Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1987/2023 03.10.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Məhkəmə iclas katibi Əzizli Əziz Seyfulla oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/MTO15/2023-00299-03 nömrəli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi (bundan sonra ərizəçi) Maraqlı şəxs (bundan sonra maraqlı şəxs) ilə 01 mart 2013-cü il tarixində rəsmi nikaha daxil olmuşdur. Onların birgə nikahından 20 dekabr 2012-ci il təvəllüdlü X9 və 15 mart 2019-cu il təvəllüdlü X11 anadan olmuşdur. Tərəflər bir müddət mehriban yaşasalar da sonralar ailə münasibətləri pozulmuş, ailənin qorunub saxlanması mümkün olmamışdır. Nəticədə nikahın pozulması barədə qərar vermişlər. "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 28 və 29-cu maddələrinə uyğun olaraq ailə münasibətlərdən irəli gələn mübahisələrə məhkəmədən əvvəl mediasiya qaydasında baxılması tələb olunduğu üçün, ərizəçi (Etibarnamə üzrə nümayəndəsi X2 vasitəsilə) 15 saylı Mediasiya Təşkilatına (Ünvan: AZ-1095, Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, 6-cı Böyük Qala döngəsi, 11) müraciət etmişdir. Qanunun tələbinə uyğun olaraq, tərəflər arasında olan fikir ayrılığı və mübahisəni nikahın pozulması münasibətində qarşılıqlı razılıqla həll etmək üçün mediasiyaya müraciət olunmuşdur. 12 iyul 2023-cü il tarixində müzakirə predmetləri üzrə azyaşlı uşaqların ərizəçinin himayəsində qalması və onların yetkinlik yaşına çatanadək hər uşağa 200 (iki yüz) manat olmaqla, ümumilikdə 400 (dörd yüz) manat məbləğində alimentin maraqlı şəxs tərəfindən ərizəçinin xeyrinə ödənilməsi hissəsində qarşılıqlı razılaşma əldə edilmiş, barışıq sazişi imzalanmış və mediasiya prosesinə xitam verilmişdir (X1 - MSB NİT015/2023-00299-03). Bundan sonra, ərizəçi nikahın pozulması tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1569/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Ərizəçi ilə Maraqlı şəxs arasında 01 mart 2013-cü il tarixdə Azərbaycan Respublikası Biləsuvar rayon Xırmandalı ərazi nümayəndəliyi tərəfindən bağlanmış və 13 saylı akt qeydi ilə rəsmiləşmiş nikah pozulubdur. Barışıq sazişinin bağlanmasına baxmayaraq, maraqlı şəxs mübahisənin həlli istiqamətində qəbul edilmiş şərtlərin 3-cü bəndinə münasibətdə, yəni uşaqların yetkinlik yaşma çatanadək hər birinə 200 (iki yüz) manat olmaqla, ümumilikdə 400 (dörd yüz) manat alimentin ödənilməsi öhdəliyini icra etməmiş, barışıq sazişinin şərtini pozmuş və heç bir üzrlü səbəb göstərmədən valideynlik vəzifələrini yerinə yetirməyib. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, hər iki tərəf ərizə ilə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdirlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə onların şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MŞB/MT015/2023- 00299-03 saylı barışıq sazişinə əsasən Maraqlı şəxs birgə nikahdan olan uşaqları xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər anaları Ərizəçi yanında qalmasına razıdır və etiraz etmir. Maraqlı şəxs birgə nikahdan olan uşaqları xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanılması üçün xx.xx.2023-cü il tarixdən etibarən hər uşaq üçün hər ay 200 (iki yüz) manat, ümumilikdə 400 (dörd yüz) manat məbləğində alimenti Ərizəçi ödəməyi öhdəsinə götürür. Hazırki iş üzrə mediasiya xərcləri - ilkin mediasiya sessiyası üzrə haqq (50 manat), və mediasiya sessiyası haqqı (200 manat) Birinci tərəf (Ərizəçi) tərəfindən ödənilmişdir. İş materiallarına əlavə edilmiş Səbail Rayon Məhkəməsinin 2(009)-1569/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, Ərizəçi ilə Maraqlı şəxs arasında 01 mart 2013-cü il tarixdə bağlanmış və 13 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuşdur. İş materiallarına əlavə edilmiş AZ-İİİ 802206 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2012-ci il tarixdə Ağstafa rayonunda anadan olmuş. Ata qrafasında “Maraqlı şəxs”, ana qrafasında “X4” qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İV 262104 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2019-cu il tarixdə Bakı şəhərində anadan olmuş. Ata qrafasında “Maraqlı şəxs”, ana qrafasında “Ərizəçi” qeyd edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, isə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məhkəmə qeyd edir ki, barışıq sazişinin 8-ci bəndinə əsasən sazişin könüllü icrasından imtina olunsa, tərəfin sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilməsi qeyd edilmişdir. “Mediasiya haqqında” Qanunun 34.3-cü maddəsinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Maraqlı şəxs sazişin könüllü icrasından imtina edir və bununla bağlı tərəflər arasında mübahisə vardır. Belə olan halda məhkəmə hesab edir ki, Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi maraqlı şəxs sazişin könüllü icrasından imtina etdiyindən təmin edilməlidir. Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Beləliklə, məhkəmə mülki iş üzrə araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, tərəflər arasında barışıq sazişinə müvafiq olaraq, ərizə təmin edilməli və xx.xx.2023-cü il tarixli, MŞB/MT015/2023-00299-03 saylı barışıq sazişi təsdiq edilərək xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2019-cu il təvəllüdlü X11 yetkinlik yaşına çatana qədər anaları Məmiyeva (Məmmədova) Oksana Sabir qızının yanında saxlanılsın və Maraqlı şəxs xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanılması üçün xx.xx.2023-cü il tarixdən etibarən hər uşaq üçün hər ay 200 (iki yüz) manat, ümumilikdə 400 (dörd yüz) manat məbləğində aliment tutularaq Ərizəçi ödənilməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Həmin Məcəllənin 113.1-ci maddəsinə əsasən iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır. “Dövlət rüsumu haqqında” Qanunun 8.2-ci maddəsinə əsasən xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, ərizəyə xüsusi icraat qaydasında baxılaraq təmin edildiyindən Maraqlı şəxs 100 (bir yüz) manat dövlət nəfinə dövlət rüsmunun əvəzi kimi pul tutulmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 355, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizəçi Maraqlı şəxs cəlb edilməklə mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-cü il tarixli, MŞB/MTO15/2023-00299-03 nömrəli barışıq sazişi təsdiq edilsin. xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2019-cu il təvəllüdlü X11 yetkinlik yaşına çatana qədər anaları Məmiyeva (Məmmədova) Oksana Sabir qızının yanında saxlanılsın və Maraqlı şəxs xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanılması üçün xx.xx.2023-cü il tarixdən etibarən hər uşaq üçün hər ay 200 (iki yüz) manat, ümumilikdə 400 (dörd yüz) manat məbləğində aliment tutularaq Ərizəçi ödənilsin. Maraqlı şəxs dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 100 (bir yüz) manat məbləğində pul tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-1987/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1987/2023
03.10.2023 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver