Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-194/2021 10.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim İlkin Şahin oğlu Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi ilə, ərizəçi Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs Yanında Qəyyumluq və Himayəçilik Komissiyası maraqlı şəxs olan) «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və qəyyum təyin edilməsi» barədə ərizəsi üzrə mülki işə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs Yanında Qəyyumluq və Himayəçilik Komissiyası maraqlı şəxs olan) «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və qəyyum təyin edilməsi» barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1966-cı il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X4 xx.xx.1966-cı il təvəllüdlüdür. O, hazırda psixi xəstəliyə tutulmuşdur. Sadiq Bakı şəhərində ərizəçinin himayəsində yaşayır və 3-cü qrup əlildir. Hazırda Sadiq özünü idarə edə bilmədiyi üçün onun qəyyuma ehtiyacı vardır. Odur ki, iddianın təmin olunması xahiş olunur . Məhkəmə iclasında iştirak etmiş ərizəçi ərizəsini müdafiə edib, ərizəyə uyğun məzmunda izahat verərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxslər Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyası nümayəndəsinin məhkəmədə iştirakını təmin etməmişdir. Məhkəmə Azər. Resp. MPM-nın 185.5-ci maddəsinə əsaslanaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə iş üzrə xx.xx.1966-cı il təvəllüdlü X1 psixi vəziyyətini müəyyən etmək üçün ilkin ambulator məhkəmə psixiatriya ekspertizası təyin edilmişdir. Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2021-ci il tarixli 03 saylı rəyində qeyd edilir ki, X2 X3 Remissiya Vəziyyəti qeyd olunur. Müayinə zamanı X4 ünsiyyətə adekvat tərzdə daxil olmuş, suallara mahiyyətinə uyğun cavablar vermiş, onda hər hansı psixoproduktiv əlamətlər qeyd olunmamış,əhval-ruhiyyəsi sabit olmuş, öz vəziyyətinə qarşı tənqidi kifayət həcmdə olmuşdur. Qeyd olunanlar nəzərə alınaraq, X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə kifayət qədər əsaslar yoxdur. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olunmuşdur ki, X4 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır. Azərbaycan Respublikası MPM-nın 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Həmin Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Məhkəmə hesab edir ki, iş üzrə toplanmış sübutlar X1 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik olmadığı barədə nəticəyə gəlməyə əsas vermir. Ona görə də ərizə təmin edilməməli, X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 321.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №2(009)-194/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-194/2021
10.03.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver