Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2059/2024 30.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Seyidli İlkin Ramin oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əsassız borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvana olan, **********00059 saylı abonent koduna yazılmış 756, 885,60 və 1296 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1ndəki ev onun istifadəsindədir. Həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. Bu vaxta qədər kommunal xərclər və onların ödənilməsi və məbləği ilə bağlı tələbkarlarla (Azəriqaz, Azərsu, Azərişıq) hər hansı problem olmayıb. Lakin Səbail rayon qaz istismarı idarəsinin əməkdaşları tərəfindən akt tərtib edərək guya evin sayğacına baxış keçirmişlər və sayğaca müdaxilə olunması aşkar olunmuşdur. Akt tərtib olunarkən onun iştirakı olmayıb və onun tərəfindən göstərilən akta imza olunmayıb. Azəriqazın əməkdaşları ona məxsus abonent koduna 756, 885,60 və 1296 manat məbləğində cərimə yazıblar. Bildirir ki, onun tərəfindən sayğaca heç bir müdaxilə olunmayıb, ona görə də, yazılmış cərimə qanunsuz və ədalətsiz olduğu üçün məhkəmə tərəfindən silinməlidir. xx.xx.2024-cü il tarixdi iddiaçı məhkəməyə iddia ərizəsinə dəqiqləşdirmə təqdim edərək, abonent koduna yazılmış 756 manat və 885,60 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsinin dəqiqləşdirilməsi barədə xahişini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, o, həmin ünvandakı evində 2019-cu ildən yaşayır və əsas qaz xətti onun evindən təxminən 100 metrdən artıq məsafədə aralıda yerləşir. Həmin məsafədən evinə qaz gətirmək üçün dəmir boru çəkilməsi vəsait tələb edir və onun isə buna imkanı çatmır. Ona görə də, o, əsas qaz xəttinə rezin boru ilə qoşulmağa məcbur olmuşdur. Rezin boru, yəni şlanq vasitəsi ilə gələn qaz da onun mənzilindəki sayğacdan keçir və sərf olunan qaz sayğacda qeyd olunur. O, qazın işçilərindən dəfələrlə xahiş etmişdir ki, onun istifadə etdiyirezin borunu dəmir boru ilə əvəz etsinlər, lakin etməmişlər. Hesab edir ki, o, qazdan sayğacdan kənar istifadə etmir. Ona görə də, iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək, onun təmin edilməməsini xahiş etmiş və bildirmişdir ki, istehlakçının təqsirli hərəkətləri nəticəsində dəymiş ziyana görə Birliyin əməkdaşları tərəfindən aşakıdakı aktlar tərtib edilmişdir: xx.xx.2021-ci il tarixli ******* sayh akt əsasında 885,6 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 756 manat. İstehlakçının mənzilində quraşdırılmış qaz sayğacı və qaz xəttlərinə xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə baxış keçirilən zaman iddiaçının sayğacdan kənar qanunsuz olaraq özbaşına qaz xəttinə qoşularaq qazdan istifadə etdiyi aşkar edilmiş, fotoşəkilləri çəkilmiş və qeyd olunan pozuntular müvafiq olaraq ******* saylı akt və ******* saylı aktlarla rəsmiləşdirilərək, dəymiş ziyan hesablanaraq, istehlakçının saldosuna əlavə edilmişdir. İddiaçı həmin borcları 3 il ərzində mübahisələndirməmiş, əksinə bu illər ərzində borca görə 1048,3 manat məbləğində ödəniş etmişdir. Hazırda iddiaçının dəymiş ziyana görə hesablanmış borclara görə cəmi 593,3 manat borcu mövcuddur ((885,6+756)-1048,3=593,3). Tərəflər arasında imzalanmış, «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqaviləsi»nin 2.3.1-ci bəndinin tələblərinə əsasən qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəmək istehlakçının vəzifəsidir. Göstərilənlərə əsasən iddia tələbinin əsassız olduğu üçün rədd edilməsini xahiş etmişdir. Məhkəmə işə baxıb, tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia təmin edilməməlidir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2021-ci il tarixli aktından görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ünvanında istehlakçı sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edir. İş materiallarında olan 27 oktyabr 2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ünvanında sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunduğu aşkar edildiyi üçün İddiaçı ******* saylı xx.xx.2021-ci il tarixli akt əsasında 7560 kub metr itirilmiş qazın bərpası ilə əlaqədar əlavə sərfiyyat hesablanmışdır. İş materiallarında olan fotoşəkillərdən görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma müşahidə olunur. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2021-ci il tarixli aktından görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ünvanında istehlakçı sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edir. İş materiallarında olan 31 mart 2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ünvanında sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunduğu aşkar edildiyi üçün İddiaçı ******* saylı xx.xx.2021-ci il tarixli akt əsasında 8856 kub metr itirilmiş qazın bərpası ilə əlaqədar əlavə sərfiyyat hesablanmışdır. İş materiallarında olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı, xx.xx.1960-cı ildə anadan olmuş, ünvan 3 ünvanında qeydiyyatdadır. Məhkəmə verilmiş iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. "Qaz təchizatı haqqında” qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh İddiaçı, istifadəsinə verilmiş sayğacdan kənar özbaşına olaraq qaz xəttinə qoşularaq qeyri-qanuni təbii qazdan istifadə etmiş və iddiaçıya ziyan vurmuşdur. Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki, qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin təqsirli hərəkəti nəticəsindən irəli qələn hal Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Məhkəmə qeyd edir ki, İddiaçı tərəfindən sayğacdan kənar qazdan istifadə etməsi halı öz təsdiqini tapdığından, iddia tələbi əsassızdır və ona görə də, təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı əsassız borcun silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-2059/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2059/2024
30.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver