Məhkəmə qərarları › İş №2(009)-2070/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-2070/2023

05.10.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-2070/2023 05.10.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Süleymanova Şəhla Ənvər qızı, İddiaçı cavabdeh Bakı şəhəri 1 saylı Notariat ofisinə qarşı “qeyri-müəyyən” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 1 saylı Notariat ofisinə qarşı “qeyri-müəyyən” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsində qeyd edilən tələb aydın olmadığından iddia ərizəsi forma və məzmuna riayət edilmədən verildiyi əsaslarla geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə X2 rasında nikah 22 iyul 2017-ci il tarixdə bağlanmışdır. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 25 aprel 2022-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. İş materiallarında olan 1 saylı Notariat ofisinin 15 sentyabr 2023-cü il tarixli imtina məktubundan görünür ki, imtinaya əsas vərəsəlik işinin Azərbaycan Respublikasının ərazisində açılmasının mümükün olmaması qeyd edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı X4 vərəsəsi kimi tanınması ilə bağlı mübahisə yoxdur və iddiaçı yalnız notariat ofisinin hərəkətlərindən məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim ərizəni və ona əlavə edilmiş sənədləri ərizəçiyə geri qaytarır. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Eyni zamanda «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 5.1.2-ci maddəsinin tələbinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 266-268-ci maddələri rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh Bakı şəhəri 1 saylı Notariat ofisinə qarşı “qeyri-müəyyən” tələbinə dair iddia ərizəsi sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə “X6” vasitəsilə Bakı şəhər Səbail rayon Məhkəməsinə verilmiş iddia ərizəsinə görə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu (ödəniş qəbzinin nömrəsi **********) geri qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (elektron qaydada əlavə 2 uyğun olaraq) Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar