart 2021-ci il tarixli bağışlama müqaviləsinə əsasən İddiaçı2 ünvan 2 ünvanında yerləşən 11 saylı mənzili X2 bağışlamışdır. İddiaçı hazırda həmin müqavilənin etibarsızlığını xahiş edir və iddiasının əsası kimi bildirir ki, o, əmlakı bağışlayarkən kürəkəninin qızı ilə daima birgə yaşayacaqlarını əsas götürərək, bu müqaviləni imzalamışdır. Məhkəmə qeyd edir ki, qanunvericilikdə bağışlama müqaviləsinin şərtlə bağlanması halı təsbit olunmuşdur. Bu müddəa hədiyyə verənə o hüququ tanıyır ki, hədiyyə alan öhdəliklərini yerinə yetirmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilsin. Lakin hazırki işdə tərəflər arasında bağlanmış 04 mart 2021-ci il tarixli müqavilənin məzmunundan görünür ki, həmin müqavilə ilə hədiyyə alan heç bir öhdəliklə yüklü edilməmişdir. Hədiyyə verən müstəqil olaraq iradəsini ifadə edərək, özünə məxsus əmlakı cavabdehə bağışlamışdır. Müqavilədə iddiaçının iddia etdiyi kimi cavabdehin onun qızı ilə daim birgə yaşayacaqlarını özündə əks etdirən hər hansı bir bənd əks olunmamışdır. Məhkəmə müqavilələrin bağlanmasının hüquqi proseduruna münüasibətdə isə qeyd edir ki, mübahisəli əmlaklara dair notariat kontorunda bağışlama müqavilələri təsdiq edilərkən həmin əşyaların həbsdə və yüklü olması ilə bağlı hər hansı qeydiyyat mövcud olmamışdır. Bununla bağlı notarius bağışlama müqaviləsini təsdiq edərkən mübahisəli əşyalar üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışı “Elektron notariat” informasiya sistemi vasitəsilə real vaxt rejimində əldə etmişdir. Mübahisəli əmlaklara dair notariat kontorunda bağışlama müqaviləsi bağlanılarkən notariat orqanı tərəfindən qanunvericiliyin bütün tələblərinə riayət olunmuş, yəni əşyanın yüklülüyünə dair arayış «Elektron notariat» informasiya sistemi vasitəsi ilə real vaxt rejimində əldə edilmiş, lazımı sənədlər tələb edilərək əldə edilmiş, hədiyyə verənin əmlaka dair olan mülkiyyət hüququ yoxlanılmış, iradə ifadəsi soruşulmuş, müqavilənin bağlanmasının nəticələri ona izah edilmiş və yalnız bundan sonra bağışlama müqaviləsi notariat qaydada təsdiq olunmuşdur. Məhkəmə iddia tələbinin “ünvan 2 ünvanında yerləşən 11 saylı mənzilin bağışlanmasına dair X5 ilə X3 arasında bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, tələbin bu hissəsinin əsasında İddiaçı2 ilə Cavabdeh arasında bağlanmış 04 mart 2021-ci il tarixli bağışlama müqaviləsinin etibarsızlığı dayandığından və həmin müqavilənin etibarsızlığı məhkəmə qaydasında təsdiq edilmədiyindən tələbin X5 ilə X3 arasında bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi hissəsi də təmin edilməməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatın 45-ci maddəsinə əsasən daşınmaz əmlakın özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında müqavilə həmin əmlakın yerləşdiyi yerin notariusu tərəfindən təsdiq edilir. Təlimatın 46-cı maddəsinə əsasən notariuslar daşınmaz əmlakın özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında müqavilələri notariat qaydasında təsdiq edərkən onların özgəninkiləşdirən və ya girov qoyan şəxsə məxsus olmasını yoxlayırlar. Təlimatın 47-ci maddəsinə əsasən qeydiyyatdan keçməli olan əmlakın özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında əqdləri təsdiq edərkən notarius özgəninkiləşdirilən və ya girov qoyulan əmlaka mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında müvafiq reyestrdən çıxarışı tələb edir. AR Mülki Məcəlləsinin: 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Məhkəmə qeyd edir ki, mübahisəli müqavilənin etibarsız hesab edilməsi üçün mülki qanunvericilikdə hallar konkret olaraq müəyyən edilmişdir. Əqdin (müqavilənin) etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlər deyə iki qrupa bölünür. Aldatma dedikdə şəxsdən əsl həqiqəti gizlətməklə, onu hiyləgərcəsinə həqiqətdən uzaq müəyyən hərəkətə həvəsləndirərək təhrik etmək anlaşılır. Bu yolla maraqlı tərəf arzuladığı və öz iradəsinə müvafiq olan, lakin aldadılmış tərəfin mənafeyinə zidd olan bir əqdin bağlanmasına nail olur. Beləliklə, bağlanmış əqddə aldadılmış tərəfin həqiqi iradəsi təhrif edilmiş olur. Bu isə şəxsin iradə sərbəstliyinin və mülki qanunvericiliyin əsas prinsiplərindən birinin kobud surətdə pozulmasıdır. Qanunun tələbinə görə aldatma nəticəsində bağlanmış əqd onun aldatma olmadan bağlana bilməyəcəyi aşkar olduğu halda mübahisələndirilə bilər. Aldatma yolu ilə əqdin bağlanmasına nail olmuş şəxsin bunun nəticəsində fayda götürmək, yaxud digər tərəfə zərər vurmaq məqsədinin güddüyünün əhəmiyyəti yoxdur. 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 670.1-ci maddəsinə əsasən bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. 673.1.3-cü maddəsinə əsasən o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Həmçinin Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və hazırki iddia tələbi təmin olunmadığından, hazırkı iş üzrə çəkilmiş xərclər iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Az. Resp. MPM-nin 216-220-ci maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 - Cavabdeh (X3 və Masallı regional ASAN xidmət mərkəzində Notariat Kontoru 3-cü şəxs qismində) qarşı “müqavilənin etibarsız hesab edilməsi” barədə iddia tələbi əsassız olduğundan təmin edilməsin. Ödənilən dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ
Məhkəmə qərarları › İş №2(009)-1926/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1926/2024
22.11.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver