Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2027/2024 10.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması barədə ərizəsinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, atası 1920-ci il təvəllüdlü 1995-ci ildə vəfat etmiş X19 1950-ci illərdən İ.Qocayev küçəsi (əvvəlki adları əvvəlcə Jdanov küçəsi, daha sonra İbrahim Tağıyev küçəsi), ev 31 (əvvəllər ev 32) ünvanında yaşamış və həmin ünvan torpaq sahəsi ilə birlikdə atasının mülkiyyətində olmuşdur. Mülkiyyət hüququnu təsdiq edən çoxsaylı sənədlərin olmasına baxmayaraq mülkiyyət hüququnun qeydə alınmasından imtina edilmişdir. xx.xx.2023-cü ildə Tovuz regional “ASAN xidmət” mərkəzindəki notariat ofisinə müraciət edərək Tovuz şəhəri, İ.Qocayev (əvvəlki adları Jdanov küçəsi, daha sonra İbrahim Tağıyev küçəsi), ev 31 (əvvəllər ev 32) ünvanında atası X6 miras qalmış daşınmaz əmlaka (0,0598 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərindəki atası Alməmməd Musayevə məxsus fərdi yaşayış evi) dair vərəsəlik işinin açılmasını xahiş etmiş və müraciəti əsasında V-654(2023) nömrəli vərəsəlik işi açılmışdır. Tovuz regional “ASAN xidmət” mərkəzindəki notariat ofisi xx.xx.2023-cü il tarixli, 4490 nömrəli məktubla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə müraciət olunaraq X6 miras qalmış daşınmaz əmlak barədə çıxarış və texniki pasportun verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsi xx.xx.2023-cü il tarixli 3-21-3-37/2-7743/2023 nömrəli məktubunda yaşayış evinin yerləşdiyi ərazi ilə bağlı “Qərb” X21 və Satışı İdarəsinin Tovuz elektrik şəbəkəsinə göndərilmiş sorğuya cavab alınmadığını bildirmiş, daha sonra “Qərb” X21 və Satışı İdarəsinin Tovuz elektrik şəbəkəsi xx.xx.2024-cü il tarixli 1/10 nömrəli məktubu ilə sorğuya cavab verərək daşınmaz əmlakın reyestrinin atasının adına həmin daşınmaz əmlakın mülkiyyət hüququnun qeydə alınmasına etirazının olmadığını bildirmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi idarəsi xx.xx.2024-cü il tarixli, 3-21-3-37/2-M-02xx-xx/2024 nömrəli məktubunda isə bildirmişdir ki, təqdim edilən sənədlərdə göstərilən hüquq sahibin adı ilə ölüm haqqında şəhadətnamə sənədi eynilik təşkil etmir, buna görə də daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Buna görə də hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər üzrə icraat qaydasında müvafiq sənədlərin və həmin ünvanda yerləşən torpaq sahəsi və üzərindəki müvafiq yaşayış sahəsinin mülkiyyət hüququ üzrə atasına məxsus olması faktının məhkəmə tərəfindən müəyyən edilməsi zərurəti yaranmışdır. Tovuz şəhəri, İ.Qocayev küçəsi (əvvəlki adları Jdanov küçəsi, daha sonra İbrahim Tağıyev küçəsi) ev 31 (əvvəllər ev 32) ünvanında yerləşən 0,0598 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərindəki müvafiq fərdi yaşayış evinə dair sənədlərin və həmin daşınmaz əmlaklar (torpaq sahəsi və müvafiq yaşayış evi) üzərində mülkiyyət hüququnun X11 məxsus olması faktlarını təsdiq edən sənədləri şərti olaraq iki qrupa bölmək olar: Daşınmaz əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən və X9 adının müxtəlif versiyalarda yanlış yazıldığı sənədlər və doğru yazıldığı sənədlər. Təqdim edilən sənədlərdən görünür ki, atası X9 ad, soyad və ata adı bəzi sənədlərdə texniki yanlışlıq və ya kargüzarlıq qaydalarının səthi olması səbəbindən yanlış göstərilmiş, bu isə hazırda onun mülkiyyət hüququnun qeydə alınmasına mane olmuşdur. Kirovabad şəhər Qarkomunun Kommunal təsərrüfat idarəsi yanında Texniki inventarizasiya bürosu tərəfindən tərtib edilən Plana əsasən ünvan 1 ünvanında ümumilikdə 598 kv.m. torpaq sahəsi (üzərində tikinti olan və olmayan) atası X9 adına qeyd edilmişdir. Lakin həmin planda yanlışlıqla atasının adı Alməmməd deyil, “Əli Məmməd”- “Əли Мəммəд” kimi qeyd olunmuşdur. Həmin sənəddə o, “X12” – “Мусаев Əли Мəммəд Гара оğлу” kimi təsbit olunmuşdur. Kirovabad şəhər Qarkomunun Kommunal təsərrüfat idarəsi yanında Texniki inventarizasiya bürosunun Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportda ünvan 2 ünvanına dair 326 inventar nömrə ilə aparılmış qeydiyyatda isə yanlışlıqla ev sahibi kimi atasının adı Alməmməd deyil, “Əliməmməd”- “Əлимəммəд” kimi qeyd olunmuşdur. Bu sənəddə atası “X14” - “Мусаев Əлимəммəд Гара оğлу” kimi təsbit olunmuşdur. Kirovabad şəhər Qarkomunun Kommunal təsərrüfat idarəsi yanında Texniki inventarizasiya bürosu tərəfindən verilən Torpaq qeydində atasının adı, soyad və ata adı “X14” - “Мусаев Əлимəммəд Гара оğлу” kimi qeydə alınmışdır. Kirovabad şəhər Qarkomunun Kommunal təsərrüfat idarəsi yanında Texniki inventarizasiya bürosu tərəfindən verilən xx.xx.1964-cü il tarixli Torpaq qeyd etməsinə işarələrdə atasının ad, soyad və ata adı “X12” - “Мусаyев Əли Мəммəд Гара оğлу” kimi qeyd edilmişdir. Üzərində yaşayış sahəsi olan torpağa müddətsiz istifadə etmək hüququnun verilməsi barədə Tovuz zəhmətkeş deputatları Soveti icraiyyə komitəsinin kommunal təsərrüfat şöbəsi ilə bağlanmış xx.xx.1962-ci il tarixli müqavilənin birinci səhifəsində atasının ad, soyad və ata adı “X27” - “Мусаев Алимəhəммəд Гара” kimi, 2-ci səhifəsində isə adı “X41 Qara” - “Мусаев Али Маммед Гара” kimi qeyd edilmişdir. xx.xx.1987-ci il tarixli Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunda atasının ad, soyad və ata adı “X15” - “Мусаев Алымəммəд Гара оглу” kimi qeyd edilmişdir. Halbuki atasının adına olan digər sənədlərdə, o cümlədən onun pasportunda onun ad, soyad və ata adı doğru olaraq X3 qeyd edilmişdir. XVİ-ЖГ No728915 nömrəli pasportda da atasının ad, soyad və ata adı “X33” - “Мусаев Алмəммəд Гара оглу” kimi göstərilmişdir. Vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının Tovuz rayon şöbəsi tərəfindən verilmiş 5 oktyabr 1961-ci il tarixli Aз No 089684 nömrəli doğum haqqında şəhadətnamədə onun ad, soyad və ata adı “Ərizəçi” - “Мусаев Елшəн Алмəммəд оглу”, atasının ad, soyad və ata adı isə “X33” - “Мусаев Алмəммəд Гара” kimi qeyd edilmişdir. Tovuz rayon X13 İcraiyyə Komitəsinin Kommunal təsərrüfat şöbəsinin 3 iyun 1962-ci il tarixli, 469 nömrəli arayışında da atasının ad, soyad və ata adı “X19” - “Мусаев Алмəммəд Гара оглу” kimi qeyd edilmişdir. ünvan 3 ünvanda 0,04 ha torpaq sahəsinin atası Alməmməd Musayevə verilməsinə dair Azərbaycan SSR Tovuz rayonu Tovuz şəhər ZDS icraiyyə komitəsinin xx.xx.1962-ci il tarixli iclasının 12 nömrəli protokolundan çıxarışda da görünür ki, atasının ad, soyad və ata adı “X19” - “Мусаев Алмəммəд Гара оглу” kimi qeyd edilmişdir. xx.xx.1962-ci il tarixli, 0012 nömrəli rusca tərtib olunmuş yaşayış evinin tikintisi planında da atasının ad soyad və ata adı “X19” - “Мусаев Алмəммəд Гара ог” kimi qeyd edilmişdir. Tikinti vergisi və torpaq rentasının hesablanmasının haqq-hesabına dair xx.xx.1967-ci il tarixli 960686 nömrəli tədiyyə bildirişində də atasının ad və soyadı “Musayev Alməmməd” - “Мусаев Алмəммəд” kimi qeyd edilmişdir. Vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının Tovuz rayon şöbəsi tərəfindən verilmiş xx.xx.1989-cu il tarixli V-ЖГ No 268246 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədə də onun ad, soyad, o cümlədən ada adı “Ərizəçi” - “Мусаев Елшəн Алмəммəд оглу” kimi təsbit olunmuşdur. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının Tovuz şöbəsi tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş 089684 nömrəli doğum haqqında şəhadətnamənin surətində də onun ad, soyad, o cümlədən ata adı “Ərizəçi”, atasının ad, soyad və ata adı isə “X19” olması təsbit edilmişdir. Tovuz rayon qeydiyyat şöbəsi tərəfindən atası Alməmməd Musayev barəsində verilən xx.xx.2024-cü il tarixli ölüm haqqında şəhadətnamədə də atası “X19” kimi qeyd olunub. Qeyd olunan torpaq sahəsinə dair mülkiyyət hüququ ilə bağlı atasının adına verilən sənədlərin əksəriyyətində onun ad, soyad və ata adı “X19” kimi müəyyən edilsə də, Kirovabad şəhər Qarkomunun Kommunal təsərrüfat idarəsi yanında Texniki inventarizasiya bürosu tərəfindən verilən sənədlərdə yanlışlıqla onun adı “Əli Məmməd” və ya “Əliməmməd” kimi qeyd edilmiş, bu yanlışlıq nəticəsində bu sənədlə əlaqədar olaraq verilən digər sənədlərdə də eyni yanlışlıq təkrarlanmışdır. Yuxarıda sadalanan sənədlərdə atasının ad, soyad və ata adında olan yanlışlıqlar texniki və ya o dövrün səthi karğızarlıq qaydaları ilə izah edilə bilər. Belə ki, həmin sənədlərdə olan bir-birinə istinadlar bu yanlışlığın texniki və səthi kargüzarlıqdan qaynaqlandığını təsdiq edir. Məsələn, eyni qurum tərəfindən verilən iki sənədin birində atasının adı, “Əli Məmməd” – “Əли Мəммəд”, digərində isə “Əliməmməd” – “Əлимəммəд” kimi qeyd olunmuşdur. Belə ki, Kirovabad şəhər Qarkomunun Kommunal təsərrüfat idarəsi yanında Texniki inventarizasiya bürosu tərəfindən tərtib edilən Planda atasının adı “Əli Məmməd” - “Əли Мəммəд”, pasportda isə “Əliməmməd” – “Əлимəммəд” kimi qeyd olunmuşdur. Həmin qurum tərəfindən verilən Torpaq qeydinin 1-ci səhifəsində atasının adı “Əliməmməd” – “Əлимəммəд” kimi qeyd edilsə də 2-ci səhifədə adı “Əli Məmməd” – “Əли Мəммəд” kimi göstərilmişdir. Yaxud həmin təşkilat tərəfindən verilən xx.xx.1964cü il tarixli Torpaq qeyd etməsinə işarələrdə atasının ad, soyad və ata adı “X12” – “Мусаев Əли Мəммəд Гара оглу” kimi qeyd edilsə də, Torpaq qeydində onun ad, soyad və ata adı “X14” - “Мусаев Əлимəммəд Гара оглу” kimi göstərilmişdir. Eynilə üzərində yaşayış sahəsi olan torpağa müddətsiz istifadə etmək hüququnun verilməsi barədə Tovuz zəhmətkeş deputatları Soveti icraiyyə komitəsinin kommunal təsərrüfat şöbəsi ilə bağlanmış xx.xx.1962-ci il tarixli müqavilənin birinci səhifəsində atasının ad, soyad və ata adı “X25” - “Мусаев Əлимəhəммəд Гара” kimi qeyd edilmişdir. Eləcə də, həmin sənədin 1-ci səhifəsində bildirilir ki, bu müqavilə 1962-ci il 20 iyun tarixli 0012 nömrə ilə təsdiq olunan proyektə uyğundur. Halbuki, həmi proyekt - planda atasının ad, soyad və ata adı xx.xx.1962-ci il tarixli, 0012 nömrəli rusca tərtib olunmuş yaşayış evinin tikintisi planında da atasının ad, soyad və ata adı “X22” - “Мусаев Алмамед Гара ог” kimi qeyd edilmişdir. Göründüyü kimi bütün bu sənədlərin hamısı eyni şəxs atası – X19 barəsində tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq ərizəçi adları qeyd edilən sənədlərin 1920-ci ildə Ermənistan SSR Dilican rayonu Göyərçin kəndində anadan olmuş X11 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış Ərizəçi ərizəni tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, lakin məhkəməyə ünvanlanmış məktubda işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə maraqlı şəxs Tovuz rayon İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, lakin məhkəməyə ünvanlanmış teleqramda işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. İş üzrə Sovet Sosialist Respublikaları İttifaqları Vətəndaşının xx.xx.1981-ci il tarixli, XVİ-JQ (XVİ- ЖГ) seriyalı 728915 pasportun surətindən görünür ki, X19 1920-ci ildə Ermənistan SSR Dilican rayonunun Göyərçin kəndində anadan olmuşdur. İş üzrə Tovuz rayon VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1961-ci il tarixli doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1961-ci il tarixdə Tovuz rayonunda anadan olmuş, atası X19, anası X23 göstərilmişdir. İş üzrə Tovuz rayon VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1989-cu il tarixli nikahın bağlanması haqqında şəhadətnaməsinin surətinə əsasən Ərizəçi ilə X4 arasında xx.xx.1989-cu il tarixdə nikah bağlanılmış və bu barədə akt qeydləri kitabında 55 №-li akt qeydi icra edilmişdir. Nikahdan sonra ərə Musayev, arvada Musayeva soyadı verilmişdir. İş üzrə Kirovabad şəhər İcraiyyə Komitəsinin (Qarkomunun) Kommunal təsərrüfat idarəsi yanında Texniki inventarizasiya bürosu tərəfindən tərtib edilmiş plan-cizginin surətindən görünür ki, ünvan 1 ünvanında ümumilikdə 598 kv.m. torpaq sahəsi X5 (Мусаев Əли Мəммяд Гара оглунун) adına sənədləşdirilmişdir. İş üzrə Kirovabad şəhər İcraiyyə Komitəsinin (Qarkomunun) Kommunal təsərrüfat idarəsi yanında Texniki inventarizasiya bürosunun Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportun surətindən görünür ki, ünvan 2 ünvanına dair 326 inventar nömrə ilə aparılmış qeydiyyatda ev sahibi kimi X14 (Мусаев Əлимəммəд Гара оглу) qeyd edilmişdir. İş üzrə Kirovabad şəhər İcraiyyə Komitəsinin (Qarkomunun) Kommunal təsərrüfat idarəsi yanında Texniki inventarizasiya bürosu tərəfindən verilən Torpaq qeydinin surətindən görünür ki, ünvan 2 ünvanınla yerləşən ümumi sahəsi 598 kv.m. olan torpaq sahəsi müddətsiz olaraq X7 (Мусаев Əлимəммəд Гара оглунун) istifadəsinə verilmişdir. İş üzrə Kirovabad şəhər İcraiyyə Komitəsinin (Qarkomunun) Kommunal təsərrüfat idarəsi yanında Texniki inventarizasiya bürosu tərəfindən verilən xx.xx.1964-cü il tarixli Torpaq qeyd etməsinə işarələrin surətindən görünür ki, həmin torpaq xx.xx.1964-cü il tarixdə X5 (Мусаев Əли Мəммəд Гара оглунун) adına qeydiyyata alınmışdır. İş üzrə üzərində yaşayış sahəsi olan torpağa müddətsiz istifadə etmək hüququnun verilməsi barədə Tovuz zəhmətkeş deputatları Soveti icraiyyə komitəsinin kommunal təsərrüfat şöbəsi ilə bağlanmış xx.xx.1962-ci il tarixli müqavilənaməsinin surətindən görünür ki, həmin müqavilənin birinci səhifəsində ərizəçinin atasının ad, soyad və ata adı “X27” (“Мусаев Алимəhəммəд Гара”) kimi, 2-ci səhifəsində isə ərizəçinin atasının adı “X42 Qara” (“Мусаев Али Маммед Гара”) kimi qeyd edilmişdir. İş üzrə xx.xx.1987-ci il tarixli fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun surətindən görünür ki, Tovuz şəhəri, Tağıyev küçəsində yerləşən evin sahibi X15 (“Мусаев Алымəммəд Гара оглу”) qeyd edilmişdir. İş üzrə Tovuz rayon X13 İcraiyyə Komitəsinin Kommunal təsərrüfat şöbəsi tərəfindən verilmiş xx.xx.1962-ci il tarixli, 469 nömrəli arayışında ərizəçinin atasının ad, soyad və ata adı “X24” (“Мусаев Алмəмəд Гара оглу”) və “X20” (“Мусаев Алымəмəд Гара оглу”) kimi qeyd edilmişdir. İş üzrə ünvan 3 ünvanda 0,04 ha torpaq sahəsinin Alməmməd Musayevə verilməsinə dair Azərbaycan SSR Tovuz rayonu Tovuz şəhər ZDS icraiyyə komitəsinin xx.xx.1962-ci il tarixli iclasının 12 nömrəli protokolundan çıxarışın surətindən görünür ki, ərizəçinin atasının ad, soyad və ata adı “X19” (“Мусаев Алмəмəд Гара оглу”) kimi qeyd edilmişdir. İş üzrə xx.xx.1962-ci il tarixli, 0012 nömrəli yaşayış evinin tikintisi planında ərizəçinin atasının ad soyad və ata adı “X16” - “Мусаев Алимамед Гара ог” kimi qeyd edilmişdir. İş üzrə 1967-ci il üçün yerli vergilər və rüsumlar üzrə xx.xx.1967-ci il tarixli, 1053 nömrəli tədiyyə bildirişinin surətindən görünür ki, tikinti vergisi və torpaq rentasının hesablanmasında ərizəçinin atasının adı və soyadı “Musayev Alməmməd” (“Мусаев Алмəммəд”) kimi qeyd edilmişdir. İş üzrə Tovuz rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarxli ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, X19 xx.xx.1995-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1995-ci il tarixdə 93 No ilə qeyd edilmişdir. Ölümün səbəbi kimi miokard infarktı göstərilmişdir. İş üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən Ərizəçi Alıməmməd oğluna ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, ünvan 7 ünvanında yerləşən 0,0598 ha həyətyanı torpaq sahələrində inşa edilmiş fərdi yaşayış evi üzərində mərhum X8 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** qeydiyyat nömrəli ərizəsinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsində baxılmışdır. Ərizəsinin icrası ilə əlaqədar qeyd olunan ünvanda baxış keçirilən zaman müəyyən edilmişdir ki, torpaq sahəsində yerləşən fərdi yaşayış evindən 6,4 metr – 7,7 metr məsafədən, 10 kv-luq olan yüksək gərginlikli hava elektrik xətti keçir. Elektrik xəttinin mühafizə zolaqları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltadək elektrik şəbəkələrinin mühafizəsi qaydaları”nın və “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”na uyğun tənzimlənir. Bu səbəbdən “Daşınmaz Əmlakın Dövlət Reyestri” haqqında Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən təqdim etdiyi sənədlərin qeydiyyatı bir ay müddətinə dayandırılaraq müvafiq qaydada **********31 nömrəli məktubla “Qərb” X21 və Satışı İdarəsinin Tovuz Elektrik Şəbəkəsinə sorğu göndərilmiş, lakin sorğuya cavab verilməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizəsinin icrasından imtina edilir. İş üzrə “Qərb” X21 və Satışı İdarəsinin Tovuz Elektrik Şəbəkəsi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, X1 məxsus Tovuz şəhərində yerləşən həyətyanı torpaq sahəsinin 8 m məsafəsindən və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin 6,5 m məsafədən 6 kv-luq HEVX keçir. 6 Kv-luq HEVX-nin qabariti texniki istismar qaydalarına uyğundur. X1 məxsus Tovuz şəhərində yerləşən həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinin üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasına Tovuz EŞ-si etiraz etmir. İş üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən Ərizəçi etibarnamə üzrə nümayəndəsi X17 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, Tovuz şəhəri, E.Nəsibov küçəsində yerləşən fərdi yaşayış evi üzərində mərhum X8 mülkiyyət hüqununun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizəsinə baxılmışdır. Araşdırma zamanı təqdim edilən sənədlərdə göstərilən hüququ sahibinin adı ilə ölüm haqqında şəhadətnamə sənədi eynillik təşkil etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci mddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi, hüquq əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər Məhkəmə tərəfindən müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Azərbaycan Respublikası Qanununun 16.5-ci maddəsinə əsasən Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Həmçinin “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Yuxarıda göstərilənlərə və “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən Ərizəçi ərizəsinin icrasından imtina olunur. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə ilk növbədə qeyd edir ki, X19 vəfat etdiyindən və iddiaçı mərhum atası A.Musayevin övladı kimi birinci növbəli qanun üzrə vərəsəsi olduğundan, onun hazırkı iddia ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ vardır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, 1995-ci ildə vəfat etmiş 1920-ci il təvəllüdlü ərizəçinin atası X19 1950-ci illərdən ünvan 11 ünvanında yaşamış, həmin ünvan 0,0598 ha torpaq sahəsi ilə birlikdə Alməmməd Musayevin mülkiyyətində olmuşdur. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, həmin daşınmaz əmlaklara (torpaq sahəsinə və həmin torpaq sahəsi üzərindənki fərdi yaşayış evinə) dair ərizəçinin atasının adına verilmiş sənədlərdə yanlışlığa yol verilmiş və ərizəçinin atasının adı, soyadı və atasının adı müxtəlif sənədlərdə fərqli olaraq düzgün göstərilməmişdir. Belə ki, Tovuz şəhəri, Jdanov küçəsi,No 16 ünvanında ümumilikdə 598 kv.m. torpaq sahəsinin X9 adına qeydə alınmasına dair Kirovabad şəhər Qarkomunun Kommunal təsərrüfat idarəsi yanında Texniki inventarizasiya bürosu tərəfindən tərtib edilən X2 adı, soyadı və atasının adı “Мусаев Əли Мəммəд Гара оглу” kimi; -ünvan 2 ünvanına dair Kirovabad şəhər Qarkomunun Kommunal təsərrüfat idarəsi yanında Texniki inventarizasiya bürosunun Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportda X9 adı, soyadı və atasının adı “Мусаев Əлимəммəд Гара оглу” kimi, - Kirovabad şəhər Qarkomunun Kommunal təsərrüfat idarəsi yanında Texniki inventarizasiya bürosu tərəfindən verilən Torpaq qeydində X9 adı, soyadı və atasının adı “Мусаев Əлимəммəд Гара оглу” kimi, - Kirovabad şəhər Qarkomunun təsərrüfat idarəsi yanında Texniki inventarizasiya bürosu tərəfindən verilən 17 aprel 1964-cü il tarixli Torpaq qeyd etməsinə işarələrdə X9 adı, soyadı və atasının adı “Мусаев Əли Мəммəд Гара оглу” kimi, - Üzərində yaşayış sahəsi olan torpağa müddətsiz istifadə etmək hüququnun verilməsi barədə Tovuz zəhmətkeş deputatları Soveti icraiyyə komitəsinin kommunal təsərrüfat şöbəsi ilə bağlanmış 20 iyun 1962-ci il tarixli müqavilənin birinci səhifəsində X9 adı, soyadı və atasının adı “Мусаев Aлимəhəммəд Гара” kimi, 2-ci səhifəsində isə adı “Мусаев Aли Маммед Гара” kimi, - xx.xx.1987-ci il tarixli Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunda X9 adı, soyadı və atasının adı “Мусайев Aлымəмəд Гара оглу” kimi göstərilmişdir. Məhkəmə qeyd edir ki, hüquqmüəyyənedici sənədlərdə (torpağın mülkiyyətə verilməsinə dair planda, evin mülkiyyətə verilməsinə dair texniki pasporta, torpaq qeydində və s.) ərizəçinin mərhum atasının adı, soyadı və atasının adı düzgün göstərilmədiyindən, ərizəçi həmin sənədlərin X11 məxsusluğu barədə hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx.xx.2019-cu il tarixli 3 nömrəli Plenum Qərarına əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bu səbəbdən məhkəmə hesab edir ki, ərizə əsaslı hesab edilməli və təmin edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə… QƏT ETDİ: Ərizə təmin edilsin. Adı “Мусайев Əли Мəммəд Гара оглу” kimi qeyd edilmiş ünvan 13 ünvanında ümumilikdə 598 kv.m. torpaq sahəsinin qeydə alınmasına dair Kirovabad şəhər Qarkomunun Kommunal təsərrüfat idarəsi yanında Texniki inventarizasiya bürosu tərəfindən tərtib edilən Planın 1920-ci ildə Ermənistan SSR Dilican rayonu Göyərçin kəndində anadan olmuş X11 məxsus olması, Adı “Мусайев Əлимəммəд Гара оглу” kimi qeyd edilmiş ünvan 2 ünvanına dair Kirovabad şəhər Qarkomunun Kommunal təsərrüfat idarəsi yanında Texniki inventarizasiya bürosunun Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportun 1920-ci ildə Ermənistan SSR Dilican rayonu Göyərçin kəndində anadan olmuş X11 məxsus olması, Adı “Мусайев Əлимəммəд Гара оглу” kimi qeyd edilmiş Kirovabad şəhər Qarkomunun Kommunal təsərrüfat idarəsi yanında Texniki inventarizasiya bürosu tərəfindən verilən Torpaq qeydinin 1920-ci ildə Ermənistan SSR Dilican rayonu Göyərçin kəndində anadan olmuş X11 məxsus olması, Adı “Мусайев Əли Мəммəд Гара оглу” kimi qeyd edilmiş Kirovabad şəhər Qarkomunun təsərrüfat idarəsi yanında Texniki inventarizasiya bürosu tərəfindən verilən 17 aprel 1964-cü il tarixli Torpaq qeyd etməsinə işarələrin 1920-ci ildə Ermənistan SSR Dilican rayonu Göyərçin kəndində anadan olmuş X11 məxsus olması, Adı sənədin birinci səhifəsində “Мусаев Aлимəhəммəд Гара” kimi, ikinci səhifəsində “Мусаев Aли Маммед Гара” kimi qeyd edilmiş üzərində yaşayış sahəsi olan torpağa müddətsiz istifadə etmək hüququnun verilməsi barədə Tovuz zəhmətkeş deputatları Soveti icraiyyə komitəsinin kommunal təsərrüfat şöbəsi ilə bağlanmış 20 iyun 1962-ci il tarixli müqavilənin 1920-ci ildə Ermənistan SSR Dilican rayonu Göyərçin kəndində anadan olmuş X11 məxsus olması, Adı “Мусайев Aлымəммəд Гара оглу” kimi qeyd edilmiş xx.xx.1987-ci il tarixli Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun 1920-ci ildə Ermənistan SSR Dilican rayonu Göyərçin kəndində anadan olmuş X11 məxsus olması barədə hüquqi əhəmiyyətli faktlar müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-2027/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2027/2024
10.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver