Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1937/2021 13.09.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əkbərli Leyla Mirfazil qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Səbail rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə müraciət edərək, 16.12.2002-ci il təvəllüdlü Qafarov Ələkbər Fuad oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, o, Qafarov Fuad Ələkbər oğlu ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahlarından 16.12.2002-ci il təvəllüdlü Qafarov Ələkbər Fuad oğlu adlı uşaqları doğulmuşdur. ünvan 1 ünvanında yerləşən mənzildə övladı Qafarov Ələkbər Fuad oğlu ilə birlikdə yaşayır. Qafarov Ələkbər Fuad oğlu 16.12.2002-ci il təvəllüdlüdür. Bunu hazırki ərizəyə əlavə edilmiş Qafarov Ələkbər Fuad oğluna aid X1 və Şəxsiyyət Vəsiqəsinin surətləri ilə təsdiq edir. Uşaq anadangəlmə qüsurlu dünyaya gəlmişdir. Tibbi sənədlərindən də görülür ki, Qafarov Ələkbər Fuad oğlunun sağlamlıq imkanları məhduddur. Ələkbər Qafarova həkim komissiyası tərəfindən “Ağır kəmağıllılıq, kəskin imbesillik, kobud nitq və davranış pozuntuları, tez-tez təkrarlanan qıcolma tutmaları ilə Nitq pozğunluğu, Buynuz qişanın çapığı, Asteniya, T, Xroniki pielonefrit ” diaqnozu qoyulmuşdur. Tam əmək qabiliyyətsizdir, kənar şəxsin köməyinə ehtiyacı var. Yəni problem bu qədər ciddidir. 16.12.2002-ci il təvəllüdlü Qafarov Ələkbər Fuad oğlunun daimi olaraq, kənar şəxslərin ümumi qulluğuna ehtiyacı vardır. Ələkbər onlarla birlikdə ünvan 1 ünvanında yaşayır. Ona anası Ərizəçi qızı qulluq və nəzarət edir. Faktiki olaraq, özünü idarə edə bilmir. Bəzən isə aqressivləşərək, qeyri-adevkat hərəkətlər nümayiş etdirir. Ələkbər Qafarovun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi olmadığından, Ərizəçi qəyyum kimi onun adından çıxış edə bilmir. Habelə onun hüquq və vəzifələrinin təmin edilməsində yaxından iştirak edə bilmir. Ona görə də, məhkəmə 16.12.2002-ci il təvəllüdlü Qafarov Ələkbər Fuad oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ilə bağlı Qətnamə qət etməlidir. Məhkəmə iclasında Ərizəçi ərizəsinə uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Səbail rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin qurum öz nümayəndəsini məhkəmə iclasına göndərmədiyindən, məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Ərizəçi izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan, AZ-İ seriyalı, 306777 nömrəli X1 surətindən aydın olur ki, 16 dekabr 2002-ci il tarixdə anadan olmuş Qafarov Ələkbər Fuad oğlunun ata qrafasında Qafarov Fuad Ələkbər oğlunun, ana qrafasında isə Ərizəçi adı göstərilmişdir. İş materiallarında olan, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-sosial Ekspert Komiisiyasından sonuncu müayinəyə dair məlumatdan görünür ki, 16.12.2002-ci il təvəllüdlü Qafarov Ələkbər Fuad oğluna Ağır kəmağıllılıq, kəskin imbeslllik, kobud nitq və davranış pozuntuları, tez-tez təkrarlanan qıcolma tutmaları ilə. Daimi kənar şəxslərin himayəsinə ehtiyacı var., Nitq pozğunluğu., Buynuz qişanın çapığı Asteniya.t, Xroniki plelonefrit diaqnozu qoyulmuşdur. İş materiallarında olan AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, Qafarov Ələkbər Fuad oğlu 16.12.2002-ci il tarixdə Azərbaycan Respublikasında anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi xx.xx.1967-ci il tarixdə Azərbaycan Respublikasında anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan DİN yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan 20 avqust 2021-ci il tarixli, 2606 saylı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X2 Hüquqi şəxsi Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının rəyindən görünür ki, Qafarov Ələkbər Fuad oğlunda “Ağır əqli gerilik” (F72) aşkar olunur. Bunu anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənəd və hal-hazırki psixiatrik müayinənin nəticələri sübut edir. Bunları nəzərə alaraq belə qərara gəlinir ki, Qafarov Ələkbər Fuad oğlunda “Ağır əqli gerilik” qeyd olunur. Qafarov Ələkbər Fuad oğlunun öz hərəkətlərini dərk etmək və idarə etmək baxımından onu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas vardır. Beləliklə, Ərizəçi övladı Qafarov Ələkbər Fuad oğlunun sərbəst şəkildə hərəkət edə bilməyərək daima kənar şəxslərin qulluğuna ehtiyacını nəzərə alaraq, hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə Qafarov Ələkbər Fuad oğlunun psixi vəziyyətini müəyyən etmək üçün ilkin ambulator məhkəmə-psixiatriya ekspertizası təyin etmiş və ekspertizanın 20 avqust 2021-ci il tarixli, 2606 saylı rəyində Qafarov Ələkbər Fuad oğlu öz psixi vəziyyətinə görə hərəkətinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmadığı üçün onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli olduğu göstərilmişdir. Qeyd edilən məsələnin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alıb, məhkəmə ekspert rəyi ilə razılaşaraq hesab edir ki, Qafarov Ələkbər Fuad oğlu öz hərəkətinin mənasını başa düşməyən və öz hərəkətinə rəhbərlik edə bilməyən şəxs olduğundan fəaliyyət qabiliyyəti olmayan şəxs sayılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 16.12.2002-ci il təvəllüdlü Qafarov Ələkbər Fuad oğlu fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə, QƏT ETDİ: 16 dekabr 2002-ci ildə Bakı şəhərində şəhərində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Qafarov Ələkbər Fuad oğlu fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-1937/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1937/2021
13.09.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver