Məhkəmə qərarları › İş №2(009)-1991/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1991/2022

07.12.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1991/2022 07.12.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, X1, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Səbail rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Həmayəçilik Komissiyası cəlb olunmaqla şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 04 yanvar 1989-cu il təvəllüdlü X6 fəaliyyət qabliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, o, X4 ilə rəsmi nikaha daxil olmuşdur, birgə nikahdan xx.xx.1989-cu il təvvəllüdlü X10 adlı övladları dünyaya gəlmişdir. Oğlu Vüsal 2ci Qarabağ müharibəsinin iştirakçısı olmuş, döyüş zamanı aldığı kəllə-beyin travma nəticəsində ona post travmatik stress pozuntusu diaqnozu təyin edilmişdir. Oğlu Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin drektoru Fuad İsmayılov tərəfindən xx.xx.2021-ci il tarixdə müayinə olunaraq xəstəlik təsdiq edilmişdir. Şəhadətnaməyə əsasən oğlu Vüsala 3-cü qrup əlillik təyin edilmişdir. Oğlu Vüsalın hərəkətləri stabil deyil, yaddaşı zəifləyib və hər gün agressivləşərək özünü idarə edə bilmir. Həyat yoldaşı Amilə Əzimova şizofreniya paramoit qüsurlu xəstədir. Göründüyü kimi vəziyyəti ciddi və ağırdır. Həyat yoldaşı, oğlu və onun ailəsi onunla birlikdə yaşayır. Onlara o baxdığına görə heç bir yerdə işləyə bilmir. Ona görə də, xx.xx.1989-cü il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs Səbail rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. İş materiallarında olan Vİİİ 457778 nömrəli, 11 yanvar 1989-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 04 yanvar 1989-cu il tarixdə Karaqan kənd sovetinin Marneul rayonunda anadan olmuşdur, atası Ərizəçi, anası X2r. İş materiallarında olan xx.xx.2022-ci i il tarixli ******* nömrəli yaşayış üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Ərizəçi, X11, X5, X10 ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan 28 iyun 2021-ci il tarixli 15194 nömrəli xəstəlik haqqında şəhadətnamənin surətindən görunur ki, ehtiyatda olan leytenan X3 dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 419/4 nömrəli travma haqqında arayışdan görünür ki, N №-li hərbi hissə baş leytenant X10 xx.xx.1989-cu il, xx.xx.2020-ci il tarixdi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə düşmən tərəfindən atılan mərminin partlaması nəticəsində “Qapalı kəllə beyin travması, baş beyin silkələnməsi” xəsarətini almışdır. İş materialarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi sosial müavinət və təqaüd haqqında xx.xx.2021-ci il tarixli, ********** nömrəli arayışdan görünür ki, X10 3-cü qrup əlildir. İş üzrə təyin edilmiş məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli, 2730 saylı rəyindən görünür ki, yoxlanılan şəxs X7 hazırda “Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu” F07.0 aşkar olunur. Bunu mülki iş materialları, təqdim edilmiş tibbi sənədlər, anamnestik məlumatlar (kəllə beyin travması alması, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi sosial müavinət və təqaüd haqqında arayışına əsasən Müharibə əlillərinə təqaüd İİİ qrup əlil olması, SHÇDX-nin Bakı şəhəri Səbail rayon İdarəsi rəisinin göndərisi ilə hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilməsi və ona “Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress” diaqnozunun qeyd edilməsi, azərbaycan Respublikası Müdafiə Nazirliyi 161 saylı Hərbi Hissənin arayışına əsasən “Qapalı kəlləbeyin travması, baş- beynin silkələnməsi” xəsarətinin alması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X9 əldə edilmiş arxiv məlumata görə “Stressə qarşı kəskin reaksiya” diaqnozu ilə müalicədə olması) hazırki müayinə zamanı aşkar edilən əlamətlər (zahirən bir qədər gərgin olması, ünsiyyətə daxil olmaq istəməməsi, təfəkkürünün ləngliyi, əhvali-ruhiyyəsinin dəyişkən olması, emosional sferasının qeyri-stabil olması və sair) təsdiq edir. xx.xx.1989-cu il təvəllüdlü X7 üzvi (travma məşəli) şəxsiyyət pozuntusu müəyyən edilir. X10 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarındadır. X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas verən kəmagıllıq, psixi fəaliyyətin müvəqqəti pozulması, demensiya müəyyyən edilmədiyindən fəaliyyət qabliyyəti olan şəxs hesab edilir. Beləliklə, Ərizəçi oğlu X6 hərəkətlərinin stabil olmaması, yaddaşının zəifləməsi və hər gün agressivləşərək özünü idarə edə bilməməsi əsası ilə hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə X6 psixi vəziyyətini müəyyən etmək üçün ilkin ambulator məhkəmə-psixiatriya ekspertizası təyin etmiş və ekspertizanın xx.xx.2022-ci il tarixli, 2730 saylı rəyində xx.xx.1989-cu il təvəllüdlü X7 üzvi (travma məşəli) şəxsiyyət pozuntusu müəyyən edildiyi, onun psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında olduğu, X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas verən kəmagıllıq, psixi fəaliyyətin müvəqqəti pozulması, demensiya müəyyyən edilmədiyindən fəaliyyət qabliyyəti olan şəxs hesab edidiyi göstərilmişdir. Qeyd edilən məsələnin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alıb, məhkəmə ekspert rəyi ilə razılaşaraq hesab edir ki, Ərizəçi Səbail rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Həmayəçilik Komissiyasının maraqlı şəxs kimi göstərdiyi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi təmin edilməməlidr. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə, QƏT ETDİ: Ərizəçi maraqlı şəxs qismində Səbail rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Həmayəçilik Komissiyası cəlb olunmaqla şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar