Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2044/2021 26.08.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əkbərli Leyla Mirfazil qızının katibliyi, İddiaçı3, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyəti, "xxxx" ASC-nin Quba filialı, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “ipoteka müqaviləsinin ləğv edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər "xxxx" MMC-yə, "xxxx" ASC-yə və "xxxx" ASC-nin Quba filialına qarşı 14.08.2012-ci il tarixli 6669/İ-A saylı, 6669/İ saylı və 6669/İ-B saylı ipoteka müqavilələrin ləğv edilməsini və İddiaçı2 məxsus Quba rayonu, İİ Nügədi kəndikdəki 0,10 ha torpaq sahəsinin və orada yerləşən 2 mərtəbəli yaşayış evinə və İddiaçı3 məxsus Quba rayonu, İİ Nügədi kəndikdəki 0,8 ha torpaq sahəsinin və orada yerləşən 2 mərtəbəli yaşayış evinə dair elektron qaydada “X7” DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə göndərilməsi cavabdeh "xxxx" ASC-nin üzərinə vəzifə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı3 və Bank Respublika ASC-nin Quba Filialı arasında bağlanan 13 avqust 2012-ci il tarixli 6669 saylı kredit müqaviləsi əsasında ona 350 000 manat kredit ayrılmışdır. Kredit məbləğinin təminatı kimi İddiaçı2 Mirxaliq oğluna məxsus Quba rayonu, İİ Nügədi kəndindəki 0,10 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli yaşayış evi, İddiaçı3 məxsus Quba rayonu, İİ Nügədi kəndindəki 0,08 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli yaşayış evi və İddiaçı1 məxsus Quba rayonu, İİ Nügədi kəndində yerləşən 9 ədəd soyuducu kamera və avadanlıqlara, həmçinin korton istehsal edən avadanlıqlar ipoteka və sonrakı ipoteka ilə yüklü edilmişdir. Bundan sonra iqtisadi çətinliklə üzləşdiklərindən kredit məbləğini zamanında bağlaya bilməmişlər. Bundan sonra Sumqayt Apellyasiya Məhkəməsinin MK-nın 12 iyul 2016-cı il tarixli qətnaməsinə əsasən İddiaçı2 Mirxaliq oğluna məxsus Quba rayonu, İİ Nügədi kəndindəki 0,10 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli yaşayış evinin ilkin satış qiyməti 112.000 manat, İddiaçı3 məxsus Quba rayonu, İİ Nügədi kəndindəki 0,08 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli yaşayış evinin isə ilkin satış qiyməti 98.000 manat, İddiaçı1 qızma məxsus Quba rayonu, İİ Nügədi kəndində yerləşən 9 ədəd soyuducu kamera və avadanlıqların, həmçinin korton istehsal edən avadanlıqların ilkin satış qiyməti 939233 manat müəyyən olunmuş,İddiaçı2 Mirxaliq oğluna məxsus Quba rayonunun İİ Nügədi kəndindəki 0,10 ha torpaq sahəsinə, həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli yaşayış evinə, İddiaçı3 məxsus Quba rayonu, İİ Nügədi kəndindəki 0,08 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli yaşayış evinə və İddiaçı1zna məxsus avadanlıqlara tutma yönəldikdən və onlar satıldıqdan sonra həmin evlərin bir ay ərzində boşaldılmaları hissəsi ləğv olunmuş, İddiaçı3 cəmi 353633,87 manat məbləğində pul və 29 manat məbləğində dövlət rüsumu alınaraq Cavabdeh1 ASC-nin xeyrinə ödənilməsi qət edilmiş, tələbin ipoteka predmeti olan İddiaçı3 məxsus Quba rayonu, İİ Nügədi kəndindəki 0,08 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli yaşayış evinin isə ilkin satış qiyməti 98.000 manat, İddiaçı1 qızma məxsus Quba rayonu, İİ Nügədi kəndində yerləşən 9 ədəd soyuducu kamera və avadanlıqların, həmçinin korton istehsal edən avadanlıqlara yönəldilməsi, həmin əmlakın hərrac yolu ilə satılmaqla satışdan əldə ediləcək vəsait hesabına İddiaçı3 "xxxx" ASC-yə olan borcunun ödənilməsinin təmin edilməsi, ödənişlər aparıldıqdan sonra artıq qalan məbləğin borclulara verilməsi qət edilmişdir. Sumqayt Apellyasiya Məhkəməsinin 2(105)-1259/2015 saylı 02.03.2017-ci il tarixli icra sənədi üzrə Quba rayon İcra və Probasiya Şöbəsi tərəfindən 3 sayda əmlak Hərraca çıxarılmışdır. Quba rayon İcra və Probasiya Şöbəsinə və cavabdeh banka adı çəkilən qətnamə çıxarılandan sonra tərəflərindən qətnamə üzrə hesablanmış borc məbləğinin tam bağlanması sütüb edən şoxsaylı qəbzlər təqdim edilməsinə baxmayaraq, hazırda cavadeb bankın qərəzli şəkildə borcun bağlanması barədə icra şöbəsinə və ya hərrac mərkəzinə məktub ünvanlamadığından, cavabdeh Daşınar və Daınmaz Əmlakın Satışı üzrə Hərrac Mərkəzi 16.07.2021-ci il tarixdə Aşıq Hərracın keçirilməsi təyin etmişdir. Məlum olduğu kimi, cavabdeh Hərrac Mərkəzi bu bildiriş onlara poçt xidməti ilə hərracın keçirilməsinə yalnız 17 gün qalmış 30 iyun 2021-ci il tarixdə göndərmişdir. Halbuki, qanunun tələblərinə əsasən ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi ilə bildiriş, elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən, Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Eyni zamanda diqqət çəkən məqam ondan ibarətdir ki, X8 dair № 01/1930, 22.06.2021-ci il tarixli Bildiriş № 1 göndərmişdir ki, hərracın keçirilməsi ilə bağlı elan “Birja yenilikləri” qazetində dərc olunur və hərracın keçirilməsinə canlı yayımda www.birianews.az saytında izləyə bilərsiniz. Əfsuslar olsun ki, bildirişdə qeyd edilən hər iki məlumat yalandır və həqiqəti əks etdirmir. Bu kimi www.birianews.az saytı ümumiyyətlə fəaliyyət göstərmir, elanı tapmaq barədə isə “Birja yenilikləri” saytında heç-bir texniki imkan yaradılmamışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsinə əsasən, ipoteka qoyan - ipoteka predmeti olan əşyanı girov qoyan şəxsdir. İpoteka qoyan həm borclu, həm də üçüncü şəxs ola bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416.1-ci maddəsinə əsasən; Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. “Poçt haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.10-cu maddəsinə görə sifarisli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişindən ibarətdir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiə hüququ və bu hüquqla əhatə olunan məhkəməyə müraciət hüququ beynəlxalq hüquqi aktlarda ədalətli məhkəmə araşdırması hüququ kimi geniş əks olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində göstərilmişdir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. Həmçinin, “X18” ancaq Bank Respublika ASC-nin Baş Ofisi tərəfindən verilir. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 09.07.2021-ci il tarixdə iddianın təmin tədbirinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bank Respublika ASC-yə qarşı İpoteka və Sonrakı İpoteka müqavilələrinin ləğv edilməsi, habelə İpoteka və Sonrakı İpoteka predmetləri olan daşınmaz və daşınar əmlakların girovdan azad edilməsi tələbinə dair mülki işə baxılıb yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək Daşmar və Daşınmaz Əmlakların Satışı üzrə X4 İkram Mirxaliq oğluna məxsus Quba rayonu, İİ Nügədi kəndindəki 0,10 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli yaşayış evinin, İddiaçı3 məxsus Quba rayonu, İİ Nügədi kəndindəki 0,08 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli yaşayış evinin və İddiaçı1 qızma məxsus Quba rayonu, İİ Nügədi kəndində yerləşən 9 ədəd soyuducu kamera və avadanlıqların, həmçinin korton istehsal edən avadanlıqların satışı üzrə hərracın dayandırılması barədə qərardad çıxararılmasını xahiş etmişdir. Səbail Rayon Məhkəməsi 15.07.2021-ci il tarixdə 2(009)-2044/2021-ci il saylı qərardadı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 09.07.2021-ci il tarixli iddianın təmin tədbirinin tətbiqinə dair ərizəni rədd etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 24.08.2021-ci tarixdə vəsatət ilə məhkəməyə müraciət edərək, onların Bank Respublika ASC-yə qarşı İpoteka və Sonrakı İpoteka müqavilələrinin ləğv edilməsi, habelə İpoteka və Sonrakı İpoteka predmetləri olan daşınmaz və daşınar əmlakların girovdan azad edilməsi tələbinə dair 2(009)-2044/2021 saylı mülki iş üzrə borcun tam ödənilməsinin müəyyən edilməsi üçün “ məhkəməmühasibatlıq ekspertizası” təyin edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmənin 26.08.2021-ci il tarixli qərardadı ilə vəsatət təmin edilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı3 iddia ərizəsinə uyğun izahat verərək, pulun tam həcmdə ödənildiyindən ipoteka müqaviləsinin ləğv olunmasını, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə, iclasında cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X9 izahat verərək, iddia ərizəsinin əsassız olduğunu, bu mübahisəyə hüquqi qiymət verildiyini və qanuni qüvvə almış məhkəmə qətnaməsi olduğunu bildirmişdir. Müavilənin ləğvi və girovdan azad olunma ilə bağlı verilmiş iddia ərizəsi vaxt uzatmaq üçün olduğundan iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər iddiaçılar İddiaçı1, İddiaçı2 və digər cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Quba filialının nümayəndəsi, Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər, bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə digər iddiaçılar və cavabdehlərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçını və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)426/2017 saylı, 24.01.2017-ci il tarixli Qərarından görünür ki, Quba Rayon Məhkəməsinin 2(027)- 48/2015 saylı, 27 yanvar tarixli qətnaməsi ilə (hakim Fərid Yaqubov) iddia qismən təmin edilmiş, ‘Bank Respublika” ASC ilə İddiaçı3 arasında bağlanmış 13 avqust 2012-ci tarixli, 6669 saylı kredit müqaviləsi ləğv edilmiş, İddiaçı3 341666,67 manat məbləğində əsas kredit borcu, 11167,20 manat məbləğində faiz borcu, 800 manat məbləğində cərimə borcu olmaqla, cəmi 353633,87 manat məbləğində pulun və 29 manat məbləğində dövlət rüsumunun alınaraq Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, tələbin ipoteka predmeti olan İddiaçı3 məxsus Quba rayonu, 2-ci Nügədi kəndindəki 0,08 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli fərdi yaşayış evinə, İddiaçı2 məxsus Quba rayonu, 2-ci Nügədi kəndindəki 0,10 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli fərdi yaşayış evinə və İddiaçı1 məxsus Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 9 ədəd soyuducu kamera və avadanlıqlara, həmçinin karton istehsal edən avadanlıqlara yönəldilməsi, həmin əmlakların hərrac yolu ilə satılmaqla satışdan əldə ediləcək vəsait hesabına İddiaçı3 Cavabdeh1 ASC-yə olan borcunun ödənilməsinin təmin edilməsi, ödənişlər aparıldıqdan sonra artıq qalan məbləğin cavabdehlərə verilməsi, hərraca çıxarılarkən ipoteka predmeti olan İddiaçı3 məxsus Quba rayonu, 2-cı Nügədi kəndindəki 0,08 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 104 000 manat məbləğində, İddiaçı2 məxsus Quba rayonu, 2-ci Nügədi kəndindəki 2 mərtəbəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 95000 manat məbləğində, İddiaçı1 məxsus Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 9 ədəd soyuducu kameranın və avadanlıqların, həmçinin karton istehsal edən avadanlıqların (Marka- Tcnobox/model-TX-3/Seriya №13912/istehsal ili 2012-ci il) ilkin satış qiymətinin 939233 manat müəyyən edilməsi qət olunmuş, ipoteka ilə yüklü edilmiş İddiaçı3 məxsus Quba rayonu, 2-ci Nügədi kəndindəki 2 mərtəbəli yaşayış evinin və İddiaçı2 məxsus Quba rayonu, 2-ci Nügədi kəndindəki 2 mərtəbəli fərdi yaşayış evinin satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Qətnamədən cavabdehlər İddiaçı3, X3, İddiaçı2, X5 və İddiaçı1 apellyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsinin 2(027)-48/2015 saylı, 27 yanvar 2015-cı il tarixli qətnaməsinin ləğv olunmasını, işin adiyyəti üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi, əks təqdirdə isə iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11.12.2015-ci ii tarixli, 2(105)-1259/2015 saylı qətnaməsi ilə (hakimlər X6 (sədrlik edən və məruzəçi), X12 və X13), apellyasiya şikayəti qismən təmin edilmiş, Quba Rayon Məhkəməsinin 2(027)-48/2015 saylı, 27 yanvar 2015-ci il tarixli qətnaməsi ipoteka predmeti olan daşınmaz əmlakların qiymətlərinin müəyyən olunması hissəsində dəyişdirilmiş, İddiaçı2 məxsus Quba rayonu, 2- ci Nügədi kəndindəki 0,10 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli yaşayış evinin ilkin satış qiyməti 112 000 manat, İddiaçı3 məxsus Quba rayonu, 2-ci Nügədi kəndindəki 0,08 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli yaşayış evinin isə ilkin satış qiyməti 98.000 manat müəyyən olunmuşdur. Qətnamə İddiaçı2 məxsus Quba rayonu, 2-ci Nügədi kəndindəki 0.10 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli yaşayış evinə və İddiaçı3 məxsus Quba rayonu, 2-ci Nügədi kəndindəki 0,08 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli yaşayış evinə tutma yönəldikdən və onlar satıldıqdan sonra həmin evlərin bir ay ərzində boşaldılmaları hissəsində ləğv olunmuş və iddianın həmin hissələrdə rədd olunması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11.12.2015-ci il tarixli, 2(105)-1259/2015 saylı qətnaməsinə izah verilməsinə dair cavabdehlər in nümayəndəsi X1 ərizə ilə müraciətində qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin nəticə hissəsində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmuş və dəyişdirilmiş hissəsinin göstərilməsinə baxmayaraq'', digər hissəsinə münasibət bildirilməmişdir. Apellyasiya instansiyası məhkəməsi ərizəyə 12.07,2016-cı il tarixdə baxaraq ərizədə qoyulan məsələ ilə məhkəmə qətnaməsinə izah verilməsinə lüzum olmadığını və bununla əlaqədar əlavə qətnamə çıxarılmalı olmasına əsaslanıb həmin tarixdə iş üzrə əlavə qətnamə qəbul etmiş və həmin əlavə qətnamə ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 dekabr 2015-ci il tarixli, 2(105)- 1259/2015 saylı qətnaməsinə izah verilməsi barədə N.H.Bəybalayevin ərizəsi qismən təmin edilmiş, iş üzrə əlavə qətnamə qəbul olunaraq, Quba Rayon Məhkəməsinin 2(027)- 48/2015 saylı, 27 yanvar 2015-ci il tarixli qətnaməsi “Bank Respublika'’ ASC ilə İddiaçı3 arasında bağlanmış 13 avqust 2012-ci ıl tarixli, 6669 saylı kredit müqaviləsinin ləğv edilməsi, İddiaçı3 341666,67 manat məbləğində əsas kredit borcu, 11167,20 manat məbləğində faiz borcu, 800 manat məbləğində cərimə borcu olmaqla, cəmi 353633,87 manat məbləğində pulun və 29 manat məbləğində dövlət rüsumunun alınaraq Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, tələbin ipoteka predmeti olan İddiaçı3 məxsus Quba rayonu, 2-ci Nügədi kəndindəki 0,08 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli fərdi yaşayış evinə, İddiaçı2 məxsus Quba rayonu, 2-cı Nügədi kəndindəki 0,10 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli fərdi yaşayış evinə və İddiaçı1 qızma məxsus Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 9 ədəd soyuducu kamera və avadanlıqlara, həmçinin Karton istehsal edən avadanlıqlara yönəldilməsi, həmin əmlakların hərrac yolu ilə satılmaqla satışdan əldə ediləcək vəsait hesabına İddiaçı3 Cavabdeh1 ASC-yə olan borcunun ödənilməsinin təmin edilməsi, ödənişlər aparıldıqdan sonra artıq qalan məbləğin cavabdehlərə verilməsi, İddiaçı1 məxsus Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 9 ədəd soyuducu kameranın və avadanlıqların, həmçinin karton istehsal edən avadanlıqların (Marka- Tcnobox/model-TX- 3/Seriya №13912/İstehsai ili 2012-ci il) ilkin satış qiymətinin 939233 manat müəyyən edilməsi hissələrində dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)426/2017 saylı, 24.01.2017-ci il tarixli qərari ilə cavabdehlər İddiaçı3, X3, İddiaçı2, X5 və İddiaçı1 tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1259/2015 saylı 11.12.2015-ci il tarixli qətnaməsi və həmin məhkəmənin 12.06.2016-cı il tarixli, 2(105)-1259/2015 saylı əlavə qətnaməsi verilmiş kassasiya şikayətinə əsasən kassatorlara münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan İddiaçı3 ilə "xxxx" ASC-nin Quba filialı arasında bağlanmış 13.08.2012-ci il tarixli, 6669 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC-nin Quba filialı 5 il müddətinə illik 6% olmaqla İddiaçı3 350000 manat məbləğində kredit vermişdir. İş materiallarında olan İddiaçı3 ilə "xxxx" ASC-nin Quba filialı arasında bağlanmış 14.08.2012-ci il tarixli, 6669/İ saylı sonrakı ipoteka müqaviləsindən görünür ki, İddiaçı3 13.08.2012-ci il tarixli, 6669 saylı kredit müqaviləsi üzrə İddiaçı3 məxsus Quba rayonu, İİ Nügədi kəndikdəki 0,8 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 161ş1 kv.m yaşayış, 191.2 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış sahəsini "xxxx" ASC-nin Quba filialına ipotekaya qoymuşdur. İş materiallarında olan İddiaçı2 ilə "xxxx" ASC-nin Quba filialı arasında bağlanmış 14.08.2012-ci il tarixli, 6669/İ-A saylı sonrakı ipoteka müqaviləsindən görünür ki, İddiaçı2 13.08.2012-ci il tarixli, 6669 saylı kredit müqaviləsi üzrə İddiaçı2 məxsus Quba rayonu, İİ Nügədi kəndikdəki 0,10 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 188 kv.m yaşayış, 231.8 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi "xxxx" ASC-nin Quba filialına ipotekaya qoymuşdur. İş materiallarında olan İddiaçı1 ilə "xxxx" ASC-nin Quba filialı arasında bağlanmış 14.08.2012-ci il tarixli, 6669/İ-B saylı girov müqaviləsindən görünür ki, İddiaçı1 13.08.2012-ci il tarixli, 6669 saylı kredit müqaviləsi üzrə İddiaçı1 məxsus Quba rayonu, İİ Nügədi kəndində yerləşən 9 ədəd soyuducu kamera və avadanlıqlara, həmçinin korton istehsal edən avadanlıqları "xxxx" ASC-nin Quba filialına girov qoymuşdur. İş materiallarında olan 22.06.2021-ci il tarixli, 01/1930 saylı Daşınar və Daşınmaz Əmlakın Satışı üzrə X17 Hərracın keçrilməsinə dair №1 bildirişindaər görünür ki, iddiaçılar hərracın keçirilmə yeri, vaxtı və tarixi- 16.07.2021-ci il saat 11:00- haqqında məlumatlandırılıblar. Beləliklə, məhkəmə, hazırki iddia tələbinin hüquqi həlli ilə bağlı qeyd edir ki, “İpoteka haqqında” Qanunun ipoteka predmetinə tutmanın yönəldilməsi əsaslarını müəyyən edən 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. İpoteka haqqında” Qanununun 41.1-ci maddəsinə əsasən ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda satıla bilər. Həmin Qanunun 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. İcra məmuru hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) sifariş verir. Tutma yönəldilən ipoteka predmetinin satış üsullarından biri olan hərracların keçirilmə qaydaları, hərracın keçirilməsi ilə bağlı ipoteka saxlayana və ipoteka qoyana göndərilən bildirişdə əks olunan məlumatlar, habelə bildirişin verilmə müddəti “İpoteka haqqında” Qanunun 42-ci maddəsi ilə tənzimlənir. “İpoteka haqqında” Qanunun 42.1-ci bəndinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Həmin Qanunun 42.3-cü bəndinə əsasən istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir. “İpoteka haqqında” Qanunun 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Mülki Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Mülki Məcəllənin 416-cı maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)426/2017 saylı, 24.01.2017-ci il tarixli Qərarından görünür ki, Quba Rayon Məhkəməsinin 2(027)-48/2015 saylı, 27 yanvar 2015-ci il tarixli qətnaməsi “Bank Respublika'’ ASC ilə İddiaçı3 arasında bağlanmış 13 avqust 2012-ci ıl tarixli, 6669 saylı kredit müqaviləsinin ləğv edilməsi, İddiaçı3 341666,67 manat məbləğində əsas kredit borcu, 11167,20 manat məbləğində faiz borcu, 800 manat məbləğində cərimə borcu olmaqla, cəmi 353633,87 manat məbləğində pulun və 29 manat məbləğində dövlət rüsumunun alınaraq Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, tələbin ipoteka predmeti olan İddiaçı3 məxsus Quba rayonu, 2-ci Nügədi kəndindəki 0,08 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli fərdi yaşayış evinə, İddiaçı2 məxsus Quba rayonu, 2-cı Nügədi kəndindəki 0,10 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli fərdi yaşayış evinə və İddiaçı1 qızma məxsus Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 9 ədəd soyuducu kamera və avadanlıqlara, həmçinin Karton istehsal edən avadanlıqlara yönəldilməsi, həmin əmlakların hərrac yolu ilə satılmaqla satışdan əldə ediləcək vəsait hesabına İddiaçı3 Cavabdeh1 ASC-yə olan borcunun ödənilməsinin təmin edilməsi, ödənişlər aparıldıqdan sonra artıq qalan məbləğin cavabdehlərə verilməsi, İddiaçı1 məxsus Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 9 ədəd soyuducu kameranın və avadanlıqların, həmçinin karton istehsal edən avadanlıqların (Marka-Tcnobox/model-TX- 3/Seriya №13912/İstehsai ili 2012-ci il) ilkin satış qiymətinin 939233 manat müəyyən edilməsi hissələrində dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)426/2017 saylı, 24.01.2017-ci il tarixli qərari ilə cavabdehlər İddiaçı3, X3, İddiaçı2, X5 və İddiaçı1 tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1259/2015 saylı 11.12.2015-ci il tarixli qətnaməsi və həmin məhkəmənin 12.06.2016-cı il tarixli, 2(105)- 1259/2015 saylı əlavə qətnaməsi verilmiş kassasiya şikayətinə əsasən kassatorlara münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəmə iş üzrə müəyyən olunmuş hallara qiymət verərək belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən ipoteka qoyulmuş əmlaka dair hərracın keçirilməsi ilə bağlı “İpoteka haqqında” Qanunun 42.1, 42.3, 43 və 17.1.7-ci maddələrinin tələblərinin pozulduğu sübuta yetirilmədiyindən iddia tələbi təmin edilməməlidir. MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin olunmadığı üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-2044/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2044/2021
26.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver