Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1927/2025 03.09.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X13 Rüstəmlinin sədrliyi, Mərdanov Məhəmməd Ələkbər oğlunun katibliyi ilə, ərizəçinin və nümayəndəsi-vəkili Nümayəndə iştirakları ilə, ərizəçi İddiaçı «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi» tələbinə dair (Səbail rayon İcra Hakimiyyəti maraqlı şəxs qismində qeyd olunan) ərizəsi üzrə mülki işə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi» tələbinə dair (Səbail rayon İcra Hakimiyyəti maraqlı şəxs qismində qeyd olunan) ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayon icra hakimiyyəti başçısının 03 avqust 1999-cu il tarixli 1109 saylı sərəncamının İddiaçı məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, ərizəçi 24 dekabr 1992-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. 03 avqust 1999-cu il tarixli 1109 saylı sərəncam ilə o, ünvan 1 ünvanının kirayəçisi sayılmışdır. Texniki səhv nəticəsində həmin sərəncamda ərizəçinin ata adı səhvən Məmmədbağı kimi qeyd edilmişdir. Ərizəçinin əvvəllər soyadı Süleymanova olmuşdur. O, 28 fevral 1967-ci il tarixdə X8 ilə ailə qurduqdan sonra soyadı Əhmədova olmuşdur. Məhkəmə iclasında iştirak etmiş ərizəçi ərizədə göstərilənlərə uyğun məzmunda izahat verərək, ərizənin təmin olunmasını xahiş etdi Məhkəmə iclasında iştirak etmiş ərizəçinin nümayəndəsi-vəkili ərizədə göstərilənlərə uyğun məzmunda izahat verərək, ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar olmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsaslanaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçi tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarına əlavə olunmuş: AA № ******* şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1947-ci il tarixdə anadan olmuşdur. 149 saylı MKİS-in arayışında qeyd edilir ki, İddiaçı Səbail rayonu, Buxta küçəsindəki 43 nömrəli evin 2 nömrəli mənzilində yaşayır. xx.xx.2024-cü il tarixli arayışda qeyd edilir ki, X8 ilə X2 28 fevral 1967-ci il tarixdə nikaha daxil olmuşdurlar. Nikahdan sonra arvada Əhmədova soyadı verilmişdir. İİ-ИE № 276517 Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 1967-ci il tarixdə vəfat etmişdir. Səbail rayon İcra Hakimiyyətinin 03 avqust 1999-cu il tarixli 1109 nömrəli Sərəncamında qeyd olunur ki, Əhmədova X1 43 nömrəli, 1 otaqlı 23 kv.metr yaşayış sahəsi olan 2 nömrəli mənzilin kirayəçisi sayılsın. Məhkəmə iclasında araşdırılmış sübutlarla, ərizəçi tərəfin izahatı və iş materialları ilə müəyyən olunmuşdur ki, xx.xx.1999-cu il tarixli 1109 saylı sərəncamda ərizəçi İddiaçı ata adı səhvən Məmmədbağı kimi qeyd edilmişdir. Ərizəçinin həmin sərəncamda ata adında buraxılmış səhvi təhlil edərək məhkəmə hesab edir ki, həmin yanlışlıq ərizəçinin şəxsiyyətini təsdiq edən sənədlərdə göstərilən həqiqi adı nəzərə alınmadan, diqqətsizlik nəticəsində yaranmışdır. Belə ki, iş materiallarında olan arayışdan da görünür ki, İddiaçı məhz sərəncamda qeyd olunan ünvan 2 ünvanda yaşayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə iş materiallarında olan sübutlara istinadən belə qənaətə gəlir ki, xx.xx.1999cu il tarixli 1109 saylı sərəncamda qeyd olunan İddiaçı Məmmədbağı qızı məhz İddiaçıdır. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220, 227, 233, 307-308, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli 1109 saylı sərəncamında qeyd olunan İddiaçı Məmmədbağı qızının İddiaçı olması olması faktı müəyyən edilsin. Qətnamədən təqdim edildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №2(009)-1927/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1927/2025
03.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver