Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-2024/2020 05.11.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi İddiaçının nümayəndəsi E.M.Dadaşovun iştirakları ilə İddiaçı “TBC Kredit” X1 Təşkilatının Cavabdeh qarşı lizinq müqaviləsinə xitam veirlməsi, lizinq məbləğinin, lizinq faizlərinin və dəbbə pullarının və lizinq obyektinin qaytarılması tələbinə dair dair mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı “TBC Kredit” X1 Təşkilatı Cavabdeh qarşı lizinq müqaviləsinə xitam veirlməsi, lizinq məbləğinin, lizinq faizlərinin və dəbbə pullarının və lizinq obyektinin qaytarılması tələbinə dair iddia ərizəsi ilə Səbail rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, hazırki mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, lizinq dedikdə, kompleks xarakterli elə bir əmlak münasibəti başa düşülür ki, bu münasibətə görə bir tərəfin (lizinq alanın, istifadəçinin) müraciətinə əsasən digər tərəf (lizinq verən, ixtisaslaşdırılmış şirkət) dəqiq olaraq müəyyənləşdirilmiş satıcıdan xüsusi olaraq lizinq alan üçün əldə etdiyi əmlakı onun müvəqqəti istifadəsinə verir, lizinq alan isə bunun əvəzində haqq ödəyir. Göründüyü kimi, lizinq müəyyən əmlakın haqq müqabilində kirayəyə verilməsidir. Belə ki, lizinq verənin pulunu tam ödəyib satıcıdan aldığı əmlak lizinq alanın müvəqqəti istifadəsinə verilir. Lizinq ingiliscə “lease” sözündən olub, əmlakı alıb müvəqqəti istifadəyə vermək mənasını bildirir. Odur ki, lizinq əmlak kirayəsi deməkdir. Lakin qeyd olunmalıdır ki, lizinq alan ona verilmiş əmlakdan yalnız istifadə etmir, o həm də əmlakdan istifadə etməklə sahibkarlıq fəaliyyətini həyata keçirir və bunun nəticəsində mənfəət (gəlir) əldə edir. Demək olar ki, lizinq hüquqi baxımdan icarənin (kirayənin) bir formasıdır və o, sahibkarlıq fəaliyyətinin xüsusi xarakterli bir sahəsidir. Maliyyə əməliyyatı kimi o, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsində vacib rol oynayır. Belə ki, lizinq sahibkarlıq fəaliyyətinə investisiya qoyulmasının xüsusi formasıdır. Buna görə də lizinq münasibətlərinin əsas iştirakçıları sahibkarlardır. Digər tərəfdən lizinq əməliyyatının əsas sosial-iqtisadi məqsədi sahibkarlıq fəaliyyətinin həyata keçirməkdən ibarətdir. Tərəflər arasında bağlanılmış lizinq müqaviləsindən görünür ki, lizinq verən kommersiya hüquqi şəxsdir, lizinq alan isə fərdi sahibkardır(lizinq müqaviləsində lizinq alanın VÖEN-i qeyd olunub). İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, həmin tələb lizinq müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə bağlı yaranmış borcun tutulması və lizinq obyektinin geri qaytarılması ilə bağlıdır. Məhkəmə qeyd edir ki, hazırki mübahisənin tərəfləri sahibkarlıq fəaliyyətini həyata keçirən subyektlərdir, yaranmış mübahisə isə onlar arasında bağlanmış lizinq müqaviləsindən irəli gəlir. Cavabdehə verilmiş lizinq obyekti sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün onun müvəqqəti istifadəsinə və sahibliyinə verilmişdir. Bu isə onu deməyə əsas verir ki, tərəflər arasında yaranmış hüquq münasibətinin xarakteri sahibkarlıq fəaliyyəti ilə bağlıdır. AR MPM-nin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 32.3-cü madəsiən əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Qeyd edilən Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli 10 saylı qərarının 12-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Qeyd edilən Qərarın 13-cü bəndinə əsasən əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Həmin qərarın 22-ci maddəsin əsasən bu baxımdan məhkəmələrə izah edilir ki, qeyrikommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların kommersiya mübahisəsinin subyekti olması imkanı mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Beləliklə məhkəmə hazırki mübahisənin tərəflərin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını, bu halın məhkəmə tərəfindən iddia ərizəsini icraata götürdükdən sonra müəyyən edilməsini, bununla da işin məhkəmə aidiyyət qaydalarının pozulması ilə icraata götürülməsinin nəzərə alaraq hesab edir ki, hazırki mülki işə kommersiya məhkəməsində baxılmalıdır. AR MPM-nin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar edilərsə məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Göstərilən Məcəllənin 45.1-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aidiyyatı ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. «Məhkəmələr və hakimlər haqqında» AR Qanununun 15-ci maddəsinə əsasən işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. Məhkəmə eyni zamanda hesab edir ki, hazırki iş üzrə cavabdehin hüquqi ünvanı Bakı şəhəri üzrə olduğu üçün, hazırki mülki iş baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 35.2, 45.2.2, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə… QƏRARA ALDİ: İddiaçı “TBC Kredit” X1 Təşkilatının Cavabdeh qarşı lizinq müqaviləsinə xitam veirlməsi, lizinq məbləğinin, lizinq faizlərinin və dəbbə pullarının və lizinq obyektinin qaytarılması tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhər Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-2024/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-2024/2020
05.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver