Məhkəmə qərarları › İş №2(009)-1954/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1954/2024

10.12.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1954/2024 10.12.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Abbasova Gülnarə Güləli qızının katibliyi ilə , Ərizəçi maraqlı şəxs qismində Səbail rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası cəlb olunmaqla “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Səbail rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası cəlb olunmaqla ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2006-cı il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi və anası Ərizəçi şəxs üzərinə qəyyum təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, onunla X3 arasında 04 avqust 2004-cü il tarixində nikah bağlanmışdır. Birgə nikahlarından xx.xx.2006-cı il tarixində Sabirabad rayonunda X8 anadan olmuşdur. X6 17 sentyabr 2019-cu ildə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyiin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Sim-18 qrup əlilliyi təsdiq edən vəsiqə verilmişdir. Övladı X1 iflicindən əziyyət çəkir və hərəkətlərini idarə etmək qabiliyyətindən məhrumdur, öz şəxsi iradəsi ilə qərar qəbul edə bilmir. Belə ki, bunu ərizəyə əlavə etdiyi sənədlər də təsdiq edir. Hal-hazırda onun xəstəliyi davam etməkdədir və ona daimi ciddi qulluq olunmalıdır, kənar şəxslərin köməyinə ehtiyac vardır. X4 vəziyyəti kifayət qədər ağırdır. Müəyyən sənədləşmə işlərində isə onun imzası tələb olunur, o isə bunu dərk etmək iqtidarında deyil. Ona görə də, onun rəsmi olaraq fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə zərurət vardır. Şəxs özünü dərk etmək və idarə etmək iqtidarında olmadığı üçün ona qəyyum və himayəçi təyin edilməlidir. Valideyni olaraq onun X6 qəyyum təyin edilməsi məqsədə müfaviqdir. Hazırda özünü idarə etmək iqtidarında olmadığından onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsi zərurəti yaranmışdır. Ərizəçi məhkəmə iclasına gəlməmiş, lakin məhkəmə hazırlıq iclasında ərizə yazaraq, işə onun iştirakı olmadan baxılıb qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Səbail rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan AA******* OXC7J1N nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1981-ci ildə anadan olmuşdur. iş materiallarında olan AA3913078 7CAT2Y4 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.2008-ci ildə anadan olmuşdur. İş materiallarında olan 04 avqust 2004-cü il tarixli, AZ-İ 120088 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə Ərizəçi 04 avqust 2004-cü il tarixdə nikahları bağlanmışdır. İş materiallarında olan 20 iyul 2006-cı il tarixli,AZ-İ 778180 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 02 iyul 2006-cı ildə Sabirabad rayonu, Muğangəncəvi kəndində anadan olmuş, atası X3, anası Ərizəçidır. İş üzrə təyin edilmiş məhkəmə-psixiatrik ekspertizası X10 Şəxsin xx.xx.2024-cüil tarixli, 4977 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, X5 “uşaq serebral iflici nəticəsində yaranan ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə müəyyən edilir. Yoxlanılan şəxs X8 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasının anlamaq, öz hərəkətlərini şüurlu idarə etmək iqtidarında deyildir. X7 psixi vəziyyətinə görə fəaliyyət qabliyyəti olmayan şəxs hesab edilməsinə əsaslar var. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 02 iyul 2006-cı il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. 02 iyul 2006-cı il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar