Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1958/2022 24.11.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Rufullayeva Rövşanə Elşən qızının katibliyi, İddiaçı, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 iştirakları ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 cəlb edilməklə cavabdeh Bakı şəhər 28 saylı Dövlət Notariat Kontoruna qarşı «mirasın qəbul edilməsi müddətinin uzadılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «mirasın qəbul edilməsi müddətinin uzadılması» barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, XX.XX.1933-cü il təvəllüdlü anası X7 xx.xx.2009-cu ildə Bakı şəhəri Səbail rayonunda vəfat etmişdir. Həmin vaxt iddiaçı Ukrayna Respublikasında çalışdığı üçün anası vəfat edəndə vərəsəlik üçün notarial qaydada müraciət etməmişdir. Vərəsəlik üçün nəzərdə tutulmuş müddətin 6 ay olmasından xəbərsiz olmuşdur. Hal-hazırda anasının mülkiyyətində olan mənzili öz adına keçirmək üçün notariata müraciət etdikdə orda müddəti ötürdüyünü bildirmişlər. İddiaçı həmin mənzildə böyüyüb və orada qeydiyyatdadır. Azərbaycanda olmadığı üçün vaxtında müraciət edə bilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, iddia ərizəsində yazılanları müdafiə edir, X8 anasıdır, 3 uşaq olmuşlar- özü, qardaşı Arif rəhmətə getmişdir və bacısı Laura, özü və ailəsi anası ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, L.Babayev küçəsi, ev 52-də birgə yaşamışlar. Savadsızlığı ucbatından anası X2 adına olan əmlakı öz mülkiyyətinə keçirə bilməsi üçün vərəsəlik müddətini ötürmüşdür. Tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Bakı şəhəri 28 saylı notariat ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, ofisin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə kontorun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdeh notariat ofisinin nümayədəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 bildirmişdir ki, vərəsəliklə bağlı savadsızlıqlarına görə vaxtında müraciət edə bilməmişlər, vərəsəliklə bağlı tələbi yoxdur, iddianın təmin edilməsinə etiraz etmir. Məhkəmə iclasında iştirak edən şahid X5 ifadəsində bildirmişdir ki, Hüseynova Şeyda ilə qonşu olmuşlar. İnsultdan rəhmətə getmişdir. Şeyda rəhmətə gedəndə oğlu Qardaş, gəlini, nəvəsi və digər oğlunun uşaqları yanında idilər. Şeyda Hüseynova rəhmətə gedənə qədər oğlu İddiaçı, gəlini Lyuba və nəvəsi Leyla ilə birlikdə yaşamışdır. Məhkəmə iclasında iştirak edən şahid X6 ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Səbail rayonu, L.Babayev 35-də yaşayır. Şeyda Hüseynova ilə qonşu olmuşlar. Oğlu Qardaş, gəlini Lyuba və nəvəsi Leyla ilə birgə yaşayırdı. Məhkəmə iclasında iştirak edən şahid X10 ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Səbail rayonu, L.Babayev 35-də yaşayır. Şeyda Hüseynova qonşusu olmuşdur. Onun 3 övladı var: Qardaş, Arif və Laura. Rəhmətə gedən zaman Qardaş, onun arvadı Lyuba və nəvəsi Leyla yanında olmuşlar. Məhkəmə, iddiaçını və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan 31 dekabr 1957-ci il tarixli, İ-ИЕ seriyalı 510527 saylı doğum haqqında şəhadətnaməsindən görünür ki, Məmmədova (Hüseynova) Şeyda Cəfər qızı İddiaçı anasıdır. İş materiallarında olan Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportdan görünür ki, Bakı şəhəri, 6-cı Bayıl, 52 saylı ev xüsusi mülkiyyət hüququ ilə iddiaçının anası Şeyda Hüseynovanın adına qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan AZ-İ seriyalı 370540 saylı, 19 avqust 2009-cu il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən X7 beyinə qan sızma səbəbindən 08 avqust 2009-cu il tarixdə vəfat etmişdir. İş materiallarında olan Bakı şəhəri 28 saylı notariat ofisinin notariusunun 16 avqust 2022-ci il tarixli qərarından görünür ki, İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş baza məlumatlarından görünür ki, xx.xx.1954-cü il təvəllüdlü İddiaçı xx.xx.2009-cu il tarixdən xx.xx.2022-ci il tarixədək müxtəlif vaxtlarda dövlət sərhədini tərk etmişdir. İş materiallarında olan Azərişıq ASC-nin abunə haqqında məlumatlarından görünür ki, 2002-2022-ci illərdə Bakı şəhəri, Səbail rayonu, 6-cı Bayıl, L.Babayev küçəsində yerləşən 52 saylı mənzilin işıq sərfiyyatına görə İddiaçı tərəfindən ödənişlər edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin Səbail rayon Sukanal İdarəsi üzrə ödənişlərin siyahısından görünür ki, 2009-2022-ci illərdə Bakı şəhəri, Səbail rayonu, 6-cı Bayıl, L.Babayev küçəsində yerləşən 52 saylı mənzilin su sərfiyyatına görə İddiaçı tərəfindən ödənişlər edilmişdir. İş materiallarında olan “Azəriqaz” İB-nin abonentinin saldosundan görünür ki, 2010- 2022-ci ilərdə, 2009-2022-ci illərdə Bakı şəhəri, Səbail rayonu, 6-cı Bayıl, L.Babayev küçəsində yerləşən 52 saylı mənzilin qaz sərfiyyatına görə İddiaçı tərəfindən ödənişlər edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X8 08 avqust 2009-cu il tarixdə beyinə qan sızmadan vəfat etmiş, oğlu İddiaçı vərəsə olaraq ərazi üzrə Bakı şəhəri 28 saylı Notariat Ofisinə müraciət etmiş, lakin müddət ötürüldüyündən ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, iddiaçı faktiki olaraq miras qalmış əmlakı idarə edir. Məhkəmə qeyd edir ki, iddiaçının mərhum anasının 08 avqust 2009-cu il tarixdə vəfat etməsindən sonra ondan qalmış mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin buraxılmasının iddiaçıdan asılı olmayan səbəblərdən baş verməsi məhkəmə iclasında iddiaçının izahatı ilə yanaşı təqdim etdiyi sübutlar ilə və şahidlərin ifadələri ilə də öz təsdiqini tapmışdır. Beləliklə, sadalanan xüsusatlara əsasən məhkəmə İddiaçı tərəfindən onun mərhum anası X1 qalmış miras əmlaka vərəsəlik şəhadətnaməsinin alınması üçün müəyyən olunmuş 3 aylıq müddətin ötürülməsi səbəblərini üzrlü hesab edir və həmin müddətin 2 (iki) ay uzadılmasını məqsədəuyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzürlü sayarsa, uzada bilər. Qanunverciliyin tələbindən də görünür ki, mirasın qəbulu müəyyən vaxt çərçivəsində iki yolla həyata keçirilir: notariat kontoruna mirasın qəbulu barədə ərizə verilməsi (rəsmi qəbul); miras əmlaka sahiblik etmək və ya əmlakı idarə etməyə faktik başlamaq (faktiki qəbul). Məhkəmə qeyd edir ki, istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə Mülki Məcəllədə müəyyən edilmiş müddətdə mirası həm rəsmi, həm də qeyri-rəsmi üsulla qəbul edə bilər. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir. Miras əmlakı sahibliyə faktiki olaraq daxil etmə dedikdə, miras əmlakın idarəsi, sərəncamı və istifadəsi, onun lazımi vəziyyətdə saxlanması, vergilərin və digər ödəmələrin ödənməsi üzrə hərəkətlər başa düşülür. Bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, X2 08 avqust 2009-cu il tarixdə vəfatından sonra ondan qalmış mirasın İddiaçı tərəfindən qəbul edilməsi müddətinin buraxılması səbəbləri üzürlü hesab edilməli və hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq miras əmlakın qəbul edilməsi müddəti 2 (iki) ay uzadılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. X3 xx.xx.2009-cu il tarixdə vəfatından sonra ondan qalmış mirasın İddiaçı tərəfindən qəbul edilməsi müddətinin buraxılması səbəbləri üzürlü hesab edilsin və hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq miras əmlakın qəbul edilməsi müddəti 2 (iki) ay uzadılsın. İddiaçı qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi öhdəliyi 28 saylı Dövlət Notariat ofisinə həvalə edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-1958/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1958/2022
24.11.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver