Məhkəmə qərarları › İş №2(009)-2036/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2036/2020

28.12.2020 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2036/2020 28.12.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əkbərli Leyla Mirfazil qızının katibliyi, Ərizəçi Hümbət qızının iştirakı ilə, Ərizəçi Hümbət qızının maraqlı şəxs Səbail rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Hümbət qızı məhkəməyə müraciət edərək, xx.xx.1988-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, o, X5 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahlarından xx.xx.1988-ci il təvəllüdlü X6 adlı uşaqları doğulmuşdur. ünvan 1 ünvanında qeydiyyatdadır və həmin ünvanda yerləşən mənzildə ailə üzvləri, o cümlədən övladı xx.xx.1988-ci il təvəllüdlü X6 ilə birlikdə yaşayır. Uşaq anadangəlmə qüsurlu dünyaya gəlmişdir. Həkim komissiyası tərəfindən “kəskin debillik səviyyəsində oliqofremiya, kobud davranış pozuntusu” diaqnozu qoyulmuşdur. Tam əmək qabiliyyətsizdir, kənar şəxsin köməyinə ehtiyacı var, hətta tibbi reabilitasiya da təyin edilə bilməz. Faktiki olaraq özünü idarə edə bilmir. Bəzən isə aqressivləşərək, qeyri-adekvat hərəkətlər nümayiş etdirir. Övladı Vəsirə Rüstəmovanın fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi olmadığından qəyyum kimi onun adından çıxış edə bilmir. Habelə onun hüquq və vəzifələrinin təmin edilməsində yaxından iştirak edə bilmir. Ona görə də xx.xx.1988-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Ərizəçi Hümbət qızı ərizəsinin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Səbail rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin qurum öz nümayəndəsini məhkəmə iclasına göndərmədiyindən, məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Ərizəçi Hümbət qızının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan, ХХ ЖГ 283249 nömrəli doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, xx xxxxxx 1988-ci il tarixdə anadan olmuş X3 ata qrafasında X2, ana qrafasında isə Ərizəçi Hümbət qızının adı göstərilmişdir. İşə əlavə edilmiş AZE seriyalı 14038126 saylı şəxsiyyət vəsiqəsinin surətindən aydın olur ki, X6, xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. Mülki işdə olan xx xxxxxx 2020-ci il tarixli, 2346 saylı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X7 Hüquqi şəxsi Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının rəyindən görünür ki, X4 orta dərəcəli əqli gerilik davranış pozuntuları ilə aşkar olunur. Bunu anamnestik məlumatlar-erkən yaşlarından psixi inkişafda geri qalması, əqli geriliklə əlaqədar yardımçı məktəb proqramı üzrə təhsil alsa da, elementar biliklərə yiyələnə bilməməsi, 33 saylı Şəhər Poliklinikasının psiatrik kabinetində qeydiyyatda olması, xəstəliyi ilə əlaqədar İİ qrup əlilliyi, həmçinin hazırkı müayinə zamanı aşkar olunan əlamətlər zamana görə bələdliyinin pozulması, davranışının qeyri-adekvatlığı, emosional dayanıqsızlığı, yaddaş və intellekt funksiyalarının zəif inkişaf etməsi, maraq dairəsinin məhdudluğu öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair sübut edir. Bunları nəzərə alaraq belə qərara gəlinir ki, X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Yuxarıda qeyd olunanlar X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas verir. Beləliklə, Ərizəçi Hümbət qızı övladı X1 şəkildə hərəkət edə bilməyərək daima kənar şəxslərin qulluğuna ehtiyacını, eləcə də İİ qrup əlil olmasını nəzərə alaraq, hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə X3 psixi vəziyyətini müəyyən etmək üçün ilkin ambulator məhkəmə-psixiatriya ekspertizası təyin etmiş və ekspertizanın xx xxxxxx 2020ci il tarixli, 2346 saylı rəyində X6 öz psixi vəziyyətinə görə hərəkətinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmadığı üçün onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli olduğu göstərilmişdir. Qeyd edilən məsələnin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alıb, məhkəmə ekspert rəyi ilə razılaşaraq hesab edir ki, X6 ağıl zəifliyi və xəstəlik nəticəsində öz hərəkətinin mənasını başa düşməyən və öz hərəkətinə rəhbərlik edə bilməyən şəxs olduğundan fəaliyyət qabiliyyəti olmayan şəxs sayılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.1988-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə, QƏT ETDİ: xx xxxxxx 1988-ci ildə ünvan 2 ünvanında qeydiyyatda olan X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar